Category: Ordu

  • Azərbaycanın cəbhədən evinə qalib kimi qayıtmış yəhudi əsilli əsgəri – VİDEO

    Vətən müharibəsində iştirak edən Azərbaycan vətəndaşları hər zaman olduğu kimi yenə də milli mənsubiyyətlərindən asılı olmayaraq bir amal uğrunda birləşdilər – Azərbaycan dövlətçiliyi, ərazi bütövlüyü.

    Belə döyüşçülərdən biri də yəhudi əsilli David Sədiyev olub.

    Sosial şəbəkələrdə onun artıq cəbhədən geri qayıtdığı haqqında məlumat və videoları əks yayılıb.

  • Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başladı

    Bu gündən Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayır.

    Bu barədə Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 22-də Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

  • Rusiyadan SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI: 317 ERMƏNİ…

    Dağlıq Qarabağla bağlı 30 dekabr tarixinə olan son statistika açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bütün təmas xəttində atəşkəsə əməl edilib.

    Qaynar xəttə gün ərzində 551 zəng daxil olub.

    Bu gün 317, ümumilikdə 46 713 nəfərdən Ermənistandan Qarabağa qaytarılıb.

    Rus həkimləri 129-u uşaq olmaqla 1 016 səxsə tibbi yardım göstəriblər.

    Ümumilikdə 368,3 hektar ərazi, 145 km yol, 615 yaşayış binası, o cümlədən 20 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 15 463 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.//azsabah.com

  • Bayram Kərimovun anası: “Prezident balamı qurtarıb mənə verdi”

    “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Çox sağ olsunlar ki, mənim balamı əsirlikdən qurtarıb mənə verdilər”

    “Report”un məlumatına görə, bunu Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimovun anası Zülfiyyə Kərimova bildirib.

    “Bütün dualarım qəbul olundu. Çox sevincliyəm, hamıya təşəkkür edirəm. Həkimlər sağolsunlar oğlumun sağlamlığına diqqətlə yanaşıb, ayağa qaldırıblar”.

    Qeyd edək ki, Vətən müharibəsi zamanı yaralanaraq əsir düşən və danışıqlardan sonra ölkəyə qaytarılan Gəncə şəhər sakini, əsgər Bayram Kərimov bu gün evə buraxılıb.

  • Əsirlikdən azad olunan Bayram Kərimov evinə dönüb – FOTO

    Əsirlikdən azad olunan Bayram Kərimov artıq evlərindədir.

    Oxu.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, ailəsi onun gəlişini sevinclə qarşılayıb.

    B.Kərimovu yaşadığı binanın qarşısına onun ailəsi və yaxınları çıxıb.

    Bayramın gəlişi münasibəti ilə qurban kəsilib.

  • Təhsil Nazirliyinin əməkdaşları İsmayıllı və Oğuzda şəhid olmuş müəllimlərin ailələrini ziyarət ediblər – FOTO

    Bu gün Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə Nazirliyin işçiləri İsmayıllı şəhər 3 nömrəli lisey məktəbin tarix müəllimi, şəhid Famil Əhmədzadə və Oğuz rayonu Sincan kənd tam orta məktəbinin təşkilatçısı, şəhid Rəvan Lətifovun ailə üzvlərini ziyarət ediblər.

    Bununla bağlı Nazirliyin əməkdaşı sosial şəbəkədə paylaşım edib.

    “Onlara bir daha təşəkkür borcumuzu ifadə etdik. Hər iki şəhid müəllimimiz könüllü olaraq cəbhəyə yollanıb və qəhrəmancasına həlak olublar”, – deyə paylaşımda qeyd olunub.

  • Azərbaycanın tanrı məbədi “Xudavəng” – VİDEO

    27 il sonra işğaldan azad olunan Kəlbəcər istər tarixi abidələri, istər relyefi, istərsə də, digər yerüstü və yeraltı sərvətləri ilə Azərbaycanın ən gözəl guşələrindən biridir.

    Baku TV-nin əməkdaşı illər sonra düşmən tapdağından azad olunan Kəlbəcərdə, Ömər aşırımında, Xudavəng monstrında və rayonun digər ərazilərində olub, həmin yerlərdən reportaj hazırlayıb.

    Sözügedən süjeti təqdim edirik:

  • Şəhid kapitan Anar Heydərov Sumqayıtda torpağa tapşırılıb – FOTO

    Sumqayıt şəhərində Vətən müharibəsində şəhid olmuş kapitan Heydərov Anar Bəhruz oğlu dəfn edilib.

    Oxu.Az xəbər verir ki, şəhər əhalisi şəhidlə vida mərasimində iştirak edib.

    Dəfn mərasimində şəhidin yaxınları, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər rəsmiləri iştirak ediblər.

    Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

    Şəhidimiz kapitan Heydərov Anar Bəhruz oğlu Sumqayıtın şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Allah rəhmət eləsin!

  • Dağlar diyarı Laçın işğaldan sonra – VİDEO

    Baku TV işğaldan azad edilmiş Laçından reportaj hazırlayıb.

    Reportajda rayonun ermənilər tərəfindən yararsız hala salınmış evləri, dağıdılmış obyektlər və s. haqqında bəhs olunur.

    Sözügedən süjeti təqdim edirik:

  • DOST Agentliyinin əməkdaşları şəhid ailəsi ilə görüşüb, təqaüd kartını təqdim ediblər – FOTO

    DOST Agentliyinin əməkdaşları şəhid Emil Əhmədovun ailəsini ziyarət edib.

    Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhidin ailə üzvlərinə başsağlığı verib, Vətən uğrunda canından keçən qəhrəmanların xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb. O, şəhid ailələrinin dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.

    Şəhidin həyat yoldaşı Vüsalə Əhmədovaya şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün kartı təqdim edilib. Ona, həmçinin şəhidin 15 və 13 yaşlarında iki övladına ailə başçısını itirməyə görə pensiya və ya müavinət təmin edilməsinin də nəzərdə tutulduğu bildirilib. V.Əhmədova işsiz olduğu üçün məşğulluğunun təmin edilməsinə də dəstək göstəriləcək.

    Ümumilikdə ailənin sosial vəziyyəti 1 saylı Bakı DOST Mərkəzi tərəfindən diqqətdə saxlanacaq, digər sosial dəstək tədbirləri ilə əhatə olunmaları üçün də işlər aparılacaq.