Category: Sağlamlıq

  • Gündə 5 dəfə bu tərəvəzi yemək istənilən xərçəngin qarşısını alır

    Populyar tərəvəz düşünüləndən daha faydalıdır.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl universitetinin alimləri hansı tərəvəzin Yeni ildə daha faydalı ola biləcəyini müəyyənləşdirib.

    Alimlər yerkökündə güclü antixərçəng təsir aşkarlayıblar.

    Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var.

    Lakin kökdə olan digər aktiv maddı – poliasetilenlər xərçəng hüceyrələrinə qarşıdır.

    Alimlər kökə aid 200 meqa tədqiqatın nəticələrini təhlil ediblər.

    Ümumilikdə 4,7 milyon insanın məlumat bazası yoxlanılıb.

    Nəticə göstərib kio, gündə 80 qram, həftədə 400 qram kök istənilən tip xərçəng növü riskini 20% azaldır.

    Hətta gündə 1 ədəd kökm belə xərçəngi 4% azalda bilir.

    Fərqi yoxdur, kökü çiy və ya bişmiş formada yemək olar.

    Ona görə yeni ildən kök yeməyə vərdiş edin.

  • Dünyada ilk: Sonuncu mərhələdə olan xərçəng xəstəsi xilas edilib

    Honkonq Universitetinin həkimləri dünyada ilk dəfə ölümcül qaraciyər xərçəngi olan xəstəni xilas ediblər.

    Məlumata görə, kişiyə 2022-ci ilin noyabrında bu xəstəliyin sonuncu, dördüncü mərhələsi diaqnozu qoyulub. Onun qaraciyərində 18,2 santimetr ölçüdə şiş aşkarlanıb və metastazlar artıq yaxınlıqdakı damarlara nüfuz edib. Bundan əlavə, kəskin sirroza görə ona mütəmadi olaraq xəstəxanaya müraciət etmək də tapşırılıb.

    Əvvəlcə həkimlər şişi əməliyyat edilə bilən ölçüyə qədər azaltmaq üçün altı ay müddətində terapiya aparıblar, sonra venoz damarlarda yaratdığı qan laxtalarının qarşısını alıblar. Avqust ayında isə oğlunun qaraciyərinin bir hissəsinin transplantasiyası uğurla həyata keçirilib.

    Tibb müəssisəsində uzun sürən müşahidədən sonra kişi evə buraxılıb. Hazırda onun birinci mərhələyə aid olan 1,5 santimetr ölçüsündə şişi hələ də var və analizlər göstərir ki, yeni xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi yoxdur.

    Qeyd edək ki, bu hadisə nəticəsində dünyada ilk dəfə olaraq şiş kiçilməsi və transplantasiya yolu ilə inkişaf etmiş qaraciyər xərçənginin uğurlu müalicəsi həyata keçirilib.

    Mənbə: TASS

  • Həkim qanı qatılaşdıran, tromboz yaradan qidalar barədə xəbərdarlıq edib

    “Qanın laxtalanması orqanizmə qan itkisinin qarşısını almaq üçün lazımdır. Ancaq qan həddindən artıq qatılaşarsa, damarlar zədələnməsə belə, qan laxtalanmağa başlayır”.

    Bunu rusiyalı həkim-diyetoloq Mixail Ginzburq qanı qatılaşdıran və qan laxtalanmasına səbəb ola bilən içki və qidaları sadalayarkən bildirib.

    Ginzburq qeyd edib ki, qanın laxtalanmasının qarşısını almaq üçün o, şirin qazlı içkilər, məsələn, turşu suyu kimi duzlu içkilər və alkoqol istehlakından çəkinməyi tövsiyə edib.

    Diyetoloq, həmçinin xəbərdarlıq edib ki, həddindən artıq şirniyyat istehlakı da qanın qatılaşmasına səbəb ola bilər.

    Onun sözlərinə görə, şəkər qlükoza səviyyəsinin artmasına və lipid birləşmələrinin yaranmasına səbəb olur.

    “Bu, qan qatılığını artırır və tromboz riskini artırır”, – deyə Ginzburq vurğulayıb.

