Category: Ordu

  • Aznif Baqdasaryan Ermənistana qaytarıldı

    Vətən müharibəsi zamanı xilas edilərək döyüş bölgəsindən təxliyyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan ölkəsinə təhvil verilib.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Baqdasaryan 3 əsirlə birlikdə Ermənistana qaytarılıb.

    “Mən artıq bir neçə gündür evimdəyəm”, – deyə Baqdasaryan bildirib.

  • Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub – VİDEO

    Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov Bakı ilə İrəvan arasında əsir düşmüş şəxslərin mübadiləsi barədə məlumat verib.

    Xəbəri “RİA Novosti” agentliyi yayıb.

    “Bu gün növbəti dəfə əsirlərin mübadiləsi həyata keçirildi. Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsində iki azərbaycanlı hərbi əsir Azərbaycana qaytarılıb, Erebuniyə isə dörd erməni hərbi əsir göndərilib”, deyə Rüstəm Muradov qeyd edib.

    R.Muradov əlavə edib ki, Rusiyalı sülhməramlıları üçtərəfli razılaşmanın icrasına töhfə verməyə davam edəcəklər.

  • “Bravo”nun sovqat karvanı Qızıl Kəngərlidə – VİDEO

    Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi Ağdam rayonunun Qızıl Kəngərli kəndində xidmət edən hərbçilərə sovqat aparıb.

    Əsgər və zabitlərə qida məhsulları, gündəlik tələbat malları və gigiyenik vasitələr çatdırılıb.

    Hərbçilər onlara göstərilən diqqət və qayğıya, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu aksiyaya görə minnətdarlıqlarını bildiriblər.

  • Qubanın Xanlıq kəndindəki əsgərlərin bir günü – VİDEO

    Baku TV-nin müxbiri Qubadlının Xanlıq kəndində hərbçilərlə bir gün keçirib.

    Əsgərlər kamera vasitəsilə ailələrinə salam göndərib, vəziyyətlərinin yaxşı olduğunu deyiblər.

    Süjetdə Xanlıq kəndinin daha çox əsgər toplanmış məntəqə olduğu qeyd olunub.

    Həmin süjeti təqdim edirik:

  • Heydər Əliyev Fondu və “Bravo” Xocavənddə olub – FOTO/VİDEO

    Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçularımız üçün həyata keçirdikləri dəstək aksiyasını davam etdirirlər. Aksiya Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşır.

    AZƏRTAC xəbər verir ki, işğaldan azad olunan ərazilərdə Vətənin keşiyini çəkən hərbi qulluqçularımıza dəstək aksiyasının növbəti ünvanı Xocavənd olub.

    Dekabrın 25-də səfər etdiyimiz bu ərazilərdə uzun illərdən sonra Azərbaycan əsgəri xidmət aparır. Qalib ordunun qəhrəman əsgərləri indi fəxrlə Vətənin keşiyində dayanıblar. Hərbçilərlə söhbət zamanı bir daha şahid olduq ki, Azərbaycan əsgəri şanlı tarix yazaraq işğaldan azad etdiyi Vətən torpaqlarında xidmətini qələbə əhval-ruhiyyəsi ilə yerinə yetirir. Qoşunlarımızın təminatının yüksək səviyyədə olması ilk baxışdan hiss edilirdi. Əsgərlər də bunu təsdiqlədilər.

    Həmsöhbət olduğumuz əsgər Hənifəyev 15 aydır Vətənin keşiyindədir. Deyir ki, bu torpaqlarda xidmət etməkdən qürur duyur: “Qalib ordunun qalib əsgəri kimi xidmət edirəm. 44 günlük döyüş yolu mənə sözlə ifadə edə bilməyəcəm bir duyğu bəxş edib”.

    Əsgər Sadıqzadə də 15 aydır həqiqi hərbi xidmətdədir və daim torpaqlarımızı yağı düşməndən azad etmək eşqi ilə yaşayıb. Onun bu arzusu reallığa çevrilib. İndi o da digər qalib döyüşçülərimiz kimi fəxrlə xidmətini davam etdirir.

    Digər əsgər Ağazadə isə Vətən müharibəsinə könüllü gəlib. Deyir ki, bu döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt sanır. “Çünki 30 illik həsrətə son qoyan şanlı ordunun sıralarındayam. Döyüş zamanı da hər birimizin əhval-ruhiyəsi yüksək olub, bu gün də eyni qaydada xidmətimizi davam etdiririk”, – deyə Ağazadə söyləyir.

    Müddətdən artıq xidmətçi Quliyev də xidmətini şərəflə davam etdirir: “Mən bir ildir xidmətdəyəm. Mülki həyatda da bu arzu ilə yaşayırdım ki, torpaqlarımızı tezliklə düşmənlərdən azad edək. Bu günü yaşadım, 44 gün döyüşlərdə iştirak etdim. Şanlı ordunun sırasında olmaq mənim üçün ən böyük şərəfdir”.

    Leytenant Şahverdiyev isə söyləyir ki, əsgərdən zabitədək hər kəs yüksək əhval-ruhiyədədir. “Çünki bu döyüş Vətən müharibəsi idi. Vətən uğrunda da təkcə hərbçilər yox, xalqımız döyüşdü. Ordu-xalq birliyi sayəsində düşmənə qısa müddətdə sarsıdıcı zərbələr vurulurdu. Bu gün də şəxsi heyət yüksək əhval-ruhiyə ilə xidmətini davam etdirir”.

    Görüş zamanı “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri gətirdikləri bağlamaları hərbi qulluqçularımıza çatdırdı, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə aldılar.

    Beləliklə, hərbi qulluqçularımız üçün həyata keçirilən dəstək aksiyası daha bir ünvanda da reallaşdı.

  • “Bravo”nun əsgər sovqatı Suqovuşana çatdı – VİDEO

    “Bravo” supermarketlər şəbəkəsi növbəti dəfə işğaldan azad edilmiş ərazilərimizə səfər təşkil edib.

    Bu dəfə Tərtərdə xidmət edən hərbçilərimizə sovqatlar çatdırılıb.

    Əsgərlərin istəyinə uyğun olaraq onlara qida məhsulları, fərdi gigiyena vasitələrindən ibarət bağlamalar verilib.

    Hərbçilər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

  • Ermənistanın müharibə itkilərinin sayı artır

    Noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyiti aşkar olunub.

    “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib.

    Məlumata görə, Ermənistanın itkin düşmüş daha 537 hərbçisinin axtarışı aparılır.

    Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

  • Qarabağda 10 mindən çox sülhməramlı olacaq?: Şayiələrə son qoyuldu – VİDEO

    “Caliber” son günlər Dağlıq Qarabağda üçtərəfli bəyanatda razılaşdırılmış rəqəmdəm dəfələrlə çox, daha dəqiq desək 10 mindən artıq rusiyalı sülhməramlının yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan şayiələrə aydınlıq gətirib.

    Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalı paylaşım edib.

    Videoda sözügedən şayiənin əsassız olması məntiqi cəhətdən izah edilib.

  • Karantin dövründə çağırışçıların və ordudan tərxis olunanların hərəkətinə bu halda icazə veriləcək

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərara dəyişiklik edib.

    “Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün qərara əlavə olunub.

    Belə ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.

  • Ağdam rayonunun Qiyaslı kəndindən görüntülər – FOTO/VİDEO

    İşğaldan azad edilmiş Ağdam rayonunun Qiyaslı kəndinin görüntüləri yayılıb.

    Kənddən video və fotoları Müdafiə Nazirliyi paylaşıb: