Category: Ordu

  • Azərbaycan əsgəri döyüşə “Qarabağ” mahnısı oxuyaraq gedir – VİDEO

    Azərbaycan əsgərləri döyüşə yüksək əhval-ruhiyə ilə gedir.

    Bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

    Həmin videonu təqdim edirik:

  • Düşmənin daha səkkiz döyüş texnikası məhv edildi – VİDEO

    Son saatlarda cəbhənin müxtəlif istiqamətlərində düşmənin bir ədəd “Uraqan” yaylım atəşli reaktiv sistemi, bir ədəd “OSA” zenit-raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, bir ədəd piyadanın döyüş maşını və iki ədəd D-20 haubitsa-topu məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib – FOTO

    Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.

  • Hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam etdirilir – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncamının icrası istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin hərbi hissələrə yola salınmasını təmin etmək üçün zəruri tədbirləri operativ qaydada həyata keçirir.

    Dövlət Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız Xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gəlirlər.

    Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər.

    Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bununla belə Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə, elektron resurslarına könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi kömək göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.

  • Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib – RƏSMİ

    Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

  • Erməni təcavüzü nəticəsində 14 mülki sakin ölüb, 46 nəfər yaralanıb – RƏSMİ

    Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 14 nəfər şəxs isə həlak olub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin, 26 mülki obyektə, o cümlədən, Tərtər şəhərində Xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonu, Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin Pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

  • Tonaşendə düşmənin iki tankı məhv edildi – VİDEO

    Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankı məhv edilib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

  • Ordumuz düşmənin komandanlıqdan təcili istədiyi ehtiyat qüvvələri məhv etdi – VİDEO

    Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq, atəş zərbəsi ilə məhv edilib.

  • Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır – RƏSMİ

    Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq, müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

  • Lerik könüllülərini cəbhəyə yola salır – VİDEO

    Ölkədə elan edilən qismən səfərbərliyə uyğun olaraq, Lerikdə də çağırışçılar çağırış xidmətinin qarşısında toplaşır. Onlarla yanaşı, könüllü döyüşmək istəyənlərin müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir.

    Lerikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə könüllü olaraq cəbhə bölgəsinə gedərək, döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur.

    Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri məqsədyönlü şəkildə atəşə tutmaları, mülki insanlara qarşı terror vasitələrindən istifadə etmələri gənclərimiz tərəfindən ciddi narazılıqla qarşılanıb və onları yenidən ordu sıralarında vuruşmağa sövq edib. Gənclərin könüllü olaraq orduda xidmət etmək üçün müraciətləri davam edir.

    Daha ətraflı Baku TV-nin videosüjetində: