Category: Ordu

  • Əsgərimizin dili açıldı – Yoldaşları sevinc göz yaşları tökdülər (VİDEO)

    44 günlük müharibədə yaralanan və dili tutulan hərbiçimizin dili açılıb.

    Median.Az xəbər verir ki, bu barədə hərbiçinin dostları video paylaşıb.

  • “TRT World” 44 günlük müharibəyə həsr edilmiş xüsusi veriliş hazırlayıb – VİDEO

    Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı – “TRT World” Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük Vətən Müharibəsinə həsr edilmiş xüsusi veriliş hazırlayıb.

    Qarabağdakı son hadisələrə həsr edilən verilişdə müharibənin necə başlaması, onun mülki insanlara vurduğu zərər və 44 günlük müharibənin regionun gələcək taleyinə təsirlərindən bəhs olunur.

  • Xocavəndin 22 yaşlı qəhrəmanının doğum günü məzarı önündə qeyd olundu

    Bu gün Vətən müharibəsi şəhidi Ziyəddin Xanalıyevin doğum günüdür.

    “Report”un Muğan bürosunun məlumatına görə, onun anadan olmasından 22 il ötür.

    Şəhidin doğum günü ailə üzvləri və yaxınları tərəfindən onun məzarı önündə qeyd edilib.

    Xanalıyev Ziyəddin Ariz oğlu 1999-cu il yanvarın 16-da Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub.

    O, orta təhsilini qonşu Təzəkənd kənd orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini layiqincə yerinə yetirən Ziyəddin sonra mülki gəmidə işləməyə başlayıb.

    O, 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayanda könüllü olaraq Azərbaycan Ordusu sıralarına qatılıb. Düşmən tapdağı altında olan torpaqlarımızın erməni işğalından azad olunması uğrunda həyata keçirilən bir sıra uğurlu hərbi əməliyyatlarda fəal iştirak edib. Ziyəddin Xanalıyev ağır döyüşlərdə belə, şücaətlər göstərib. O, sonuncu dəfə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

    Şəhidimizin nəşi noyabrın 19-da Biləsuvar rayonuna gətirilərək Ağalıkənd qəbiristanlığında torpağa tapşırılıb.

    Ziyəddin Xanalıyev göstərdiyi şücaətlərə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

    Allah rəhmət eləsin!

  • Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Bölgədəki yeni nəqliyyat əlaqələrinin XƏRİTƏSİ – FOTO

    Azərbaycan ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və müharibə mühitindən iqtisadi canlanma dövrünə keçidi təmin edəcək.

    Bu barədə Türkiyənin “Anadolu” agentliyində dərc edilən materialda qeyd olunur.

    Yazıda 11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması məsələsinə toxunulur və yeni nəqliyyat infrastrukturunun xəritəsi dərc edilib.

    – Horadizdən Ordubada 166 km-lik yeni dəmiryolu. Onun 43 km hissəsi Ermənistandan keçəcək.

    – Bərdədən Ağdama çəkiləcək yeni 45 km-lik dəmiryolu.

    – Ağdamdan Xankəndiyə çəkiləcək yeni dəmiryolu xətti.

    – Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryolu xətti.

  • Ermənilər Şuşadakı İsa kilsəsini Culfanın Qazançı kəndi ilə də bağladılar

    Faiq İsmayılov: “…erməni saxtakarlığından başqa bir şey deyil”

    Erməni iddiaları bitib-tükənmək bilmir ki, bilmir. Gündə bir tarix uydururlar və bunu da “həqiqət” adı ilə bütün dünyaya yayırlar.

    Ermənilər ordumuz tərəfindən Şuşadan qovulduqdan və bu tarixi şəhərimiz düşmən işğalından azad edildikdən sonra bu toplumun rahatlığı əməlli-başlı pozulub. Bu ölkədə təkcə sadə insanların deyil, ekspertlərin, siyasilərin də psixoloji durumu o qədər ağırlaşıb ki, nə danışdıqlarını bilmirlər.

    Nala-mıxa vurmaqda “mahir” olan Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan yeni iddialar ortaya atıb. Şuşadakı “Müqəddəs Xilaskar Kafedralı” – Qazançı (Qazançetsots kilsəsi) kilsəsinin guya vaxtilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndindən gəlib Şuşada məskunlaşan ermənilər tərəfindən inşa olunduğunu və bu kilsəni tikənlərin xatirəsinə belə adlandırıldığını deyib.

    Qeyd edək ki, bəzi erməni seqmentlərində, o cümlədən də “Vikipediya”da Qazançı kilsəsi ilə bağlı məlumatlarda bu iddialara rast gəlinir. Erməni mənbələrindəki bəzi iddialara görə, qədim Zərdüşt məbədinin üzərində 1722-ci ildə başqa bir kilsə yerləşirmiş. Guya ki, Culfadan köçüb gələn ermənilərin vəsaitinə 1868-1887-ci illərdə Qazançı kilsəsi “tikilib”.

    “Rus pravoslav kilsəsinin formatını dəyişdirib, onu erməni qriqoryan kilsəsinə çevirdilər”

    Mədəni irs üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov bildirdi ki, ermənilər, həmişə olduğu kimi, bu məsələdə də öz köhnə mərəzlərini ortaya qoyurlar. F.İsmayılovun sözlərinə görə, Cənubi Qafqazdakı bütün ərazilərə sahib olmaq iddiasında olan ermənilər Alban dövrü memarlıq abidələrinin, məbədlərin hamısını özlərininki kimi qələmə verirlər. “Qaldı ki, Şuşadakı Qazançı kilsəsilə bağlı iddialara, Şuşada kilsələr var, amma bu kilsələr Çar Rusiyasi Qarabağı istila edəndən, daha dəqiq desək, Türkmənçay müqaviləsindən sonra rus qoşunları Qarabağda, Şuşada yerləşdirildi və onların ibadət etməsi üçün kilsələr də inşa edildi. O zaman rus əsgərləri ibadət yerlərinin açılması üçün xahiş etdilər və onlara xanlığın divanxanası verildi. Xanlığın divanxanası üzərinə bir zəng asıldı və o zəng çalınırdı, əsgərlər orada ibadət edirdilər. Bu, bir müddət davam etdikdən sonra Şuşada bir zəng qülləsi, ardınca isə rus əsgərlərinin ibadət etməsi üçün kilsə inşa olundu. Bu kilsə mahiyyətinə, quruluşuna görə rus pravoslav kilsəsidir. Bu gün ermənilərin “Qazançı” və sair adlandırdıqları kilsə 1867-ci ildə inşa olunub. Ondan 20 il əvvəl Şuşanın Köçərli məhəlləsində inşa edilən başqa bir kilsə var idi ki, 1847-ci ildə inşa olunmuşdu, bu da rus pravoslav kilsəsi idi. Sovet dövründə keçən əsrin 80-90-cı illərinə qədər burada ibadət edən yox idi və ondan sonra ermənilər bu kilsəyə iddia qaldırdılar, kilsədə ibadət etmək hüququ əldə etdilər. 1989-cu ildə bu kilsəni ermənilər təmir etməyə başladılar. İşğal dövründə isə rus pravoslav kilsəsinin formatını dəyişdirib, onu erməni qriqoryan kilsəsinə çevirdilər. Yəni bu kilsənin köhnə fotoşəkilləri durur, bizim əlimizdə çox təkzibolunmaz sübutlar var. Bu kilsə sonradan erməniləşdirildi”.

