Category: Sağlamlıq

  • İmtahandan öncə zehni POZAN QİDALAR: Qərar vermək çox çətin olacaq

    Bəzi qidalar şagirdlərin və tələbələrin idrak funksiyalarını pozur, imtahanlara hazırlaşma qabiliyyətlərini mənfi təsir göstərir.

    Median.Az xarici KIV-ə istinadla bu qidaların siyahısını təqdim edir:

    Şirniyyat

    Tərkibi yüksək olan qidalar beyinə zərərlidir. Həm qısamüddətli, həm də uzunmüddətli yaddaşa mənfi təsir göstərir. Bu səbəbdən imtahanlara hazırlaşan insanlara pəhrizdəki şirniyyat miqdarını azaltmaları tövsiyə olunur.

    Qızardılmış yemək

    Qızardılmış qidalar da beyinə mənfi təsir göstərir. Çünki doymuş yağlar və xolesterol beyinə qan axınını qismən bloklayır.

    Trans yağlı qidalar

    “Fast food” da daxil olmaqla yüksək yağlı qidalar zehni qabiliyyəti azaldır, qərar vermə prosesini ləngidir. İnsanların imtahanlar zamanı vacib olan şeyləri düşünmələrini, saymalarını və etmələrini maneə törədir.

    Bütün sadalanan qidalar əvəzinə vitaminlər və minerallarla zəngin balanslı pəhriz istifadə etmək tövsiyə olunur.

    Bu cür qidalar beynin daha yaxşı işləməsinə və imtahanlara daha asan hazırlaşmağa kömək edir. //publika.az

  • Bunları qarışdırıb yeyəndə, xəstəlik yaradır – Kola ilə dönər, pizza və…

    Yemək yeyərkən əsasən yediyimiz qidaların faydaları haqqında düşünürük. Ancaq qidalanarkən yol verdiyimiz bəzi səhvlərə görə vücudumuz heç bir vitamini qəbul edə bilmir.

    Median.Az çox insanların hər gün yanlış olaraq qarışdırdığı qidaları təqdim edir.

    1. Kakao və süd

    İçərisində bol miqdarda oksalit asid olan kakao süddəki kalsiyum ilə birləşdiyi zaman bədəndə sorulma prosesi getmir. Bu da qısa vaxtda böyrək xəstəliklərinin yaranmasına səbəb olur.

    2. Pizza, dönər və Coca Cola

    Pizzanın yanında Coca Colaya kim yox deyə bilər ki? Ancaq bu çox zərərlidir. Pizza yeyərkən Coca Cola içmək ağır həzm pozğunluğuna səbəb olur. Bu vəziyyət də mədənin işini ləngidərək köpə səbəb olur.

    3. Salata qatılan limon və sirkə

    Vitamin baxımdan zəngin olan salatlar ancaq yağsız, limonsuz və sirkəsiz olduğu halda lazımlı maddələrlə bədənimizi təmin edə bilir. Buna görə də, salat yeyərkən limon və sirkəni uzaq tutmaq məsləhət görülür.

    4. Soğan və sarımsaq

    Soğan və sarımsağın faydaları heç kimə sirr deyil. Ancaq bu tərəvəzlər birlikdə yeyildiyi zaman ciddi şəkildə təklükə yarada bilər. Belə ki, bu halda dəridə ləkələr, baş dönməsi və həzm pozğunluğu kimi problemlərlə qarşılaşa bilərik.

    5. Düyünü şoraba ilə yemək

    Düyü ən çox istifadə etdiyimiz qidalar arasında yer alır. Bəziləri düyünün zərərli olduğunu söylədiyi halda, bəziləri tərəfindən düyü əvəzsiz vitamin mənbəyi hesab olunur. Ancaq dəqiqliklə deyilən bir şey var ki, düyü yeyərkən turşu və ya salat yemək olmaz. Əgər düyünü belə yesəniz, ciddi mədə xəstəlikləri, hətta daha da irəlidə bağırsaq problemləri ilə qarşılaşa bilərsiniz.

