Category: Maraqlı

  • Gecə işləməyin sağlamlığa zərərləri aşkarlandı

    Kanadanın Monreal Universitetinin alimləri müəyyən ediblər ki, gecə işləyən qadınlarda süd vəzi xərçənginin aşkarlanması riski artır.

    Bununla bağlı məlumat “MedicalXpress”in press-relizində yerləşdirilib.

    Araşdırmalarda Avstraliya, Kanada, Fransa, Almaniya və İspaniyadan olan 13 mindən çox qadın iştirak edib. Araşdırmalar zamanı orta yaş həddi 55-59 olub. Onlardan 6,1 min könüllüyə süd vəzisi xərçəngi diaqnozu qoyulub.

    Məlum olub ki, gecə işləmə zamanı qadınlarda Er-müsbət və HER2-müsbət süd vəzi xərçəngi inkişaf edib.

    Belə ki, gecə üç saat işləyən qadınlarda risk 12 faiz, üç saatdan çox işləyənlərdə isə 80 faiz artıb.

    Bununla yanaşı, göstəricilər gecə növbəsindən uzaqlaşdıqdan iki il sonra normaya düşür.

  • Xərçəng xəstəliyini tamamilə məhv edən dərman hazırlandı

    Xərçəng xəstəliyini tamamilə məhv edən dərman hazırlanıb.

    Amerikalı alimlər siçanlar üzərində eksperimentlər apararaq yeni vaksinin melanomaya qarşı effektivliyini sübut ediblər.

    Alimlər dəri xərçəngi ilə mübarizədə kimya terapiyasının effektivliyini artırmaq üçün 100 mindən çox kimyəvi birləşmələri test ediblər. Nəticədə bu, diprovosim adlı maddəni əldə etməyə kömək edib.

    Lakin siçanlar üzərində aparılan eksperimentlərin uğurlu nəticələri hələ o demək deyil ki, yeni vaksin xərçəng xəstəliyindən əziyyət çəkən insanlara da eyni təsir göstərəcək. Bu üzdən alimlər araşdırmaları davam etdirəcəklər.

  • Sancı və insultdan qorunmaq üçün ən sadə üsul açıqlandı

    Kanadanın Müqəddəs Mixayla xəstəxanasının biotexnologiya araşdırmalar mərkəzinin müxətəssisləri sübut ediblər ki, özündə yüksək yağlılıq saxlayan məhsullar insanı ürək-damar xəstəliklərindən qoruyur.

    Bununla bağlı məlumat “MedicalXpress”in press-relizində yerləşdirilib.

    Məlumdur ki, qidalanma zamanı insan orqanizmində artan A-IV (ApoA-IV) apolipoproteini ürək-damar xəstəliklərinin profilaktikasına yardım edir. Alimlər bildiriblər ki, ApoA-IV ürək-damar xəstəliklərinin yaranmasında əsas rol oynayan trombositlərin aktivliyinin azaldılmasına səbəb olur.

    Məlum olub ki, apolipoprotein IIb/IIIa membran zülalını bloklayır və o, trombositlərin aqreqasiyasında iştirak edə bilmir.

    ApoA-IV qidanın qəbul edilməsindən dərhal sonra özündə qan dövranını yaxşılaşdırır. O, daha çox gecə və səhərlər aktiv olur. Alimlər bu səbəbdən sancı və insultların bu saatlarda baş verdiyini deyiblər.

  • Qida vasitəsilə ömrü uzatmağın yeni üsulu açıqlandı

    Kaliforniyanın Solka Universitetinin alimləri müəyyən ediblər ki, bütün yeməklər 10 saat ərzində yeyilsə, metobolik pozuntuları kompensasiya etmək olar. Bununla da, həyat obrazının dəyişdirilməsi yaş xəstəliklərinin qarşısını almağa və ömrü uzatmağa yardımçı ola bilər.

    Bununla bağlı “ScienceDaily” nəşri məlumat yayıb.

    Aparılan araşdırmalar zamanı mütəxəssislər sirkadiya ritmlərinə cavabdeh olan genləri siçanların bədənindən ayırıblar. Heyvanlara olduğu kimi, insanlarda da gündüzlər aktiv olan və gecələr sönən qidaya cabahdeh genlər var.

