Category: Ordu

  • Ordunun 100 illiyi ilə bağlı paradda – BİR İLK

    İyun ayının 26-da, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı Bakı şəhərində keçiriləcək hərbi paradda maraqlı bir yenilik planlaşdırılır.

    Median.Az “AzeriDefence”ə istinadən xəbər verir ki, bu barədə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

    C.Xəlilovun sözlərinə görə, Azərbaaycanın müstəqillik tarixində keçirilən hərbi paradlardan ilk dəfə olaraq builkində İkinci Dünya Müharibəsi veteranları da keçid edəcəklər.

    “Planlaşdırmışıq ki, həmin dövrün müharibə veteranları hərbi geyimdə, maşında 416-cı Taqanroq diviziyasının bayrağı ilə tribuna önündən keçsinlər”, – deyə C. Xəlilov bildirib.

    Qeyd edək ki, Azərbaycanın müstəqilliyi dövründə – 1991-ci ildən indiyədək Bakı şəhərində dörd (1992, 2008, 2011 və 2013-cü illərdə), Naxçıvan şəhərində isə bir hərbi parad keçirilib.

  • Cəbhədən xəbər var

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Cəbhədə düşmən təxribatı davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan və Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Cəbhədə gərginlik davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 93 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Cəbhədə gərginlik davam edir

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aşağı Əskipara, Qızılhacılı, Cəfərli və Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Raket və artilleriya qoşunlarının döyüş atışları – (Fotolar/Video)

    Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.

    Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

  • Ermənilər dinc sakini yaralayıb

    Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

    Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.

    Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.

  • Ordunun ən yaxşı tankçıları müəyyənləşdi

    2018-ci ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusu üzrə keçirilən “Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları yüksək nəticələr əldə ediblər.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, yarışın ümumi nəticələrinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun tankçıları xüsusi peşəkarlıq göstərərək I yerdə qərarlaşıblar.

    Tank heyətində tank komandiri, gizir Nicat Mehdiyev, tuşlayıcı-operator, gizir Ceyhun Şıxzadayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı olublar.

    Yarışlar çərçivəsində keçirilmiş praktik atışların nəticələrinə görə də tank komandirləri – gizir Əlikərəm Bədəlov və gizir Nicat Mehdiyev I yerə layiq görülüblər.

    Yüksək nəticələr əldə etmiş tankçılar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

    Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun tankçıları 2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Alabino təlim mərkəzində təşkil olunan Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində də iştirak ediblər.

    Müsabiqədə yüksək peşəkarlıq göstərən tankçılar – gizir Əlikərəm Bədəlov yarışa cəlb olunan şəxsi heyət arasında ən yaxşı tank komandiri, gizir Ceyhun Şıxzadayev ən yaxşı tuşlayıcı-operator seçilib, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı da uğurlu nəticə göstərib.

  • Azərbaycan dünyanın ən güclü ordularının reytinqində irəlilədi

    Azərbaycan Silahlı Qüvvələri “Dünyanın ən güclü ordusu” reytinqində 53-ci yerdə qərarlaşıb.

    Median.Az xəbər verir ki, bu barədə “Global Firepower” təşkilatının elektron səhifəsində bildirilib.

    Ötən reytinqlə müqayisədə Azərbaycan beş pillə irəliləyib.

    Hesabatda qeyd olunur ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 83 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopter (onlardan 17-si hücum helikopteridir), Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 Reaktiv Yaylım Atəşi Sistemi var.

    Bildirilir ki, Azərbaycan ordusunun sayı 374 500 nəfərdir, səfərbərlik zamanı isə 3 750 000 nəfər hərbi xidmətə çağırıla bilər.

    Qonşu Gürcüstan reytinqdə 82-ci, Ermənistan isə 84-cü pillədə qərarlaşıb.

    İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya.

    “Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.

    Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.

  • “Ъ”: Azərbaycan “Polonez” raket sistemi alır – VİDEO

    Belarusun “Polonez” raket sistemləri artıq 2018-ci ildə Azərbaycanda ola bilər.

    Median.Az-ın “Kommersant”a istinadən xəbərinə görə, Belarus hökuməti 2018-ci ildə 10 ədəd “Polonez” yaylım atəşli reaktiv sisteminin müqavilə üzrə ixracına başlayacaq.

    İddia edilir ki, “Polonez” sistemi Azərbaycanda tədarük ediləcək, belə ki, ölkənin müdafiə naziri Zakir Həsənov Belarusa səfəri zamanı bu sistemin istehsal texnologiyası ilə tanış olub.

    Nəşrin mənbəsinin sözlərinə əsasən, bu müqavilə Ermənistan tərəfinin narazılığına səbəb olacaq.

    Belarus Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, “Polonez” yaylım atəşli reaktiv sisteminin ilk ixracı artıq 2018-ci ilə baş tuta bilər.

    Onun sözlərinə görə, birinci müqavilə ilə 10 “Polonez” sistemi tədarük ediləcək (buraya raketlər, nəqliyyat-yükləmə maşınları, idarəetmə məntəqəsi, radiolokasiya stansiyalar və b. daxildir).

    Mənbə əlavə edib ki, hüquqi sənədlər artıq son mərhələdədir, müştəri öz maliyyə məsələlərini həll edir.

    Mənbə müştərinin adını açıqlamasa da, Rusiya müdafiə sənayesi sahəsində iki top-menecer bildirib ki, söhbət Azərbaycandan gedir./oxu.az