Category: Ordu

  • MN: Vətən müharibəsində 2 841 nəfər şəhid olub

    Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2 841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

    Bu barədə  Nazirlikdən məlumat verilib.

    Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

  • Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub – FOTO

    Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

    Pakistan HHQ komandanı öz növbəsində Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

    Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, o cümlədən iki ölkənin hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.

  • Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı artır

    Hadrutda aparılan axtarışlar zamanı daha 6 erməni hərbçisinin meyiti aşkarlanıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, onların meyitləri tanınmaz hala düşüb. Lakin əsgərlərin üzərində hərbi biletləri var. Bu gün Hadrutla yanaşı, Cəbrayıl, Əsgəran istiqamətlərində də axtarışlar aparılıb.

    Bununla da Qarabağda tapılan erməni meyitlərinin sayı 1 194-ə çatıb.

  • Azərbaycan hərbi kalonu Qırmızı Bazardan keçir, ermənilər heyrətlə tamaşa edir – VİDEO

    Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocavəndin ermənilər yaşayan Qırmızı Bazar qəsəbəsindən keçən kalonunun görüntüləri yayılıb. Kadrlardan görünür ki, hərbi yük avtomobillərindən ibarət kalon yolun kənarında dayanıb, ermənilər isə ona heyrət və qorxu hissləri içərisində tamaşa edir.

    Qeyd edək ki, Azərbaycan ordusunun Şuşada dislokasiya olunmuş bölmələrinin təminatı bir çox hallarda Qırmızı Bazar-Xankəndi yolu ilə, Rusiya hərbi polisinin müşaiyəti altında həyata keçirilir. Vaxtaşırı olaraq bu qəsəbədən Azərbaycan ordusunun hərbi kalonları hərəkət edir.

    Qəsəbə ermənilərin nəzarətində olsa da Azərbaycan ordusu Qırmızı Bazarın 700-800 metrliyində mövqe tutub.

  • Badə qaldıran əsgər görün kim imiş – VİDEO

    Məlumdur ki, bir müddət öncə rus sülhməramlı əsgəri ermənilərə “biz sizi qorumağa gəlmişik” ifadəsi ilə müraciət etmişdi. Bu hadisədən sonra daha bir əsgər azərbaycanlıları yeni il qabağı təbrik etdi. Sosial şəbəkələrdə hər kəs ikinci əsgərin də rus sülhməramlısı olduğunu düşünürdülər.

    Median.Az Sonxeber.az-a istinadən xəbər verir ki, ikinci videodakı salam göndərən əsgərin azərbaycanlı olduğu barədə məlumat daxil olub. O, məşhur əsgər Muradov Aleks Mübariz oğludur. Ağstafalıdır,Tverdə doğulub-böyüyüb.

    Həmçinin bildirilir ki, həmin əsgər Qarabağda olan rus sülhməramlısı yox, hazırda Rusiyada hərbi hissədə xidməti borcunu yerinə yetirən azərbaycanlı şəxsdir.

    Həmçinin bildirilir ki, həmin əsgər Qarabağda olan rus sülhməramlısı yox, hazırda Rusiyada hərbi hissədə xidməti borcunu yerinə yetirən azərbaycanlı şəxsdir.

  • Ermənistan XİN: “Azərbaycan vətəndaşları ölkəmizə gələ bilər” – VİDEO

    Azərbaycanlıların Ermənistana səfər etməsi üçün viza sistemi ləğv olunub. Bununla bağlı Ermənistan XİN saytında dəyişiklik edilib.

    Bəs bu xəbər reallığı nə dərəcədə əks etdirir?

    Məsələ ilə bağlı Baku TV reportaj hazırlayıb. Süjetdə politoloqların məsələ ilə bağlı fikirləri, eyni zamanda Azəbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın açıqlamaları yer alıb.

  • Soyadını doğruldan qəhrəman – VİDEO

    Vətən müharibəsində qazandığımız qələbəyə görə borclu olduğumuz şəhidlərimizdən biri də xüsusi təyinatlıların zabiti kapitan Ruslan Qəhrəmanov olub.

    Azərbaycan Televiziyası şəhid zabitimiz haqqında süjet hazırlayıb.