    Alimlər bir qrup siçanı ümumi sutka ərzində, digər qrup siçanı isə 10 saat ərzində yeməyiblər. Birinci qrupdakı heyvanlar piylənmədən və metobolik xəstəliklərdən əziyyət çəkməyə başlayıblar. Digər qrup isə aparılan araşdırmaların nəticəsində sağlam qalıblar və kökəlməyiblər.

    Alimlərin fikrincə, bu prosesdə sirkadiya ritmlərinin rolu qida qəbulunu rahatlaşdırır. İşə, saat qurşağına və genetik defektlərə görə bioritmlərin pozulması xəstəliklərə səbəb olur.

    Yaş keçdikdə bioloji saatların işi zəifləməyə başlayır, bu isə qocalıq xəstəliklərinə səbəb olur. 10 saat çərçivəsində qidanın qəbulu isə orqanizmin sağlam qalmasına gətirib-çıxarır.

  • Fiziki yüklənmənin ölümcül təhlükəsi açıqlandı

    Britaniyanın Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, daimi fiziki aktivliyə baxmayaraq, idmançılar ürək-damar xəstəlikləri qarşısında zəifdirlər. Araşdırmalar nəticəsində məlum olub ki, daim yükləmədə olan insanlarda vaxtsız ölüm riski yüksək olur.

    Bununla bağlı “MedicalXpress” press-reliz yayıb.

    Mütəxəssislər həftədə üç gün idmanla məşğul olan, yaşları 35 və daha çox olan 798 atlet üzərində araşdırma aparıblar. Könüllülər sağlamlıqları, ailə tibb tarixi və idmanla məşğul olmaları ilə bağlı bəzi sualları cavablandırıblar. İştirakçıların qan təzyiqi ölçülüb və koronar angioqrafiyadan keçiriliblər.

    Nəticədə, 94 nəfərdə ürək-damar xəstəliklərinin ilkin əlamətləri, 10 nəfərdə isə koronar arteriya funksiyasının pozuntusu aşkar edilib.

  • Süd vəzi xərçənginə qalib gəlmək üçün yeni üsul tapıldı

    Honkonq Baptist Universitetinin alimləri müəyyən ediblər ki, rodium metalı bədxassəli şişlərin ən sərt formalarından biri sayılan süd vəzi xərçənginin müalicəsində istifadə edilə bilər.

    Bununla bağlı “MedicalXpress” press-reliz yayıb.

    Süd vəzisi xərçəngi qadınlarda bədxassəli şişlərin ən təhlükəli növü sayılır və ildə bu xəstəlikdən 521 min insan həyatını itirir. Bu xəstəliyin üç növü məlumdur: ER-müsbət, HER2-müsbət və üç dəfə mənfi xərçəng. Sonuncuya xərçəng xəstələrinin 15 faizində rast gəlinir.

    Araşdırmaçılar müəyyən ediblər ki, rodiumun birləşdirilməsi 5A demelitazının aktivləşməsini dayandırır. Bu ferment xərçəng şişlərinin hüceyrələrinin sintezində yaxından iştirak edir.

  • Kababın gözlənilməz təhlükəsi açıqlandı

    Oksford Universitetinin alimləri müəyyən ediblər ki, kömürdə hazırlanmış qidanın tez-tez qəbul edilməsi ürək-damar xəstəliklərindən erkən ölüm riskini artırır.

    Median.Az xəbər verir ki, bununla bağlı “EurekAlert!” nəşrində məlumat verilib.

    Araşdırmalarda Çindən yaşı 30-79 arası olan 341 730 nəfər iştirak edib. Könüllülər arasında aparılan sorğu zamanı onların yemək hazırlayarkən hansı yanacaqdan istifadə etdiyi öyrənilib. Sonda həftədə azı bir dəfə kömürdə hazırlanmış qidadan istifadə edən və ürək-damar xəstəliyi olmayan şəxslər seçilib.

    Ümumilikdə könüllülərdən 22,5 faizi 30 il müddətində yeməklərin hazırlanmasında bərk yanacaqdan istifadə edib. Onlardan 24,6 faizi 10-29 yaş arası insanlar, 53 faizi isə 10 yaşdan balaca uşaqlar olub. Araşdırmalar müddətində 8304 nəfər ürək-damar xəstəlikləri nəticəsində vəfat edib. Məlum olub ki, qidanın kömürdə hazırlanması ölüm riskini 3 faiz artırır.

