Category: Sağlamlıq

  • Gündə bir fincan: Qəhvənin insan orqanizminə təsirləri

    Gündə 4 fincan bu içkidən içmək depresiyanızı aradan qaldıracaq…
    Osmanlı dövründə XVI yüzillikdə kəşf edilən qəhvə, bu gün dünyada hər kəs tərəfindən sevilərək içilir. Qəhvə cəmiyyətlərin damaq zövqünə uyğun olaraq dəmləmə, bişirmə və təqdim etmə mövzusunda fərqlidir. Qəhvənin tərkibində olan B2 və B3 vitaminləri qidanın həzm edilməsinə yardım edir. Eyni zamanda diqqət dağınıqlığının qarşısını alaraq diqqətin möhkəmlənməsində böyük rol oynayır.

    Qəhvədə çay kimi antioksidantlar var və bu da xərçəng hüceyrələrinin artmasının qarşısını alır. Bununla yanaşı, qəhvə ağrı kəsici xüsusiyyətə malikdir. Xolesterolu azaldır, depresiyanı aradan qaldırır.

    Qəhvənin faydaları ilə yanaşı zərrləri də var. Həddən artıq qəhvə içmək ürək ritmini pozur və təzyiqi qaldırır. Mütəxəssislərin fikrincə, gündə 3-4 fincan qəhvə içmək olar. Ancaq mədə ağrıları olan şəxslər qəhvə içməməlidir. Çünki qəhvə mədədəki turşunu artırır, qastrit, mədə yarası kimi xəstəliklər zamanı mədəyə ağrı verə bilər.

    Harvard universitetinin alimlərinin apardığı araşdırmalara görə, qəhvə içənlərdə diabet, yüksək təzyiq və depressiya içməyənlərlə müqayisədə daha az olur. Bundan başqa qəhvə içənlərin daha çox yaşadığı iddia edilir.

    1. Qəhvə yaddaşı möhkəmləndirir

    Yorğun olan zaman içdiyiniz bir fincan qəhvə diqqəti artırır. İngiltərədə bir araşdırmanın nəticələrinə görə, gün ərzində bir fincan qəhvə içən qadınların diqqəti və əmək fəaliyyəti içməyənlərlə müqayisədə 6 dəfə çox olur.

    2. Qəhvə gözəlləşdirir və arıqladır.

    Kafein metobolizmanı sürətləndirir, kalorini xərcləməyi asanlaşdırır. Yeməkdən sonra içilən kofe pəhriz xarakteri daşıyır. Bununla yanaşı, qovrulmamış qəhvə toxumunun tərkibində olan niasin vitamini dərinin nəm səviyyəsini tənzimləyir.

    3. Qəhvə qaraciyərin sağlamlığı üçün önəmlidir.

    Alimlərin 22 illik araşdırmalarına görə, hər gün düzənli olaraq bir fincan qəhvə içən şəxslər sirroz riski içməyənlərlə müqaysədə 5/1 səviyyədə az olur. Eyni zamanda qəhvə, qaraciyərin yağlanmasının qarşısını alır.

    4. Qəhvə xoşbəxt edir.

    Harvard Universitetinin alimləri araşdırmalarla sübut edib ki, qəhvə bədənin istehsal etdiyi serotonin, dopamin və noradrenalin istehsalını artırır. Qəhvə içməyənlər içənlərlə müqayisədə 10 dəfə çox depressiyaya düşür.

    5. Qəhvə Parkinsona faydalıdır.

    Mütəmadi olaraq qəhvə içənlərin Parkinson xəstəliyinə yoluxma riski az olur. American Academy of Neurology jurnalının araşdırmalarına görə, qəhvə içən Parkinson xəstələrinin titrəmələrində və əzələlərinin sərtləşməsində azalma müşahidə edilir.

    6. Qəhvə stress riskini azaldır

    Seul Universitetinin araşdırmasına görə isə, qəhvə içmək insanı rahatlaşdırır.

    7. Qəhvə diabet riskini azaldır

    Mütəmadi olaraq qəhvə içmək diabet riskini azaldır. American Chemical Society konfransında verilən açıqlamalara görə, qəhvə toxumlarında olan turşular bədənin qan dövranının tənzimlənməsinə yardım edir.

    Qısacası, gündə ən az bir fincan qəhvə için. Deyilənlər real olmaya bilər, ən azından əsəbləriniz sakitləşəcək…

  • Hemoqlobini artıran məhsullar…

    İlk öncə hemoqlobinin nə olduğunu aydınlaşdıraq…

    Hemoqlobin – qanın tərkibində, daha dəqiq desək eritrositlərin tərkibində olan, oksigenin ağ ciyərdən orqanizmin bütün hüceyrələrinə keçirməsini təmin edən çətin dəmirtərkibli zülaldır.

