Category: Ordu

  • Müzəffər ordumuza vəfa borcu: İşğaldan azad edilmiş Qubadlıya əsgər payı çatdırıldı – VİDEO

    44 günlük Vətən Müharibəsində Azərbaycana tarixi qələbəni qazandıran, şübhəsiz, müzəffər ordumuz oldu.

    Məhz şücaətli Azərbaycan igidlərinin sayəsində xalqımız illərlə düşmən tapdağında qalan yurd yerlərimizin yadelli tapdağından azad olunmasına şahidlik etdi.

    Heş şübhəsiz, bu qələbə dövlətimizin uzun illər gördüyü hazırlığın nəticəsi idi. Daim maddi-texniki baxımdan gücləndirilən Silahlı Qüvvələrimizə dövlətimiz hər zaman xüsusi qayğı ilə yanaşıb.

    Elə bu məqsədlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlayıb.

    Aksiya çərçivəsində bu gün işğaldan azad olunmuş Qubadlı rayonunda hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılıb.

    Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin, əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar.

    Daha ətraflı Baku TV-nin videosüjetində:

  • Vətən müharibəsində şəhid olan mədəniyyət işçiləri – VİDEO

    Mədəniyyət Nazirliyi Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə bağlı məlumat yayıb.

    Nazirlikdən verilən məlumata görə, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi nəfər mədəniyyət işçisi də var.

    Onların hər biri ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunublar:

    Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

    Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

    Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

    Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

    Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • Doğma övladları üçün darıxan torpaq – VİDEO

    30 ilə yaxın müddətdən sonra doğma torpaqlarımıza səfər edə biləcəyik.

    Baku TV-nin əməkdaşları işğaldan azad olunmuş Zəngilan rayonundan reportaj hazırlayıblar.

    Düşmənin az qala hər qarışında mina basdırdığı Zəngilanda artıq təmizləmə işlərinə demək olar ki yekun vurulub.

    Zəngilandan xüsusi reportajı təqdim edirik:

  • Şəhidlik zirvəsinə ucalmış yeddi gəncimiz – VİDEO

    Tarixi zəfərlə başa çatan Vətən Müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər, mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edərək, şəhidlik zirvəsinə ucalanlar sırasında yeddi mədəniyyət işçisi də var.

    Vaxtilə mədəniyyətin müxtəlif sahələrində çalışmış bu gənclər adlarını Azərbaycanın tarixinə ədəbi həkk etmiş igidlərdir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif edilmiş qəhrəman mədəniyyət işçilərinin xatirəsini ehtiramla yad edirik:

    Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

    Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

    Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

    Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;

    Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

    Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

  • Azərbaycan əhalisi sülhməramlılara necə münasibət bəsləyir? – AÇIQLAMA

    Sülhməramlılarla bağlı məsələyə münasibətdə cəmiyyətdə xeyli fərqli fikirlər mövcuddur.

    Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vətən Müharibəsi mövzusundakı brifinqdə deyib.

    O bildirib ki, əhalinin yarıdan çoxu, yəni 54 faizi hesab edir ki, həm Rusiya, həm də Türkiyə sülhməramlı qüvvələri bu missiyanı birgə aparsaydılar, daha yaxşı nəticə verərdi.

    Onlardan 35 faiz insanımız Rusiyanın sülhməramlı qüvvələrinin bölgədə olmasını işin xeyrinə dəyərləndirib. Bununla da ermənilərin Azərbaycana qarşı təxribatlarının dayandırılmasının mümkün ola biləcəyini vurğulayıblar.

    44 faiz əhali isə bu məsələ ətrafında müəyyən qədər fərqli mövqedə olublar. Onlar qeyd edib ki, bu qüvvələrin gəlişini mənfi qiymətləndirirlər və 19 faizdən artıq insan qeyri-müəyyən fikir səsləndirib. 57 faizdən artıq insanımız isə yalnız Türkiyə sülhməramlı qüvvələrinin Rusiya ilə birgə olmasını arzulayırlar.

    Qeyd edək ki, sorğu 1-4 dekabr tarixlərində 603 respondent arasında təşkil edilib.

  • Ucarda şəhid gizir dəfn edilib

    Ucar rayonunda Vətən müharibəsində şəhid olmuş gizir Qarayev Namiq Qara oğlu dəfn edilib.

    “Report”un məlumatına görə, o, bu gün Qazıqumlaq kəndində torpağa tapşırılıb.

    Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, sakinlər iştirak edib.

    Qeyd edək ki, Namiq Qarayev 1978-ci ildə Ucarın Qazıqumlaq kəndində anadan olub. O, 78 gün idi ki, itkin düşmüşdü.

    Namiq Qarayev ailəli idi, iki övladı yadigar qalıb.

    Allah rəhmət eləsin!

  • Biri şəhid, digəri isə qazi olan Ağahüseynli qardaşları – VİDEO

    Cəlilabad rayonunun Ocaqlı kəndinin Ağahüseynlilər ailəsində üç oğul övladı böyüyüb.

    Gün gəlir, onlar Vətən torpağını düşməndən təmizləmək üçün döyüşə yollanırlar.

    Evin böyük oğlu Ziya Ağahüseynli 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. O, Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə qəlpə yarası alıb.

    Ziyanın kiçik qardaşı Səyyad Ağahüseynli isə bu müharibədə şəhid olub. O, topçu olsa da, döyüş meydanından şəhid və yaralıları çıxarmaq üçün can atıb. Elə oradaca güllə yarası alıb.

    Azərbaycan Televiziyası Ağahüseynlilər ailəsindən reportaj hazırlayıb.

    Həmin reportajı təqdim edirik:

  • SENSASSİON VİDEO! Qarabağda məhv edilən qaradərili hərbçilər kimdir? (18+)

    44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusuna qarşı ermənilərin terrorçulardan istifadə etməsi barədə məlumat vermişdik.

    Median.Az oxu24.com-a istinadən xəbər verir ki, ermənilərin muzdlu terrorçulardan istifadə edtiyini sübut edən video görüntü yayılıb. Məhv edilən erməni terrorçuların görüntüsünü qeydə alan hərbçimiz bildirib ki, həmin şəxslər Suriyadan olan muzdlu terrorçulardır. Videoda bəzi hərbçilərin qara dərili olduğu da görünür.

    18+ videonu təqdim edirik:

    Əsəbi zəif olanlar baxmasın.

  • Cavid Qurbanov şəhid Xudayara şeir yazdı – VİDEO

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov şəhidimiz Xudayar Yusifzadəyə şeir həsr edib.

    Median.Az bakupost-a istinadən xəbər verir ki, Vətən Müharibəsinin parlaq simalarından biri olan Xudayar Yusifzadə ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Onun şəhid olmazdan bir neçə gün öncə əsgərlərin əhatəsində oxuduğu “Vətən yaxşıdır” mahnısı qısa zamanda dillər əzbəri oldu.

    C.Qurbanovun şəhidimizə həsr etdiyi şeiri təqdim edirik:

  • Dövlət Komissiyasının əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi üzrə iclası keçirilib

    Bu gün Baş nazir və Dövlət Komissiyasının sədri Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il tarixli “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icra vəziyyətinə dair məsələlərə həsr olunmuş müşavirə keçirilib.

    Müşavirədə Dövlət Komissiyasının üzvləri iştirak ediblər.

    Müşavirədə indiyə qədər görülmüş işlər müzakirə olunub və qalan məsələlərin qısa müddətdə başa çatdırılması və Prezidentin Sərəncamında göstərilmiş müddətdə təqdim olunması barədə müvafiq tapşırıqlar verilib