Category: Sağlamlıq

  • Satışda olan qara çörəkləri süni rəngləyirlər? – Mütəxəssislərdən açıqlama

    Qənnadı məhsulları və içki istehsalında geniş yayılmış “koller” adlı rəng maddəsindən çörək istehsalında da istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar.

    Sovet dövründə və ondan sonrakı bir neçə ildə insanlar daha çox qara çörəkdən istifadə edirdilər. Daha doğrusu, buna məcbur olurdular. Xüsusən də kənd yerlərində…

    Çünki mağazalarda ağ un tapmaq müşkül idi. Vətəndaşlar məcbur olub ya qara un alırdılar, ya da qara unla ağ unu qarışdırıb çörək bişirməli olurdular. İndi isə əksini müşahidə edirik. Qara çörək olduqca bahadır. Müxtəlif markalar altında 250-300 qramlıq qara çörək 1,5-2 manata da satılır. Üstəlik, münasib qiymətə olan qara çörəyə də şübhə ilə yanaşılır. İddia olunur ki, guya ağ una rəng qatırlar.

    Sual yaranır: niyə əvvəllər daha ucuz başa gələn qara çörək indi ağ çörəkdən baha qiymətə satılır? Həqiqətən də aldığımız qara çörəyin tünd rəng alması üçün boyadan və ya digər qatqılardan istifadə olunur?

    Median.Az bildirir ki, mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

    Adı qara, rəngi açıq qəhvəyi

    İstehsal meneceri Sayat Quliyeva deyir ki, insanlar arasında “qara çörək mütləq tünd olmalıdır” deyə fikir formalaşıb, amma əslində belə deyil: “İstehsalatda “qara un” adlanan xammal yoxdur.

    Bu söz birləşməsi insanlar tərəfindən yaradılıb, qiyməti ucuz, keyfiyyəti aşağı deməkdir. Qara çörək kəpəkli, çovdar, birinci və ikinci növ unların qarışığından əldə olunur. Bu çörəklər tam qara deyil, tünd və ya açıq qəhvəyi rəngdə olur. “Adı qara çörəkdirsə, rəngi də tünd olmalıdır” tipli fikirləri əsas götürərək, bəzi istehsalçılar da normativlərdən kənarlaşaraq rəngli maddələrdən istifadə edirlər”.

    Əgər rəng varsa…

    Qida eksperti Fərid Səfərov bildirir ki, əgər qara çörəyin tərkibində rəng varsa, bunu yoxlamağın müxtəlif yolları var:

    “Çörəyin tərkibində rəng olub-olmadığını gözlə seçə bilmərik. Amma çörəyi suya salanda, suyun rəngi dəyişirsə, qaralırsa, deməli, rəngləndiricilərdən istifadə olunub”.

    Rəng qatılmasının səbəbi

    Sayat Quliyevanın sözlərinə görə, qara çörəyi rəng və digər qatqılar vurmadan da istehsal etmək mümkündür:

    “Çörəyin qatqısız, sadəcə xammal vasitəsilə istehsalı mümkündür. Lakin istehsalçılar qabarıq, məsaməli olması, saxlama müddətinin artırılması, yumşaq qalması üçün çörəyə müəyyən qatqılar əlavə edirlər ki, bunlardan ən birincisi rəng maddələridir. Yəni qatqıların, rəng maddələrinin istifadəsi unun maliyyətinin yüksək olması ilə əlaqəli deyil, bazarda olan rəqabətin göstəricisidir”.

    Ucuz olması üçün

    Fərid Səfərov deyir ki, çovdarı xaricdən idxal etdiyimiz üçün bu da qiymətlərə öz təsirini göstərir:

    “Qara çörəyi əldə etmək üçün lazım olan çovdar ununun ölkəmizdə istehsalı çox azdır, daha çox başqa ölkələrdən idxal olunur. Bu da qiymətə istər-istəməz təsir göstərir. Bu səbəbdən də, bəzi yerli sahibkarlar çovdar unundan deyil, ucuz olması üçün rəngləndiricilərdən və müxtəlif qatqılardan istifadə edərək qara çörək əldə edirlər”.

    Çay, qəhvə, kakao

    S.Quliyeva bildirir ki, tünd rəng əldə etmək üçün təbii vasitələrdən də istifadə olunur:

    “Qənnadı məhsulları və içki istehsalında geniş yayılmış “koller” adlı rəng maddəsindən çörək istehsalında da istifadə edilir. Bəzən qara çayın artıq qaynadılmasından əldə edilən rəngdən, kakao və qəhvədən də çörək istehsalında yararlanırlar. Kakao və qəhvə ölkəmizə idxal olunur, həmçinin maya dəyəri də yüksəkdir”.

    Qara çörəyin faydası

    Sayat Quliyevanın sözlərinə görə, xüsusi xəstəliyi olan insanların sağlamlıq baxımından qara çörəkdən istifadə etməsi çox vacibdir:

    “Əvvəllər qara çörəkdən yalnız şəkər xəstələri istifadə edirdisə, günümüzdə pəhriz saxlayanlar da üstünlük verirlər. Çünki qara çörəyin kalorisi ağ çörəyə nisbətən azdır. Həmçinin ağ çörəyə nisbətdə qara çörəyin tərkibi vitaminlər, minerallar və təbii liflərlə zəngindir. Bəzi xəstəliklərdən əziyyət çəkən insanlar qara çörəkdən istifadə etsinlər ki, bu maddələri də qəbul edə bilsinlər”.

    Qatqıların ziyanı

    Fərid Səfərov deyir ki, qara çörəyin tərkibinə qatılan qida maddələri hər insanda müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilər:

    “Çörəyin istehsalında istifadə olunan qatqı maddələri hər bir insana fərqli şəkildə təsir göstərə bilər. Bu, həm də istifadə edilən maddənin miqdarından da asılıdır. Bu maddələr mədə turşuluğunu artırır, mədənin selikli qişasını qıcıqlandırır, həzm sistemində problemlər, piylənmə, qəbzlik, sinir pozğunluqları, allergik reaksiyalar yaradır”.

    Tərkibini oxuyun

    Sayat Quliyeva oxuculara məsləhət görür ki, çörək alarkən tərkibi ilə mütləq maraqlansınlar:

    “Üzərində geniş məlumatlar qeyd edilməyən, özünəməxsus qablaşdırması olmayan, tərkibində kənar qatqıların qeyd edildiyi çörəkləri almasınlar”.

  • Həkim ölümcül dərmanları sadaladı

    Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov ürək üçün ən zərərli dərmanları sadalayıb.

    Həkim deyir ki, ən kardiotoksik dərmanlar kemyaterapiya dərmanlarıdır. Xərçənglə mübarizə üçün istifadə olunan ən əsas dərmanlar birbaşa kardiotoksik təsir göstərir.

    “Yəni dərmanı təyin edərək ürəyə zərər verdiyimizi anlayırıq. Biz bu xəstələri dərhal kardioloqun müşahidəsinə göndəririk. Bilirik ki, bu yan təsirlərin 70 faizi ürəkdə olacaq. Amma biz insanların həyatını xilas etməliyik”, – deyə mütəxəssis bildirib.

    Həkim ibuprofen, diklofenak və indometazin kimi qeyri-steroid iltihab əleyhinə dərmanların ürəyə zərər verə biləcəyini də vurğulayıb. Onlar təzyiqi artıra, damar böhranlarına və infarktlara səbəb ola bilərlər. Həkim qeyd edib ki, ürək çatışmazlığı halında bu dərmanlar birbaşa əks-göstərişdir:

    “Buna görə də bu dərmanlar ürək xəstələrinə və yaşlılara verilməməlidir. Ya da həkim nəzarəti altında çox diqqətlə verilməlidir”.

    O vurğulayıb ki, qeyri-steroid iltihab əleyhinə dərmanların reseptsiz sərbəst satılanları ürək üçün ən təhlükəli olanlardır:

    “Onların nə qədər adamı öldürdüklərini bilmirik”.

    Bundan əlavə, mütəxəssisin fikrincə, antibiotiklər aritmiyalara səbəb ola və eyni zamanda, digər orqanlara da bir çox əks təsir göstərə bilər.