    Oğlunun qəhrəmanlıqları haqqında danışan Mehman Qəhrəmanov Ruslanla fəxr etdiyini deyib. Yeri gəlmişkən, M.Qəhrəmanov özü də Birinci Qarabağ döyüşlərində iştirak edib.

    Şəmkirdə yaşayan Qəhrəmanovlar ailəsində olan vətənpərvərlik ruhundan söz açılıb. Qeyd olunub ki, Ruslan soyadını əməli ilə doğruldan igid olub.

    Həmin süjeti təqdim edirik:

  • Şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək

    Gənclər Fondunun dəstəyi ilə şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək.

    Median.Az xəbər verir ki, bu barədə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.

    Onun sözlərinə görə “3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: “”Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Sadıqov Vüqar Lətif oğlu Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Şəhidimizin 3 övladı var. Artıq peşəkar heyətimiz müəyyənləşmək üzrədir və yaxın günlərdə Ağstafada çəkilişlərə başlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm”.//azxeber.com

  • Bu gün Qusarda daha iki şəhidimiz dəfn olundu (FOTOLAR)

    İkinci Qarabağ savaşında 30-dan artıq şəhid verən Qusar bu gün daha iki igid oğlunun cənazəsini qəbul edib.

    Median.Az xəbər verir ki, döyüşlərdə oktyabrın 27-dən itkin düşən və barələrində o vaxtdan heç bir məlumat olmayan Qusar rayon sakinləri Sarvan Şahbazovun və Rail Ramazanovun bu günlərdə Vətən yolunda şəhid olduqları məlum olub.

    Müddətdən artıq hərbi qulluqçular-27 yaşlı Sarvan Əliməhəmməd oğlu Şahbazovun nəşi doğulduğu Gündüzqala kəndinə, 23 yaşlı Rail Arif oğlu Ramazanovun nəşi isə anadan olduğu Hil kəndinə gətirilib.

    Rail Ramazanovun dəfn mərasimində Qusar İH, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

    Qusar İH başçısı Şair Alxasov dəfn mərasimində çıxışında bildirib ki, Şəhid Rail Ramazanov Vətənin müstəqilliyi və suverenliyi yolunda igidliklə vuruşub.

    Xatırladaq ki, 23 yaşlı Rail Ramazanov iki bacının yeganə qardaşı olub. O ailəsində ilk oğul övladı kimi 17 ildən sonra doğulmuşdu. Subay idi.

    Bir uşaq atası olan 27 yaşlı Sarvan Şahbazovun dəfninə də rayon ih-nin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəhbərliyi və sakinlər,ictimaiyyət təmsilçiləri qatılıb.Şəhidin xatirəsinə dualar oxunub,şücaətindən danışılıb. Cənazəsi bükülmüş Azərbaycan bayrağı ailəsinə təqdim edilib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin hərbi qulluqçuları olan Sarvan Şahbazov və Rail Ramazanov Xocavənd-Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə şəhid olublar. Onların şəxsiyyəti DNT analizinin rəyindən sonra tanınıb və ailələrinə təhvil verilib.

    Allah hər iki şəhidimizə rəhmət etsin. (modern.az)

  • Vətən müharibəsində 12 ermənini məhv edən igid – VİDEO

    Vətən müharibəsində 44 günlük şücaəti ilə seçilənlərdən biri də Kərimli Bodur Eldar oğludur.

    1994-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olan Bodur ailədə dörd uşaqdan ən kiçiyidir. 2001-ci ildə Ağstafa rayon Şahin Abadov adına orta məktəbdə 11 illik təhsil aldıqdan sonra, Qusar rayonunda hərbi xidmətdə olub.

    2014-2018-ci illərdə Şəmkir, 2018-2019-cu illərdə isə Bakı hərbi polisində çalışıb.

    “Report” xəbər verir ki, əsgər Kərimli 44 günlük müharibə ərzində 12 ermənini məhv edib, xeyli sayda düşmən yaralayıb. B.Kərimli hal-hazırda N saylı hərbi hissədə çalışır və 3-cü dərəcəli “Rəşadət Ordeni” ilə təltif olunub.

    Ailəlidir. İki oğlu var.