  • Piylənmə koronavirusa yoluxma riskini 6 dəfə artırır

    Bu gün dünyada insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də artıq çəki və piylənmədədir. Bir çox hallarda artıq çəkili insanlar həkimlə məsləhətləşmə aparmadan müxtəlif vasitələrdən istifadə etməklə arıqlamağa cəhd edirlər. Nəticədə arıqlamaq əvəzinə, sağlamlığını itirənlər də olur.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, piylənmənin səbəbləri, insan orqanizmində əmələ gətirdiyi fəsadlar, müalicə yolları barədə sualları Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metabolik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov cavablandırıb. Həkim piylənmənin çox mürəkkəb patogenezə malik, tez-tez residivləşən xroniki bir xəstəlik olduğunu, dünya əhalisi arasında sürətlə yayılaraq dövrümüzün xəstəliyinə çevrildiyini bildirib.

    – Piylənmənin əsas səbəbləri nələrdir?

    – Piylənmənin səbəbləri olduqca çoxdur. Günümüzdə səbəbləri hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.

    – Bəs kimlər piylənməyə məruz qalmış hesab olunurlar?

    – Gündəlik həyatımızda rastlaşdığımız hər kök, şişman, artıqçəkili insanı piylənməyə məruz qalmış hesab etmək olmaz. Piylənməni təyin etmək üçün Bədən Kütlə İndeksi (BKİ) anlayışından istifadə olunur. BKİ bədən kütləsinin boy hündürlüyünün kvadratına bölünməsi ilə əldə olunur. BKİ 19-25 arası olduqda norma, 25-30 arası olduqda artıq kütlə, 30-dan çox olduqda isə, piylənmə kimi qiymətləndirilir. Piylənmə bir sıra ağır metabolik xəstəliklərlə də müşayiət olunur: II tip şəkərli diabet, hipertoniya, qaraciyər piylənməsi və s. Bir məqamı da qeyd edim ki, bu gün dünya səhiyyəsi iki böyük problemlə üz-üzə qalıb: COVID-19 pandemiyası və piylənmə. Onsuz da piylənmə dünyada il ərzində 3-3.5 milyon insanın həyatına son qoyurdusa, bu gün onlar arasında COVID-19-a yoluxmaya görə ölüm faizi xeyli yüksəlib. Piylənməsi olan insan COVID-19-a yoluxduqda, onu müalicə etmək xeyli çətindir.

    – Siz bunu nə ilə izah edərdiniz?

    – Qeyd etdiyim kimi, dünya səhiyyəsi piylənmə ilə əlaqədar çox böyük problemlərlə üzləşib. Səhiyyə sistemi, tibb müəssisələri bədən kütləsi 150 kiloqrama qədər olan pasiyentlərə xidmət üçün hesablanıb. Bədən kütləsi 150-dən çox olan pasiyentlərə KT, MRT, digər müayinələr etmək və xidmətləri həyata keçirmək bir sıra çətinliklər yaradır. Bildiyimiz kimi, koronavirus xəstələrinin tənəffüsünü rahatlaşdırmaq və oksigen təminatını artırmaq üçün üzü üstə uzanmaları tövsiyə olunur. Piylənməsi olan xəstələrdə isə bu, əks effekt verir. Piy toxuması koronavirus üçün münbit şərait yaradır. Piylənməsi olanlarda virusun qanda miqdarı, virulentliyi yüksək olur, virusun yaşama müddəti uzanır və ölüm riski artır.

    – Bəs piylənmə koronavirusa yoluxma riskini artırırmı?

    – Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piylənmə COVID-19-a yoluxma riskini 6 dəfə artırır.

    Pandemiyanın başladığı ilk dövrdə Çin və İtaliyadan gələn məlumatlara görə, ölüm riski faktoru kimi yaş və yanaşı xroniki xəstəliklər əsas götürülürdüsə, virus əhalisinin 50 faizdən çoxu piylənmədən əziyyət çəkən ABŞ-a keçdikdə, fikirlər tamamilə dəyişdi. BKİ 30-dan yuxarı olan şəxslərdə ölüm riski 2 dəfə, 40-dan yuxarı olanlarda 4.5 dəfə, gənc və yaşı 60-dan aşağı olan belə kişilərdə isə daha da çox artır. Həmin amilin COVID xəstələrinin hospitalizasiyasında praktiki əhəmiyyəti var. Piylənməsi olan xəstələrin ilk baxışdan vəziyyəti yüngül görünsə də, onların çox qısa zamanda ağırlaşması mümkündür. Ona görə də ilk növbədə həmin xəstələr hospitalizasiya olunmalıdırlar.

