Category: Ordu

  • Erməni əsgəri intihar edib

    Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi şəhərciyinin emalatxanasında müqavilə üzrə xidmət aparan çavuşun meyiti tapılıb.

    Bu barədə “Report” erməni mətbuatına istinadən xəbər verir.

    Ermənistan İstintaq Komitəsinin məlumatına görə, evakuasiya dəstəsinin komandiri, Araqaçotn vilayətinin 44 yaşlı sakini İ.Makiçin meyiti bu gün saat 14:00 radələrində asılmış vəziyyətdə aşkarlanıb.

    Hazırda İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 4-cü qarnizonunun istintaq şöbəsində araşdırma aparılır.

    İlkin məlumatlara görə, əsgər intihar edib.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlıları təlimdə müxtəlif silahlardan atəş açıb

    Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş – 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

    Qeyd edək ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

  • Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb

    44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

    Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 663-yə çatıb.

  • Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimi başa çatdı – VİDEO

    Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

    Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

  • Füzulidə daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

    44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

    Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Füzuli istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

    Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 660-a çatıb.

    ///Report

  • Azərbaycan və Türkiyə qırıcılarının təlimindən görüntülər – VİDEO

    “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Tapşırığın ssenarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

  • Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

    Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni – Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

    Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

  • Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimlərindən görüntülər – VİDEO

    Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri davam edir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin növbəti mərhələsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları qardaş ölkənin hərbi qulluqçuları ilə birlikdə əməliyyatların planlaşdırılması, şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetiriblər.

    Katerlərin də cəlb olunması ilə keçirilən təlim-məşqlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

  • Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun missiyası başa çatır

    Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun missiyası başa çatır.

    “Report” xəbər verir ki, o, bu günlərdə missiyasını başa vuracaq.

    Xatırladaq ki, Rüstəm Muradov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib.

    Hələ mayda bildirilirdi ki, Rüstəm Muradov rotasiya prinsipi üzrə Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevlə əvəzlənə bilər. Ancaq həmin vaxt Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla əlaqədar yaranan gərgin vəziyyət səbəbindən R.Muradov vəzifəsində qalıb.

    Rüstəm Usmanoviç Muradov 21 mart 1973-cü ildə Dağıstanın Dərbənd rayonunun Çinar kəndində anadan olub.

    O, 2018-ci ilin dekabrından Rusiya Federasiyasının Cənub Hərbi Dairəsi komandanının müavinidir. Rusiya Prezidentinin 20 fevral 2020-ci il tarixli fərmanı ilə R.Muradova general-leytenant rütbəsi verilib.

  • Hadrutda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb

    Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

    Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

    Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 657-yə çatıb.