    F.İsmayılov ermənilərə sual verir ki, əgər bu kilsələri ermənilər tikmişdisə, onda nə üçün onu qriqoryan kilsəsi kimi yox, rus pravoslav kilsəsi kimi tikiblər. “Ermənilərin yalanları hər addımbaşı üzə çıxır. Onlar, eyni zamanda, Naxçıvan məsələsində iddialıdırlar. Xeyli müddətdir ki, Naxçıvanda ermənilərin köhnədən yaşadığını, onların hansısa bir kilsə tikdiklərini iddia edirlər. Amma bunlar hamısı əsassızdır. Naxçıvanda ya zəlzələ, ya da yer sürüşməsi nəticəsində Qafqaz Albaniyası dövrünə aid olan bir məbəd dağılmışdı. Səhv etmirəmsə, Ordubad ərazisində idi. Ermənilər iddia edirdilər ki, “bu, erməni kilsəsidir, bunu azərbaycanlılar dağıdıb” və sair. Ümumiyyətlə, Naxçıvan ərazisində erməni kilsəsi heç zaman mövcud olmayıb ki, Qazançı kəndində də hər hansı bir erməni kilsəsi olsun. Bu kilsənin Culfa ilə heç bir əlaqəsi yoxdur. Ermənilərin bizim torpaqlara köçürülməsi və burada məskunlaşdırılması tarixi məlumdur. Həmin dövrdə də bizim ərazilərimizdə erməni kilsəsi yox idi. Bizim bu ərazilərdə xristian dövrünə aid olan abidələrimizi, məbədlərimizi onlar “erməni kilsəsi, erməni monastırı” kimi qələmə verməklə özlərinin burada “qədimliyini” dünyaya sübut etmək istəyirlər. Burada başqa bir məsələ yoxdur. Belə iddialar ermənilərin genetik xəstəliyindən irəli gəlir. Ermənilərin Qazançı kilsəsi ilə bağlı səsləndirdikləri iddiaları əsassızdır, bunlar hamısı erməni saxtakarlığından başqa bir şey deyil. Bizim onların qarşısına qoymağa, onları susdurmağa həmişə təkzibolunmaz faktlarımız, sübutlarımız var” – deyə F.İsmayılov qeyd etdi.

    Mənbə: Baki-xeber.com

  • Xocavənddə və Talış kəndində itkin erməni hərbçilərin meyitləri aşkarlandı

    Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş iki erməni hərbçinin meyitini Ermənistana təhvil verib.

    “Report”un xəbərinə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Qeyd edilir ki, onlar bu günə kimi itkin düşmüş sayılırdılar.

    Bununla da Qarabağda meyitləri tapılan erməni hərbçilərin sayı 1 232 nəfərə çatıb.

    Qeyd edək ki, bunlar itkin sayılan erməni hərbçilərin sayıdır. Ermənistanın Səhiyyə Nazirliyi daha əvvəl müharibədə həlak olmuş 3 300-dən çox hərbçinin meyitinin ekspertizadan keçirildiyini xəbər verib.

    Bu gün itkin erməni hərbçilərin axtarışları Şuşada, Hadrutda, Cəbrayılda və Füzulidə də davam etdirilib.

  • Daha bir əsgərimizin şəhid xəbəri gəldi – FOTO

    Vətən müharibəsində itkin düşmüş daha bir əsgərin, Saatlı rayonunun Azadkənd kəndindən Ələm Sərvər oğlu Hüseynovun şəhid olduğu müəyyənləşib.

    Publika.az xəbər verir ki, nəşi müəyyənləşdirilən əsgər bu gün kənd qəbiristanlığında dəfn olunacaq.

    Allah rəhmət eləsin!

  • 90 gün meşədə qalan erməni əsgərlərin meyiti tapılıb – FOTO

    Tanınmış erməni ictimai fəal Aram Gevorqyan ölkəsində hərbçilərə dəyər verilməməsindən şikayətlənib.
    Median.Az
    azvision.az-a istinadən xəbər verir ki, o, müharibədə ölmüş əsgərlərlə bağlı məlumat paylaşaraq bunları yazıb:

    “Bu hekayəni oxuyun və çalışın havalanmayasınız. Paylaşdığım şəkildəki bu gənc 18 yaşlı Hayk Arutyunyandır. Cəbrayılda xidmətdə olub. Müharibə zamanı Hayk və yoldaşları mühasirəyə düşüblər, lakin təslim olmaq əvəzinə Hadrut meşələrinə sığınmağa qərar veriblər. Bir müddət sonra onlardan biri əlaqəyə çıxaraq sağ olduqlarını bildirib. Beləcə valideynlər oğullarını xilas etmək üçün müvafiq qurumların qapıları arxasında qalaraq kömək istəməyə başlayıblar. Nəhayət, onlar Paşinyanla görüşəndə uşaqlarının meşədə qaldığını, müharibənin bitdiyini, ərazilərin isə demək olar ki, təmizləndiyini deyiblər. Ona söyləyiblər ki, gedib uşaqları oradan çıxarmaq lazımdır. Paşinyan nə cavab verib? Köməkçisinə baxaraq soruşub: “Həqiqətən meşələrdə indi adamlar qalıb? Bu şaxtada onlar nə tapıb yeyirlər…”.