    Qadınların hemoqlobin norması 120-150 q/l, uşaqlarda isə yaş dövründən asılı olaraq dəyişə bilir. Yeni doğulmuş körpələrdə hemoqlobin ilk 3 ayda maximal dərəcəyə çataraq, 145-225 q/l təşkil edir, 3-6 -cı aylar ərəfəsində minimum dərəcəsinə enərək 95-135 q/l olaraq, sonradan isə 1 yaşdan 18 yaşadək hemoqlobinin qanda səviyyəsi tədricən yüksəlməyə başlayır.

    Bir çox qadınlar üçün aşağı hemoqlobin diaqnozu tanışdır, belə ki buna səbəb hamiləlik, süd vermə, çox sürən aybaşı, yaz avitaminozu və s. ola bilər. Nəticədə qadın anemiyadan əziyyət çəkir. Başgicəllənmə, özündən getmə halları, halsızlıq hemoqlobinin aşağı olmasının ilk əlamətləridir. Buna səbəb isə orqanizmin, ilk növbədə isə baş beyinin oksigenlə təmin olunmamasıdır.

    Bu problemi həll etməyin 2 üsul mövcuddur. Bunun üçün ya dəmir preparatları qəbul etməli , ya da hemoqlobini artıran məhsulları gündəlik rasionunuza daxil etməlisinz. Bəs hansı məhsullar hemoqlobini təbii yolla yüksəldir? Sizə bu məhsulların siyahısını təqdim edirik.

    Bitki mənşəli məhsullar:

    Sıyıq və yarmalar: qarabaşaq, paxla, mərci, noxud və qoz.

    Tərəvəz və göyərti: pomidor, şəkər çuğunduru, balqabaq, kök, təzə kartof, ispanaq, cəfəri, xardal və gicitkən.

    Meyvələr: alma, nar, gavalı, ərik, banan, armud, xurma, heyva, kivi və quru meyvələr.

    Giləmeyvələr: qara qarağat, quşüzümü, çiyələk, moruq, qara üzüm, qarpız, itburnu.

    Şirələr: alma, nar, çuğundur, kök, tomat.

    Heyvan mənşəli məhsullar;

    Ət məhsulları: mal əti, dana əti, ciyər, ürək, dil, quş, toyuğun döş əti.

    Dəniz məhsulları: müxtəlif dəniz məhsulları, balıq, qırmızı və qara kürü.

    Digər məhsullar: yumurtanın sarısı, süd, qaymaq, kərə yağı, yaxşı qırmızı çaxır, qara şokolad və yaşıl çay.

  • İçki və siqaret mədəaltı vəzinin ölümünə fərmandır – Məşhur həkim

    “Mədəaltı vəzin hüceyrələri, bir hissəsi ölü hüceyrəyə çevriləndə, digər orqanlar da imtina edir.

    Mədəaltı vəzi xəstə olan pasiyentlər multisistem orqan çatışmazlığından ölürlər”.

    Median.Az xəbər verir ki, rusiyalı həkim aparıcı Aleksandr Myasnikov siqaret və alkoqollu içkinin mədəaltı vəzini məhv edib, iltihabi pankreatit yaratdığını açıqlayıb.

    ” Həftədə 5 dəfə hər dəfə 200 qram spirtli içki içənlərdə xroniki pankreatit əmələ gələ bilər. Müntəzəm olaraq həm içib, həm siqaret çəkənlərdə xroniki pankreatit olur, bu dəhşətlidir. Özü də siqaretdə miqdar fərqi yoxdur. Ona görə içki qəbul edib, üzərindən siqaret də çəkmək mədəaltı vəzinin ölümünə fərmandır”. /medicina.az

  • Gecə 6 saatdan az yatanlarda bu problemlər olur – Xərçəng riski artır

    Gündə 6 saatdan az yatmaq Altsheymer, xərçəng və sonsuzluq kimi xəstəliklərə yol açır.

    Median.Az xəbər verir ki, bunu türkiyəli həkim Nejat Altıntaş deyib. Onun sözlərinə görə hər kəs yuxu rejiminə diqqət etməli, 6 saatdan az yatmamalıdır:

    “Araşdırmalara görə 6 saatdan az yatmaq çəki artmasına yol açar. Şəkərli, karbohidratlı qidalara meyiliniz yaranar. Həmçinini bu insanlarda altsheymer xəstəliyi riski yüksəkdir. Məsələn, Marqaret Tetçer 4 saatdan az yatırdı. Və ya Ronald Reqan da həmçinin 4 saatdan az yatan insanlardan idi. Onların hər ikisində altsheymer xəstəliyinə rastlanılıb.

    Xüsusilə hormonal xərçənglər dediyimiz süd vəzi, bağırsaq və prostat xərçəngini artırır. Bununla bağlı tibb işçiləri arasında aparılan çalışma var. Gecə yatmayan, gecə növbəsində işləyən tibb işçilərində xərçəngin daha da artdığı sübut edilib. Bundan başqa 6 saatdan az yatan kişilərdə sonsuzluq riski yüksəkdir”. /medicina.az

  • Həkim-pediatr: Çaytikanı yağından burun damcısı kimi istifadə iltihabın qarşısını alır

    Çaytikanı yağından burun tutulmasını aradan qaldırmaq üçün faydalıdır. Çaytikanı yağına allergiyası olmayan iki yaşa qədər körpələrin burnuna yağı qulaq çöpü ilə, yaşı 2-dən yuxarı olanlara isə pipet ilə damcılatmaq olar. Çaytikanı yağı bakteriyalara qarşı öldürücüdür, yara sağaldıcıdır. Sadəcə valideynlər diqqət etməlidirlər ki, iki yaşa qədər uşaqların burnuna yağı damcı şəklində tökmək olmaz. Belə olan halda, yağ nəfəs yoluna gedə bilər. Ona görə də, qulaq çöpünü yağa batırıb selikli qişanı yağlamaq lazımdır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.

    Həkim-mütəxəssis qeyd edib ki, çaytikanı yağı daha çox uzun müddət damardaraldıcı və hormonal spreylər istifadə edənlər üçün təyin edilir: “Həmin məhlullar selikli qişanı atrofiyalaşdırır. Tərkibi mometazon olan məhlullardan istifadə zamanı da ehtiyatlı olmaq lazımdır. Ümumiyyətlə hormonal spreyləri yalnız allergik rinitin kəskinləşməsi dövründə istifadə etmək olar. Burunda qaşıntı, sulanma və asqırma olduqda bu məhlullar on gün müddətə təyin edilir. Uzun müddət istifadə selikli qişanın nazikləşməsinə, atrofik rinitin yaranmasına gətirib çıxarır”.

    A.İsmayılzadənin dediyinə görə, çaytikanı yağı iltihablı burun axıntısının qarşısını almaq üçün də faydalıdır: “Ümumilikdə 10 gün olmaqla sutka ərzində üç dəfə burunun hər dəliyinə 1-2 damcı tökmək lazımdır. Çaytikanı yağı, həmçinin mütəmadi burun qanamasından əziyyət çəkənlər üçün də məsləhətdir. Hətta allergik riniti olan uşaqlar üçün 1 ay müddətində hər axşam istifadə edilə bilər. Çay tikanı yağından istifadə nəticəsində, selikli qişaya düşən allergenlər yağa yapışır və selikli qişa allergik iltihab törədə bilmir. Ən azından uşaq səhərlər asqırmaqdan və burnunun tutulmasından şikayət etmir. Bundan başqa, müxtəlif efir yağları da burun tutulması baş verdikdə nəfəsalmanı rahatlada bilər. Misal üçün, inqalyasiya zamanı bir damcı evkalipt yağının əlavə edilməsi faydalıdır. Lakin istənilən halda, müxtəlif yağlardan istifadə üçün mütəxəssislə məsləhətləşmək lazımdır”.

  • Soyuq aylarda bədənə ən çox hansı vitamin lazımdır – Qanımız ondan asılıdır

    Havaların soyuduğu, respirator xəstəliklərin çoxaldığı payız ayında orqanizmi vitamin və minerallarla gücləndirmək lazımdır. Bədənin ən çox ehtiyac duyduğu vitamin isə B12 imiş.

    Median.Az xəbər verir ki,türkiyəli terapevt Cuma Emiroğlu payız başlayandan B 12 vitamini ilə zəngin qidalar qəbul etməyi və ya B12 preparatlarından istifadə etməyi tövsiyə edib.

    Fəslin dəyişməsi ilə qanda dəyişiklik olur, insan özündə yorğunluq hiss edir. Yorğunluq, enerjisizlik isə B12 çatışmazlığını göstərir.

    “Bu mərhələnin orqanizmə neqativ təsirini azaltmaq üçün masanızdan zülal, kalsiy, maqniy, eləcə də B12 ilə zəngin qidalar əskik olmamalıdır.

    Qanda B12 əskikliyi depressiya, əhvalsızlıq, yaddaşda problemlər yaradır. İnsan gündəlik həyatını sürdürmək üçün enerjisiz olur.

    Bunun üçün mal əti, quş əti, qaraciyər, balıq, qarabaşaq, qırmızı meyvələr, pendir, süd, yumurta, kürü, itburnu, limon, qırmızı bibər bol yeyilməlidir”. /medicina.az

  • 30 yaşından sonra insan hansı peyvəndləri vacib vurdurmalıdır – SİYAHI

    İnsan dünyaya gələndən ona müxtəlif ağır xəstəliklərə qarşı peyvəndlər elə doğum evindən başlanaraq vurulur.

    1 yaşına qədər körpə hepatit B, vərəm, polimiolit, qızılca, göy öskürək, difteriya əleyhinə vaksinasiyadan keçir.

    Lakin elə xəstəlik vaksinləri var ki, onları bir müddətdən sonra yuxarı yaşda təkrar etdirmək lazımdır. Bu zaman artıq 30-40 yaşlı insan özü bu qərarı verib əməl etməlidir.

    Median.Az 30 yaşdan sonra olunmalı peyvəndləri təqdim edir.

    Hansı xəstəliklərdən orta yaşlarda peyvənd vurdurmaq lazımdır:

    Qrip viruslarına qarşı – ildə bir dəfə sentyabr-oktyabr aylarında həm dövlət, həm də özəl klinikalarda vurdurmaq olar.

    Difteriya və tetanus əleyhinə peyvənd – hər 10 ildən bir təkrarlanmalıdır. 24-26 yaşında, 34-36, 45-46 yaşında və s

    İnsan papiloma virusu – daha çox qadınlarda 90% hallarda uşaqlıq yolu xərçənginə səbəb olur. Ona görə bu virusa qarşı peyvəndi bütün qadın və gənc qızlar vurdurmalıdır.45 yaşa kimi bu peyvənd olunmalıdır.

    Ensefalitə qarşı peyvənd – hər 3 ildən bir olunur.

    Müəyyən peşə və işlərdə təhlükə ilə bağlı peyvəndlər – məsələn vəhşi heyvanlar, heyvandarlıq, qanla, analizlə işləyənlər – bu peyvəndləri hər bir işəgötürən təqdim etməlidir

    Yeni vaksin – Koronavirus

    Hazırda pandemiya bitmədiyi üçün kovid vaksini hər 6 aydan bir vurulmalıdır.
    Yaxşı olar ki, vaksindən sonra antitellər yoxlansın.

    İstənilən vaksindən öncə ailə həkimi, terapevtlə görüşüb, bəzi analizləri verməlisiz.

    Tibb işçiləri və müəllimlər mütləq hepatit B peyvəndi olmalıdırlar.

    Hamiləlik planlayan şəxslər papiloma və məxmərək vaksini edib, sonra hamilə qalmalıdırlar. /medicina.az

  • Gündə yarım nar yeməyin 5 FAYDASI

    Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini içmək insult və infarkt riskini azaldır.

    Median.Az xəbər verir ki, rusiyalı diyetoloqlar narın qanda xolesterini azaltdığını bildirib.

    Bu meyvə demensiya, qocalıq ağıl kəmliyi, kişilərdə prostat, qadınlarda süd vəzi xərçənginə qarşı da təsir edir.

    Nar ən güclü antioksidantdır və hər gün yeyilərsə cəmi 3 ay ərzində bütün orqanizmə effektini göstərəcək.

    O, sərbəst radikalları orqanizmdən kənarlaşdırır. /medicina.az

  • Siqaretçəkmədən sonra ürəkbulanma olarsa

    Siqaretçəkmə zamanı ağciyərlərin, ürək-damar sisteminin, metobolizmdə baş verən patologiyaları saymaqla qurtarmaq olmaz. Hətta siqaretə başladıqdan sonra həzm sisteminin pozulması barədə həkimə müraciət edən adamlara da tez-tez rast gəlmək olur.

    Bəs siqaret çəkdikdən sonra əmələ gələn ürəkbulanmanın səbəbləri nədir?

    Bu hissi siqareti ilk dəfə əlinə alan adam da hiss edir və bu hiss siqaret çəkdiyi müddətcə onu tərk etmir.

