Category: Ordu

  • Düşmən gecə basqın etdi, itki verərək, geri oturduldu – RƏSMİ

    Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək, geri oturdulub.

  • Azərbaycanın mülki əhalisini hədəfə almış legitim hərbi hədəflər zərərsizləşdirildi – RƏSMİ + VİDEO

    Oktyabrın 14-də saat 01:00 radələrində Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə əməliyyat-taktiki ballistik raket kompleksinin start mövqeyində yerləşdirilməsi müşahidə olunub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu ərazidəki raket kompleksləri Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərindəki dinc əhali və infrastruktura doğru hədəflənmişdir.

    Oktyabrın 11-də Ermənistan tərəfindən Gəncə şəhərində törədilmiş hərbi cinayətə bənzər növbəti hadisənin təkrarlanmaması və raket hücumunun qarşısının alınması məqsədlilə Azərbaycan Ordusu tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

    Nəticədə atəş üçün hazırlıq vəziyyətinə gətirilən əməliyyat-taktiki raket kompleksləri legitim hərbi hədəf kimi Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib.

    Qeyd edilib ki, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür.

  • Müdafiə Nazirliyi: “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”

    Ermənistan müdafiə nazirliyinin nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur.

    Bu fikirlər Azərbaycan Müdafiə Nazirliyinin məlumatında yer alıb.

    “Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.

    Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir”, – məlumatda qeyd edilib.

  • Rusiyalı jurnalist: Xankəndi tam boşalıb – VİDEO

    Rusiyanın “Mash” “Telegram” kanalının jurnalisti Xankəndində olub, şəhərdəki son vəziyyət barədə reportaj hazırlayıb.

    Jurnalist Xankəndinin mərkəzi stadionunda baş çəkib, lakin orada məsul şəxslərdən kimsənin qalmadığının şahidi olub.

    Reportyor şəhərdə fəaliyyət göstərən mobil şəbəkənin tamamilə sıradan çıxdığını, işıqforların belə işləmədiyini vurğulayıb.

  • Mesut Özil Azərbaycana dəstək verdi

    İngiltərənin “Arsenal” klubun futbolçusu Mesut Özil Azərbaycana dəstək olub.”Report” xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə “Twitter” hesabında paylaşım edib.

    Almaniya yığmasının sabiq üzvü Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir” sözlərini yazıb.

    Türk əsilli oyunçu “Tək millət, iki dövlət” ifadəsini də paylaşıb.

  • Rusiya mətbuatı: Ermənistan Dağlıq Qarabağdakı müharibəyə muzdluları cəlb edir

    Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı hərbi qarşıdurmada iştirak edən yaraqlılar erməni kökənlidir, lakin onlar ABŞ, Fransa və hətta Rusiya vətəndaşlığına sahibdirlər.

    Bu barədə ura.ru xəbər agentliyi yazır.

    Muzdluların hərbi əməliyyatlara cəlb edilməsində mühüm rolu diaspor təşkilatları və ictimai birlik adı altında fəaliyyət göstərən strukturlar oynayır. Onlar erməni mənşəli əcnəbi ölkə vətəndaşlarını “könüllüləri” adı altında hərbi əməliyyatlara cəlb edirlər.

    Lakin Rusiya pasportları ilə döyüşlərdə iştirak edənlər geri qayıtdıqda qanunsuz silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.

    Qarabağa “könüllü” dəstələrin axını artıq Rusiya KİV-lərinin diqqətini çəkib və araşdırma nəticəsində məlum olub ki, Qarabağdakı döyüşlərə cəlb edilən yaraqlıların əksəriyyəti erməni kökənli ABŞ, Fransa və hətta Rusiya vətəndaşlarıdır.

    Bu hərbi birləşmələrin üzvləri “Novoya Qazeta” və ВВС-yə açıq şəkildə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin sıralarında olmasalar da, hərbi əməliyyatların aparıldığı bölgəyə azərbaycanlılara qarşı müharibə etməyə gəliblər.