  • Yaddaşı yaxşılaşdıran, depressiyanı dəf edən 3 MÖCÜZƏ

    Amerikalı psixiatr Uma Naydu yaddaşın yaxşılaşmasına kömək edən, depressiya və narahatlığın qarşısını alan məhsulların adlarını açıqlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Sputnik” CNBC-yə istinadla yazır.

    Beyin hüceyrələrini sağlam saxlamaq üçün mütəxəssis tünd şokolad yeməyi məsləhət görür və deyir ki, nə qədər tünd olarsa, o qədər yaxşıdır. Tünd şokoladda beyin hüceyrələrinə faydalı təsir göstərən antioksidantlar və flavanollar var. Eyni zamanda normanı qorumaq lazımdır, çünki şokoladın çoxluğu qan damarları üçün zərərlidir. Araşdırmalar göstərib ki, rasionda tünd şokoladın optimal miqdarı həftədə 45 qram təşkil edir.

    Giləmeyvə də beyin üçün olduqca faydalıdır. Naydunun sözlərinə görə, giləmeyvədə yaddaşı gücləndirən, koqnitiv qabiliyyətlərinin itirilməsini yavaşladan və oksidləşdirici streslə mübarizə üçün vacib olan antioksidantlar, qida maddələri, liflər, vitaminlər və minerallar var. “Əlavə olaraq, müxtəlif giləmeyvələri yemək narahatlıq pozğunluğunun simptomlarını zəiflətməyə və demensiya kimi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edir”, – deyə Naydu izah edib.

    Narahatlığı azaltmağın və koqnitiv qabiliyyətlərin qorunub saxlanmasının başqa bir yolu da sarıkök yeməkdir. Göyərti, əsasən də ispanaq, manqold və acıqıjı yemək beyin üçün faydalı deyil: onların tərkibində folotalar var ki, bunlar da depressiya simptomlarının güclənməsinə səbəb ola bilər. Sonda Naydu turş kələm, miso, çay göbələk içkisi, qatıq və yoğurt daxil olmaqla daha çox mayalanmış məhsulları qidaya qəbul etməyi məsləhət görür.

    Bu yaxınlarda həkim və diyetoloqlar qazlı içkilərinin beyin üçün zərərləri olması barədə xəbərdarlıq ediblər. Məsələn, kofeinli içkilər asılılıq yarada və yuxuya mənfi təsir göstərə bilər, şəkərli içkilər yaddaş problemlərinə səbəb olur, şəkərsizlər isə insult və demensiya riskini artırır.

  • Maskanı 60 dəqiqədən çox ağızda saxlamaq olmaz, təhlükəlidir – İspan pulmonoqları

    Qoruyucu maskanı necə istifadə etmək lazımdır ki, insana zərər verməsin.

    Median.Az xəbər verir ki, İspaniya pulmonoqları tibbi maskaların düzgün istifadəsi barədə məlumat verib.

    Onların fikrincə, maska taxıldığı andan 45 dəqiqə sonra 5-7 dəqiqəlik fasilə ilə çıxarılmalıdır. Yəni maska taxan şəxs hər 45 dəqiqədən bir maskanı tamamilə çıxarıb və ya endirib, açıq havada nəfəs almalıdır.
    Bir maskanı heç çıxartmadan ağız-burunda qalma müddəti maksimum 60 dəqiqədir. Ondan sonra mütləq 10 dəqiqə fasilə olmalı, ağız-burun açıq qalaraq, tənəffüs sisteminin normal işləməsi üçün şərait yaradılmalıdır.

    İspan həkimləri hesab edir ki, maskanı fasiləsiz istifadə və uzun müddət taxmaq bu problemlərə səbəb ola bilər:

    – Tənəffüs sistemində göbələk, infeksiya və bakteriya mühitinin yaranması
    – Tənəffüsün səthiləşməsi, pisləşməsi
    – Qanda oksigen səviyyəsinin düşməsi
    – Burunun dolması, selikli qişasının quruması
    – Üz dərisində dermatoloji problemlər

    Maskanın düzgün istifadə qaydası elə bundan ibarətdir ki, onu müntəzəm olaraq fasilə ilə çıxarasız və açıq şəkildə nəfəs alasız.

