Category: Ordu

  • Azərbaycanlı hakerlər Ermənistan Silahlı Qüvvələrinin kapitanının sənədlərini ələ keçirdi – FOTO

    Azərbaycanlı hakerlər Ermənistan hərbçisinə, Ermənistan Silahlı Qüvvələrinin kapitanına məxsus sənədi əldə edib.

    Bu barədə “Azerbaijan Cyber Army” “Telegram” səhifəsində məlumat yayıb.

    Qeyd edək ki, Ruben Sənəmyan iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olduğu təxribatın təşkilatçısıdır.


  • Ermənilərin daha bir texnikası ələ keçirildi – FOTO

    Ermənilərin daha bir texnikası ələ keçirilib.

    AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısında geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar.

    Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – “URAL” markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.

    Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.

    Qeyd edək ki, daha əvvəl düşmənin 1 “URAL” və 1 “UAZ” markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.







  • Düşmənin artilleriya qurğularının məhv edilməsinin görüntüləri yayıldı – VİDEO

    Müdafiə Nazirliyi düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı – RƏSMİ

    Düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər isə həlak olub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 163 yaşayış evinə, həmçinin, 36 mülki obyektə külli miqdarda ziyan vurulmuş, eləcə də, dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

  • Düşmən Tərtərdə avtovağzala top atdı: Ölən var – RƏSMİ

    İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 09:00 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb.

  • Ermənilər Tərtəri artilleriya atəşinə tutur – RƏSMİ

    Bu gün səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmənə artilleriya zərbələri endirildi – VİDEO

    Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərinə gecə ərzində bölmələrimiz tərəfindən sarsıdıcı artilleriya zərbələri endirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Düşmənin hərbi kolonları məhv edilib – VİDEO

    Düşmənin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən məhv edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

  • Düşmənin məhv edilən döyüş texnikasının siyahısı – VİDEO

    Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

    – 200-dək tank və digər zirehli texnika;

    – 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

    – 30 ədəd hava hücumundan müdafiə vasitələri;

    – 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

    – 5 silah-sursat anbarı;

    – 110-dan artıq avtomobil texnikası;

    – 1 ədəd “S-300” zenit-raket kompleksi.

  • Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

    “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.

    Bu barədə “Xalq qəzetinə” müsahibəsində Azərbaycan Respublikası Baş prokurorunun müavini- Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev məlumat verib.

    Onun sözlərinə görə, bu, prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu strategiyasının və onun əsasında bu sahədə həyata keçirilən köklü islahatların nəticəsidir:

    “Kompleks tədbirlərin nəticəsi olaraq silahlı qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silahsursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır”.

    Təsadüfi deyil ki, ötən illərdə olduğu kimi bu il də “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlayıb.