
Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik:

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmənin artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.
Həmin görüntüləri təqdim edirik:

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.


Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı düşmən tanklarının məhv edilməsinin videosunu yayıb.
Həmin görüntüləri təqdim edirik:

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbçisi, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi icraata verilib.
APA-nın məlumatına görə, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə 12 azərbaycanlı zərərçəkən şəxs qismində cəlb edilib.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.
Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla müəyyən edilib ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu ilin mayın 5-də tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
“Azərbaycanın 44 günlük müharibədəki qələbəsi 30 illik münaqişəyə son qoysa da, Vətən müharibəsinin hərbi-siyasi nəticələri Cənubi Qafqazda sülh və sabitlik imkanları və əməkdaşlıq mühiti formalaşdırsa da, informasiya cəbhəsində vəziyyət hələ sabit deyil”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, son proseslər, məsələn, Azərbaycanın qədim torpağı olan Qaragöl istiqamətində tərəflərin hər birində əvvəlcədən olan xəritələr əsasında sərhəd mühafizə sisteminin qurulması prosesi ətrafında yaradılan süni ajiotaj Ermənistanın hələ də reallıqla barışa bilmədiyini göstərir: “Lakin bu dövlətin hərbi potensialının məhv edilməsi səbəbindən, üstəlik, Azərbaycan hərbi-siyasi imkanlar baxımdan Ermənistanın müttəfiqlərini də çarəsiz buraxdığı üçün qarşı tərəf yeganə çıxış yolunu çirkin kampaniya və təbliğatda görür. Nəzərə alsaq ki, 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı eyni taktikadan istifadə edərək ciddi nəticələr əldə edə bilmişdi və o zamankı hakimiyyətin səbatsızlığı və informasiya siyasətinin düzgün qurulmaması fonunda proses ağır nəticələrə səbəb olmuşdu. Vətən müharibəsi dövründə isə biz fərqli durum müşahidə etdik”.
Deputat bildirib ki, orduya və uğurlu hərbi əməliyyatlara Ali Baş Komandanlıq edən İlham Əliyev informasiya siyasətinə də rəhbərliyi şəxsən üzərinə götürdü: “44 gün ərzində ayrı-ayrı çıxış və bəyanatları, sosial şəbəkədə işin təşkili üzrə şəxsi nümunəsi, dünyanın 30-a yaxın aparıcı mediasına müsahibələri informasiya savaşının taleyini həll etdi. Xüsusən nəzərə alsaq ki, müsahibələrin çoxu ittiham xarakterli suallar üzərində qurulmuşdu, lakin dövlət başçısının, beynəlxlalq hüquqa, ədalətə və həqiqətə əsaslanan mövqeyi məsələni kökündən həll etdi. Əslində, bu yanaşma Azərbaycan üçün yeni informasiya siyasətinin kontur və məzmununu müəyyən etmiş oldu. Vətən müharibəsindən sonra dövlət başçısı informasiya ilə iş məsələsində xüsusi həssaslıq nümayiş etdirir və ən doğrusu da budur”.
“Biz 7 ay öncəyədək işğala məruz qalmış və məğlub dövlət kimi tanınırdıqsa, artıq zəfər Azərbaycanın regionda mövqeyini köklü dəyişdi, biz qələbəmizin nəticələrini hərbi paradda və Hərbi Qənimətlər Parkında necə nümayiş etdirdiksə, zəfərin nəticələrini və yeni geosiyasi reallığı da o formatda qəbul etdirməliyik. Məhz bu mənada yeni informasiya siyasəti kontekstində Prezident İlham Əliyev tam fərqli bir strategiya nümayiş etdirərək sual və yanaşmalar qərəzli olsa belə, bu suallara yeni imkan və həqiqətləri bəyan etmək üçün əlavə fürsət kimi yanaşmağa başladı. Həqiqətən də istər Vətən müharibəsi dövründə, istər fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında, istər ötən ay ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masada, istərsə də dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda müzakirələrində 50-dən çox media mənsubu və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə ünsiyyət zamanı sistemli yanaşmaya və məntiqə əsaslanan yeni strategiyanın özünü doğrultduğunun şahidi olduq. Əslində, Prezident İlham Əliyevin strategiyasını informasiyalı cəmiyyət quruculuğu şəraitində informasiya müharibəsinin yeni mərhələləri ehtimalı üçün yol xəritəsi hesab etmək olar. Bu yol xəritəsinin isə hədəfləri və konturları kifayət qədər aydındır”, – o qeyd edib.
B.Məhərrəmov vurğulayıb ki, Azərbaycanın artıq bölgənin yeni güc mərkəzi kimi regionda və dünyada baş verən mühüm proseslərə dair mövqeyi var: “Bu mövqenin əhatə olunduğu mesajları effektiv formada bəyan etməklə regionda bizsiz siyasi proseslərin mümkünsüzlüyünü göstərə bilirik. Eyni zamanda, prosesləri mümkün qədər qabaqlamaqla mümkün risklərin qarşısını almaq üçün uyğun mühit formalaşdırırıq. Təsadüfi deyil ki, məhz İlham Əliyevin yeni informasiya strategiyası nəticəsində Ermənistan və erməni lobbisinin informasiya savaşında “hərbi əsirlər”, “kilsənin dağıdılması” son günlər isə “Ermənistan sərhədlərinə müdaxilə” kimi əsassız iddiaların Azərbaycana qarşı hücum üçün vasitə olmasına imkan verilmədi”.

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hərbi beşnövçülük yarışları keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarışlarda müxtəlif qoşun növlərində və birləşmələrdə xidmət edən hərbi idmançılar fərdi və komanda birinciliyi uğrunda mübarizə aparıb.
Hərbi qulluqçular maneələr zolağının dəf edilməsi, atış, qumbaraatma, kross və üzgüçülük növləri üzrə hərbi beşnövçülükdə güclərini sınayıb.
Sonda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılıb.









Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi davam edir.
“Report”un məlumatına görə, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərində işlənilib, qəbul edilmiş qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.
Qoşunların cəmləşmə rayonlarında, atəş və start mövqelərində yerləşməsi, eləcə də döyüş fəaliyyətlərinin gedişi zamanı artilleriya bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı fəaliyyəti praktiki olaraq məşq etdirilib.
Ordu aviasiyasının havadan himayəsilə taktiki desantın düzən əraziyə və çətin relyefə malik hakim yüksəkliyə çıxarılması həyata keçirilib.
Kəşfiyyat və xüsusi təyinatlı bölmələr çətin dağ şəraitində diversiya-təxribat xarakterli fəaliyyətləri icra ediblər.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu dəfn edilib.
1993-cü il təvəllüdlü şəhidimiz doğulduğu Tərtər rayonunun Kəngərli kəndində torpağa tapşırılıb.
M.Məmmədov Azərbaycan bayrağını şəhidin atası Bəhruz Qasımova təqdim edib.
Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Ermənistanın “Hraparak” qəzitinin verdiyi məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin təxminən 160 əsgəri İran ərazisindədir. Əlbəttə ki, söhbət Qarabağ müharibəsi zamanı erməni ordusunun güclü regional gücün ərazisinə hərbi təcavüzündən getmir. Ötən il Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycan ordusunun zərbələrindən qorxaraq qaçan bir qrup erməni hərbçi hələ də İrandadır.
“İranın onları hansı statusda saxladığı məlum deyil”, deyə erməni qəzeti yazır.
Qeyd olunur ki, İrana sığınan erməni əsgərləri ilə bağlı məsələ bu yaxınlarda İslam Respublikasının yüksək rütbəli hərbi personalından ibarət nümayəndə heyətinin Ermənistana səfəri zamanı müzakirə edilib.
“Müdafiə Nazirliyi bu mövzuda şərh vermir”, – deyə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan “Hraparak”ın sorğusuna bu cavabı verib.
“Vestnik Kafkaza” xatırladır ki, yüksək rütbəli İran hərbçilərinin Ermənistana səfəri ilə bağlı ilk məlumatlar bir-iki gün əvvəl erməni “Telegram” kanallarında yayılmışdı. Həmin nəşrlərin məlumatlarına görə, “İran nümayəndə heyətinin üzvləri Ermənistan rəhbərliyinə hərbi yardım vəd ediblər, xüsusən də Zəngəzurda bütün sərhəd boyunca müvəqqəti yerləşdirilmək üçün texnika və qoşunları gətirməyi təklif ediblər”.
Bildirilir ki, guya Ermənistan hökuməti İran tərəfin köməyindən imtina edib.
Vətən müharibəsi nəticəsində İran-Azərbaycan münasibətləri çətin mərhələ keçir və qarşılıqlı maraqların yenidən qiymətləndirilməsi dövrünü yaşayır. İrandakı 160 erməni əsgəri haqqında bugünki məlumatların “sızması” hərbi heyətinin İrəvana səfərinin Azərbaycana qarşı düşmənçiliyin təzahürü olmadığı, başqa məsələ ilə – məsələn, erməni fərarilərilərinə dair siqnal olduğunu göstərmək istəyən İran tərəfinin təşəbbüsü ilə baş verə bilərdi.
Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin İrana qaçan 160 hərbçi barədə məlumatı nəinki təkzib edə bilməməsi, hətta onu şərh edə bilməməsi də dolayı yolla məlumatın etibarlılığından xəbər verir. Üstəlik, vəziyyət müharibədəki məğlubiyyətdən sonra Ermənistan ordusunun çətin reallıqlarının ümumi kontekstinə uyğundur: 17 mayda Ermənistan prezidenti Armen Sarkisyan axtarışda olan 5000-dən çox fərarini və 124 məhkumu bağışladı. İrandakı 160 “erməni miqrant”ın bu siyahılara daxil olub-olmaması məlum deyil. Bununla yanaşı, nə qədər ki, Ermənistan minlərlə fərarisinin siyahısını araşdırmayacaq və kimin, hara və nə vaxt qaçdığını müəyyənləşdirməyəcək, Azərbaycanla əsir və itkin düşmüş şəxslərlə bağlı əsaslı dialoq aparmaq çətin olacaq.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanın itkin düşmüş əsgərlərinin siyahısını açıqlaya bilmədiyini açıq mətndə bəyan edib. Erməni tərəfi dövlət strukturlarının iflic olduğu bir vəziyyətdə “Azərbaycanın tutduğu hərbi əsir” olaraq tapa bilmədiklərinin bəzilərini “silinməyə” üstünlük verir. Mövqe əlverişlidir – həm Azərbaycana təzyiq üçün bir vasitədir, həm də Ermənistanın dövlət orqanları tərəfindən məsuliyyəti ötürərək tapıla bilməyənlərin hamısına bürokratik utilizasiya üsuludur.
Bakıda da öz növbəsində erməni tərəfin bu cür iddialarına əhəmiyyət vermirlər: “Fərarilərinizlə özünüz məşğul olun – bu işin bizə dəxli yoxdur”

2021-ci il üçün birgə fəaliyyət planına əsasən Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.
Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib.