Category: Sağlamlıq

  • Uşaqlarda saç tökülməsi nəyin əlamətidir?

    Böyüklər kimi uşaqlarda da saç tökülməsi olur. Bu, bir çox hallarda normal proses olsa da, bəzən hansısa xəstəlik nəticəsində baş verir. Saç tökülməsi həm saçın, dərinin problemi, həm də hansısa xəstəliyin əlaməti də ola bilır.

    Median.Az xəbər verir ki, pediatrlar uşaqlarda saç tökülməsi ilə bağlı bəzi məqamları açıqlayıblar.

    Onların fikrincə, doğuşdan sonrakı aylarda saç tökülməsi adi haldır. Allergik uşaqlarda başın arxasının sürtülməsi ilə daha çox olur. Hər gün 100-ə qədər saç tökülməsi normaldır. Saç tökülməsinə alopesiya deyirlər. Yerli və yayılmış ola bilər. İnfeksion, genetik, endokrin, revmatik, toksik, qidalanma səbəblərindən ola bilər. Dəmir azlığı, sink defisiti, qalxanvarı vəzi xəstəliklərində də çox rast gəlinir.

    Qız uşaqlarında Afrika tipli saç hörgüsü də keçəlliyə səbəb ola bilər. Stresli uşaqlar tükləri özləri yola bilərlər. Buna trixotillomaniya deyirlər. Səbəbi araşdırıldıqdan sonra uyğun mütəxəssisə yönləndirmək ən doğru addımdır. (publika.az)

  • Həkim-diyetoloq: Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir

    Qoz, şabalıd, fındıq, fısdıq süfrələrimizin əvəzolunmaz neməti sayılsa da, qədərindən çox istifadə olunanda orqanizmə təsirsiz ötüşmür və artıq çəki problemi yaradır. Həmin hallarla üzləşməmək üçün bir sıra qaydaları gözləmək lazımdır.

    Median.Az Azərtac-a istinadən bildirir ki, həkim-diyetoloq Səfa Yadigarova çərəzlərlə qidalanma qaydası barədə deyib: “Çərəzlərin qədərindən artıq qəbul edilməsi artıq kilolara səbəb olmaqla yanaşı, allergik proseslər – üzdə səpgi, qaşınma və bağırsaq problemləri yarana bilər. Çərəzlər faydalı qidadır, lakin onun hansı miqdarda qəbul etməyi bilmək lazımdır. Gün ərzində 6 ədəd qoz ləpəsi, 15-20 ədəd badam, 5-6 ədəd yapon qozu, 15 qram balqabaq toxumu, 40 qram püstə istifadə etmək olar”.

    Çərəzlərə quru meyvələr də daxildir. Mütəxəssislərin dediyinə görə, bəzi quru meyvələr, xüsusilə də xurma qanda şəkərin miqdarını artıra bilər. Bundan başqa çərəzlərin kalorisi də çox yüksəkdir. Ona görə də onların normadan artıq qəbulu çəki artımına səbəb olur.

    “Elə quru meyvələrdən istifadə olunmalıdır ki, onların hazırlanmasında şəkərdən istifadə olunmasın. Quru meyvələr say ilə, çərəzlər isə qramla – gün ərzində təxminən 30-40 qram yeyilə bilər. Məsələn, gündə 2 xurma qurusu, 3 qaysıdan artıq qəbul edilməsi məsləhət görülmür. Qara gavalı arıqlama mərhələsində çox faydalıdır. Qəbizliyə meyilli olanlar və bağırsaq problemi ilə üzləşənlər onu isladılmış formada istifadə edə bilərlər”, – deyə həkim-diyetoloq bildirib.

    Sümükləri möhkəmlədən, yaddaşı gücləndirən, ürək-damar xəstəliklərinə müsbət təsir göstərən və xərçəng riskini azaldan çərəzlər çiy halda qəbul edilməlidir, çünki qovrulan çərəzin qida tərkibi dəyişikliyə məruz qalır, içərisində olan yağ trans yağa çevrilir. Onları qovuran zaman dadlandırmaq üçün duzdan da istifadə etmək məsləhət görülmür, çünki qədərindən artıq duz da orqanizm üçün çox zərərlidir.

  • Uşaqlarda boyu uzadan QİDALAR VƏ VİTAMİNLƏR – VİDEO

    Boy artımı uşaqlarda yaşa uyğun normal fizioloji prosesdir, hansı ki, bu ərəfədə bədəni qida ilə lazımi vitaminlərlə təmin etmək vacibdir.

