Category: Sağlamlıq

  • Qocalmanı ləngidən UNİKAL MEYVƏ

    Diyetoloqlar 50 yaşdan sonra yaşlanmanı yavaşladan qidaları açıqlayıb.

    Median.Az xəbər verir ki, onların fikrincə, avokado gündəlik pəhriz üçün faydalı olacaq. Bildirilib ki, avokado iltihabla mübarizə aparan bol yağ mənbəyidir, eyni zamanda dərini daha hamar və parlaq etmək xüsusiyyətlərinə sahibdir. Bundan əlavə, meyvə bədənin ölü dəri hüceyrələrindən qurtulmasına kömək edə biləcək A vitamini ilə zəngindir.

    Yüksək səviyyədə Omeqa-3 yağ turşuları ilə zəngin bəzi balıq növləri də yaşlanma prosesini dayandırmağa kömək edəcək.

    A və C vitaminləri ilə zəngin olan çiyələk dəri zədələnməsinə və qocalmasına səbəb olan iltihabı azalda bilər. Çiyələk, böyürtkən və moruq antioksidant və bioaktiv birləşmələrlə zəngindir.

    Kələm və ispanaq kimi məhsullar isə 50 yaşdan yuxarı insanlarda yaşlanma prosesini ləngidir. Vitaminlər, minerallar, lif və insanın gündəlik ehtiyac duyduğu qocalma əleyhinə birləşmələrin etibarlı tədarükünü təmin edən digər bioloji aktiv birləşmələrlə zəngindir. (publika.az)

  • Alimlər sinə xərçənginə tam qalib gəldilər

    Döş xərçənginin yeni müalicə metodu ilə siçanlarda xəstəlik demək olar ki, tamamilə məğlub edilib, gəmiricilərdəki şiş hüceyrələri 95-100 faizi məhv olub.

    Bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə elan edilib.

    Bildirilir ki, Urbana-Şampeyndə İllinoys Universitetinin alimləri tərəfindən hazırlanan ErSO preparatı təkcə ilkin şişləri sürətlə yox səviyyəyə endirməklə kifayətlənmir, həmçinin metastazlarla da uğurla mübarizə aparır.

    Mütəxəssislərin sözlərinə görə, bir neçə xərçəng hüceyrəsi sağ qaldıqda və bir neçə ay ərzində yenidən böyüməyə imkan tapdıqda belə, yeni şişlər təkrarlanan ErSO müalicələrinə həssas olurlar.

    ErSO ağciyərlərdə, sümüklərdə və qaraciyərdə metastazların çoxunu sürətlə məhv edib, beyin metastazlarında isə kəskin azalmaya səbəb olub.

  • Professor: Keysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələr allergiyaya meyilli olur

    Körpənin mikroorqanizmlərlə ilk tanışlığı doğuş zamanı olmalıdır. Ana olmağa hazırlaşanlara məhz bu səbəbdən təbii doğuşu məsləhət görürlər. Ana bətni mikrobsuzdur. Körpə təbii yolla dünyaya gələndə onun dərisi, gözlərinin və ağzının selikli qişası ananın doğuş yolunda olan mikroblarla kontaktda olur. Nəticədə, orqanizmimiz üçün vacib olan mikroblarla ilkin tanışlıq baş tutur. Nəzərə almaq lazımdır ki, mikrobsuz həyat mümkünsüzdür və orqanizmin immun sisteminin inkişafı üçün mikroblar vacibdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli deyib.

    Həkim-terapevt bildirib ki, süni yolla (keysəriyyə) dünyaya gələn uşaqların mikroblarla kontaktı gec baş verir: “Bu, təhlükəlidir. Məhz bu səbəbdən keysəriyyə yolu ilə dünyaya gələnlər gələcəyin allergik xəstələri hesab edilə bilər. Doğuşdan sonra körpə məhz ana südü ilə qidalanaraq immun maddələrini anadan almalıdır. Körpə ana südü ilə minimum 2 il qidalanmalıdır. Məlum olub ki, süni qida qəbul edən körpələrdə bağırsaq mikroflorasının əsas tərkibini təşkil edən süd turşusu bakteriyalarının miqdarı azdır. Ana südü isə körpənin normal bağırsaq mikroflorasının inkişafı üçün zəmin yaradır. Ümumiyyətlə mikroorqanizmlərin ən çox yayıldığı hissə dəri və bağırsaqların selikli qişasıdır”.

  • “Aspirin”in qorxunc xəstəliyin dərmanı olduğu öyrənilib

    “Aspirin” xərçənglə əlaqəli ölüm riskini və metastazları azaltmaq qabiliyyətinə malikdir.

    “ECancermedicalscience” nəşrinin məlumatına görə, bu barədə Kardiff Universitetinin onkoloqları uzunmüddətli tədqiqatlardan sonra bəyan ediblər.

    Mütəxəssislər yoğun bağırsaq, prostat və döş xərçəngi də daxil olmaqla 18 fərqli xərçəng növünə tutulmuş xəstələrdə aparılan əvvəlki tədqiqatları analiz edərək “aspirin”in metastazların yayılmasını azaltdığını görüblər.

    Onların sözlərinə görə “aspirin”i qəbul edən xərçəng xəstələrində ölüm nisbəti əhəmiyyətli dərəcədə azaldığını göstərən kifayət qədər dəlil var və bu fayda, xərçəngin yalnız bir növündə məhdudlaşmır.

    “Aspirin” qanı durultduğundan gündəlik istifadə zamanı yan təsirlərindən biri daxili qanaxma riski ola bilər. Bununla belə, alimlər dərmanı qəbul edən xəstələrdə qanaxma ilə əlaqəli ölümlərin çox olduğuna dair bir dəlil olmadığını bildiriblər.

    Alimlər vurğulayıblar ki, gələcəkdə “aspirin”in bəzi nadir xərçəng növlərinə təsirinin öyrənilməsi ilə sınaqlara başlanacaq.

  • İynə sevməyənlər üçün ağızda əriyən peyvəndlər hazırlanır

    Kanadada McMaster Universitetinin alimləri yeni koronavirus peyvəndi üzərində işləyirlər.

    CBC xəbər verir ki, yeni araşdırmaya görə, peyvənd və dərmanlar bant formasında olacaq.

    Araşdırma aparan professor Aleks Adronov deyib ki, iynə vurdurmağı sevməyənlərə ağızda əriyən bu cür peyvəndlər tətbiq ediləcək.

    Hazırlanacaq peyvəndin digər üstünlüyü isə onun zərflə də daşınmasının mümkünlüyüdür.

    Araşdırma ilkin mərhələdədir.

  • Yüksək təzyiqin 40 qəpiklik vasitə ilə müalicəsi – Sovet metodu

    Qədim hind üsulu ilə adi yodu bədənin müəyyən nöqtə və xətlərinə çəkməklə yüksək təzyiq – Hipertoniyanı müalicə etmək və ya təzyiqi tədricən aşağı salmaq mümkündür.

    Median.Az resepti təqdim edir. Müalicə 2 mərhələdə aparılır.

    Ayın əvvəlində proseduru başlayıb, 10 gün davam etdikdən sonra 10 gün fasilə verilir, sonra yenidən 10 gün davam etdirilir.

    Üsul bədənin xətlərinə qulaq pambığı ilə yod xətləri çəkməkdən ibarətdir.

    Sxem şəkildə göstərilib. Hər gün yatmazdan əvvəl bir xətt yodlanır.

    Qollar və ayaqlardakı xəttlər dairəvi çəkilir. Uzun çarpaz xətlər isə kürəkdə çəkilir. İlk 10 gündə bütün 10 xətti çəkib bitirirsiz, sonra 10 gün fasilə verib, sonra olduğu kimi təkrar edirsiz.

    Sxemə və müalicə aylarına düzgün riayət etməyiniz vacibdir. Sınayın, effektini digərləri ilə də bölüşün.

    Yodun çəkiləcəyi nöqtələr. /medicina.az

  • Yay mövsümündə qida zəhərlənmələri daha çox ət məhsulları və meyvə-tərəvəzlərdən baş verir

    Meyvə və tərəvəzi yumadan istifadə etmək olmaz. Alıcıların xüsusən qarpız alarkən dadını yoxlamaq üçün onu bazarda kəsib yoxlamaları yanlışdır. Çünki qarpızı kəsən kimi tamlığı pozulur və mikroblar məhsulun içinə keçir. Bu səbəbdən, meyvə-tərəvəzlər və giləmeyvələr mütləq çox yuyulmalı, mikroblardan təmizlənməlidir. Xüsusilə torpağa yaxın məsafədə yetişən məhsulların üzərində xeyli miqdarda mikrob olur. Misal üçün, qarpız, yemiş, çiyələk və göyərtiləri bu siyahıya daxil etmək olar.

