Category: Ordu

  • Şəhid Orxan Yusubovla vida mərasimi başlayıb

    Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Orxan Yusubovun nəşi Gəncə şəhərinə gətirilib.

    “Report”un məlumatına görə, nəşi ailəsinə təhvil verilən şəhidlə vida mərasimi başlayıb

    Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

    Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.

    Qeyd edək ki, O.Yusubov 1992-ci ildə Gəncədə anadan olub. O, ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər O.Yusubov 8 aydır itkin düşmüşdü.

  • Vətən müharibəsində itkin düşən hərbçimizin nəşi tapıldı – FOTO

    Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Yusubov Orxan Allahverdi oğlunun nəşi tapılıb.

    Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.

    Qeyd edək ki, şəhidimiz 1992-ci ildə Gəncə şəhərində anadan olub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

  • Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

    Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin nəşi tapılıb.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, 8 aydır itkin hesab edilən 14 mart 1992-ci il təvəllüdlü Mustafayev Elvin Fəxrəddin oğlunun nəşi tapılıb.

    Şəhidin cənazəsinin bu gün doğulduğu Gəncə şəhərinə gətiriləcəyi bildirilib.

  • Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu məlum olub

    Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər Verdiyev Eldəniz Rabil oğlunun nəşi tapılıb.

    “Report” xəbər verir ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini, 1999-cu il təvəllüdlü E.Verdiyevin nəşi Murovdağ ərazisində tapılıb.

    Onun ailəsi Göygöl rayonunda yaşadığından şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunacaq.

    Qeyd edək ki, E.Verdiyev müharibənin ilk günündə itkin düşmüşdü.

    Allah rəhmət eləsin!

  • Ermənistanın müharibə itkilərinin sayı 5 300 nəfəri ötdü

    2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 25 mayına qədər Ermənistanda ikinci Qarabağ müharibəsində həlak olmuş 3 753 hərbi qulluqçunun meyiti məhkəmə-tibb ekspertizasından keçirilib.

    “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

    Mayın 25-ə olan məlumata əsasən həlak olmuş hərbi qulluqçuların meyitlərindən və qalıqlarından götürülmüş 48 analiz nümunəsi hələ yoxlanılmayıb.

    Mətbuat isə qeyd edib ki, mayın 24-ə qədər Qarabağda itkin düşmüş hesab edilən 1 557 nəfərin meyiti tapılıb. Onların bir hissəsi ermənilərin apadıqları axtarışlar zamanı aşkarlanıb. Meyitlərin bir qismini isə Azərbaycan qarşı tərəfə təhvil verib.

    Xatırladaq ki, daha əvvəl Ermənistanın vitse-spikeri Tiqran Avinyan ölkə parlamentində iddia edib ki, 44 günlük müharibədə həlak olan erməni hərbçilərinin sayı 4 000 min nəfəri ötməyəcək. Lakin Səhiyyə və Müdafiə nazirliklərinin son açıqlamaları Ermənistanın ikinci Qarabağ müharibəsindəki itkilərinin sayının 5 310 nəfər olduğunu göstərir. Qeyd edək ki, bu da son deyil. Müdafiə Nazirliyi müharibədə onlarla hərbi qulluqçusunun itkin düşdüyünü, axtarışların hələ davam etdirildiyini açıqlayıb.

  • Hərbçilərimiz Türkiyədə praktiki uçuşlar icra edir

    Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları Türkiyədə keçirilən “Anatolian Phoenix-2021” təlimində plana uyğun olaraq təlim uçuşları keçirir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.

  • Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutdu: Hərbçimiz yaralandı

    Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.

    Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.

    Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan ordusunun tam nəzarəti altındadır.

    “Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq”, – deyə Müdafiə Nazirliyi bəyan edib.

  • Ordumuza məxsus avtomobil Ermənistanla sərhəddə minaya düşdü

    Azərbaycan Ordusuna məxsus hərbi avtomobil minaya düşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Kəlbəcər rayonunun Ermənistanla sərhəd istiqamətində baş verib.

    Müdafiə Nazirliyi hərbi avtomobilin minaya düşməsi faktını təsdiq edib.

    Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat yoxdur.

  • Təxribat törətməyə cəhd edən erməni terrorçuların FOTOLARI

    Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən saxlanılan altı erməni terrorçunun fotoları yayılıb.

    Həmin görüntülər sosial şəbəkədə paylaşılıb.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 terrorçu mühasirəyə alınaraq zərərsizləşdirilib və saxlanılıb.

    Həmin fotoları təqdim edirik:


  • İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib – RƏSMİ

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıb.