Category: Sağlamlıq

  • Balanslı qidalanma uşaqlarda piylənmənin qarşısını alır

    Uşaqlarda piylənmə geniş yayılmış problemlərdən biridir. Son illərdə həmin xəstəlikdən əziyyət çəkənlərin sayı sürətlə artır.

    Median.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib ki, az hərəkət etmək piylənməyə səbəb olan əsas amillərdən biridir. Ona görə də xüsusilə 13-15 yaş arasında olan uşaq və yeniyetmələrin valideynləri həmin problemlərlə əlaqədar daha çox müraciət edirlər: “Həmin yaş dövründə valideynlər övladlarının qidalanmasına ciddi diqqət yetirməlidirlər, çünki böyüməkdə və inkişafda olan orqanizm üçün balanslı qidalanma lazımdır. Balanslı qidalanma deyəndə ət, toyuq, balıq, süd məhsulları, çərəzlər, meyvə quruları, mövsümə uyğun meyvə-tərəvəzlər, göyərtilər, doymuş və doymamış yağlar, paxlalar daxil olmalıdır. Yağlı və qızardılmış yeməklərdən uzaq olmağa çalışmaq lazımdır. Konfet və şokoladlar çox az miqdarda qəbul edilməlidir”.

    Həkim-pediatr qeyd edib ki, passiv həyat tərzi keçirən uşaqlarda əzələlər də zəifləyir, bu isə onurğanın əyilməsinə aparıb çıxarır. Adətən uşaqlara düzgün oturuş qaydası məktəblərdə aşılanmır. Telefon və kompüter arxasında vaxt keçirən balacalarda onurğa sütunu deformasiyaya uğrayır. Skolyozun ağır fəsadları ola bilər, əsasən onurğanın torokal və lyumbar hissəsində S-vari skolyoza aparıb çıxaran hallar müşahidə edilir. Valideynlər bəzən bunu uşaqların çiyınlərində olan fərqliliklə əlaqələndirirlər”.

    Həkimlər çıxış yolunu mütəmadi olaraq idman hərəkətləri etməkdə görürlər. “Yaxşı olar ki, uşaqlar həftədə heç olmasa iki-üç dəfə idman hərəkətləri etsin, 20-30 dəqiqəlik yürüşə çıxsınlar. 4-6 yaş və 12-14 yaşlılar arasında qamət pozuntuları ilə əlaqədar daha çox müraciətlər olur. Ali məktəbə hazırlaşan yeniyetmələr daha uzun müddət stol və ya kompüter arxasında əyləşməli olurlar və onlarda həmin hallar daha çox özünü göstərməyə başlayır”, – deyə həmsöhbətimiz əlavə edib.

    Hafizə Məmmədova əlavə edib ki, onlayn dərslər koronavirusa yoluxmaqdan qorusa da, oturaq həyat tərzi orqanizmdə digər problemlər yaradır. Sağlam olmaq üçün isə həm qida rasionuna diqqətə yetirilməli, həm də aktiv həyat tərzinə üstünlük verilməlidir.

  • Günü gündən zirvələrə yüksələn həkim-Rəna Axundova

    Xəstəliklər Tanrının bəndəsinə yer üzərində verdiyi hədiyyələrindən biridir . Bəndələr bəzən xəstəliklərə düçar olduğu zaman Allahına daha yaxın olmaq üçün əməllərəinə daha çox diqqət edərlər.Və elə bu səbəbdəndə insanlar biri-birlərinə dua edərkən can sağlığı arzu edərlər. Bəzən özümüzə və sağlamlığımıza dqqət etməyəndə həll yolunu həkimlərdə axtarırıq.

    Həkimlərdə Allahın yer üzərində ən gözəl bəndələrindəndir ki, xəstəliklərdən şəfa tapmaq üçün tanrı ilə insanlar arasında vasitə rolunu oynayır. Mövzumuz həkimlərdən xəstəliklərdən düşdüyü üçün Nəriman Nərimanov adına 1-saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının Baş Həkimi Rəna Axundovadan bəhs edəcəyik.

    Rəna Axundova Hopokrat andına sadiq oluğu kimi insani mənəvi dəyərlərinədə sadiq qalaraq günü-gündən zirvələrə ucalmaqla yüksəlir. Rəhbərlik etdiyi 1-saylı Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasına səhhətində yaranan xəstəliklərlə bağlı şəfa tapmaq məsqədi ilə gələn uşaq və körpələrə şəxsən özü baş çəkərək sağalmaları üçün ciddi tapşırıqlar verməklə şəxsi nəzarətində saxlayır.
    2-ci Qarabağ Müharibəsində Şəhid ailələrinə və Qazilərimizin övladlarana diqqət etməsidə danılmazdır.

    Həkim Rəna Axundova da başqa həkimlər kimi Mehriban xanım Əliyevanın Azərbaycanda qayğıya ehtiyacı olan uşaqlara sevgi ilə yanaşma missiyasını davam etdirir.
    Elə bu səbəbdəndə başda Rəna Axundova olmaqla 1-saylı Uşaq Yolxucu Xəstəliklər Xəsaxanasının bütün həkimlərinə dərin təşəkkürümüzü bildirərək işlərində uğurlar arzu edirik.

  • Pomidorla xiyarı qəti şəkildə birlikdə yemək olmaz –SƏBƏB şoka salacaq

    Biz elə hesab edirik ki, iki faydalı tərəvəzi, meyvəni birləşdirsək, orqanizm ikiqat xeyir görəcək. Amma orqanizmdə gedən kimyəvi prosesləri, eləcə də ərzaqların tərkibini düzgün bilmədiyimizdən səhvlərə yol veririk. Çox zaman isə harda, kimdə nəyi necə gördük, təkrar edirik.

    Məsələn, süfrəmizdə hətta indi səhərlər də görünən pomidor-xiyar cütlüyü. Dədə-babalarımız pomidoru çox gec görüb, çünki Azərbaycana xas tərəvəz deyil. Və onlar heç vaxt pomidor-xiyar salatı etməyib.

    saqlamheyat.az medicina.az-a istinadən pomidor-xiyar, eləcə də digər ərzaqların ikilikdə qəbulunun zərəri barədə izahını təqdim edir.

    Pomidor -xiyar – İş ondadır ki, xiyar tərkibinə görə qələvi, pomidor isə turşu təsirlidir. Onların hər birinin həzmi ayrı cür gedir. Pomidoru parçalayıb həll etmək üçün mədə qələvini sintez edir, xiyar üçünsə turşu lazımdır. İkisini birlikdə yedikdə göründüyü kimi mədə çaşır və həzm yaxşı getmir, turşu-qələvi balansı pozulur.

    Pendirlə – qayğanaq, omlet – səhərlər bu ikili çox hazırlanır. Hər ikisi güclü zülal mənbəyidir. Mütəmadi belə yeyilsə, orqanizmdə zülal artıqlığından problemlər yaşana bilər.

    Makaron və ya xingal pomidor və pendirlə – Turş tərkibli pomidorla karbohidrat makaronu, xəmiri qarışdırmaq olmaz. Həzm prosesi pozulacaq.

    Südlə banan – İkisi birlikdə mədədə pis həzm olunur, ağırlıq yaradır.

    Yeməklə meyvə – hətta yeməkdən dərhal sonra da meyvə yemək olmaz. Çünki mədə əvvəlcə yağ və zülalı parçalayır. Bu da 1-2 saat vaxt tələb edir. Deməli meyvə 2 saat sonra yeyilməlidir.

  • Yaddaş itkisinə səbəb olan qidalar – UZAQ DURUN!

    Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur.

    Median.Az xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyin və bədən sağlamlığı bir-birilə əlaqəli iki sistemdir.

    4 gün ərzində yüksək miqdarda yağlı və şəkərli səhər yeməyi yeyən insanların məlumatları araşdırılıb. Bu qidaların 4 gün ərzində yaddaşa zərər verdiyi məlum olub.