    Bundan başqa, həkimin sözlərinə görə, paxlalılar və bəzi əlavə ət məhsulları (kəsilmiş heyvanın içalatı, başı, ayaqları və s.) istehlakından sonra da qan qatılaşa bilər.

    Mütəxəssis izah edib ki, lobya və digər paxlalı bitkilərin tərkibində qanın qatılığını artıran bitki zülalı var. “Qida rasionunda qaraciyər, böyrəklər və ürək kimi ət məhsullarının tez-tez istifadəsi də qanı qatılaşdırır və tromboz riskini artırır”, – deyə həkim əlavə edib.

    Mənbə: aif.ru

  • B12 vitamini çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər

    Barselona Universitetinin alimləri müəyyən ediblər ki, orqanizmdə B12 vitamini çatışmazlığı nəticəsində yaranan iltihablar ürək-damar xəstəlikləri, şəkərli diabet və neyrodegenerativ pozğunluqların inkişaf riskini artırır.

    Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Journal of Science of Food and Agriculture” (SOCI) jurnalında dərc olunub.

    Vitamin B12 bədəndəki müxtəlif fizioloji proseslərdə iştirak edən vacib bir qidadır. Bu vitamin ümumi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Onun çatışmazlığı pis qidalanmanın (vegeterianlığa sadiqlik, veqanizm) və ya səmərəsiz udma nəticəsi ola bilər.

    İspaniyalı tədqiqatçılar müəyyən ediblər ki, B12 çatışmazlığı orqanizmdə iki iltihabi markerin – interleykin (IL)-6 və C-reaktiv protein (CRP) səviyyəsinin artması ilə əlaqələndirilir. Alimlər izah ediblər ki, xroniki iltihab şəkərli diabet, neyrodegenerativ pozğunluqlar, infarkt və hipertoniya kimi geniş spektrli xəstəliklərin riski ilə bağlıdır. Həmçinin məlum olub ki, bir insanın bədənində B12 vitamini nə qədər çox olarsa, onun iltihab əlamətləri bir o qədər aşağı olur. Buna tərs asılılıq deyilir.

    Alimlər ümid edirlər ki, onların işi bizi Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin mexanizmlərini anlamağa yaxınlaşdıracaq. Alimlər indi orqanizmdə xroniki iltihabın piylənmə və qıcıqlanmış bağırsaq sindromu ilə bağlı olub-olmadığını müəyyən etmək üçün tədqiqatları davam etdirməyi planlaşdırır.

  • Həkim bədəndəki göyərmələri təhlükəli xəstəliyin əlaməti adlandırıb

    “Kiçik bir travmadan sonra çox böyük göyərmə sahəsi yaranırsa, diqqətli olmaq lazımdır”.

    Bunu rusiyalı terapevt Darya Miftaxova deyib. Həkim hansı hallarda bu simptomlarla üzləşdikdə mütəxəssisə müraciət etməli olduğumuzu izah edib.

    Miftaxovanın sözlərinə görə, yüngül zərbələrdən sonra yaranan böyük göyərmə sahələri qanın kifayət qədər laxtalanmaması səbəbindən yarana bilər. Bunun səbəbi trombositlərin qanda səviyyəsinin aşağı olması və ya laxtalanma faktorlarında çatışmazlıq ola bilər. Həkim xəbərdarlıq edib ki, bu halda qanaxma həyati təhlükə yarada bilər.

    “Həmçinin bədəndə eyni vaxtda yaranan və ölçüsü bir santimetrdən çox olan çoxlu sayda göyərmə olduqda diqqətli olmalısınız”, – deyə terapevt Darya Miftaxova bildirib.

    Bundan əlavə, əgər göyərmələr tez-tez baş verir və qəfil qanaxma ilə müşayiət olunursa, xüsusən də oynaqlarda, əzələlərdə və yumşaq toxumalarda, həkimlər hemofiliyadan şübhələnə bilərlər.

    “Bədəndə tez-tez çox sayda iri həcmli göyərmələr yaranarsa, həkimə müraciət etməlisiniz. Xəstədə qanaxma pozğunluğuna dair şübhə varsa, ona trombositlərin miqdarı, PT (protrombin vaxtı) və APTT (aktivləşdirilmiş qismən tromboplastin vaxtı) müəyyən edilməsi üçün analizlər təyin edilməlidir.

