Category: Ordu

  • BBC Gəncədə erməni terroru ilə bağlı reportaj hazırladı – VİDEO

    BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı reportaj yayımlayıb.

    Reportajda Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir.

    Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bildirir.

  • Ermənistana silah daşınması davam edir – VİDEO

    “Qoy, o (Nikol Paşinyan – red.), Putinə təşəkkür etsin ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etməyə gəldi”.

    Baku TV xəbər verir ki, Prezident İlham Əliyevin dediyi bu sözlər Ermənistana qanunsuz olaraq silah-sursatla təmin edilməsi məsələsini yenidən gündəmə gətirib.

    Məlum olub ki, sutka ərzində İrəvana 20-dən çox hava reysi həyata keçirilib. Bu reyslərlə Ermənistana silah-sursat yardımı göndərilib.

  • Ağdamda düşmən təxribatı: Qəsəbə atəşə tutuldu – VİDEO

    Ağdam rayonunun Bənövşələr qəsəbəsi erməni işğalçıları tərəfindən artilleriya atəşinə tutulub.

    Baku TV xəbər verir ki, qəsəbə ərazisinə çoxlu sayda top və “Qrad” mərmisi düşüb. Nəticədə, 12 ev tamamilə dağılıb, xeyli sayda evə isə ciddi ziyan dəyib.

    Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında humanitar atəşkəsin imzalanmasına baxmayaraq, Ermənistan tərəfi atəşkəs qaydalarına əməl etmir.

  • Azərbaycan əsgəri yeni tarix yazır – FOTO

    Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında torpaqlarımızın işğaldan azad edilməsində xüsusi şücaət göstərən hərbçilərimizlə bağlı paylaşım edilib.

    Onlardan biri əsgər Hünər Məmmədovdur.

    O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin yeddi tankını, bir PDM-ni, bir silah-sursat dolu avtomobil texnikasını və iki müşahidə məntəqəsini məhv edib.

    Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!


  • Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – RƏSMİ + FOTO

    “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 42 mülki şəxs həyatını itirib”.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 206 nəfər yaralanıb.

    “1479 ev, 241 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, – deyə məlumatda qeyd edilib.

  • Düşmən Tərtərdə beşmərtəbəli yaşayış binasını atəşə tutub

    Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini və ətraf kəndləri atəşə tutmaqda davam edir.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

    Yenidən dinc sakinləri hədəfə alan düşmən ağır artilleriyadan şəhərin mərkəzinə top mərmisi atıb. Mərmilərdən bir neçəsi beşmərtəbəli yaşayış binasına, fərdi yaşayış evlərinə düşüb. Nəticədə mülki evlərə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

    Azərbaycan ordusu tərəfindən ermənilərə qarşı adekvat cavab tədbirləri görülür.

  • Müharibə şəraitində mühüm əhəmiyyətə malik xeyli sayda İlizarov aparatı ölkəyə gətirildi

    İllizarov aparatı yaralı hərbçilərin müalicəsi üçün ideal tibbi ləvazimatdır.

    Cəmiyyətdə daha çox İlizarov aparatı olaraq bilinən yeni tibbi cihazlar Azərbaycana gətirilib.

    Artıq 510 belə aparatdan ibarət ilk partiya paytaxtdadır. Bu aparatlar hərbi hospitallara paylanıb. Müharibə şəraitində olan ölkələrdə vacib əhəmiyyət kəsb edən bu aparatlar ayrı-ayrı sümük parçalarının uzunmüddətli fiksasiyası, sümük toxumasının zədələnməsini azaltmaq üçün mühüm tibbi aparat hesab olunur.

    Aktiv müharibə şəraitində hərbi hospitallarda, eyni zamanda mobil hospitallarda da bu aparatlar hərbçilərin sağlamlığına qovuşması, onların daha tez tibbi ehtiyaclarının qarşılanması baxımından yüksək əhəmiyyət daşıyır. Bu aparat sayəsində çox sayda əsgərimiz öz sağlamlığına qovuşacaq. Həmin cihazların ordu üçün təchizatı layihəsi çərçivəsində İlizarov aparatından 3500 ədəd sifariş olunub.

    Qeyd edək ki, İlizarov aparatlarının ölkəyə gətirilməsi iş adamı Anar Əlizadə tərəfindən həyata keçirilib.

  • Ermənipərəst Rusiya mediasından növbəti “fake news” – VİDEO

    Rusiya mətbuatı dünyaya həqiqətə uyğun olmayan və istər Rusiyada, istərsə də dünyada çaşqınlıq yaradan, qərəzli məlumatların dərcini davam edir.