    – Piylənmədən əziyyət çəkənlər hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?

    – Piylənmədən əziyyət çəkənlərin normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə, nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.

    – Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır?

    – 1990-cı illərdə dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə aparılması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu, bütün dünyada sübut olunub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.

    – Bariatrik cərrahiyyənin nə kimi faydaları var?

    – Piylənmədən əziyyət çəkən insanın daxili orqanlarında bir sıra problemlər mövcuddur. Həmin insanlar yanaşı olaraq bir sıra metabolik xəstəliklərdən əziyyət çəkirlər. Normal insanlara nisbətən ömürləri 30 faiz qısa olur. Səbəbi bilinməyən qəfləti ölüm riski həddən artıq çoxdur. Həmin əməliyyatdan sonra isə qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, xəstələrin ömrü 10-12 il artır. Əməliyyatdan sonra ən yaxşı nəticə 80 faiz hesab olunur. Bu, o zaman mümkündür ki, xəstələr əməliyyatdan sonra mütəmadi olaraq həkim müayinəsi və konsultasiyasından keçir, onlara verilən proqrama il yarım-iki il əməl edir.

  • Boyat yemək yeyənlər mütləq oxusun: Bu ziyanı var imiş

    Yeməkləri düzgün saxlamamaq, onları hətta ikinci dəfə qızdırıb boyat şəkildə istehlak etmək orqanizmdə ciddi fəsadlara səbəb olur. Bişirilən yeməklərin tərkibi emal prosesindən çıxmış məhsullardır. Həmin məhsullar bir müddət saxlanılanda hansı proseslər baş verir?

    Medicina.az xəbər verir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva bu sualın cavabında AZƏRTAC-a deyib:

    “Termiki emal olunmuş yemək nə qədər sərində saxlanılsa da, onun tərkibində olan bitki və ya heyvani mənşəli hüceyrələrin dağılması nəticəsində maddələr öz-özünə parçalanmağa başlayır. Bunun nəticəsində əvvəlcədən toksiki olmayan maddələr zəhərli parçalara bölünməyə başlayır. Boyat yeməyin dadında dəyişiklik hiss olunmasa da, həmin proses gedir”.

    Onun dediyinə görə, bir neçə gün qalmış qidaların dadı pozulmasa da, onları qətiyyən yemək düzgün deyil: “Əslində dad o zaman pozulur ki, qida maddəsinin tərkibinin çox hissəsi sıradan çıxmış olsun. Həmin maddələr orqanizmə daxil olan kimi qaraciyəri yükə salır. Tərkibində parçalanmış radikallar olan, zülalların, amin turşularının və yağların oksidləşmə nəticəsində konserogen maddələr əmələ gəlmiş qida məhsulları ortaya çıxır. Ondan istifadə edəndə dadındaki dəyişiklik aşkar hiss olunmasa da, zəhərli maddələrin əmələ gəlməsi demək olar ki, həyatımızı da qısaldır”.

    Şöbə müdiri deyib:

    “Təcrübə göstərir ki, iki-üç gündən sonra hətta soyuducuda saxlanılan çörəyin üstündə kif, göbələk əmələ gəlir. Təzə vaxtı biz onu görmürük. Onda görürük ki, göbələk kaloniyası çörəyin üzərinə toplaşır. Bəzən onu təmizləyib, üzünü kəsəndən sonra qalan hissəsindən istifadə edirlər. Bu, qətiyyən düzgün deyil, çünki üzərində göbələk varsa, deməli, həmin çörək parçası, yaxud hansısa qida məhsulu bütövlükdə göbələk infeksiyasına məruz qalıb. Onun istifadəsi zamanı orqanizm göbələk hücumu ilə üzləşir”.

    Mütəxəssislərin fikrincə, soyuducuda saxlanılan bəzi yeməklərin tərkibində də müəyyən dəyişikliklər baş verir və ziyanlı maddələr əmələ gəlir. Həmin qidaların orqanizmdə mənimsənilməsi çətinləşir və tədricən xoşagəlməz fəsadlara səbəb olur. Ona görə də gündəlik qida rasionu düzgün seçilərək qəbul olunmalıdır ki, orqanizmə lazım olan vitamin və minerallar təzə halda istehlak edilsin.

