Category: Ordu

  • Əsirlikdən qayıdan Amin Musayev dayısının evindədir – FOTO

    Amin Musayev sabah saat 12 üçün Ağstafaya gələcək.

    Bu barədə Oxu.Az-a onun xalası Rəna Əmiraslanova məlumat verib.

    O bildirib ki, Amin hazırda Bakıda, dayısının evindədir:

    “Bu gün Ağstafaya gəlməyib. Amin xəstəxanadan birbaşa dayısının evinə gedib. İnşallah sabah saat 12 üçün rayona gəlməlidir”.

  • POLKOVNİK: Ordumuz bu ərazilərə nəzarəti ələ keçirib – Novruzlu, Zeyvə, Ucanis… / VİDEO

    “Azərbaycan, Ermənistan və Rusiya arasında olan razılaşma şərtinə əsasən Qafan, Sünük də daxil olmaqla, bir neçə yaşayış məntəqəsi Azərbaycana təfil verilib”.

    Redaktor.az xəbər verir ki, bu sözləri ehtiyatda olan Polkovnik-leytenant Elmar Hüseynov deyib. O bildirib ki, hazırda həmin ərazilərə Azərbaycan Ordusu nəzarət edir:

    “Novruzlu, Zeyvə, Ucanis, Yevğard, Əkərək, Aşağı Qaraçimən, Sünik, Çakaten, Şıxovuz, Nerkin Hand, Tsab, Gexanuş və Qafan şəhəri ətrafındakı yüksəklikləri Azərbaycana qaytarılıb. Ermənilər bu əraziləri sovet dönəmində sərhədləri önə çəkərək, həyasızcasına zəbt etmişdilər. Amma Azərbaycanın qələbəsindən sonra, digər işğal olunmuş ərazilərlə yanaşı bu ərazilər də Azərbaycanın nəzarətində keçib”.

  • “Rus “sülhməramlı”lar qollarımı bağlayıb məni ermənilərın qarşısına atdılar…” — FOTOLAR

    Hazırda torpaqlarımızda, o cümlədən Laçın ərazisində olan Rusiya “sülhməramlıları”dan, onların nəzarəti altında qalan Laçın şəhəri, Şuşanın Qaladərəsi, Kirov, Salatınkənd kəndlərindən danışanda gözümün qabağına hələ 1988-1991-ci illərdə “sülhməramlı”ların “qoruduqları” ərazidə vəhşicəsimə öldürülmüş Məhi, bətnindəki və qucağındakı körpəsi ilə birlikdə qətlə yetirilmiş Maya, bədəni dəlik-dəlik edilmiş qardaşım Rza, gənc ömrü yarımçıq qoyulmuş jurnalist Salatın Əsgərova və onlarla belə amansız qətllər gəlir… Bütün bu faciələrin səxsən şahidi və iştirakçısı olmuşam…”

    Median.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında 1988-1992-ci illərdə Laçında yaradılmış Müdafiə Komitəsinin rəhbəri, Ərazi Müdafiə Taborunun və 811 saylı Laçın alayının komandiri olmuş ehtiyatda olan polkovnik Arif Paşa söyləyib.

    “1989-1991-ci illərdə Laçın-Şuşa yolunun keçmişlərdən ermənilərin terror oylağı olmuş, hazırda Salatınkənd adlanan əvvəlki Onvers(ermənilər “Yexsaox” adlandırır) kəndindən və Böyük Qaladərəsi kəndinin qarşısından keçən hissəsinə “ölüm yolu” deyilirdi. 1991-ci ilin mayında həmin və digər bir neçə kənddəki ermənilər Laçın polisi və özünümüdafiə dəstəsinin iştirakıyla köçürüldü. Lakin təəssüf ki, 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildikdən sonra ermənilər yenidən o kəndlərə qayıtdı. Və bu gün əgər erməni mediasında yayılan məlumatlar doğrudursa və o məntəqələr, o cümlədən Salatınkənddə yenidən “sülhməramlı” adlanan Rusiya hərbçilərinin himayəsi altında silahlı ermənilərlə doldurulursa, bu gələcəkdə həm Laçın, həm də Şuşa rayonunda yerləşən hərbçilər, eləcə də oraya köçüb yaşayacaq dinc sakinlər üçün təhlükəli bir gələcək vəd edir…”