    Mənbə: Lenta.ru

  • Həkim xərçəngin bilmədiyimiz üç əlaməti barədə danışdı

    Xərçəngin üç erkən əlaməti var ki, insanlar adətən onlara əhəmiyyət vermirlər.

    Bu barədə rusiyalı cərrah-onkoloq, tibb elmləri namizədi İvan Karasyov danışıb.

    Həkimin sözlərinə görə, bədxassəli şişin böyüməsinin təzahürünü soyuqdəymə ilə səhv salmaq mümkündür. Xüsusən də insan daimi olaraq bədənində gücsüzlük və ya zəiflik hiss edirsə.

    “İkinci əlamət qeyri-adekvat olaraq uzun müddət davam edən 37 və ya daha yüksək bədən temperaturudur”, – deyə o qeyd edib.

    Cərrah onkologiyanın üçüncü görünməz əlamətinin boğaz ağrısı olduğunu deyib.

    Karasyovun sözlərinə görə, adətən soyuqdəymə zamanı kömək edən dərmanların qəbulu lazımi qaydada nəticə vermir. Bundan əlavə, sağalmayan yaralar, tez-tez rast gəlinən baş ağrıları, sidik və ya defekasiya zamanı qeyri-adi axıntı da orqanizmin xəbərdarlıq əlaməti ola bilər.

    Xərçəngdən qorunmaq üçün həkim siqareti çəkməkdən və mütəmadi olaraq spirtli içki qəbul etməkdən imtinanı, idmanla məşğul olmağı və düzgün qida rasionuna riayəti tövsiyə edib.

    Mənbə: Rossiyskaya qazeta

  • Təzyiq düşəndə ilkin yardım

    Hipotoniya, yəni aşağı qan təzyiqi hipertoniya ilə eyni təhlükəli vəziyyətdir. Arterial təzyiqin 90/60-dan aşağı düşməsi hipotoniya hesab olunur.

    Rusiyalı kardioloq və terapevt Valeriya Txorikova bu vəziyyətin nə qədər təhlükəli olduğu və niyə yarandığı barədə danışıb.

    Mütəxəssisin fikrincə, hipotoniya huşunu itirmə, sürətli nəbz və tənəffüs, mavi rəngə malik soyuq dəri ilə müşayiət oluna bilər.

    Txorikova izah edib ki, təzyiqi düşən xəstəni üfüqi vəziyyətdə qoymaq və ayaqlarını qaldırmaq lazımdır. Bundan başqa, təmiz hava axınını təmin etmək və təcili yardım çağırmaq gərəkdir.

    Mütəxəssis bu xəstələrə daha çox duz və maye qəbul etmək, şaquli vəziyyətə kəskin keçiddən qaçmaq, istidə uzun müddət qalmamağı tövsiyə edib.

    “Təzyiqiniz aşağı düşübsə, iki stəkan su içmək, ayaqlarınızı qaldırıb uzanmaq, duzlu bir şey yemək və ya tərkibində kofein olan içki – çay, qəhvə və ya kola içmək lazımdır”, – deyə Txorikova yekunlaşdırıb.

    Həkim bildirib ki, qan təzyiqini nəzarət altında saxlamaq lazımdır.

    Mənbə: Rambler

  • Burun tutulmasını necə aradan qaldırmaq olar? – HƏKİM RƏYİ

    Rusiyalı otorinolarinqoloq Vladimir Zaytsev burun tutulmasını aradan qaldırmaq üçün məsləhətlər verib. Həkimin fikrincə, antiseptiklər və yumşaldıcılar burun tutulmasını aradan qaldıra bilər, lakin onlar düzgün istifadə edilməlidir.

    “Su əsaslı antiseptiklər, duzlu məhlullar, yağlar və yumşaldıcılar iltihabı və burun tutulmasını aradan qaldırmağa kömək edir. Kəskin rinitdə tutulmalar tez-tez viruslardan qaynaqlanır və bu vəziyyətdə də vazokonstriktor damcılar olmadan keçinə bilərsiniz”, – deyə Zaytsev bildirib.

    “Kəskin rinit zamanı burun bir müddət normal nəfəs alır, sonra tıxanıqlıq yaranır. Bu, virus xarakterlidir. Bu zaman vazokonstriktor damcılarından istifadə etmək lazım deyil, çünki o, öz-özünə keçəcək. Su əsaslı antiseptiklərdən istifadə etmək olar, onlar iltihabı aradan qaldırırlar. Yumşaldıcı preparatlar (məsələn, şaftalı və ya ərik yağları) selikli qişanı nəmləndirir. Həmçinin duzlu məhlullar burun tutulmasını açmaq üçün yaxşı vasitələrdir”, – deyə mütəxəssis əlavə edib.

    Həkim qeyd edib ki, vazokonstriktor damcılara hələ də ehtiyac varsa, uşaq damcılarından iki-üç, maksimum dörd gün istifadə etmək daha yaxşıdır. Burun tutulması daha uzun müddət davam etdiyi zaman otorinolarinqoloqa müraciət etməyi məsləhət görür.

    Mənbə: Rambler

  • Hamilələrə xəbərdarlıq – Bu dərmanı içməyin

    Alimlərin son tədqiqatlarına görə, aspirin qəbul edən hamilə qadınlar öz övladlarının səhhətini riskə atmış olurlar.

    Median.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər müəyyən ediblər ki, bu dərman uşaq serebral iflicinin yaranma ehtimalını 2 dəfə artırır.

    Digər dəqiqləşdirməyə görə, uşaqlar üçün ən böyük risk preparatların hamiləliyin orta dövründə qəbul edilməsidir. Tədqiqat aparan alimlərin fikrincə, onlardan daha inandırıcı görünəni odur ki, preparatın komponentləri hamilə qadının hormonal fonunda dəyişiklik yaradır, bu da öz növbəsində uşağın baş beynində pozuntulara səbəb olur.

    Həkimlər tövsiyə edirlər ki, qadınlar hamiləlik və südvermə dövründə dərmanlardan sui-istifadə etməsinlər. Əksər hallarda onları xalq təbabəti vasitələri ilə əvəz etmək olur. Hətta bu müalicə üsulunu belə həkimlərlə məsləhətləşmədən tətbiq etmək olmaz. Ona görə də hamiləlik dövründə xəstəliklərin profilaktikası ən rasional vasitə hesab edilir.

  • Mövsümi qriplə mübarizə necə aparılmalıdır? – AÇIQLAMA

    Qış aylarında və ya mövsümi keçidlərdə insanların ən böyük problemlərindən biri qripdir. Mövsümi qrip xüsusilə tənəffüs və qan dövranı sisteminə təsir edir və bütün orqanlarda müxtəlif zədələnmələrlə müşahidə edilir.

    Bunu Trend-ə açıqlamasında pediatr-infeksionist Aytən Ziyadova deyib.

    Onun sözlərinə görə, ümumi bədən müqaviməti güclü olduğu təqdirdə mövsümi qripin ciddi fəsadları yaranmır: “Lakin yaşlılarda, yenidoğulanlarda, immun sistemini zəiflədən xroniki xəstəliklərə, qan dövranı və tənəffüs sistemi xəstəliklərinə malik insanlarda mövsümi qrip son dərəcə ağır fəsadlarla nəticələnə bilər. Bu səbəbdən zamanında qrip əleyhinə peyvənd olunmağı tövsiyə edirik”.

    Həkim, həmçinin qeyd edib ki, qripdən qorunmaq üçün mütləq bir sıra simptomlara diqqət etməliyik: “Tənəffüs zamanı yaranan çətinlik, yüksək hərarət, boğazda yanma və ya ağrı hissi, baş ağrısı, həddən artıq yorğunluq qrip əlamətləri sayılır. Bir çox insan mövsümi qripə laqeyd yanaşır, həkimə getmə ehtiyacı duymur. Lakin bu, çox yanlış yanaşmadır. Mövsümi qrip son dərəcə ağır və riskli keçirilə bilən xəstəlikdir. Bu səbəbdən qış fəslinin əvvəlində mütəxəssislərin məsləhəti ilə qrip əleyhinə peyvəndin vurulmasını tövsiyə edirik. Bu üsulla qripə səbəb olacaq viruslara qarşı orqanizm özünü bir il müddətində müdafiə edə bilər”.