    

  • Bu qidaları çayla içmək təhlükəlidir

    37 dərəcədən isti olan çayı selikli qişanın yanma təhlükəsi səbəbindən bir sıra məhsullarla birlikdə içmək təhlükəlidir. Üstəlik, hər kəsin sevdiyi qaynar çay bəzi məhsulların dadını poza bilər.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə qastroentroloq, dietoloq İrina Berejnaya “Sputnik” radiosuna danışarkən bildirib.

    “Çayda olan taninlər aşındırıcı xüsusiyyətə malikdir və bir çox məhsul isti çayla birlikdə xoşagəlməz dad verəcək. Bundan əlavə, yağlı qidalar bədən istiliyindən yüksək temperatura malik çayla birlikdə qəbul edildikdə bədənə çox miqdarda yağ daxil olacaq və mənfi təsir göstərəcək.

    Qaynar çayın alkoqollu içkilərlə birləşdirilməsi də təhlükəlidir. Alkoqol çox güclü olduqda saf etanol selikli qişaya düşür və yanıqlara səbəb olur. Həm də isti içkilər alkoqolun qan dövranına sürətlə daxil olmasına kömək edir, nəticədə ürək-damar sisteminə, mərkəzi sinir sisteminə, ifrazat orqanlarına, ilk növbədə isə qaraciyərə yük düşür”, – həkim qeyd edib.

    

  • Yaşlı insanlar necə qidalanmalıdır? – Virusa yoluxmamaq üçün BUNLARI EDİN

    Yaşlı insanlar və ahılların COVID-19 virusuna yoluxma riski yüksəkdir. İnfeksiya xüsusilə xroniki xəstəliyi olan ahıllar üçün daha təhlükəlidir.

    Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün müvafiq qabaqlayıcı tədbirlərə riayət etməklə yanaşı, sağlam həyat tərzi də vacib şərtdir.

    Yaşlandıqca maddələr mübadiləsinin gedişi dəyişir, orqanizmin qida maddələrinə olan ehtiyacı, tələbatı da fərqlənir. COVID-19, eləcə də digər yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq üçün yaşlı insanların və ahılların düzgün və balanslı qidalanması əsas şərtlərdən biridir.

    A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sistemin güclənməsində olduqca faydalıdır. Şirin kartof, yerkökü, brokkoli, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və bir çox taxıllı qida məhsulları A vitamininin əsas mənbəyidir.

    Vitamin B6, B12, mis, fol turşusu, selenlə zəngin qida məhsulları immun sistemin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, taxıl, yağsız ət, bəzi balıq və dəniz məhsulları B12 vitamini ilə olduqca zəngindir.

    C vitamini isə anticisimlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur.

    Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitkilər, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir. Qızıl balıq, pendir, yumurtanın tərkibində D vitamini yüksək miqdardadır.

    E vitamini güclü antioksidantdır. Bu vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar.

    Sink və kaliumun da çatışmazlığı orqanizmdə ciddi problemlərə yol açır. Sink yağsız ət, quş əti, dəniz məhsulları, süd, taxıl məhsulları, lobya və qoz-fındığın tərkibində, kaliuma isə az yağlı və ya yağsız süd, banan, şirin kartof, ispanaq və ağ lobya kimi məhsullarda rast gəlinir. Orqanizmi kifayət qədər kaliumla təmin etməklə, həmçinin duz istehlakını məhdudlaşdırmaqla yüksək təzyiq problemini də aradan qaldırmaq mümkündür.

    Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin profilaktikasında sağlam qidalanma olduqca vacibdir. Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur. Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun səviyyəsinin azalmasında mühüm rol oynayır. 50 yaşdan yuxarı insanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdir. Tam taxıllı çörəklər və dənli bitkilər (xüsusən, lobya və noxud) də daha çox istehlakı tövsiyə olunan lifli qidalardandır. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam doymamış yağlardan ibarət olmalıdır.