    Median.Az bildirir ki, Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev məlumat verib.

    Həkim-toksikoloq bildirib ki, yay aylarında qidalanma zamanı məhsulların təmiz və təzə olduğuna xüsusi diqqət yetirmək lazımdır: “Xüsusilə soyuqda saxlanılması lazım olan məhsullarla qidalanarkən ehtiyatı əldən vermək olmaz. Misal üçün, yay aylarında balıq və balıq məhsullarını soyuducudan kənarda 2 saatdan çox saxlamamalıyıq.

    Daha sonra, kafe və restoranlarda salat yeyərkən ehtiyatlı olmaq lazımdır. Xüsusilə mayonezli salatlar köhnələrsə, çox risklidir. Həmçinin ağartı məhsulları: süd, qatıq, ayran və s. diqqətlə qəbul etməliyik. Çalışmaq lazımdır ki, yay mövsümündə yağlı və şəkərli qidalardan az istifadə olunsun. Çünki karbohidrogenlə zəngin qidalar qəbul etdikdə qan qatılaşır. Ümumiyyətlə qanın qatılaşması yayda daha çox baş verir ki, bu da, ürək-damar xəstələri üçün təhlükəlidir. Beləliklə, yay ərzində qida zəhərlənmələrinin çoxu ət məhsulları, bayat salatlar, o cümlədən təmiz yuyulmamış meyvə-tərəvəzlərdən baş verir”.

    İ.Əfəndiyev vurğulayıb ki, məhsulu mövsümündə alıb yemək faydalıdır: “Hazırda satılan qarpız və yemişlər istixana şəraitində yetişdiriliblər. Belə olan halda, məhsullarda gübrənin miqdarı normadan çox olarsa, bu, həssas şəxslərdə – mədəaltı vəzi, öd kisəsi xəstəliyi olanlarda problemlər yaradar. İsti aylarda çox maye qəbul etmək qidalanmanın əsas şərtidir. Hər saatda ən azı bir neçə qurtum təmiz su qəbulu bədəndə su və duz balansını qorumaq üçün vacibdir”.

    Həkim-toksikoloqun məsləhətinə görə, qida zəhərlənməsi baş verdikdə aktivləşdirilmiş kömürdən istifadə etmək lazımdır: “Lakin zəhərlənən şəxs daha sonra mütləq həkimə müraciət edib müalicə almalıdır. Çünki zəhərlənmə bir sıra hallarda, xüsusən azyaşlılarda ağır nəticələnə bilər”.