    Alimlər bildiriblər ki, yeməklərin hazırlanmasında elektrik və ya qazdan istifadə edilməsi ürək-damar xəstəlikləri riskini azaldır.

  • Alimlər optimal yuxu vaxtını müəyyən etdilər

    Avropa Kardioloqlar Birliyinin mütəxəssisləri sağlamlıq üçün optimal yuxu vaxtını müəyyən ediblər.

    Müvafiq press-reliz birliyin rəsmi portalında yerləşdirilib.

    Araşdırmanın müəllifi, həkim Epayminondas Fontasın sözlərinə görə, bu gün yuxunun ürək-damar sisteminə təsiri ilə bağlı tibbdə az məlumat var.

    Araşdırmalar zamanı alimlər davamlı yuxu ilə ürək-damar xəstəliklərinin inkişafının əlaqəsini öyrəniblər. Əvvəllər ürəyi ilə problem yaşamayan bir milyondan çox insan üzərində 11 müayinə aparılıb.

    Müayinə edilmiş xəstələri üç qrupa bölüblər: birinci qrupa sutkada səkkiz saatdan çox, ikinci qrupa altı saatdan az, üçüncü qrupa isə 6-8 saat arası yatanlar daxil edilib.

    Araşdırmanın nəticəsində alimlər müəyyən ediblər ki, sutka ərzində altı saatdan az yatan insanlarda ürək xəstəliklərinə və insulta olan meyillilik 11 faiz, gün ərzində səkkiz saatdan çox yatan insanlarda isə 33 faizdir.

    Beləliklə, az və ya çox yatmağın ürək xəstəliklərindən və insultdan ölüm hallarını artırdığı müəyyən olunub.

    Fontas qeyd edib ki, düzgün yuxu sağlam həyat tərzinin əsas hissəsidir.

  • Spirtli içkilərin zərərləri müəyyənləşdirildi

    Alkoqol istifadəsində təhlükəsiz miqdar yoxdur.

    Araşdırmalar nəticəsində spirtli içkilərin sağlamlığa zərər vermədən istifadəsini təmin edəcək bir ölçünün olmadığı ortaya çıxıb.

    195 ölkədə aparılan “Xəstəliklərin Dünyəvi Yükü” adlı araşdırmada xəstəliklərlə alkoqol istifadəsi arasındakı bağ müəyyənləşdirilib. Heç spirtli içki içməmiş insanlarla alkoqoldan çox istifadə edən insanlar müqayisə edilib və məlum olub ki, xərçəng, orqan çatışmazlığı və alkoqola bağlı olan digər xəstəliklərin ikincilərdə meydana çıxma ehtimalı daha yüksəkdir.

    BBC-də yayımlanan xəbərə görə, 15-95 yaşları arasında olan insanların 1990-2016-cı illərdəki sağlamlıq məlumatlarını yoxlayan tədqiqatçılar müəyyən ediblər ki, heç içki içməyən hər yüz min insandan 914-də xərçəng və digər xəstəliklərə rast gəlinir.

    Hər gün bir qədəh içki içən insanlarda bu rəqəm dörd nəfər artaraq, 918 olub. Hər gün iki qədəh içənlərdə 63, beş qədəh içənlərdə isə bu rəqəm 338 nəfər artıb.

  • Gündə 20 stəkan çay içmək nəyə faydalıdır?

    Yaponiyalı alimlər çayla bağlı maraqlı araşdırma ediblər.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, onlar bildirib ki, qara çayın içərisindəki antioksidantlar yaşlı insanlardakı sümük əriməsi və zəifləməsi kimi xəstəliyinin qarşısını alır.

    Osaka Universitetinin araşdırmasında antioksidant maddənin sümük toxumasına zərər verən maddələri yox etdiyi bildirilib.

    Bildirilir ki, əgər yaxşı nəticə əldə edib, xəstəlikdən yaxa qurtarmaq istəyirsinizsə, üç gün ərzində 60 stəkan çay içməlisiniz.

    Qeyd edək ki, qara çay çəkinin azalmasına da imkan yaradır.