    Fiziki aktivlik sağlamlığın vacib şərtlərindəndir. Fiziki aktivliyin az olması bədən çəkisinin artmasının, eləcə də bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir. 50 yaşdan yuxarı insanların gündəlik kaloriyə olan tələbatı onların aktivlik dərəcəsindən asılıdır:

    – Qeyri-aktiv həyat tərzi keçirən şəxslər üçün 2000-2200 kalori

    – Orta dərəcədə aktiv həyat tərzi keçirən şəxslər üçün 2200-2400 kalori

    – Müntəzəm aktiv həyat tərzi olan şəxslər üçün 2400-2800 kalori

    Yaş ötdükcə fiziki aktivliyin azalması insanlarda maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bir sözlə, sağlam həyat tərzi sürmək üçün düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.

  • İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk

    Təl-Əviv universitetinin alimləri dovşan ürəyi ölçüsündə kiçik canlı ürək çap etməyi bacarıblar.

    Ürək insan ürəyi toxumasından alınıb. Hələ ki, o mini ölçüdədir. Amma yaxın gələcəkdə insan ürəyi ölçüsündə çap edilə biləcək.

    “Dünyada ilk dəfə laboratoriyada müasir tibbin qarşısında duran daha bir tapşırıq uğurla baş tutdu: 3D printerdə canlı ürək cap edildi. Bu tədqiqat gələcəkdə insanların ürək köçürülməsi üçün donor orqan gözləməsini aradan qaldıracaq.

    Ürəyə ehtiyacı olan xəstələr üçün elə xəstəxanadaca printerdə orqan cap ediləcək. Bunun üçün hər xəstənin öz ürəyinin kiçik toxumasından istifadə edilə bilər”.

  • Bu dərmanlar xəstəni şişirdib kökəldir – SİYAHI

    Amerika dietoloqları hesab edir ki, piylənmə, kökəlmə 15-20% hallarda qəbul olunan dərman preparatları ilə əlaqədar olur.

    Nəinki məşhur hormonal dərmanlar, bəzən adi ağrıkəsici belə kökəlməyə təkan verir. Səbəb: o dərmanın ya iştah artırması, ya kalori yanmasına mane olması, ya bədəndə mayeni toplamasıdır.

    Median.Az insana köklük, şişkinlik verə biləcək dırmanları təqdim edir:

    Depressiya, nevroz, stress hallarında yazılan aşağıdakı tərkiblər:

    -Sitalopram

    -Fluvoksamin

    -Mirtazapin

    -Paroksetin

    -Sertralin

    Bu tərkiblər iştahı artırır, emosiyanı qaldırır.

    Bir çox antidepressantlar 3 ay istifadə müddətində sizə 10 kq-a qədər çəki qazandıra bilər.

    Əhval ruhiyyə stabilizatorları

    -Klozapin

    -Olanzapin

    -Kvetiapin

    -Risperidon

    Biopolyar pozğunluqlar və şizofreniyanın müalicəsində yazılan bu tərkiblər maddələr mübadiləsini pozur, iştaha nəzarəti itirir. Artıq 2 ay sonra 3-4 kq çəki artımı hiss olunur. Bu dərmanları qəbul edən insanlarda sanki yemək düyməsi daim aktiv olur.

    Şəkərli diabet preparatları:

    -İnsulin

    -Qlipizid

    -Qliburid

    -Nateqlinid

    -Repaqlinid

    Yeməkdən öncə insulinin sintezini aktivləşdirən bu kimi preparatlar orqanizm dərmana öyrəşənə kimi ilk başda kökəlmə verir. Daha çox II tip diabet xəstələri risk altındadır.

    Ağrıkəsici və iltihabəleyhinə kortikosteroidlər:

    -Metilprednizolon

    -Prednizolon

    Astma, autoimmun dəyişikliklərin müalicəsi üçün tablet, gel, maz, inyeksiya şəklində olan bu preparatlar metobolizmi zəiflədir, bədəndə daha çox piy ehtiyatı toplamaq siqnalı verir, iştah artırır və yuxusuzluq gətirir.

