Category: Ordu

  • Ermənilər Ağdamda əhalini atəşə tutdu – VİDEOREPORTAJ

    Sentyabrın 27-dən etibarən Ermənistan ordusunun cəbhə boyunca törətdiyi təxribatlar davam edir.

    Bu gecə Ağdamın məcburi köçkünlər məskunlaşan yaşayan Birinci Baharlı qəsəbəsi düşmən toplarından atəşə tutulub.

    Hadisə nəticəsində mülki sakinlərin evlərində ciddi ziyan dəyib.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı – VİDEO

    Sentyabrın 27-dən Ermənistan ordusunun cəbhədə törətdiyi təxribatlardan sonra Azərbaycan ordusunun əks-hücuma keçməsi, Silahlı Qüvvələrimizin əldə etdiyi əhəmiyyətli uğurlar, işğal altındakı bəzi ərazilərimizin düşmən tapdağından azad olunması, ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilməsi nəinki bizim, bütün regionun əsas hadisəsinə çevrilib.

    Elə bu günlərdə sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılır.

    Videolarda iddia olunur ki, Cənubi azərbaycanlılar Azərbaycana dəstək məqsədilə bu nəqliyyat vasitələrini yandırıblar və görüntülərini paylaşıblar.

    Ermənistana İran ərazisindən silah daşınmasının İslam həmrəyliyinə zidd olduğunu, qonşuluq, həmrəylik münasibətlərinə xələl gətirdiyini qeyd edilir.

  • Azərbaycan bayrağını qaldırmış idmançılar hərbi xidmətə çağırıldılar – FOTO

    MMA üzrə “Rizin” Qran Pri turnirinin qalibi Tofiq Musayev hərbi xidmətə çağırılıb.

    Bu barədə onun şəxsi məşqçisi Ruslan Əfəndiyev paylaşım edib.

    Həmçinin güləş üzrə gənclər arasında dünya və Avropa çempionu Əfqan Xaşalov da qismən səfərbərliklə bağlı hərbi xidmətə çağırılan idmançılarımızdandır.

    Qeyd edək ki, bundan əvvəl taekvondoçu Ayxan Tağızadənin hərbi xidmətə çağırıldığını xəbər vermişdik.

  • Müdafiə Nazirliyi: “Ermənistan ordusunun mövqeləri darmadağın edilib”

    Azərbayan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    “Ağır itkilərə məruz qalan düşmən ölən və yaralıların evakuasiyasını təşkil etmək üçün nəqliyyat vasitələri tapmaqda çətinlik çəkir”, – Nazirlikdən bildirilib.

  • Düşmən yenidən Tərtərdə mülki əhalini atəşə tutdu, ölən var

    Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə tutmaqda davam edir.

    Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

    Düşmənin növbəti dəfə atdığı top mərmiləri Tərtər rayonunun mərkəzində bir neçə evə düşüb, nəticədə rayon sakini, 1959-cu il təvəllüdlü Ayna Mehdiyeva həlak olub.

    Top mərmilərindən biri isə Tərtər Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına düşüb, yaşayış evlərinə ciddi ziyan dəyib.

    Bu gün ərzində rayonun mərkəzinə və kəndlərinə ümumilikdə Ermənistan silahlı qüvvələri tərəfindən 10-dan çox top mərmiləri atılıb.

    Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

    Qeyd edək ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

    Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

  • Müdafiə Nazirliyi xarici hərbi attaşelərə cəbhədəki vəziyyət haqqında məlumat verib – FOTO

    Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.

    Tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin sadəcə hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.

    Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

  • Paşinyan tezliklə “ağ bayraq” qaldıra bilər – VİDEO

    Rəsmi İrəvan olduqca qəliz situasiya ilə üzləşib, Ermənistan müharibəni davam etdirmək, Azərbaycana müqavimət göstərmək imkanlarını tamamilə itirməyə başlayıb… Ancaq müharibəni dayandıracağı halda Paşinyan hakimiyyəti Azərbaycanın yeganə və qəti şərtini qəbul edərək, işğal altındakı bütün əraziləri boşaltmaq məcburiyyətində qala bilər…

    Dağlıq Qarabağ münaqişəsi çərçivəsində hərbi əməliyyatların yenidən bərpa olunmasından çox az vaxt keçib. Ermənistanın avantürist hərbi təxribatı ucbatından başlayan silahlı toqquşmalar artıq çox şeyi köklü şəkildə dəyişib. Bu zaman çərçivəsində baş verənlər üzərindən ilkin nəticələri təhlil etmək tamamilə mümkündür.

  • Erməni əsgərləri səngərdə ağlayır: “Bizi tək qoyublar” – VİDEO

    “Caliber” “YouTube” kanalı müharibə zonasından yeni video görüntülər yayımlayıb.

    Görüntülərdə səngərdən başını qaldırmağa imkan tapmayan erməni əsgərləri yer alıb. Əsgərlərdən birinin “GoPro” kamerası ilə çəkildiyi ehtimal olunan videoda onun həyəcanla və təlaşla “Bizi burda tək qoyublar” deyə qışqırması əks olunub.

    Onun digər əsgər yoldaşı isə əlləri ilə qulaqlarını tutaraq ağlayır.

    Sözügedən videonu təqdim edirik:

  • ANAMA cəbhəboyu ərazilərdə keçirilmiş əməliyyatlar barədə məlumat yaydı

    Sentyabrın 27-29-da Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Ağdaş, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər və Hacıqabul rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, yol kənarına, otlaq və əkin sahəsinə düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 32 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub.

    ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 36 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Ağdam rayonunun 1-ci 4 Yol, Quzanlı qəsəbələri və Çəmənli kəndi, Ağcabədi rayonunun Qaradolaq, Ağgöl, Avşar, Hacılar kəndləri, Tərtər rayonun Qaynaq, Sarıcalı, Çəmənli kəndləri və Şıxarx qəsəbəsi, Füzuli rayonun Şükürbəyli və Horadiz kəndləri, Goranboy rayonunun Qaramusalı, Həmənli, Qaraçinar, Boluslu, Meşəli, Qırıqlı kəndləri, Biləsuvar rayonun Nəriman kəndi, Naftalan rayonunun Qaşaltı kəndi və Hacıqabul rayonu ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 34 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

    Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (OFAB-100), 6 ədəd raket, 1 ədəd raketinin arxa hissəsi (dolu) və 2 ədəd döyüş başlığı, 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 4 ədəd partlamış raket hissələri aşkar olunub.

  • MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır

    Qarabağ səmasında Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

    O qeyd edib ki, Erməni KİV-nin Ermənistan ordusuna məxsus “Su-25” təyyarəsinin guya “F-16” qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.