    Arif Paşadan məlumatı olmayan oxucularımız üçün Qarabağın, o cümlədən Şuşanın belə bandit, terror oylaqlarında Rusiya hərbçilərinin və onların himayəsinə sığınan erməni yaraqlılarının nələr törətməyə qadir olduğunu əyani şəkildə anlamalarından ötrü 1989-cu ildə şəhid dostu, Müdafiə Komitəsinin üzvü olmuş Rza Sadıqovla birgə Salatınkənddə məruz qaldığı terror aktı haqda ətraflı danışmağı xahiş etdik.

    “1989-cu il oktyabr ayının 9-u… Başçılıq etdiyim Müdafiə Komitəsinin 100 nəfərə qədər döyüşçüsü ilə gecəni səhərə qədər keşik çəkdiyimiz Laçın rayonunun Suarası kəndindən qayıdırdıq.Yolda oturduğum avtomobilin icərisində Bakıdan göndərilmiş milis işçisinin atdığı güllə papağımı başımdan 5 mm yuxarıdan deşib keçmişdi. Həmin əməkdaşı yaxalasaq da, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi gecə gizli şəkildə Laçından vertolyotla qaçırıb apardı…

    Elə həmin günün axşamı ŞƏHİD Rza Sadıqovla Susa şəhərinə yola çıxdıq. Müdafiə Komitəsinin qərargahı qarşısında dayanmış o vaxtkı sovet-rus ” sülhməramlıları”nı gəzdirən “UAZ” markalı milis maşını bizdə sübhə yaratmamışdı…

    Laçından 8 km məsafədə yerləşən Şusanın Salatınkənd (əvvəlki adı Onverst) kəndınə az qalmış Rza Sadıqov başı ağrıdığı üçün məndən maşını idarə etməyi xahiş etdi. Taleyin bizə hazırladığı müdhiş sürprizdən xəbərsiz yola davam etdik…

    Sən demə, başda rus polkovniki İvanov olmaqla 3 nəfər hərbçidən ibarət qrup Salatınkənddə olan rus “sülhməramlı” postuna “sürücünün yanındakı öldürülsün” əmrini veribmiş…

    Bu minvalla postda avtomobili yoxlamaq bəhanəsi ilə bizi saxladılar. Avtomobilin günlüyündə mühərrikin ehtiyat açarı var idi. Mənə yük yerini açmağı təklif etdilər. Yük yerini açarkən hər iki tərəfdən rus əsgərləri üstümə hücüm etdılər. Bu zaman avtomobil işə düşdü. Rza ehtiyat açarla mühərriki işə salmışdı. O avtomobili arxaya – qolumdan yapışan əsgərlərin üstünə sürmək istəyirdi. Mən ona “Çıx get, xilas ol! Sən xilas olsan, məni də xilas etmək üçün kömək gətirərsən”, – deyə çığırdım. Onun mənə baxdığı baxışlarını görsəydiniz… Avtomobil Şusaya tərəf şütüdü. Rus “sülhməramlıları” bir-birınə söykənmiş halda gedən avtomobilə atəş açdıqları an qollarımı məni tutanların əlindən azad edib atəş açanların üstünə atıldım… Onların müvazinəti pozuldu, atılan güllələrdən biri arxa şüşənin sol küncünə dəydi. Avtomobil isə döngəni dönərək atəş altından çıxdı… Rus hərbçilər qollarımı bağlayıb məni orada duran ermənilərın qarşısına atdılar. Sonra ruslar da, ermənilər də başıma, bədənimə ayaqları ilə zərbələr endirməyə başladılar. Başımı sağa-sola döndərib gözlərimi qorumağa çalışırdim. Az sonra axışıb gələn erməni qadınları da başımı təpikləməyə başladılar. Arada gözümə dikdaban qadın ayaqqabılarının da dəydiyini hiss etdim. “Dikdaban ayaqqabını cavanlar geyir, bəs deyirdilər kənddə cavanlar qalmayıb” fikri keçdi beynimdən…

    Bu dəm adamların ayaqları arasından bir az əvvəl Müdafiə Komitəsinin qərargahı qarşısında gördüyüm milis maşınının gəlib dayandığını gördüm. Maşından düşən rus polkovnik adamlardan nəsə soruşandan sonra qəzəblə maşına sıçradı. Avtomobil sürətlə Rzanın getdiyi istiqamətə tərəf şığıdı. Yaşlı bir erməni qadın səsi bizim dildə ” bıçaq gətirin, gözlərini çıxaraq” , -dedi.

