Category: Ordu

  • Tərtərdə yaşayış evinə mərmi düşdü – VİDEO

    Ermənistan ordusu Tərtərin yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

    Baku TV xəbər verir ki, ərazilərə düşən mərmilər təsərrüfata zərər verib.

    Ermənilərin Tərtəri raket atəşinə tutmasına baxmayaraq, sakinlər öz evlərini tərk etmir, ordumuzun qələbəsinə inanırlar.

  • Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir – RƏSMİ

    “Azərbaycan Ordusunun bölmələri heç bir atəş açmır və hücum həyata keçirmir”.

    Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib:

    “Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə əməl edir”.

  • Erməni işğalçıları pusquya salınıb məhv edildi: Düşmən qaçır – RƏSMİ

    Əldə olunan məlumata əsasən, gecə boyu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup atəş zərbəsi ilə məhv edilib.

    Müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

    Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

  • Düşmənin çox sayda hərbi texnikası məhv edildi – SİYAHI

    Oktyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan ordusu tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi və müxtəlif növ hərbi texnikası məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

    Cəbhənin müxtəlif istiqamətlərində düşmənin üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Tor-M2KM” ZRK, bir ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, iki ədəd PDM-2, üç ədəd 2А36 “Qiasint-B” topu, bir ədəd KS-19 zenit topu, bir ədəd D-20 haubitsa topu, üç ədəd PUA, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

  • Düşmən Azərbaycan ordusunun mövqelərinə basqın etməyə cəhd göstərdi – RƏSMİ

    Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb.

  • Ermənilər döyüş texnikalarını qoyub qaçır – VİDEO

    Sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlarımızdan qaçmasını əks etdirən görüntülər yayılıb.

    Videodan aydın olur ki, Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı düşmənin canına qorxu salıb.

    İşğalçı ölkənin hərbçilərinin öz döyüş texnikalarını qoyub qaçmasının görüntülərini təqdim edirik:

  • Gəncədə xəsarət alan sakin: Bizi heç bir təxribat ruhdan sala bilməz

    Gəncə sakinlərini ermənilərin heç bir təxribatı sarsıda bilməz.

    Bunu Trend-ə açıqlamasında Gəncə şəhər sakini, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərindəki yaşayış binasına atdığı raket zamanı xəsarət alan Rüfət Allahverdiyev deyib.

    O bildirib ki, hadisə zamanı o da həmin dağılan binada olub və müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Gecə saat 2 olardı, partlayış səsinə oyandıq və hər şey ani oldu. Binamız dağıldı. Əlimizdən heç nə gəlmirdi. Sadəcə, gözləyirdik ki, bina dağılsın, kim sağ qala, kim ölə. Mən binanın 3-cü mənzilində yaşayırdım. Bədən xəsarətləri alsam da möcüzə sayəsində sağ qaldım. Hazırda dövlətimiz tərəfindən sığınacaqla təmin olunmuşuq. Qonşularımızdan dünyasını dəyişənlər də oldu, xəsarət alanlar da. Amma buna baxmayaraq, bizi heç kim, heç bir təxribat ruhdan sala bilməz. Azərbaycan xalqı tarixən mərd olub və indi də mərddir”.

    E.Allahverdiyev bildirib ki, Gəncə sakinləri ilk gündən Azərbaycan Ordusunun zəfərlərini, uğurlarını alqışlayır və prosesi maraqla izləyir: “Hər gün Ordumuz bizə şad xəbərlər verir. Bir evlə biz nədənsə qorxası deyilik. Biz daim Ordumuza dəstək olmağa hazırıq. Ali Baş Komandan razılıq versə, hətta biz Gəncə şəhərindən də ayrıca batalyon yaradıb düşmənə qan uddurmağa hazırıq. Gəncə əhalisi bu təxribata heç məhəl də qoymur. İnanırıq ki, Ordumuz tezliklə düşmən üzərində qələbə çalacaq və torpaqlarımız tam olaraq işğaldan azad olunacaq. Vətəndaşlar arasında yüksək əhval-ruhiyyə var”.

  • Gəncə və Mingəçevirə atılan ballisitk raketlərin qalıqları – Fotolar

    Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən Gəncə və Mingəçevir şəhərlərinə atılan raketlərin qalıqlarının fotolarını paylaşıb.

    AZXEBER.COM xəbər verir ki, H.Hacıyev fotoları Tvitter hesabında yerləşdirərək onların nüvə başlıqlarını daşıya bilən ballistik raket olduğunu bildirib:

    “Gəncə və Mingəçevirə atılan raket bağlamalarındakı bu qravüralar raketlərin “SCUD” olduğunu sübut edir. Bunlar nüvə başlıqlarını daşıya bilən ballistik raketlərdir. ANAMA tərəfindən aparılan hərtərəfli araşdımalarla da sübut olundu. Sıx yaşayış ərazisinə atılmış nəhəng təsir gücünə malik ballistik raket!”.

  • Şuşanın qərargah bayrağı Masallıdadır

    Vaxtilə Şuşa şəhərinin qərargahında saxlanılan bayraq hazırda Masallı rayonunda qorunur.

    “Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Şuşa şəhərindən gətirilən, 1-ci Qarabağ Müharibəsinin şanlı yadigarı olan bu bayraq 20 il əvvəl Masallı rayonunun Xırmandalı kəndinə gətirilib.

    Bayraq kənd sakini Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə olunub və onun yaratdığı muzeydə qorunan 800-ə yaxın eksponatlar sırasında ən qürurvericisidir.

    Xırmandalı kənd sakini Əmirəli Yaqubov Xırmandalı Kənd Yaradıcılıq Evinin bədii rəhbəridir. Ə.Yaqubovun yaratdığı muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olanlar haqqında məlumatlar və onların medalları var.

    Ə.Yaqubovun sözlərinə görə, dostu tərəfindən verilən bu bayrağı Şuşada dalğalandırmaq onun yeganə arzusudur.

    Qeyd edək ki, 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə zabitimizin qoruyub saxladığı bu şanlı bayraq indi də çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlərin ziyarət etdikləri məkandır.

  • Ermənistan daha 45 hərbçisinin öldüyünü etiraf etdi

    Ermənistan ordusu 10 oktyabr tarixinə qədər Dağlıq Qarabağda ölən hərbçiləri ilə bağlı ikinci siyahını açıqlayıb.

    “Sputnik” Ermənistanın yaydığı siyahıda daha 45 erməni əsgərinin adı qeyd olunub.

    Beləliklə, Ermənistan tərəfinin açıqladı rəsmi rəqəmlərə görə cəbhədə ölən erməni əsgərlərinin sayı 525-ə çatıb.