    Daimi yaşadıqları ölkədə bunun nə qədər qanuni olması isə “könüllüləri” çox da narahat etmir.

    Tarix qismən təkrarlanır: 1990-cı illərdə yaraqlılar dünyanın müxtəlif yerlərindən Ermənistana axın edirdilər. Bunun ən parlaq nümunəsi Yəməndən Qarabağa gələn, Fransada həbsxanada həyatı yaşamış, Yaxın Şərq və Avropadakı müharibələrdə təcrübə toplamış səhra komandiri Monte Melkonyandır.

    Yaraqlıları toplayanlar məxfiliyi də qorumurlar.

    “VoMA Center” ictimai təşkilatı “Ermənistanın düşmənləri” ilə mübarizə aparmaq üçün “hazırlıqlı arxa dayaq” və “ehtiyat ordu” yaratmağı hədəflədiyini bəyan edir.

    “Bizim müttəfiqimiz – ordumuzdur və biz Ermənistan və diaspor tərəfindən hazırlanmış ehtiyat qüvvəyik”, deyə ictimai təşkilatın saytında qeyd olunub.

    Təşkilatın son təşəbbüslərindən biri də dağ-atıcı batalyonun formalaşdırılmasıdır.

    “Sürətli hərbi təlim kurslarını keçdikdən sonra, Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altındakı batalyonumuz təyin edilmiş ərazilərdə döyüş əməliyyatlarında iştiraka cəlb ediləcək”, – “VoMA Center” açıq şəkildə bəyan edir.

    Rusiyadan gələn ermənilər üçün xüsusi bir təklif verilib: onlara Moskvadan İrəvana birtərəfli uçuş üçün qismən və ya tam ödəmə şərti ilə “çarter uçuşları” vəd edilib.

    Batalyonun meydana çıxma vaxtı da maraqlıdır. “VOMA Center”in videolarını araşdırarkən belə bir təəssürat yaranır ki, birləşmənin yaradılmasının final mərhələsi Tovuzdakı iyul hadisələri ilə Qarabağdakı hazırkı gərginləşmə dövrünə təsadüf edir.

    Təşkilatın video və foto materialları digər məsələlərə də aydınlıq gətirə bilər. Misal üçün, “VOMA Center”də təlim keçənlər yaxşı və bahalı təchizata malikdirlər və bu vəsaiti, Bakıda da güman edildiyi kimi, birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilir. Bununla belə, “VoMA Center”in büdcəsinin böyük bir hissəsi xarici diaspor da daxil olmaqla ayrı-ayrı şəxslərin ianələri hesabına formalaşır. Təşkilatın rəsmi saytında “ianə” qeydiyyatı üçün xüsusi bölmə var.

    Lakin, “VoMA Center” beynəlmiləl birləşmələrin yaradılmasında heç də inhisarçı rolu oynamır. İstisna deyil ki, oxşar əməkdaşlığa cəlb etmə mərkəzləri kifayət qədər çoxdur.

    Bu baxımdan, Ermənistan tərəfində vuruşan qüvvələrin tərkibi ilə bağlı narahatlıq əsaslıdır. Sual da əsaslıdı: müharibədə təcrübə qazanmış və silah əldə etməyə çıxışı olan yaraqlılar Dağlıq Qarabağdakı döyüşlər səngiyəndən sonra nə edəcəklər? Sual heç də sadə deyil. Nəzərə alaq ki, “VOMA Center” əməkdaşlığa Rusiya vətəndaşlarını cəlb edir və bu xüsusən döyüş bölgəsindən silahların sızması ilə nəticələnə bilər. Bu silahların sonradan Rusiyada istifadəsinin nümunələri var.

    “Könüllü” batalyonların sıralarını doldurmaq çağırışı ilə Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın diaspor məsələləri üzrə baş səlahiyyətli nümayəndəsi Zare Sinanyan da çıxış edib.

