Category: Sağlamlıq

  • KOVID-19 ağır formasna qarşı D vitamini faydasız hesab edilib

    Qərb həkimləri yüksək dozada D vitamininin orta və ağır KOVID-19 xəstələrinin vəziyyətini yaxşılaşdırmağa qadir olmadığı qənaətinə gəlib. Randomizə edilmiş, plasebo (yan təsiri olmayan, dərmanı imitasiya edən vasitə) nəzarətli sınaqda, iki qrupa bölünmüş 240 koronavirus xəstəsi iştirak edib.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, iştirakçıların bir qrupu, fıstıq yağı içərisində olan 200.000 beynəlxalq vahid dozada D3 vitamini qəbul edib. Nəzarət qrupuna fıstıq yağı görünüşündə plasebo verilib. Bütün xəstələr antibiotiklər və iltihab əleyhinə dərmanlar daxil olmaqla, standart müalicə kursu keçib. Tədqiqatın əsas məqsədi, xəstəxanada qalma müddətini potensial olaraq azalda bilən D vitaminini yoxlamaq olub. Bununla birlikdə, alimlər bunun reanimasiya şöbəsinə müraciət, intubasiya və ya ölüm riski üzərindəki təsirini də qiymətləndirib. Şiddətli KOVID-19 olan xəstələrdə yüksək dozada D vitamini istifadə etmək üçün heç bir əsas olmadığı ortaya çıxıb, ancaq bu, vitaminin daimi qəbulundan heç bir müsbət təsir olmadığı anlamına gəlmir. Mütəxəssislərin fikrincə, yaşlılarda və osteoporoz kimi xroniki xəstələrdə D vitamini səviyyəsi millilitr qan hesabına 30 nanoqramdan çox olmalıdır.

  • Yeməkdən əvvəl, yoxsa sonra? – Vitaminlərin qəbul edilmə vaxtı

    Vitamin və mineralların qəbulu zamanı bəzi qaydalara əməl etmək lazımdır ki, onlar düzgün sovrulub, orqanizmə dəstək verə bilsin.

    Elə vitaminlər var ki, birbaşa yemək zamanı, xüsusən yağ qəbulu ilə, elələri də var ki,yeməkdən əvvəl və ya sonra qəbul edilməlidir.

    Median.Az medicina.az-a istinadən vitaminlərin qəbul vaxtını təqdim edir:

    A, E, D K -vitaminləri

    Yağda həll olan vitaminlər olduğu üçün mütləq yemək zamanı, xüsusən yağlı qidalar yeyərək qəbul edilir. Əgər yemək yemirsizsə, bir az yağ çörək yeyib, üzərindən bu vitaminlərdən birini içə bilərsiz. Yağ olmasa bu vitaminləri mədə turşusu məhv edir

    Kalsiy – sümüklər üçün vacib mineraldır. Vitamin D və maqniy ilə birgə qəbul edilməlidir. Amma onu dəmir və sinklə eyni vaxtda içmək olmaz. Kalsiy içdikdən 1-2 saat sonra heç bir şey qəbul etməyin. Kalsiy yeməkdən əvvəl və ya 1 saat sonra qəbul edilə bilər. Səhər, axşam fərqi yoxdur.
    B qrup vitaminləri

    Sinir sistemini bərpa edir, enerji verir. Onu səhər yeməyi zamanı içmək lazımdır.

    Maqniy, dəmir

    Axşam saat 7-8-də və ya yuxudan əvvəl içə bilərsiz. Maqniy bir qədər sakitləşdirici təsir edir. Bu vitaminlərlə kofe, çay içmək olmaz. Maqniy yeməkdən dərhal sonra içilə bilər.

    C vitamini

    Günün istənilən saatı, bir stəkan su ilə içmək lazımdır. Mədə turşuluğunu artırır, ona görə acqarına olmaz. Dəmir defisiti, qan azlığında C vitaminini dəmir preparatı ilə birgə içmək olar.

  • Kimlər qəhvədən daha çox istifadə edir?

    Avstraliya alimləri insanların hansı hallarda kofeinli içkilərə meyilləndiyini təyin edib. Cənubi Avstraliya Sağlamlıq və Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri, Britaniya biobankından 39 ilə 73 yaş arasındakı 390.435 iştirakçının məlumatlarını təhlil edib. Genetik səviyyəyədə ürək-damar sisteminin sağlamlıq vəziyyətinin qəhvə istehlakına təsir etdiyi məlum olub.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, irsi xəstəlikləri olan insanlar şüuraltı olaraq qəhvədən və ya kofeinli içkilərdən çəkinir. Genetikasında problem olmayan insanlar isə, qəhfədən lazımınca istifadə etməyə meyllidir. Alimlər qeyd edirlər ki, əksər hallarda bədənin özü kofeinin qəbul etmə həddini təyin edir və içdiyiniz qəhvə miqdarına görə dolayı yolla ürək və qan damarlarının sağlamlığını qiymətləndirmək olar.