    Çətinliklə ayağa qalxa bildim. Ayaqlarımla qarşıma cıxanın baş nahıyəsinə, çənəsinə agır zərbələr endirirdim. Vəhşi canavar kimi savaşırdım. İtirməyə bir şeyim yox idi. Vuruşub şərəflə ölmək lazım idi…

    Arxadan məni tuta bildilər və sürütləyib yol kənarında olan bir zamanlar poçt binası olmuş böyük otağa atdılar. Bir qədər keçmiş bayaqkı “sülhməramlı” polkovnik içəri daxil oldu. Mənə keşik çəkən pulemyotçuya nə isə dedi və çıxdı. Pulemyotla mənə keşik çəkən uzun saqqallı bir erməni idi. O, köndələn durmuş stolun uzun tərəfini mənə tərəf çevirib pulemyotun ayaqlarını açaraq mənə tuşladı. Bu zaman mən ayağa qalxdım . O nə fikirləşdisə, cibindən uzun və kənarları tiftikli qara bir dəsmal çıxararaq mənə tərəf gəldi. İçəridə ikimiz idik. Mənə yaxınlaşanda ayağımla başına zərbə vurub buradan çıxacagıma ümid edərək duruşumu nizamladım. Elə bu an iki avtomatlı adam erməni dilində nə isə danışıb gülüşə-gülüşə içəri girdi. Artıq düşündüyümü etmək mümkün deyildi. “Bitdi ” deyə düşündüm. Amma daxilimdə qəribə bir təntənə var idi. Zərrə qədər qorxu hiss etmirdim. Erməni pulemyotçu mənə yaxınlaşdı. Mənə elə gəldi ki , o mənim gözümü bağlamaq istəyir. Düz alnına tüpürdüm. “Tüpürdüyüm yerə at, dığa” ,- dedim. O, əlindəki qara parça ilə alnını sildi. Dişlərinin xırçıltısın eşıtdım… Pulemyota yaxınlaşıb barmağını tətiyə qoyaraq mənə tuşladığı an bayırda möhkəm səs-küy qopdu. Azərbaycan türkcəsində gələn səslər onu dayandırdı. İçəri tələm-tələsik bir neçə nəfər də daxıl oldu və məni küncdə bir kətilin üstündə oturdub içəridə olan bütün kətilləri üst-üstə qalaqlayaraq məni gizlətdilər. Kətillərin arasında qalan dəlmə-deşiklərdən otağın qapısını görürdüm…

    Qapı zərblə açıldı və Laçın gecə milisinin rəisi Əli Abduləliyev (Tanrı ruhunu şad etsin) qəzəblə içəri daxil oldu. O, otağa diqqətlə baxıb kətil yiginina yanaşdı və təpiklə vurub onları aşırdı. Mənim üçün bu, çox gözlənilməz idi. Əli müəllim başımın üstündə ayaq üstə durmuşdu. Mən isə oturduğum yerdən ona baxırdım. O, mənim qanın içində olan başıma baxırdı. Gözlərindən çənəsinə doğru göz yaşları süzülürdü… Ayağa qalxdım. Əli müəllim məni qucaqladı. Mən də “Yaxşıyam” , – dedim. Bayıra çıxanda o vaxtkı Şuşa rayon milis rəisi Sadir Məmmədovu da gördüm… Milislər dedi ki, Şuşaya getməliyik… Sonradan məlum oldu ki, o vaxtkı Qarabağ xüsusi idarəsinin rəisi Volskini göstərişi ilə qətlimə nail bilməyənlər məni Xankəndinə gətizdirərək barəmdə cinayət işi qaldırmağa çalışıblar. Lakin xalqın və Bakıdakı milli qüvvələrin tələbi ilə bu fitnə baş tutmadı…

    Bir az əvvəl məni yerdə təpikləyən rus və ermənilərin ayaqları arasından gəldiyini gördüyüm rus polkovniki İvanov “sürücünün yanındaki necə oldu” sualını vermiş, sonra gedıb yolda Rzanı qətlə yetirmişdilər…

    Yaxınlaşıb baxanda görüblər ki, mən deyiləm. Təzədən kəndə qayıdıb pulemyotçuya məni güllələmək əmri vermişdi. Yolda təsadüfən yerimizi dəyişməyimiz onların aglına gəlməmişdi..