    İspaniyanın məşhur pulmonoloqu Qustavo de Liza bildirib ki, əgər maska taxan müəyyən səbəbdən 3-5 saat maskanı çıxara bilmirsə, o zaman fasilə müddəti 30 dəqiqə olmalıdır. Ən azı 4 saatdan sonra maskanı çıxarıb, təmiz hava almalıdır.

    Tibb maskaların istifadə müddəti 4 saatdır. Ondan sonra o atılmalı, yenisi istifadə olunmalıdır. /medicina.az

  • Yol kənarındakı binalarda yaşamaq sağlamlıq üçün TƏHLÜKƏLİDİR

    Müasir dövrdə insanlar daim səs-küyün içində yaşayır. Maşınların, məişət və ofis texnikasının, televizorların, müxtəlif gəcetlərin səsi bizi daim əhatə edir.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, xüsusilə bu şəhər, paytaxt sakinlərinə aiddir.

    Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, səs-küy insan sağlamlığına ciddi ziyan vurur – ürək-damar, sinir, cinsiyyət, immun sisteminin fəaliyyətinə mənfi təsir edir. Güclü səs orqanizmdə stress hormonlarının (adrenalin, noradrenalin, kortizol) ifrazını artırır. Bu hormonların səviyyəsinin orqanizmdə daim yüksək olması baş ağrılarına, arterial təzyiqinin artmasına, yuxusuzluğa, piylənməyə, hətta sonsuzluğa səbəb olur.

    Amerika alimləri sübut edir ki, aeropot və ya trass yollarının kənarında yaşayan insanlarda ürək-damar sistemi xəstəliklərinə, infarkt və insulta sakit yerlərdə yaşayan insanlarla müqayisədə daha tez-tez rast gəlinir. Daily Mail xəbər verir ki, alimlərin fikirinə görə, güclü səs insan həyatını qısaldır.

    Əksinə isə səsssizlik insanın sağlamlığına çox müsbət təsir edir – təzyiqi və nəbzi normallaşdırır, sinirləri sakitləşdirir, beyinin fəaliyyətini, yaddaşı, təfəkkürü yaxşılaşdırır, immun və cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.

    Alimlər insanlara sakit yerlərdə (meşə, dağlar, dəniz kənarı və s.) tez-tez olmağı, evdə və ofisdə səsin səviyyəsini azaltmağı tövsiyə edirlər.

  • Bədəndə duz çatışmazlığı ciddi problemlərə yol açır – XƏBƏRDARLIQ

    İnsan bədənində kifayət qədər duz olmadığını göstərən əlamətlər hansılardır?

    Median.Az xəbər verir ki, qastroenteroloq və qidalanma mütəxəssisi Natalia Stukova bu barədə “Vechernyaya Moskva”ya danışıb.

    Onun sözlərinə görə, orqanizmə hüceyrə səviyyəsində metabolik proseslərdə iştirak etdiyi üçün duz lazımdır. Duzda olan minerallar natriumun tərkibində olan elektrolit balansını təmin edir. Pəhrizdə duz olmaması fiziki xəstəliklərə və hətta bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

    “Vücudda duz çatışmazlığının əlamətləri baş ağrısı, başgicəllənmə, halsızlıq, ürəkbulanma, ürək çatışmazlığı, qeyri-sabit hemodinamiya ola bilər”, – deyə mütəxəssis bildirib.

    N.Stukova Dünya Sağlamlıq Təşkilatının (ÜST) böyüklərə gündə 5 qram süfrə duzuna bərabər olan 2 qramdan çox natrium istehlak etmələrini tövsiyəsini bir daha atırladıb. (publika.az)

  • Aspirin kömək etməyəcək – Kovid qanı çox qatılaşdırır

    Rusiyalı həkimlər yenidən koronavirus xəstələrini sonradan tromboz riski ilə bağlı xəbərdar ediblər.

    Median.Az medicina.az-a istinadən bildirir ki, xəstəlik dövründə və sonradan trombozdan qorunmaq üçün xəstələrə antikoqaulyant – qandurulaşdırıcı terapiya təyin edilir.