    Miqren və insulta qarşı dərmanlar:

    -Amitriptilin

    -Nortriptilin

    Aclıq hissini nəzarətə alan hormon sintezini artırır, iştah artırır, doyma siqnalını ləngidir, orqanizmdə maye yığır

    Beta -blokatorlar:

    -Asebutolol

    -Atenolol

    -Metopropol

    Bu tərkiblər arterial təzyiqi aşağı salır. Onlar həmçinin fiziki aktivlik zamanı kalori xərcləmə funksiyasını da azaldır. Ona görə bu preparatı qəbul edənlər, idman və gəzməkdən, qaçışdan arıqlama nəticəsi ala bilmir.

    Allergiya dərmanları:

    -Setirizin

    -Difengidramin- dimedrol

    -Feksofenadin

    -Loratadin

    Histamin blokedici dərmanlar qadınlarda artıq çəki toplamağa səbəb olur.

    Kontraseptivlər

    Oral və inyeksion kontraseptivlər ən müxtəlif səbəblərdən çəki artımına gətirib çıxarır. Bəzilərinin tərkibində olan progesteron iştahı artırır, bədəndə maye toplayır.

    Dərman preparatlarından kökəlmə risk qrupuna uşaqlar, yeniyetmələr və 35-45 yaş arası insanlar daxildir. Uşaqlarda antibiotik qəbulundan sonra da kökəlmə baş verə bilər.

    Əgər hər hansı müalicəyə başladıqdan sonra kəskin aclıq, iştah artımı və qısa müddətdə kökəlmə hiss etdinizsə, o zaman həkiminizlə məsləhətləşin. Amma dərman qəbulunu özbaşına saxlamayın. Alternativ variantlar seçin. /medicina.az

  • Xəstəyə iki qaraciyər köçürüldü – Azərbaycanda İLK

    “Mərkəzi Klinika”da ölkədə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

    Bunu əməliyyatı aparan cərrah-transplantoloq Mircəlal Kazımi deyib.
    O bildirib ki, xəstə uzun müddət hepatit B ilə əlaqəli qaraciyər sirrozundan əziyyət çəkib: “Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi. Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi”.

    M.Kazımi xatırladıb ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1 500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb.

    Klinikanın baş həkiminin müavini, ümumi cərrah Zaur Xəlilov isə əməliyyatın mürəkkəbliyi haqqında danışıb: “Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir”.

    Donorlar artıq evə buraxılıb, xəstə isə yaxın günlərdə evə yazılacaq.

    //medicina.az

  • Koronavirusdan sonra qoxu hissini bərpa etməyin effektiv yolu

    Beynəlxalq tədqiqatçı qrupu KOVID-19 virusundan sağaldıqdan sonra iybilmə hissini itirmiş xəstələrin bərpası üçün kortikosteroid dərmanlarından istifadə etməməli qənaətinə gəlib. Mütəxəssislər gündə iki dəfə ən azı dörd güclü qoxu ilə burnu məşq etdirməyi tövsiyə edir. Alimlər elmi ədəbiyyata sistematik baxış keçirərək, qoxu disfunksiyası olan insanlar üçün tez-tez təyin olunan kortikosteroidlərin faydasız olduğunu və bu preparatların adətən soyuqdəymə vaxtı burnu tutulmuş və ya iltihabı olan xəstələrə kömək edə biləcəyini qeyd edir.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, koronavirusa yoluxma zamanı, sinir sisteminin zədələnməsi səbəbindən iybilmə itkisi baş verir və əvvəlki tədqiqatlar bu hallarda bu cür dərmanların effektivliyini göstərməyib. Bundan əlavə, kortikosteroidlərin istifadəsi yan təsirlərlə malikdir, iybilmə hissi isə, çox vaxt dərman qəbul etmədən özü qayıdır. Eyni zamanda, iybilmə hissini bərpa etmək üçün burnu məşq etdirmək bərpa prosesini daha da sürətləndirə bilər. Xəstələrə ümumiyyətlə bunun üçün dörd qoxu mənbəyi istifadə etmələri tövsiyə olunur: mixək, qızılgül, limon və evkalipt. Daha yaxşı nəticə üçün qoxular 12 həftədən bir dəyişdirilməlidir. Eyni zamanda ətirlərdən, sitrus meyvələrinin soyulmuş qabıqlarından, vanil və ya üyüdülmüş qəhvədən də istifadə etmək olar.