    Oksford Universitetində edilən başqa təcrübədə isə yağlı qidalarla saxlanılan pəhrizin 5 gün ərzində əhval dəyişikliyinə, diqqət və yaddaş funksiyasına səbəb olduğu göstərilib. Artıq çəki yalnız bir çox insan üçün uyğun paltar tapmaq uğrunda mübarizə deyil. Artıq çəki bütün bədənə təsir edən bir reallıqdır. Bu insanlarda infarkt və diabet riski çox yüksəkdir. Ancaq mütəxəssislərə görə, bu, arıq insanların rahat bir nəfəs ala biləcəyi mənasına gəlmir. Müəxəssislərin fikrincə, sağlam bir görünüş sağlam bədənə sahib olmaq demək deyil. Arıq olsanız da, sağlamlığınıza ziyanlı pəhriz saxlayırsınızsa, idman etməmisinizsə, hələ də xərçəng, infarkt və diabet riski altındasınız. /medicina.az

  • Koronavirus sonsuzluq yarada bilir – Uroloq

    Böyrəklər koronavirus virusuna qarşı çox hıssasdır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dekanı Araz İbrahimov bildirib.

    Onun sözlərinə görə, xəstələrin 7-10 faizinin böyrəyi zədələnir, hətta sağlam insanların belə:

    “Koronavirus xəstəsi sağlam olsa belə, böyrəyinə təsir edə bilər, çünki aparılan müalicələr zamanı çox ciddi dərman terapiyası gedir. Gündəlik 20-25 tabletka dərman içilir, bunlar böyrək və qaraciyərlə xaric olunur, ona görə də əsas böyrək zədələnir. İkinci tərəfdən, yayılan pnevmaniya bədəndə oksigeni azaldır, kliniki boğulma da olur, beyin, böyrək, ürək və bütün orqanlara da oksigen çatmadığı üçün böyrək zədələnir. COVID zamanı qan laxtalanmasında da pozulma yaranır və damarları zədələyir, bu da böyrəyə zərər verir. Eyni zamanda, ikincili infeksiyalar yaranır, bu da böyrəyə təsir edə bilir”.

    A. İbrahimov deyib ki, iki ilə yaxındır koronavirus dünyada yayılıb, artıq müəyyən statistikalar hazırlanıb:

    “Çində araşdırma statistikasına görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub. Virusa yoluxanların 3-10 faizində isə ani böyrək çatışmazlığı yarana bilir. Şəkərli diabet xəstələrində böyrəklərin çox hissəsi sıradan çıxır, COVID də buna təsir edir. Eyni zamanda, piylənmədən əziyyət çəkə insanlar da böyrəklə bağlı risk qrupundadır. İnsanların xəbəri olmadan bəzilərində uroloji və onkoloji xəstəliklər var. COVID zamanı qanaxma ola bilər, bu zaman xəstənin uroloji və ya onkoloji xəstəkliyi olduğunu da üzə çıxara bilir. Koronavirus sonsuzluq belə yarada bilir”.

  • Bu çayı içənlər gec qocalır

    Çobanyastığı çayı qadınlarda ölüm riskini azaldır.

    Median.Az medicina.az-a istinadən bildirir ki, Texas Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri zamanı bu qənaətə gəlinib.

    Araşdırmaçılar 5 fərqli əyalətdə yaşayan 1 677 amerikalı üzərində sınaqlar keçiriblər. Çobanyastığı çayının ölüm riskini 29 faiz azaltdığı təsbit edilib.

    Qeyd edək ki, nəticələr yanlız qadınlar üçün keçərlidir.

    Araşdırmanın nəticələri Gerontoloq jurnalında dərc edilib.

  • Oturaq işdə çalışanların bədənində baş verən dəhşətli fəsadlar

    Əsrin yeni, müasir xəstəliyi – hipodinamiyadır. Yəni fiziki aktivliyin azalması, oturaq iş, oturaq həyat, bədənin hərəkətsizliyi. Oturaq həyat asta-asta, zamanla sağlamlığı öldürür, beyini və bədəni kütləşdirir, xroniki xəstəliklər yaranır, qan dövranı pozulur. İnsan onurğası oturmaq və uzanmaq üçün yox, dayanmaq və gəzmək üçün yaradılıb.
    Median.Az
    oturaq işdə çalışanların və evdə gününü keçirənlərin orqanizmində baş verən dəhşətli dəyişiklikləri təqdim edir.