    Bu barədə Moskva klinik xəstəxanasının həkimi Valeriy Veçerko bildirib.
    “20-30% xəstələrdə tromboz riski var və bu problem insult, infarkta gətiriv çıxarır. Hazırda koviddən sonrakı dövrdə infarkt və insult faktları artmaqdadır. Hələ ki, kovidlə bu xəstəliklər arasında əlaqə elmi araşdırılır.

    “Trombozdan qaçmaq üçün aspirin yetərli deyil. Bunun üçün heparin qrupuna aid yeni koaqulyant tabletlər lazımdır. Məhz bu dərmanlar ürək və ağciyər arteriyalarının trombozundan qoruya bilər. Trombozlar xəstədə ilk simptomlardan 1-3 ay sonra da baş verə bilər.

    Əgər xəstədə əvvəldən varikoz, təzyiq, tromboflebit, aritmiya olubsa, onlar risk qrupundadır. Ona görə müalicədən sonrakı 1 ayda mütləq qan laxtalanma analizi verilməlidir. Bu qanın durumunu göstərəcək. Əgər ciddi dəyişiklik varsa, qandurulducular, aspirin yox, məhz heparin tərkibli dərmanlar həkim tərəfindən təyin edilməlidir. Eləcə də xəstələr çox maye qəbul etməlidir”.

  • Kovid peyvəndindən sonra trombozun qarşısını necə almalı? – TÖVSİYƏ

    ABŞ alimləri elmi tədqiqat nəticəsində sübut ediblər ki, kovid peyvəndindən, hətta təbii virusla xəstəlikdən sonra yaranan immunitet antitelləri tromboz yaranmasına səbəb ola bilər.

    Median.Az xəbər verir ki, buna görə də xroniki və yaşlı xəstələr vaksinasiyadan öncə və sonra tromboz analizi, yəni koaquloqramma verməlidir. Əgər problem aşkarlanarsa, onlar mütləq qandurulducu preparatlar içməlidir.

    Bu metodla vaksindən sonra da trombozdan qaçmaq olar.

    ABŞ Milli tibb kitabxanasının saytında yeni kovidin antitellərinin tromboz riski yaratdığı barədə yazılıb.

    Adətən bu problem öncədən qan laxtalanması, ürək-damar, şəkər problemləri olanlarda, kovidi çox ağır keçirənlərdə rast gəlinir.

    Mütəxəssislər peyvənddən 2 həftə öncə və sonra antiaqreqant və antikoaqulyant içmələrini tövsitə edir. Bu tromb riskini azaldacaq.

    Əgər insanda laxtalanma ilə bağlı ciddi problem yoxdursa, amma vaksindən qorxursa, trombozdan çəkinirsə, sakitlik üçün kardiomaqnil içə bilər. /medicina.az

  • Kovid keçirdikdən sonra sinə və kürək ağrılarına diqqət – Türk həkim

    Kovid 19 xəstəliyi sonrası sağalanlarda ayağa qalxanda meydana çıxan ürəkdə çırpıntı, baş hərlənməsi, göz qaralması, halsızlıq kimi əlamətlər çox zaman ürəklə bağlı olmur.

    Bu, adətən xəstəliyə bağlı olaraq uzun müddət uzanılı, yataq vəziyyətində olmaqdan irəli gəlir. Bu xəstələr normal miqdarda su qəbul etməyə fikir versin.

    Median.Az xəbər verir ki, bunu türk kardioloq Metin Canbolat bildirib.

    “Amma kovid sonrası sıx qarşılaşdığımız köks, döş qəfəsi ön və arxadan ağrılara diqqət edin. Bu infeksion xəstəlikdən sonra ürək krizi, ağciyər trombozu, damarlarda tromb ciddi xəstəlikdən qaynaqlana bilər.

    Covid virusu damarların içində zədələr əmələ gətirir, ona görə koviddən sağaldıqdan sonrakı 3-6 ay çox önəmlidir. Əgər şiddətli köks, döş qəfəsi ağrıları varsa, ən qısa zamanda ürək həkiminə getməlisiz. Ümumiyyətlə, koviddən sağalan bütün xəstələr bir kardioloq müayinəsindən keçsin”. /medicina.az

  • Payızda saç tökülməsinin qarşısını almaq üçün 7 sadə məsləhət

    Saç tökülməsi normal və təbii bir prosesdir. Gündə təxminən 100 tük tökülməsi mütləq norma sayılır. Bu səbəbdən saçların tökülməsindən narahat olmağa dəyməz. Bununla birlikdə duşda və daraqda saç telləri aşırı çox qalırsa, buna diqqət yetirməlisiniz. Əlbəttə ki, mütəxəssislərin köməyi əvəzolunmaz olacaq, ancaq həyəcan təbili çalmağa tələsməyin. Kifayət qədər sadə qaydalara əməl etməklə saç tökülməsinin qarşısını ala və ya azalda bilərsiniz.

    Median.Az oxucuları payızda saç tökülməsinin qarşısını alan effektiv üsullarla tanış edir.

    “Évolis Professional” şirkətinin baş trixoloqu Dominik Berq bildirib ki, saçlar 5 ildən 7 ilə qədər davam edən uzanma mərhələsinə keçir. Sonra bir müddət dincəlirlər və sonda tökülməyə başlayırlar. Aydındır ki, hər bir saç telinin dövrü eyni mərhələdə deyil, əks halda hər kəs bir neçə ildən bir keçəl olardı.

    “Follikullar dövrdən sinxron keçmir. Bu o deməkdir ki, saç tellərinin hər biri müxtəlif uzanma mərhələsindən keçir. Bu da gündə təxminən 100 tükün tökülmə mərhələsinə girməsinə səbəb olur. 100 tük çox görünə bilər, amma bunu başınızdakı follikalların sayı ilə müqayisə etsəniz, 100.000 ilə 150.000 arasında – hər gün saçınızın yalnız 0.001% -ni itirdiyinizi və hər birinin yenisi ilə əvəz olunduğunu görəcəksiniz”, – ekspert bildirib.

    Saçların tökülmə səbəbi

    Saç tökülməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri genetikdir və onunla mübarizə aparmaq son dərəcə çətindir. Bununla birlikdə, bir çox qadın stress və ya bədəndə B, D vitaminləri və sink kimi qida maddələrinin olmaması səbəbindən saç tökülməsi problemi ilə üzləşir.

    Saç tökülməsinin digər ümumi səbəbi, xüsusilə qadınlarda hormonal dəyişikliklərdir. Bu, hamiləlik, doğuş, hamiləliyə qarşı həblər və ya menopoz nəticəsində baş verə bilər. Hormonların pozulması saçların yaşama dövrünə və saç tökülməsinə təsir göstərə bilər.

    Dünya şöhrətli trixoloq və saç ustası Bricit Hillin sözlərinə, maşında, yastıqda, duşda və ya olduğunuz hər yerdə çox tük görsəniz ciddi narahat olmağa başlaya, saç quyruğunun üç ay əvvəlkindən xeyli incə olduğunu da sezə bilərsiniz. Ancaq çaxnaşmaya ehtiyac yoxdur – Berq bunun düzəldilə biləcəyini söyləyir: “Bu cür fenomenə telogen alopesiya deyilir ki, bu da bir qrup tükün eyni anda uzanması və sonra birlikdə tökülməyə başlaması deməkdir”.

    Bundan əlavə, saçların uzanması üçün çox enerji tələb olunur, lakin bədənimiz üçün birinci dərəcəli məsələ sayılmadığına görə, fiziki və emosional stress zamanı saç tökülməsi ilə qarşılaşa bilərsiniz. Saç tökülməniz bir xəstəlikdən və ya hormonal disbalansdan qaynaqlanmırsa, bunun qarşısını almağın bir neçə yolu var.

    Saç tökülməsinin qarşısını necə almaq olar?

    Balanslaşdırılmış qidalanma

    Dominik Berq rasiona bir çox tərəvəz, yağsız ət, dəniz məhsulları və avokado, yumurta və tərkibi Omeqa-3 yağları ilə zəngin olan qız-fındıq kimi qidaları daxil etməyi məsləhət görür.