    Əgər polkovnikin məni oldürmək üçün ovçu hərisliyi onu tələsdirməsəydi, o adamlarının ayaqları altında təpiklənənin kim olduğu ilə maraqlanar, axtardığı adamın elə burada saxlandığını bilər və heç Rzanın dalınca getməzdi… Və o halda Rza həlak olmaz, mən öldürülərdım.

    Rza həlak oldu, məni isə 8 km yolu qısa müddətdə piyada, maşınla tökülüb gəlmiş 4 min nəfər Laçınlı xilas etdi…TANRININ qismətindən qaçmaq olmur! Əli Abduləliyevin ruhu şad olsun!

    TANRI Rza Cəlal oğlu Sadıqovun və BÜTÜN o vaxtkı və indiki SƏHİDLƏRİMİZİN RUHUNU ŞAD ETSİN!..” – deyə polkovnik acı xatirəsini bitirib.

  • SON DƏQİQƏ! Qisas əməliyyatından yeni video yayıldı (18+)

    Hərbçilərimiz Hadrutda 6 erməni terrorçusunu məhv edərək şəhidimizin qisasını alıb.

    Qazet.az yeni görüntülər əldə edib.

  • SON DƏQİQƏ! Şəhidimizin qisası belə alındı – 18+video

    Hərbçilərimiz Hadrutda 6 erməni terrorçusunu məhv edərək şəhidimizin qisasını alıb.

    oxu24.com həmin görüntüləri təqdim edir:

  • Vətən müharibəsində iki dəfə ölümdən qurtuldum – Elşad İsmayılov – FOTO

    1977 ci ildə Gədəbəy rayonu, Novosaratovka kəndində anadan olmuşam. Azərbaycan Texniki Universitetini bitirmişəm. 104 saylı Gədəbəy Tovuz seçki dairəsində baş məsləhətçisi, Gədəbəy rayon icra hakimiyyəti başçısının köməkçisi vəzifələrində çalışmışam və hazırda Milli Məclisinin deputatı Arzu Nağıyevin köməkçisi kimi işləyirəm. Ailəliyəm, 3 övladım var.

    Vətən müharibəsində qələbəmizi əldə etdiyimiz günə kimi Kəlbəcərdə, Murovdağda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və sığınacaqlarının məhv edilməsində birbaşa iştirak etmişəm.

    Bugün isə cənab Prezident İlham Əliyevin sərəncamına əsasən, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişəm.

    Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Arzu Nağıyevin köməkçisi, ikinci Qarabağ müharibəsinin iştirakçısı baş leytenant Elşad İsmayılov bildirib.

    Onun sözlərinə görə, o, Vətən müharibəsinə könüllü olaraq qatılıb: “Sentyabr ayının 21-dən hərbi təlimlərə qatılmışam. Döyüşlərin ilk gününün səhər saatlarında artıq Murovdağdan Kəlbəcər istiqamətində döyüşmüşük. Qələbə gününə kimi xidmət etdiyim artilleriya divizionunda düşmənin bir çox canlı qüvvəsi, hərbi texnikası və sığınacaqlarının məhv edilməsində birbaşa iştirak etmişəm.

    Orada hər bir kəs qələbə nəticəsini əldə etmək üçün əlindən gələni edib. Batareyamız bütün verilən hədəfləri vaxtında və dəqiq zərbələrə dağmadağın edib. Nəhayət, 10 noyabr Ermənistanın kapitulyasiyasından sonra Cənab Prezidentin sərəncamına əsasən, 24 dekabrda tərxis olunmuşam”.

    E.İsmayılov qeyd edib ki, 44 günlük müharibədə o, iki dəfə ölümdən qurtulub:
    “Döyüşlər zamanı insan canını deyil, vətəni düşünür. Yalnız bir amal üçün döyüşürsən, qalan şeylər ikinci planda olur. Yadımdadır ki, iki dəfə ölümdən qurtulmuşam, hər ikisində də döyüş yoldaşıma borcluyam. Belə ki, döyüş tapşırığını yerinə yetirən zaman, hərbçi yoldaşım məni çağırırdı və təcili onun yanına gəlməyimi xahiş etdi. Onun yanına getdim və üzərindən 10 saniyə keçmişdi ki, mən olduğum əraziyə düşmən mərmisi düşdü. Bu hal iki dəfə baş verib və xoşbəxtlikdən hər ikisində də salamat qalmışam”.

    Baş leytenant sonda başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirib. O qeyd edib ki, hərbçilərimizin əldə etdiyi nailiyyətlərdə Prezident İlham Əliyevin töhfəsi var.

  • Vətən müharibəsinin arxa cəbhə fəalı Sabit Məmmədov mükafatlandırıldı – FOTO

    Hədəf Şirkətlər Qrupu arxa cəbhənin bir sıra ictimai fəalını o cümlədən, iş adamı, “Admedia” reklam agentliyinin rəhbəri Sabit Məmmədovu “Xarıbülbül” simvolik heykəli ilə təltif edib.

    Şirkətin rəhbəri Şəmil Sadiqin sözlərinə görə, “Xarıbülbül” simvolik heykəli müharibə vaxtı arxa cəbhədə dəstək çağırışları edib orduya sovqat götürənlər, iş adamları, informasiya cəbhəsində uğurla çalışan jurnalistlər və ictimai fəallara təqdim edilir.

    Həmçinin, təltif edilən 102 (cümhuriyyətin 102 illiyinə əsasən) arxa cəbhə fəalı arasında Jalə Həsənli (İTV-nın aparıcısı), Ərtoğrul Kamal (aktyor, sosial fəal), Nura Suri (müğənni), Faiq Ağayev (müğənni), Ehtiram Quliyev (iş adamı), Bəxtiyar Hacıyev (ictimai fəal), Haldun Novruzzadə (ictimai fəal), Orxan Zeynallı (reper, ictimai fəal), İxtiyar Hüseynov (“Azərbaycan qəzeti”nin redaktoru), Həbib Müntəzir (bloger), Rəşad Süleymanov (hərbi ekspert, jurnalist – ölümündən sonra), Emin Tarverdiyev (iş adamı, ictimai fəal) və Qələbəyə Dəstək Hərəkatının üzvləri ilə yanaşı, xaricdə fəaliyyət göstərən Şahnaz Kamal (Sankt-Peterburq, dilçi), Maksim Şevçenko (Rusiyalı jurnalist), Fulya Öztürk – (CNN TÜRK kanalının müxbiri) və Ruslan Rəhimovun (Anadolu Ajans İnformasiya Agentliyinin Azərbaycan üzrə müxbiri) da adı var.

  • Ermənilər azərbaycanlı əsgərin meyitin yandırdı – 18+VİDEO

    Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb.

    Bu barədə Ombudsman Aparatından məlumat verilib.

    Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur:

    “Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu Cenevrə Konvensiyalarının və digər humanitar hüquq normalarının tələblərini hələ də kobud şəkildə pozmaqda davam edir. Hesab edirik ki, Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədi üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb. Halbuki, Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb”.

    “Bu baxımdan qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin dəstələri tərəfindən törədilmiş bu cinayət əməlini qəti şəkildə pisləyir və beynəlxalq təşkilatları insan hüquqlarının kobud pozulmasına səbəb olan bu kimi qeyri-insani hərəkətlərə göz yummamağa çağırırıq”, Ombudsman Aparatından bildirilib.

  • Vətənin hər guşəsini gəzən “Bravo” Hadrutdakı əsgərlərə də sovqat apardı – VİDEO

    Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bravo” marketlər şəbəkəsi bu dəfə işğaldan azad edilmiş Hadrutda xidmət edən hərbi qulluqçulara əsgər sovqatı çatdırıb.

    Gündəlik tələbat, qida məhsulları və gigiyenik vasitələrdən ibarət olan sovqatlar əsgər və zabitlərimizə təqdim edilib.

    Hərbçilər öz növbələrində onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

  • Qardaşxan Əhmədovun anası: “Statusda oxudum ki, oğlum şəhid olub” – FOTO/VİDEO

    Hələ bu dünyaya gəlmədən şəhid qızı adını alan Nişanə iki həftə sonra doğulacaq. Onun atası Qardaşxan Əhmədov isə 50 gün itkin kimi axtarışda olub.

    “Qafqazinfo” ailəyə baş çəkərək Qardaşxan Əhmədovun xatirəsini əbədiləşdirmək üçün reportaj hazırlayıb.

    24 yaşlı Qardaşxan döyüşə getməmişdən 10 ay öncə ailə həyatı qurub, iki həftə sonra isə qızı dünyaya gələcək, ilk və sonuncu övladı…


    Qardaşxan hərbi xidmətdə olarkən “Aprel döyüşləri”ndə də iştirak edib. Vətən Müharibəsi başladıqda isə döyüşə çağırılıb. Lənkəran rayon komissarlığında bir yerlisi ilə tanış olub. Eyni vaxtda müharibəyə yola salınıblar, bütün döyüş yolunu birgə keçiblər və sonda Xocavənddə bir yerdə şəhid olublar.

    Atası Elxan Əhmədov oğlu ilə çox vaxt keçirməsə də, onu daim öz yeri üçün böyüdüb. Şəhid atası deyir ki, oğlunun son döyüşü noyabrın 7-də olub. Ondan sonrakı iki gün isə müəmmalıdır, o günlərdə Qardaşxanın yaşayıb-yaşamadığı bəlli deyil. Amma döyüşlər dayandıqdan sonra düz dekabrın 19-dək ailə və yaxınları daim onu axtarıb. Qardaşxan 44 günlük Vətən Müharibəsinin 50 günlük itkini olub.


    Elxan Əhmədov deyir ki, bu 50 gün ona 50 il kimi görünüb, bu 50 gündə evə sığmayıb, gecə-gündüz küçələrdə, yollarda, idarələrdə bircə oğlunu axtarıb. İki bacıdan sonra evin son beşiyi olan Qardaşxanı…

    Amma bu 50 gün ərzində Elxan Əhmədov oğlu ilə bağlı fərəhləndirici onlarla zəng alıb. Döyüşdən yaralı qayıdan qazilərin valideynləri Elxana zəng edərək onun oğlu Qardaşxanın onların övladlarını ölümdən xilas etdiyini deyib. Övladına qovuşsa da, onu şəhid kimi qarşılayan atalar isə itkin atası Elxana oğluna görə təşəkkür ediblər. Minnətdar olublar ki, Qardaşxan onların övladının cənazəsini ortada qoymayıb. Onlarla igidi ya qazi, ya da şəhid olaraq döyüş meydanından çıxarıb. Özünü isə 50 gün sonra Xocavənd dağlarında sıx meşənin içindən qarlar altından çıxara biliblər.

    Bir dərdin başqa dərdə dərman olması kimi, Elxan da oğlunun əsir olmasını, mühasirədə olmasını, yaralı olmasını, şikəst olmasını arzulayıb. Təki sağ olsun…


    Ailə Qardaşxan üçün son limit günü də təyin edibmiş. 28 noyabr… Bu gün Qardaşxanın toyunun birinci ildönümüdür. Gənc, hamilə həyat yoldaşı da ən sonda həmin gün Qardaşxanın gələcəyinə ümid edib.

    Elxan Əhmədov isə oğlunun tezliklə gəlib doğulacaq qızını qucağına alacağını, onu xəstəxanadan şarlarla bəzədilmiş maşında evinə gətirəcəyini arzulayıb.

    Vətən Müharibəsi Qardaşxan üçün ilk çətin sınaq olmayıb. Altı yaşından bəri ailəyə rəhbərlik etməyə məcbur olan Qardaşxan bu yola daim imtinaları ilə yadda qalıb. O, ilk olaraq 17 medal aldığı güləşdən uzaqlaşıb. Bunun əvəzində isə anası ilə birgə 10 il dükanda satıcı işləyib, iki bacısından yaşca balaca olsa da, onlara böyük qardaş olub. Atası Elxan isə mütəmadi olaraq Rusiyada işləyərək ailənin maddi durumuna dəstək olub. Qardaşxan ilk medalını yeddi yaşında alıb.

    Anası Bahar Əhmədova deyir ki, Qardaşxan onun həm oğlu, həm qardaşı, həm də iş yoldaşı olub:

    “Bütün sirlərini, aruzlarını, xəyallarını mənə deyərdi. Mənim həyatımdakı hər şey, evim-eşiyim onun əziyyəti, onu xatirələridir. Onu hər gün güləş məşqinə özüm aparırdım. Hər dəfə yer tutanda mənə zəng edib deyirdi. Yeddi yaşı olanda ilk medalını qazandı, zəng edib dedi ki, “Ana, birinci yerə çıxdım”.


    Toyunun ildönümündə hələ də onu axtarırdıq. O bizi çox istədiyi üçün tez-tez sürprizlər edirdi. Xüsusi günlərdə həmişə zəng edirdi. Mən də inanırdım ki, noyabrın 28-də oğlum zəng edib sağ olduğunu deyəcək”.

    Bahar Əhmədova oğlunun döyüş yoldaşı ilə danışaraq Qardaşxanın şəhid olmadığına onu inandırmaq istəyərkən elə bircə oğlunun şəhadət xəbərini alıb:

    “Qardaşxandan xəbər olmayandan sonra bizə hansı nömrə ilə zəng etmişdisə, onlarla danışdıq, hamısı dedi biz yaralıyıq, ondan xəbərimiz yoxdu.

    Mənim ümidim vardı ki, mənim balam sağdır. Noyabrın 7-də Xocavənddə döyüşdə olub, bir gün sonra da müharibə bitib. Qardaşxan bir gün özünü qoruya bilərdi…

    Dekabrın 19-da axşamüstü yoldaşım evə gəldi, dedi uşaq yaralı tapılıb, ora gedirik. Mən də oğlumu gözləyirdim, dedim bir ayağı, bir qolu olmaz, eybi yox. Şəhid olduğunu bilmirdim. Dekabrın 20-də həyətə çıxdım, gördüm qonşular bizdədir. Evə girib yoldaşıma zəng etdim, cavab vermədi. Bütün qohumlara, tanışlara zəng etdim, heç kim mənə cavab vermədi. “Whatsapp”ı açıb gördüm ki, Qardaşxanın döyüş dostu Murad onun şəklini paylaşıb, yazıb ki, “can qardaş, aramızdan sən də getdin, şəhid oldun”. Mən ona yazdım ki, “Qardaşxan hələ şəhid olmayıb, sağdır, yaralıdır, atası gedib gətirməyə”.

    Elə o sözü yazıb bitirəndə gördüm evin qapısı açıldı, qonşular hamısı içəri girdi. Onda bildim ki, oğlum şəhid olub, o vaxta kimi mənə heç kim bunu demədi”.


    Şəhidin bacısı Nuranə Əhmədli isə qardaşının yarımçıq qalan arzularından bəhs edib:

    “Altı yaşında güləşə gedirdi, idmanla bağlı çox xəyalları vardı. Sonra elə oldu ki, atam işləmək üçün Rusiyaya getdi. Elə həmin vaxt qardaşım xəyallarından əlini üzdü. Evdə kişi yoxdu deyə, altı yaşında evin hər işini öhdəsinə götürdü. Şəhid olmadan əvvəl də onun xarakterinə görə mən onunla fəxr edirdim. Qardaşımın qızı ilə bağlı çox xəyalları, planları var idi. İndi isə onları onsuz həyata keçirməli olacağıq. Amma onun qızı qardaşımdan bizə bir nişanə olduğu üçün adını da Nişanə qoymaq istəyirik”.

    Nuranə deyir ki, atası qardaşının yaralı olduğunu sevinərək demədiyi üçün o artıq Qardaşxanın şəhid olduğunu bilib:

    “Atam gəlib dedi ki, qaqaş tapılıb, yaralıdır, gətirməyə gedirəm. Mən atama inanmadım, çünki qardaşım yaralı gəlsəydi, biz sevinərdik. Amma atamın üzünün ifadəsindən, rəngindən bildim ki, o, şəhid dalıyca gedir…”