    Median.Az boy artımına səbəb olan qida məhsullarının adlarını təqdim edir:

    Yulaf

    A, B, E, K vitaminləri, maqniy, kaliy, ftor, yod, sinklə zəngindir. Əzələ və skeleti təmin edir, həzmi yaxşılaşdırır. Süddə sıyığı hər gün verilə bilər.

    Yumurta

    D vitamini ilə zəngindir, təmiz zülaldır. Uşağa suda bişmiş yumurta verin.

    Paxlalılar – noxud, mərci, lobya

    Bitki zülalıdır, B qrup vitaminləri ilə zəngindir, boyu uzadır, enerji verir

    Kəsmik

    D vitamini, kalsiy, maqniylə zəngindir. Sümükləri bərkidir

    Tərkibində boyu uzadan maddələr var.

    Alma

    Orqanizmi dəmirlə zənginləşdirir

    B qrup vitamin, kalsium, maqniy, beta karotin ilə zəngindir.

    Qoz

    Beyin, yaddaş, ürək üçün vacibdir. Amin turşuları boya təsir edir

    Dəniz məhsulları

    Zülal və B 12 ilə zəngindir.

    Yağlı balıq

    Ürək, damar, sümük sistemini möhkəmləndirir, D vitamini mənbəyidir, boy hormonunu aktivləşdirir

    Əgər uşaqda ciddi vitamin, mineral, D vitamin əskikliyi varsa, boyda geriləyir, bu zaman qida az təsir edəcək, əlavə BAD və vitaminlər seçilib verilməlidir. (publika.az)

  • Dünyada son 3 ayda koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı

    Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 133,53 milyonu ötüb.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Qeyd edilir ki, son 24 saat ərzində dünyada koronavirusa 718 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, yanvarın 10-dan birgünlük yoluxma statistikasında ən yüksək göstəricidir. Təşkilatın məlumatına görə, son sutkada koronavirusdan 12,6 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada pandemiya qurbanlarının sayı 2,89 milyon nəfəri ötüb.

    Pandemiya ərzində dünyada koronavirusa ümumilikdə 132 730 691 yoluxma, 2 880 726 ölüm qeydə alınıb.

    Yoluxma hallarının sayına görə birinci yerdə Avropa qitəsi (257 789), ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə – cənub-şərqi Asiya (145 724) regionu qərarlaşıb.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.

  • Bu şəxslərin beyinləri daha sürətlə YAŞLANIR

    Fransız alimlər növbəli iş rejiminin beynin vaxtından əvvəl yaşlanmasına səbəb ola və zehni kütləşdirə biləcəyinə dair xəbərdarlıq ediblər.

    Median.Az xəbər verir ki, övbəli işin beyinə təsiri ilə bağlı aparılan araşdırmalar çərçivəsində Fransada üç min nəfər üzərində yaddaş, düşünmə sürəti və idrak qabiliyyəti ölçən testlər tətbiq olunub.

    Beynin funksiyalarında yaşlandıqca görülən geriləmə prosesinin növbəli işləyən insanlarda sürətləndiyi müşahidə edilib. Belə insanlarda idrak bacarıqlarının azalması təsirlərinin iş həyatının sona çatmasından sonra ən az daha 5 il davam etdiyi müəyyən olunub.

    İdrak bacarıqlarının azalmasının qarşısını almaq üçün iş saatlarının nizamlı olması və səhiyyə idarələrinin buna laqeyd qalmamasının lazım olduğu bildirilir.

    Mütəxəssislər ǝldǝ edilǝn nǝticǝlǝrin zehnin azalmasının müalicəsi baxımından əhəmiyyətli olduğunu düşünürlər.

    Bədən saatına zidd olan iş saatları xərçəngdən tutmuş piylənməyə qədər müxtəlif xəstəliklərin yaranmasına sǝbǝb olur. (publika.az)

  • Təzyiq düşəndə necə qaldırmalı? – İlk yardım vasitələri

    Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

    Amma nəzərə alın ki, insan öləndə təzyiqi kəskin aşağı düşür. Lakin bu ürəyin dayanmasına görə baş verir.

    Median.Az xəbər verir ki, təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

    Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

    – Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

    – Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

    – Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

    – Ən sadə üsul – dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.

    – Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.

    Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasını təzyiqin düşməsi ilə səhv sala bilərsiniz.

    Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. /medicina.az

  • Sağlam dırnaqlar üçün bu qidaları yeyin

    Tez qırılan, zəif, rəngsiz və gec uzanan dırnaqlar sağlamlıq problemlərinə işarə ola bilər.

    Bədəninizin lazımlı vitamin və mineralları alması dırnaqlarınızın uzanma sürətini artırıb, sağlam bir görünüşə qovuşdurur. Daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

    Median.Az
    bizim.media-a istinadən bildirir ki, daha sağlam və güclü dırnaqlar üçün vitamin tarazlığına diqqət edilməlidir.

    Mərci və lobya

    Mərci və paxlalı bitkilər dəmir və zülal baxımından zəngindir. Dırnaqların təməl ehtiyaclarından biri olan zülal vegetarian olan və ya ətlə çox arası olmayan oxucularımızın tez-tez yeməli olduğu qidalardandır. Yalnız mərci və paxlada deyil, soya kimi qidalarda da bitki mənşəli zülal və dəmir bol miqdarda var.

    Pendir, süd və qatıq

    Süd və süd məhsulları biotin baxımından zəngindir. Pendir, qatıq və süd ilə biotin ehtiyacınızı qarşılaya bilərsiniz. Biotin saç və dırnaq üçün çox lazımlı bir vitamindir.

    Dırnaqlarınızın güclənməsi və sağlam uzanması üçün gündəlik biotin qəbulunun kafi səviyyədə olması vacibdir.

    Toyuq yumurtası

    Toyuq yumurtası da biotin baxımından olduqca zəngindir. Əgər yumurtanı sevirsinizsə, naharlarda yeməyiniz sizə yumurtanın saysız faydasının yanında daha sağlam dırnaqlar da bəxş edə bilər. Kalsium, biotin və zülal ilə dırnaqlarınıza sanki bir sağlamlıq bombası atmış olacaqsınız.

  • Hamilələrə verilən bu dərman körpədə – Xərçəng yaradır

    Ginekologiyada 1 əsrdən çoxdur düşüklər əleyhinə istifadə edilən məşhur preparatın gələcəkdə uşaqda xərçəng yaranmasına səbəb olduğu aşkarlanıb.

    Median.Az xəbər verir ki, Texas universitetinin alimləri yeni elmi araşdırmalarının nəticəsində bu qənaətə gəliblər.

    Bu inyeksiya hamilələrdə düşük təhlükəsi olduqda və düşüyü saxlamaq və sonsuzluğun müalicəsi zamanı təyin edilir.

    2020-ci ilin oktyabrından FDA bu preparatdan imtinaya çağırıb, çünki onun effektivliyi şübhə altındadır və dölə gələcək zərərli təsiri mümkündür.

  • D vitamini çatışmazlığının qeyri-adi simptomları

    Amerikalı əczaçı Syuzi Koen orqanizmdə D vitamini çatışmazlığını göstərən qeyri-adi simptomları sadalayıb.

    Median.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, bunlara xüsusən də sızanaqlar, aritmiyalar, yüksək qan təzyiqi və göz yaşının axması daxildir.

    Eyni zamanda, D vitamini çatışmazlığı özünü yorğunluq, əzələ zəifliyi, bağırsaqda qıcıqlanma, şişkinlik, quru keratokonyunktivit ilə də göstərir.

    Bunlara əlavə olaraq, o qeyd edib ki, koqnitiv funksiyalarda azalma, nevropatiya, makuladistrofiya, immun çatışmazlığı xəstəliklərinin şiddətlənməsi, yuxu zamanı tənəffüsün dayanması, allergiya varsa D vitamini səviyyəsini yoxlamağa dəyər.

    Həmçinin, qan şəkərinin yüksək olması, dərinin tez-tez səpməsi, sidik ifrazı problemləri, kəpək və pis əhval-ruhiyyə vitamin çatışmazlığından xəbər verir. (oxu.az)

  • Hipertoniyadan əziyyət çəkənlərə ŞAD XƏBƏR: sadəcə bu üsulla…

    Hipertoniyadan əziyyət çəkən insanlar qan təzyiqini dərmansız aşağı sala bilər.

    Median.Az bildirir ki, ABŞ-ın Mayo Klinikasının həkimləri buna əmindir.

    Mərkəzin həkimləri hər şeydən əvvəl çəkinin nəzarətdə saxlanılmasını tövsiyə edir. Çünki artıq çəki yuxu pozğunluğuna səbəb olur və bu, təzyiqdə özünü göstərir.

    Əlbəttə ki, qidalanma üçün də tövsiyələr var: daha çox meyvə və tərəvəz, az yağlı süd məhsulları, duz qəbulunun nəzarətdə saxlanması.

    Amerikalı həkimlər hər gün ən azı yarım saat idman etməyi tövsiyə edirlər. Gəzinti, üzgüçülük və velosiped sürməyin sağlamlığa effektini artıracağına inanırlar.

    Bununla birlikdə, bəlkə də qan təzyiqini normallaşdırmaq üçün ən çətin şərt stressdən qaçmaq və ya xroniki hala gəlməsinin qarşısını almaqdır.