    İspanaq saçın uzanmasını təşviq edən və qırmızı qan hüceyrələrinin saç dərisinə çatdırılmasına kömək edən çox miqdarda dəmir ehtiva edir. Portağal, pomidor və bibər kimi C vitamini ilə zəngin qidalar saç folikullarını sağlam saxlayan kollagen istehsalını təşviq edir, kətan və ya çia toxumu saçların sağlam və güclü olmasına kömək edən, eyni zamanda uzanmasını təşviq edən omeqa-3 yağ turşuları ilə zəngindir.

    Sıx saç düzümlərindən və kimyəvi müalicələrdən çəkinin

    Saçlarınız tökülürsə, təəssüf ki, bir müddət at quyruğunu unutmalı olacaqsınız. Kimyəvi müalicə ilə məşğul olmaq da tövsiyə edilmir: keratin düzləşdirmə və ya boyama kimi prosedurlar. Bütün bunlar folikulları zədələyə və saç tökülməsinə səbəb ola bilər.

    Yuxuya laqeyd yanaşmayın

    Yuxu sağlamlığımız üçün son dərəcə vacibdir, buna görə qurban verməməlisiniz. Əks təqdirdə, gec-tez sağlamlığınıza təsir edəcək. Bədəni bərpa etmək üçün gündə 7-8 saat yatmaq məsləhətdir. Yuxu dövrünü tənzimləməyə kömək edən melatonin hormonu yatarkən saç uzanmasını təşviq edir.

    Saçların uzanması üçün həyati əhəmiyyət daşımaqla yanaşı, yuxu saçların çox yağlanmamasına kömək edə bilər. Yuxusuzluq stress səviyyəsini yüksəldə bilər ki, bu da sadəcə saç uzanmasının tempinə deyil, həm də sebum ifrazının artmasına səbəb olur.

    Omeqa-3 turşularını qəbul edin

    Saç üçün xüsusi vitaminlərin faydalı olub-olmadığını uzun müddət mübahisə etmək olar. Bəziləri heç bir effekt vermədiklərinə əmindirlər, digərləri isə əksinə istifadə etdikdən sonra saçların, dərinin və dırnaqların daha yaxşı hala gəldiyinə əmindirlər. Ancaq saç uzanmasını sürətləndirə bilərlər, çünki yüksək miqdarda omeqa-3 yağ turşuları ehtiva edirlər. Onları yalnız əlavələrdən deyil, adi məhsullardan da əldə edə bilərsiniz. Omeqa-3 turşularının çoxu qızılbalıq, siyənək, kətan və çia toxumlarında, qoz və lobyanın tərkibində olur.

    Baş dərinizə masaj edin

    Bir çox masaj salonu baş dərisi masajı xidmətləri göstərir. Ancaq buna pul xərcləmək istəmirsinizsə, özünüzü masaj edə bilərsiniz. Əvvəlcə bu texnika ilə tanış olmağa dəyər. Yutubda buna dair çox sayda video var.

    Düzgün daraq alın

    Təəccüblənməyin, amma yanlış daraq saçların vəziyyətinə, sağlamlığına və saç tökülməsinə də təsir edə bilər. Ən yaxşısı taxta daraqdır. Saçınızı qalın dişləri olan daraqla daramaq və ya klassik fırça ilə baş dərisini masaj etmək daha rahat olacaq.

    İdmanla məşğul olun

    Qəribədir ki, fiziki fəaliyyət də saçların uzanması ilə birbaşa bağlıdır. Çünki məşqlər saç tökülməsinin səbəblərindən biri olan stress səviyyəsini azaldır.

    Nə vaxt peşəkara müraciət etməliyik?

    Bütün bu ipucları sizə kömək etmirsə və ya saç tökülmənizin həddindən artıq olduğunu hiss edirsinizsə, həkimə müraciət etməlisiniz. Saş tökülməsi telogen alopesiya hipo- və ya hipertiroidizm kimi xəstəliklərin, yəni tiroid bezinin xəstəliklərinin nəticəsi ola bilər. Bəzi hallarda baş dərisinin biopsiyası tələb oluna bilər. Əsas odur ki, səbəbi müəyyənləşdirin və yalnız bundan sonra onun aradan qaldırılması ilə məşğul olun. Hər halda özünüz üçün dərman yazmaq və özünü müalicə etmək heç bir şəkildə yaxşı nəticə vəd etmir. (publika.az)