    Lakin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208-ci maddəsinə əsasən, ölkə xaricində silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştirak etmək 15 ilə qədər həbs cəzası ilə nəticələnə bilər.

    “VOMA Center”in bilet ödənişini yalnız bir tərəfli uçuş üçün ödəməsi əbəs yerə deyildir.

    Rusiyaya qayıdan muzdlular öz əməllərinə görə qanun qarşısında məsuliyyət daşıyacaqlar.

  • Silahlı Qüvvələrə Yardım Fonduna ianələr – SİYAHI

    Müdafiə Nazirliyindən verilən məlumata əsasən, 27 sentyabr 2020-ci ildə, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir. Artıq ciddi uğurlarımız var, bir sıra ərazilərimiz işğaldan azad edilib, düşmən böyük itkilər verib.

    Belə bir həssas dönəmdə ölkədə fəaliyyət göstərən bütün qurumlar, özəl müəssisələr, iş adamları Ali Baş Komandanın və Milli Ordumuzun yanında olduqlarını sözdə deyil, əməldə göstərirlər.

    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna aşağıdakı qurumlar ianələr köçürüb:

    “Patchi” şokolad butiki – 5000 AZN

    “İpək Yolu Sığorta” – 50.000 AZN

    “Melissa Group” – 100.000 AZN

    Azərbaycan Tibb Universiteti – 200.000 AZN

    Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti – 5500 AZN

  • İtaliyalı parlamentarilər Ermənistanın Azərbaycanın Gəncə şəhərinə raket hücumlarını pisləyib

    İtaliyanın “Liqa” partiyasından senator, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr komissiyasının üzvü Stefano Lucidi, “Liqa” partiyasından deputat, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi və senator, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizzotti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatlar və açıqlamalarla çıxış ediblər.

    Bu barədə Milli Məclisdən verilən məlumatda qeyd olunub.

    Bildirilib ki, senator Stefano Lucidi bu mövzu ilə bağlı açıqlamasında İtaliya hökumətinin Moskvada əldə olunan atəşkəsin Ermənistan tərəfindən pozulmasını qəti şəkildə pisləməli olduğunu deyib. Senator bu bölgədə sabitliyin təmin olmasının istər əhalinin təhlükəsizliyi, istərsə də İtaliyanın maraqları baxımdan çox vacib olduğunu vurğulayıb.

    İtaliya Senatoru Maria Rizotti də bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan hərbi təcavüzə məruz qalmış ölkə olmasına baxmayaraq, beynəlxalq ictimaiyyətin atəşkəslə bağlı çağırışlarını qəbul edib. Son 24 saat ərazində baş verənlər Ermənistanın atəşkəsi kobud şəkildə pozaraq gərginliyi artırmasına növbəti bir sübutdur. Ermənistanın raket hücumları nəticəsində 10 mülki şəxs həlak olub və aralarında azyaşlı uşaqlar da olmaqla 34 nəfər yaralanıb.

    İtalyan senator qeyd edib ki, Azərbaycan əhalisinə qarşı soyqırım və müharibə cinayətləri törədən Ermənistan silahlı qüvvələrini dərhal dayandırmaq mənəvi öhdəlikdir.

    Senator bəyanatının sonunda beynəlxalq ictimaiyyəti və İtaliya hökumətini Azərbaycan xalqına qarşı bu vəhşi hərəkətləri qəti şəkildə pisləməyə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməyə çağırış edib.

  • İşğaldan azad olunan Hadrut qəsəbəsi – VİDEO

    Müdafiə Nazirliyi Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Hadrut qəsəbəsinin görüntülərini yayıb.

    Görüntülərdə qəsəbədə Azərbaycan bayrağı dalğalandığı görünür:

  • Düşmənin Tərtərdə yararsız vəziyyətə gətirdiyi beşmərtəbəli yaşayış binası – FOTO

    Xəbər verdiyimiz kimi bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarını intensiv atəşə tutublar.

    Humanitar atəşkəs rejiminə baxmayaraq, düşmən Tərtəri mütəmadi atəşə tutur.