  • Epilepsiyanın müalicəsi

    Epilepsiyanın müalicəsinın konsepsiyası aşağıdakılara əsaslanır:
    – müəyyən rejimə əməl olunmasına
    – psixoterapiyadan
    – dərman müalicəsindən
    – əmək fəaliyyətinin düzgün təşkilindən
    Epilepsiyalı xəstələrə ətraf mühitin bir sıra amilləri mənfi təsir edir.Bu amillərə ağır fiziki iş,günəş şüaları,gecə növbəsi zamanı işləmək və s. aiddir.Bu səbəblərdən də xəstələrin müvafiq işlə təmin olunması vacib sayılır.Ona görə də belə xəstələrin işləməsi üçün seçilən peşə reabilitasiya məqsədi daşımalıdır.
    Epilepsiyalı xəstələrin xüsusi qidalanma rejiminə,pəhriz ehtiyacı yoxdur.Lakin,onlara spirtli içkilərin qəbul edilməsi qəti qadağandır.Spirtli içkilər xəstəliyin vəziyyətini ağırlaşdırır,tutmaları baş verməyə təhrik edir.Həkimlər epilepsiyalı xəstələrə kəskin,turş və ədviyyatlı qidalardan uzaq durmağı məsləhət biilir.Xəstələrin yuxu rejimi düzgün təşkil edilməlidir.Psixoterapiyanın tətbiqi,autogen məşqlər xəstəliyin gedişatını yüngülləşdirir.
    Epilepsiyalı xəstələrə dərmanların tətbiqi həkimin məsləhəti ilə onun ailəsiylə məsləhətləşdikdən sonra təyin edilir.
    Həkim xəstəyə dərman tətbiq edərkən tutmanın növünü təyin edir və ona uyğun müalicə təyin edir.Xəstələrə qıcolma əleyhinə dərmanlar təyin edilir və müalicənin effekliliyi nəzarət altında saxlanılır.
    Qıcolmaların müalicəsi zamanı ən çox finlepsin,stazepin və ya teqretol təyin edilir,xəstənin yuxusu nəzarət altında saxlanılır.Bu dərmanların qəbulu emosional dayanıqsızlıq,yuxululuq,gec yuxuya getmə,diqqət toplamağın çətinləşməsi,allergik əlamətlər,lüeykopeniya və trombositopeniya baş verə bilir.Qıcolma əleyhinə dərman preparatlarının qəbulu zamanı ayda bir dəfə qanın klinik analizi və qara ciyər sınaqlarının aparılması tövsiyə edilir.
    Səbəbi məlum olmayan eplepsiya tutmalarına depaqin təyin edilir.Depaqin uşaqlara şərbət,böyüklərə isə tablet şəklində təyin edilir.Depaqin beyin toxumasında,onurğa beyin mayesində və hipotalamusda çoxlu miqdarda valproy turşusu və natrium duzunun toplaması ilə epilepsiyanın müalicə effektliyini təmin edir.

  • Yay mövsümündə ən çox qida zəhərlənmələrinə səbəb olan amillər

    Qida zəhərlənmələri ən çox yay mövsümündə baş verir. Həmin mövsümdə istifadə edilən bəzi məhsullar var ki, onlar xüsusi risk qrupuna daxildir. Məsələn, yemiş və qarpız torpaqda olan nitratları özünə çəkmək xüsusiyyətinə malikdir. Nitratı çox olan qarpız iri, çəhrayı rəngdə və şirin olur. Əslində, az nitratlı və təhlükəsiz qarpız al qırmızı rəngdə və içərisində sap şəklində ağ zoğlar olmalıdır.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a dediyinə görə, süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalarda da bəzi mikroorqanizmlər və toksinlərin daşıyıcıları ola bilər. Bundan başqa zəhərlənmənin digər səbəbi məhsulun yaxşı yuyulmamasıdır: “Qida zəhərlənməsi zamanı ürəkbulanma, halsızlıq, qusma və hətta bayılma da müşahidə oluna bilər. Çox qusma və ishal baş verdikdə şok yaranması da mümkündür. Qida zəhərlənməsindən şübhələnmə baş verdikdə xəstəyə çoxlu maye içirmək və həkim yardımına üz tutmaq lazımdır”.

    Qidaların qəbulundan sonra zəhərlənmə əlamətləri 1 saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarət varsa, dərhal xəstəxanaya müraciət edilməlidir.

  • Yoluxan, yoxsa peyvənd olunan – Hansının virusa immuniteti daha güclüdür?

    Virusoloqlar canlı olaraq virusa yoluxub xəstəliyi keçirənlərlə koronavirus peyvəndi olunan insanların virusa qarşı immunitetini müqayisə ediblər.

    Hər ikisində antitel yaranır, bəs hansı daha effektivdir?

    Median.Az xəbər verir ki, rusiyalı virusoloq Aleksandr Semenov vaksindən yaranan immunitetin xəstəlikdən sonra yaranandan daha effektiv olması qənaətinə gəlib.

    Vaksin bir neçə ştamma qarşı təsir edir və koronavirusun növlərini əhatə edir. Xəstəlik isə həmin dövrdə aktiv olan ştammın antitelini formalaşdırır.

    Məsələn, ötən ilin iyun ayında xəstələnən insan bu il virusun başqa ştammına yoluxa bilər və hətta ağır keçirər.

    Vaksinlər isə virusu ümumilikdə öyrənib.

    Ona görə indiki halda peyvənd immuniteti müdafiə baxımından daha yaxşıdır.

    Həkim qeyd edib ki, vaksin olunanlar da, yoluxub sağalanlar da antitelləri olsa da maska taxmalı və insanlardan aralı durmalıdır. /medicina.az