    Siqaretdən bir qüllab alıb tüstünü daxilinə çəkən şəxsdə ürəkbulanma baş verir. Bu zaman həmin şəxs ikinci dəfə tüstünü daha dərinə qədər çəkir. Bununla o, dərindən nəfəs alır və ona elə gəlir ki, ürəkbulanmanı yatızdırır. Tüstü həm ağız vasitəsilə ağciyərlərə təsir edir, həm də burun vasitəsilə insanın beynini qıcıqlandırır. Siqaretin tərkibində olan nikotin və digər toksiki maddələrin orqanizmə zərərli təsirləri orqanizmdə böyrəküstü vəzi normadan artıq adrenalin və dofamin ifraz etməyə məcbur edir. Bu zaman böyrəküstü vəz çox miqdar adrenalin ifraz edir ki, bu da ürəkdöyünməni artırır. Bu zaman beyin damarlarına da qan çoxlu miqdarda axın edir və qan dövranı sürətlənir, kəllədaxili təzyiq yüksəlir. Kəllədaxili təzyiq yüksəldikdə isə ürəkbulanma, baş ağrıları və baş hərlənməsi müşayiət edilir.

    Bəs bundan necə xilas olmaq olar?

    Cavabı çox sadədir – Siqareti atmaq!

  • Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır – Nəhəng elmi araşdırmanın ŞOK SONU

    Bəzi qida məhsullarının getdikcə insan orqanizminə mənfi təsiri barədə alimlər yeni-yeni sübutlar tapır.

    Median.Az xəbər verir ki, alimlər bu dəfə ət, yumurta, südün metobolizmi pozduğunu sübut ediblər.

    Metobolomika və müasir kompüter texnologiyaları tədqiqatçılara imkan verir ki, istənilən ərzağın və maddənin orqanizmə təsirini öyrənsinlər.

    Klivlend universitetinin alimləri ürək tutması və insult keçirın pasiyentlərin qan analizlərini təhlil edib, onları sağlam insanların qanı ilə müqayisə ediblər.
    Müasir kimyəvi hesablamalarla onlar xüsusi birləşmə – trimetilaminoksid TMAO aşkarlayıblar.

    Sübut olunub ki, qanında TMAO çox olan insanlarda ürək-damar xəstəlikləri baş verir.

    TMAO necə, hardan yaranır? Alimlər müəyyən edib ki, qaraciyər trimetilamini TMAO-ya çevirir.

    Bəs orqanizmə TMA hardan düşür? Məlum olub ki, bağırsaqlardakı bəzi bakteriyalar xalin adlı maddəyə çevrilir. Xalinin ən yüksək olduğu qidalar isə ət, ət məhsulları, yumurta və süddür.

    Heyvan mənşəli qidalar müntəzəm yedikdə insanın bağırsaq bakteriyaları daha çox TMA hasil edir, onlar da qaraciyərə toplanaraq TMAO-ya çevrilir.

    Zamanla TMAO damarları tutaraq, ürək tutması, insulta səbəb olur.

    Alimlər TMAO-nun ürək-beyin problemlərinə səbəb olması barədə daha tutarlı sübutlar üçün insanlar üzərində uzun müddətli tədqiqat aparıblar.

    Onlar 4 min insanı 3 il ərzində müşahidə ediblər.

    Nəticələr bir daha sübut edib ki, qanında TMAO birləşməsi çox olanlar insult və infarktdan daha yüksək faizlə ölüb.

    Bİr çoxları TMAO yox, xolesterinin ürək-damar problemlərinə yol açdığını hesab edir.

    Alimlər buna da açıqlama verib:

    “Hesab edirik ki, TMAO qanda səviyyəsi digər ənənəvi risk faktorlarından asılı deyil. TMAO özü ayrılıqda təhlükədir. Həmin insanın qanında xolesterinin az və ya çox olmasından, təzyiqin aşağı və ya yuxarı olmasından asılı olmayaraq, TMAO yüksəkdirsə, infartk və insult da yüksəkdir. Qanda TMAO yüksək olması çox pis nəticə və xəbərdir. Qanda TMAO çoxluğu ürək-damar xəstəliklərindən ölüm riskini 9 dəfə artırır”

    TMAO necə artır. Məsələn, orta yaşlı adam bir saat ərzində 2 ədəd yumurta yedisə, qanda TMAO pik həddə çatır.

    Beləliklə, bu nəhəng elmi iş sübut edib ki, heyvan mənşəli bir çox qidalar ürək-damar xəstəliklərini artırır. /medicina.az