    Gevorqyan daha sonra qeyd edib ki, dekabrın sonunda Tuğ kəndi yaxınlığında Hayk və onun 5 yoldaşının meyiti aşkarlanıb.

    “Meşələrdə 90 gün qalan Hayk və 5 dostu dövlətin hərəkətsizliyi nəticəsində öldü”, – deyə o bildirib.

  • Yüksəkliklərin azad olunmasını ailəsinə müjdələyib, şəhid olan igidimiz – FOTO

    44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan öz doğma torpaqlarına qovuşdu. Bununla da 30 illik həsrətə son qoyuldu.

    Torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər.

    Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2841 hərbi qulluqçusu həlak olub. Bəzi yaralı hərbi qulluqçularımızın isə tibb müəssisələrində müalicəsi davam edir.

    Median.Az bildirir ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Fərid Nadirovdur.

    Qəhrəmanımız 2000-ci il, sentyabrın 21-də Göyçay rayonunda anadan olub.

    F.Nadirov 2019-cu ildə hərbi xidmətə yollanıb.

    Şəhidimiz Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

    Oktyabrın 4-də ailəsi ilə əlaqə saxlayıb və ailəsinə bildirib ki, üç yüksəklik alınıb.

    İgidimiz oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

    Ailədə bir bacı, bir qardaş olublar. (ölkə.az)

  • “Meşədə altı-yeddi metr qalınlığında beton divarları olan düşmən istehkamları var idi” – MÜSAHİBƏ

    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlar arasında 26 yaşlı Bakı sakini Rövşən Mehdiyev də olub.

    O, Şuşa uğrunda gedən döyüşlər də daxil olmaqla bütün müharibəni keçib.

    Rövşən döyüşlər zamanı qəlpə və güllə xəsarətləri almasına baxmayaraq, qısa müddətli müalicədən sonra yenidən cəbhə bölgəsinə yollanıb.

    Bir müddət əvvəl müharibədən qayıdan Rövşən Mehdiyev xatirələrini Media.Az-la bölüşüb.

    – Füzuli uğrunda gedən döyüşlər ən çətin döyüşlərdən biri hesab olunur…

    – Bəli, bu doğrudur. Həqiqətən də meşədə altı-yeddi metr qalınlığında beton divarları olan böyük və yaxşı müdafiə olunan düşmən istehkamları var idi. Yerin altında isə hərbi rəhbərliyin olduğu, texnika və qida ilə uzunmüddətli təchiz edilmiş müdafiə bunkerləri vardı.

    Oraya daxil ola bilmirdik. İki həftə vaxt, nəhayət bu bunkerləri içəridən partlatmaq lazım oldu. Bu, asan deyildi!

    Məsələ orasındadır ki, bunkerin bir neçə qorunma səddi vardı. Birinci səviyyə tamamilə kompüterləşdirilmişdi. Yerdə şəffaf ip çəkilmişdi, onlara toxunanda ştativin üzərindəki pulemyotlar işə düşürdü. Bunlar avtomatik, müstəqil və ya uzaqdan idarə olunmaqla verilmiş tapşırıqları yerinə yetirməyə qadir olan cihazlardır. Onlar ən gözlənilməz yerlərdə yerləşdirilmişdi.

    İkinci müdafiə səddi hündür ağaclarda gizlənən qadın snayperlər idi. İstehkam divarının arxasında artilleriya yerləşirdi.

    – Qoşunlarımız bunkeri necə ala bildilər?

    – Düşmənin fikrini yayındıran manevrdən istifadə edilirdi.

    Bizim bölük hücumda olarkən xüsusi təyinatlılar və kəşfiyyat qrupları bunkerin belə demək olarsa, arxa çıxış qapısından oraya daxil oldu. Bir anda bunkerdən gələn partlayış və qışqırıq səslərini eşitdik. Artıq bu dəqiqələrdə düşmən atəşi dayandırmışdı. Bizimkilər orada olanları tam zərərsizləşdirəndən sonra biz irəli getdik. Qadın snayperlər vəziyyətin nəzarətdən çıxdığını hiss edən kimi geri çəkildilər.

    – Bunker içəridən necə görünürdü?

    Orada olan hərbi sursat və qidanın miqdarı təəcübləndirici idi. Beş il kifayət edərdi. Bunkerdə 25 nəfər var idi.