    1. Pis əhval-ruhiyyə, əsəb, depressiya

    Lazımi qədər fiziki aktivliyin olmaması psixoloji, ruhi sferada da mənfi təsirini göstərir. Havasız kabinetlərdə, ofislərdə, evdə saatlarla qalmaq, bədənin eyni vəziyyətdə olması, dizlərin qatlanması, gözün eyni şeylərə baxması, orqanizmdə oksigen çatışmaması beyinin lazimi qədər qidalanmamasına gətirib çıxarır.

    Ağciyərlər, beyin. aşağı çanaq orqanlarında qan dövranı pozulur. Bədəndə durğunluq yaranır. BU da getdikcə insanın xasiyyətini belə dəyişir, onu əsəbi, depression vəziyyətə gətirir.

    2. Zəif sümüklər, xəstə oynaqlar

    Sümüklərdə kalsium və vitamin D üçün insan ofisdə, evdə oturub, qutu-qutu vitamin içməməlidir. İnsan evdən çıxıb günəş altında gəzməli, qaçmalıdır. Oturaq həyat sümükləri əridir.

    3. Yuxusuzluq, beyin dumanlanması, yaddaşsızlıq

    Açıq havada gəzməyən, təbiətdə çalışmayan insanda daim oksigen aclığı olur, başına qan işləmir. Onun yuxusu az, səthi olur, yuxudan doymur və ya heç yata bilmir. Yuxusuzluq isə müxtəlif psixi və fiziki xəstəliklərə səbəb olur. Hormonal balans pozulur, insan kökəlir, piylənir, intelekti azalır, qocalır, daim gərgin, təşvişli olur.

    4. Ürək-damar sistemi zəifləyir

    Ürək bir əzələ orqanıdır. Damarlar isə qanı qovmaq üçündür. Hərəkət etməyən insanın ürəyi zəifləyir, qanı yaxşı qovmur, damarları tutulur. Ayaqlarında qan durğunluğu yaranır.

    Bütün bunlardan qorunmaq və xilas olmaq üçün günün ən azı 2-3 saatını bədəni aktiv hərəkətə cəlb etmək, işdə də olsa 15 dəqiqə gəzmək, müxtəlif yüngül dartınma hərəkətləri, gimnastika etmək lazımdır.

    İnsanın onurğası 3 saat eyni pozada olmamalıdır. O zatən gecə yuxuda 7-8 saat düz uzanır.

    Evin içində iş görən, uşağa baxan evdar qadınlar isə mütləq təmiz havada 5000 addım gəzməyi vərdiş etməlidir. Çalışın, vaxtınız olan kimi pilləkən çıxıb qalxın. Filmlərə, instagrama isə meditasiya pozasında, yerdə bardaş quraraq və ya ayaq üstündə baxın.

    Belə həyat tərzinə keçsəniz, cəmi 1 ilə çox müsbət dəyişikliklər görəcəksiz. /medicina.az

  • Keyfiyyətsiz və natəmiz gün eynəkləri gözdə müxtəlif virus xəstəlikləri yarada bilər

    Araşdırmalara əsasən, görmə qabiliyyətini zəiflədən amillərdən biri də sertifikatlaşdırılmayan, həkim tərəfindən təyin edilməyən gün eynəkləridir. Keyfiyyətsiz və natəmiz gün eynəkləri gözdə müxtəlif virus və xərçəng xəstəliklərinin yaranmasına səbəb olur. Viruslardan qorunmaq üçün eynəkləri təmiz saxlamaq lazımdır.

    Median.Az bildirir ki, həkim-oftamoloq, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva AZƏRTAC-a keyfiyyətsiz gün eynəklərinin fəsadları barədə danışıb.

    Həkim-mütəxəssis bildirib ki, keyfiyyətsiz gün eynəkləri gözün bülluruna mənfi təsir göstərərək katarakta xəstəliyinin yaranmasına səbəb ola bilər: “Bu xəstəliyin eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, yetişmiş kataraktadan xilas olmağın yeganə yolu cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklərdən istifadə etməmək üçün həkim tövsiyəsi ilə düzgün diopteriyalı gün eynəkləri alınmalıdır”.

    Onun sözlərinə görə, mənşəyi məlum olmayan eynəklər də gözlər üçün olduqca ziyanlıdır: “Bundan başqa, viruslardan qorunmaq üçün eynəkləri təmiz saxlamaqdan ötrü gigiyenik qaydalara əməl etmək və düzgün təmizləmə texnikasından istifadə etmək lazımdır. Bütün növ eynəklər gözə hansısa virusun düşməməsi üçün hər gün istifadədən əvvəl və sonra maye-sabunla və su ilə yuyulub təmizlənməlidir. Spirt tərkibli dezinfeksiyaedici məhlullar eynəklərdə müalicə məqsədilə təyin olunmuş örtükləri zədələyir. Ona görə də, təmizlik üçün yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Həmçinin bilmək lazımdır ki, şüşəsi zədələmiş eynəklər keyfiyyətsiz hesab edilir. Çünki ultrabənovşəyi şüalar eynəyin cızılmış hissələrindən gözə birbaşa təsir göstərir. Zədələnmiş eynəklərdən istifadə məsləhət görülmür”.

  • Hansı meyvələr diabet yarada bilər? – Dietoloq

    Tərkibində çox miqdarda fruktoza olan meyvələr polisaxarid olub, orqanizmə mənfi təsir göstərib, hətta ürək və diabet xəstəliyi yarada bilər.

    Median.Az xəbər verir ki, rusiyalı həkim dietoloq Rimma Moysenko təhlükəli meyvələri açıqlayıb.

    Bu meyvələr qanda xolesterini qaldırır, toksik qarın nahiyəsi piylənmə yaradır, maddələr mübadiləsini pozur.

    Həkim çox yetişmiş, həddən artıq yumşalmış və buna bağlı olaraq daha da şirinləşmiş meyvələri yeməməyi tövsiyə edib. Hələ təzə yetişən, yarı yetişmiş, bərk və az şirəli meyvələri seçin.

    Evdə, bağda və ya mağazada çox qalan yumşalan heç bir meyvəni yeməyin.

    Xüsusən uşaqlar, yaşlılar, diabet və ürək xəstələri manqo, ananas, kivi, banan, yemiş kimi meyvələri az yeməlidir. /medicina.az

  • Koronavirusa qarşı antitelin insan bədənində qalma müddəti AÇIQLANDI

    Elm adamları koronavirusa qarşı antitellərin insan bədənində nə qədər qala biləcəyini açıqlayıblar.

    Median.Az reuters-ə istinadən xəbər verir ki, bu barədə Barselonanın Qlobal Sağlamlıq İnstitutunun (ISGlobal) saytında məlumat verilib.

    Araşdırmaya görə, yoluxan orqanizmdə antitel səviyyəsi yeddi ay sonra da sabit qalır və ya hətta yüksəlir. Mütəxəssislər insanların 75 faizində xəstəliyin başlanmasından beş ay sonra antitellərin sayının artdığını və koronavirusa yenidən yoluxma faktının olmadığını qeyd ediblər.

    Həmçinin, soyuqdəymə səbəbindən xəstələnmiş, eyni zamanda koronavirusa yoluxmuş orqanizmdə də antitellərin əlavə qorunmanı təmin etdiyi ortaya çıxıb.

    Xatırladaq ki, daha əvvəl Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin Biotexnologiya və Virusologiya Laboratoriyasının müdiri, professor Sergey Netesov da COVID -19-a qarşı hüceyrə toxunulmazlığının qorunma vaxtını açıqlamışdı. Onun fikrincə, peyvənddən sonra orqanizmdə antitelin fəaliyyəti, təxminən altı ay davam edir. /medicina.az