    Növbəti “fake news” isə “Komsomolskaya Pravda” nəşrində dərc edilib. Belə ki, məqalədə qeyd edilib ki, guya Azərbaycan Ordusu humanitar atəşkəs rejimini pozaraq Xankəndinə raket zərbələri endirib və nəticədə şəhərdə xeyli dağıntılar yaranıb.

    Lakin nəşrin istifadə etdiyi foto və videolar işğalçı Ermənistan silahlı birləşmələrinin oktyabrın 11-i gecə saatlarında Gəncə şəhərinə atılan raket zərbələrindən sonra yaranan dəhşətli görüntüləri əks etdirir.

    Məqalədə istifadə edilən digər fotoların “Reuters” informasiya agentliyindən əldə edildiyi qeyd olunub. Lakin həmin fotoları yayımlayan “Komsomolskaya Pravda” fotoşəkillərdə də günahı Azərbaycanda görür. Açıqlamalarda qeyd edilir ki, həmin fotoşəkillər Xankəndinə atılan raket zərbələrindən sonra yaranmış dağıntılar zamanı çəkilib və xüsusən iddia edilib ki, fotolar Xankəndində çəkilib. Dağıntılar altında isə onlarla erməni qalıb.

    Ancaq görünən odur ki, nəşr bir məqama diqqət yetirməyib. Çünki fotolarda Azərbaycan FHN-nin xilasediciləri diqqət çəkir. Onların geyimlərindəki üçrəngli Azərbaycan bayrağı isə yəqin ki, nəşrin multimedia redaktorlarının diqqətindən yayınıb.

    Dünya ictimaiyyəti Rusiyanın ermənipərəst media qurumlarının xislətini çoxdan bilir. Bəzi televiziya kanallarının, internet xəbər saytlarının və qəzetlərin rəhbər şəxsləri məhz ermənilər olduğu sirr deyil. Belə olan halda, heç şübhəsiz onlardan obyektiv jurnalistika, qərəzsiz xəbərçilik gözləmək də doğru olmaz.

    Dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən “Russia Today” informasiya agentliyi, eyni zamanda bir sıra media qurumlarının rəhbər postlarında məhz ermənilər və ya rus və digər müxtəlif ölkələrin soyadlarına bürünmüş erməni əsilli şəxslər dayanır.

    Belə olduqda, Ermənistan diqtəsi ilə fəaliyyət göstərən Rusiya mediası təbii olaraq həm erməni millətini, həm də Rusiya xalqını yalan və heç bir həqiqi əsasları olmayan, saxta və dezinformasiya xarakterli xəbərlərlə aldatmağa davam edir və edəcək. Bu da öz növbəsində dünya ictimaiyyətinə yalan məlumat çatdırmaqla yanaşı, beynəlxalq jurnalistika prinsiplərinə ziddiyyət təşkil edir.

  • İsrailin Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunması üçün qaldırılan iddianı rədd etdi

    İsrail Ali Məhkəməsi Azərbaycana silah satışının qadağan olunmasına dair iddianı rədd edib.

    Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

    İsrail Ali Məhkəməsi buna səbəb kimi işə baxmaq üçün kifayət qədər sübut olmadığını əsas gətirib.

  • Maksim Şevçenko: “Ermənistan istəyir ki, Azərbaycan onun ərazisinə zərbə endirsin” – VİDEO

    Bu, haqq qazandırılması mümkün olmayan vəhşi cinayətdir. Mənası ondan ibarətdir ki, Azərbaycanı Ermənistana atəş açmağa məcbur etsin.

    Bu fikri rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko İctimai Televiziyaya ermənilərin Gəncədə törətdiyi terror aktı ilə bağlı danışarkən səsləndirib.

    O bildirib ki, Ermənistanın daxilində, Paşinyanın ətrafında bir sıra qüvvələr var:

    “Onlar hesab edirlər ki, hər şey etməyə haqları var. Həmin qruplar müharibənin qlobal xarakter almasını çox istəyirlər. İstəyirlər ki, Azərbaycan dinc Gəncəyə qarşı edilmiş təxribatçı hücumlara cavab versin, Ermənistan ərazisinə zərbələr endirsin. O zaman Ermənistan təcavüz qurbanı kimi Rusiyaya müraciət etsin”.

    Maksim Şevçenkonun sözügedən müsahibəsini tam şəkildə təqdim edirik: