Category: Ordu

  • Ermənistanda üç əsgərin ölümünə görə daha bir hərbçi saxlanılıb

    Ermənistandakı hərbi hissələrdən birində ölü tapılmış üç çağırışçının işi ilə bağlı daha bir hərbçi saxlanılıb.

    Saxlanılan şəxs öldürülmüş əsgərlərin xidmət etdiyi postun komandiridir.

    O, əsgərlərə qarşı seksual xarakterli zorakılıq etməkdə təqsirləndirilir. Hazırda araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, iş üzrə saxlanılmış digər hərbçi məhkəmənin hökmü ilə 2 və daha çox insanı qəsdən öldürməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

  • Azərbaycan Respublikasının müdafiə nazirinin müavini Moskvada səfərdədir

    Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları-2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Azərbaycan hərbiçiləri “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.

  • Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub

    Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

    Cavab atəşilə qarşı tərəf susdurulub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • 40 erməni zabitini məhv edən Elyar Vəliyev kimdir? – Xüsusi təyinatlı əfsanə

    44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canından keçmiş igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Elyar Vəliyevdir. Canını Vətən uğrunda fəda edərək xalqımıza qələbə yaşadan cəsarətli oğullarımızdan biri olan Elyar Cəbrayıl, Hadrut, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla yaddaşlarda qalıb.

    Qaynarinfo “Vətən Müharibəsi Qəhrəmanı” ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatı təqdim edir:

    Oktyabrın 17-də səngərdə oturanda qəfildən bir erməni əsgərinin qaçdığını görüblər. Elyar ayağa durub və deyib ki, “bu, mənim doğum günü sürprizimdir”. Həmin erməni əsgərin dalınca qaçıb. Bir az keçəndən sonra görüblər ki, üstü qanlı, əlində bıçaq və ratsiya ilə geri qayıdıb. Elyar Cəbrayıl döyüşləri zamanı 40 tapança təhvil vermişdi. Sıravi əsgərdə tapança olmur. Bu, o deməkdir ki, 40 zabiti öldürüb. Bir videosu var. Sonuncu döyüşündən əvvəl çəkilib. Orada deyir ki, ”erməni öldürməyəndə narahat oluram, gərək erməni öldürəm ki, əlimin gicişməsi dayansın”.

    Sonuncu döyüşü oktyabrın 19-u Şuşadan 14 kilometr aralıda, Qırmızı Bazar deyilən yerdə olub. Güllələri qurtarana qədər döyüşüblər. Elyarı müxtəlif istiqamətlərdə yaxın məsafələrə qumbara atanda ürəyindən vurublar. O, “Allahu-Əkbər” deyərək yerə yıxılıb”. Elyar son damla qanına kimi qəhrəmancasına vuruşaraq, torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail oldu. Bu gün onun ruhu şaddır ki, uğrunda şəhid olduğu torpaqlarda üçrəngli şanlı Azərbaycan bayrağı qürurla dalğalanır…

    Xidmət yoldaşları arasında “Allahsız canavar” ləqəbi ilə çağırılan cəsur döyüşçü ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalına layiq görülüb”.

  • Azərbaycan ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Tovuzqala rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bundan əlavə avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.

    Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Azərbaycan hərbçiləri Qazaxıstana gedib

    “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.

    Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.

  • Azərbaycan hərbi dənizçiləri İrandadır

    “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qarşılanma mərasimində İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

    Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

    Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

    Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

  • Erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutub – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Basarkeçər rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı yaşayış məntəqələri ərazisində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bundan əlavə avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.

    Cavab atəşilə qarşı tərəf susdurulub.

    Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

    Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

  • Daha üç erməni hərbçisinin meyiti təhvil verilib

    Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha üç erməni hərbçinin meyitinin qalıqları tapılıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

    Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 645-a çatıb.

  • Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi məşqlər keçirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, məşqlər zamanı çətin relyefli ərazidə şərti düşmənin qurduğu mühəndis maneələrindən piyada və döyüş texnikası üçün keçidlər açılır, kolon yolları hazırlanır, maneələr üzərində körpülər qurulur.

    Hərbi mühəndislər taktiki-xüsusi məşqlər zamanı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir.