Category: Ordu

  • Türkiyədəki zabitlərimizə yeni rütbələri təqdim olunub

    Dövlət Komitəsinin təşkil etdiyi tədbirdə Türkiyədəki zabitlərimizə yeni rütbələri təqdim olunub.

    Trend-in məlumatına görə, hazırda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində İstanbul şəhərində Azərbaycanın dövlət bayramı 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə mərasim keçirilir.

    Mərasimdə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın İstanbuldakı konsulluğunun, Azərbaycanlıların Koordinasiya Şuralarının təmsilçiləri, Türkiyənin Milli Müdafiə Universitetinin yüksək çinli heyəti, Türkiyədə təhsil alan azərbaycanlı kursantlar, qardaş ölkədə müalicə olunan qazilərimiz, onların ailə üzvləri və başqaları iştirak ediblər.

    Tədbir çərçivəsində Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin hazırda Türkiyədə təhsil alan bir qrup zabitimizə verdiyi yeni rütbələr təqdim edilib. Onlar polkovnik-leytenant Azər Abdullayev, mayor Beyrək İsgəndərov, II dərəcəli kapitan Sərdarov Səbuhi və mayor Elvin Həsənovdur.

  • Azərbaycan əsgərləri erməni hərbçilərini sərhəddən qovdu – VİDEO

    Azərbaycan Ordusunun hərbçiləri Azərbaycan – Ermənistan sərhədində təxribat törətmək istəyən bir qrup düşmən əsgərini ərazimizdən qovub.

    Bununla bağlı növbəti görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda təxribat törətməyə cəhd edən erməni hərbçiləri Azərbaycan Ordusunun əsgərləri tərəfindən layiqli cavablarını alaraq ərazilərimizdən uzaqlaşdırılırlar.

    Həmin görüntüləri təqdim edirik:

  • Vətən müharibəsində itkin düşmüş iki hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİ

    Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş daha iki hərbi qullquçusunun meyiti tapılıb.

    Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətlərinin müəyyən olunmaqla doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib, həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

    “Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə intensiv həyata kecirilmiş əməliyyat-istintaq tədbirləri, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə aparılmış müntəzəm iş nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması, şəxsiyyətlərinin müəyyən olunaraq meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub.

    Bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsrətov Elməddin Sərdar oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yunisli Elşən Fazil oğlunun meyitləri tapılaraq, şəxsiyyətləri müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır”, – deyə bildirilib.

  • Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başladı

    Bu gün Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tinin yeni hərbi hissə kompleksi xidməti istifadəyə verilib.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sər­həd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş əraziləri­mizdə Dövlət Sərhəd Xidmətinin növbəti hərbi hissəsinin xidməti-döyüş fəaliy­yə­tinə başlaması münasibətilə şəxsi heyəti təb­­rik edib.

    Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­rək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar təqdim olunub.

    Açılış mərasimindən sonra hərbi hissədə qərargaha, xidməti və inzi­bati otaqlara, zabit heyəti üçün yaşayış evlərinə, əsgər yataq­xanasına, yemək­xanaya, hamam-camaşırxana, ərzaq, əşya-geyim, yanacaq və silah anbarlarına, avto­mobil parkına, döyüş texnikasına və silah-sursatlara baxış keçirilib.

    Hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsi və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə görülən işlər yoxlanılıb, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sər­hədçilərlə görüş keçirilib, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­rinə baxış aparılıb.

  • Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

    Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

  • Daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olunub

    Qarabağda hərbi əməliyyatların gedişində həlak olmuş daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

    Bu barədə erməni KİV məlumat yayıb.

    Cəsədin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

    Qalıqların kimə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

    Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1584-ə çatıb.

  • Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

    Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

    Meyit Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

    Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 580-ə çatıb.

  • Türkiyəli jurnalistdən Şuşa paylaşımı – FOTO

    “CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk Şuşa şəhərilə bağlı paylaşım edib.

    Özünün “Instagram” səhifəsində Azərbaycan əsgərlərilə çəkdirdiyi fotosunu paylaşan jurnalist “Şuşadakı əsgərlərlə xatirə fotomuz”, – yazaraq qeyd edib.

    Xatırladaq ki, F.Öztürk 44 günlük Vətən müharibəsini işıqlandıran ən fəal əcnəbi media nümayəndələrindən biri olub.

    Xüsusilə də Gəncənin raket atəşinə tutulmasından sonra o, canlı efirə çıxaraq baş verən faciəni obyektiv və operativ şəkildə dünya ictimaiyyətinə çatdırıb.

  • Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Ordusunu salamlayıb – VİDEO

    Türkiyənin Müdafiə Nazirliyi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri ilə bağlı paylaşım edib.

    Nazirlik özünün “Twitter” səhifəsindən Azərbaycan Ordusunu salamlayıb.

    “Prezidentimiz hörmətli cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti hörmətli cənab İlham Əliyevin tarixi bir səfər gerçəkləşdirdikləri gözəl Şuşanı “Tək Vətən hərəkatı” ilə işğaldan qurtaran qəhrəman Azərbaycan Ordusunu və qəhrəman Azərbaycan türkü qardaşlarımızı salamlayırıq”, – deyə paylaşımda qeyd olunub.

  • Ali Hərbi Məktəbdə dövlət imtahanları keçirilib – VİDEO

    Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, hərbi məktəbdə dörd il müddətində hazırlıq keçən və təhsil alan kursantlar bilik və bacarıqlarını nümayiş etdiriblər.

    Gələcəyin zabitləri sinif otaqları və xüsusi hazırlanmış məntəqələrdə müxtəlif ixtisaslar və rəhbər sənədləri bilmələri üzrə nəzəri, çöl-səhra şəraitində isə taktiki və atəş hazırlığı, döyüş texnikasının istismarı, eləcə də digər fənlər üzrə praktiki imtahanlar veriblər.