  • Xurmadakı təhlükəyə DİQQƏT: Xərçəngə yol açır

    Ramazan ayının olmazsa-olmazı xurmadır. Amma satışda qlükozaya batırılaraq satılan xurmalar var ki, bu da sağlamlığımız üçün təhlükəlidir.

    Median.Az xəbər verir ki, mütəxəssis Serhat Koran bunula bağlı xəbərdarlıq edib:

    XƏRÇƏNG HÜCEYRƏLƏRİNİ ARTIRIR

    “Qlükozaya batırılan xurmalar adətən çox yapışqan, parlaq və kiçik olur. Qlükoza qan şəkərini yüksəldir, ürək-damar sağlamlığına mənfi təsir edir. Onun mədəaltı vəzi xərçənginə səbəb olması ilə bağlı çalışmalar var. Orqanizmdə xərçəng varsa, xərçəng hüceyrələrini artırır, bəsləyir. Buna görə də xurma alarkən çox diqqətli olmaq lazımdır”

    “XURMA İMMUN SİSTEMİNİ GÜCLƏNDİRİR”

    “Xurma aclıq hissini, susuzluğu azaldır, enerji verir. Tərkibində yüksək miqdarda potasium var. Potasium isə həm ürək-damar, həm də təzyiq üçün çox faydalıdır. Tərkibində həmçinin, selenyum və beta qlükan dediyimiz maddələr var. Bu maddələr də anti-kanserogen təsirlidir. Bundan başqa yüksək səviyyədə flor var. Flor isə diş və sümük sağlamlığı üçün faydalıdır. Çox yemək isə ishal və allergiyaya səbəb ola bilər. Şəkər miqdarı yüksək olduğu üçün şəkəri yüksəldə bilər. Buna görə də xurmanı iftarda 1, imsakda 2 ədəd yeyə bilərsiniz”.

    “MƏDƏALTI VƏZİ XƏRÇƏNGİNƏ DAİR ÇALIŞMALAR VAR”

    “Ərəb ölkələrində hazırlanan xurmalar daha böyük və şirin olur. Afrika bölgəsində yetişən xurmalar isə daha kiçik və dadsız olur. Bu xurmaları dadlandırmaq və daha parlaq göstərmək üçün qlükozanı üzərinə çəkirlər. Bu da qanda şəkəri yüksəldir, ürək-damar sisteminə ziyan edir. Bədəndə xərçəng varsa, xərçəng hüceyrələrini bəsləyir. Buna görə də xurma alarkən diqqətli olmaq lazımdır”.

    “QİYMƏTİNƏ VƏ PAKETİNƏ DİQQƏT!”

    “Qlükozaya batırılan xurmalar daha ucuzdur. Ucuz satılanlardan isə qaçmaq lazımdır. Qlükozaya batırılmış xurmalar bağırsaqda gec həzm olunur. Təbii xurmadakı şəkər isə orqanizmdən yavaş-yavaş həll olur və iftara qədər qan şəkərimizi normada saxlayır”. /medicina.az

  • Avokadonun xərçəng əleyhinə faydası aşkar olunub

    ABŞ və Kanada alimləri avokadonun daha bir faydasını aşkar ediblər.

    “Blood” elmi jurnalında dərc olunan məqalədə bildirilib ki, meyvənin tərkibindəki avokatin B maddəsi leykoz zamanı xərçəng hüceyrələrinin artmasına səbəb olan fermenti zərərsizləşdirir.

    Alimlər ümid edirlər ki, bu kəşf qan xərçənginə qarşı yeni dərman vasitəsinin hazırlanmasında istifadə olunacaq.

    Qeyd edək ki, avokado həm də orqanizmdəki xolesterini əridən vasitə kimi tanınır. Meyvə ürək fəaliyyəti üçün vacib olan kalium ilə zəngindir.

  • DİQQƏT! Bu şəxslərə çay içmək olmaz

    Çay hər bir azərbaycanlının su əvəzi qəbul etdiyi mayedir.
    Lakin bəzən sevimli tonizə edici içki çox insanlara zərərlidir. Son zamanlar çayın orqanizmdə yaratdığı fəsadlar həkimləri də narahat etməyə başlayıb.

    Medicina.az çayın kimlərə zərərli olmasını təqdim edir.

    Bəzi sağlamlıq problemləri olan insanlar gün ərzində cəmi 1-2 stəkan, özü də açıq və təzə dəmlənmiş halda içməlidir.

    Bu xəstəliklərdə çay zərərlidir:

    – Həzm sistemi, mədə-bağırsaq selikli qişasının qıcıqlanması olan, reflüks, qastrit, mədə, 12barmaq bağırsaq xorası olanlar, mədəsində turşuluq çox olanlara
    – Baş ağrısı, miqreni olanlara – çaydakı kofein baş ağrılarını tətikləyir
    – Yüksək təzyiq xəstəliyi olanlara

    – Ürək döyüntüsü çox olanlara
    – Panik atak keçirənlərə – çaydan sonra panik atak ehtimalı artır

    – Ateroskleroz – damarları tutulanlar
    – Mərkəzi sinir sistemi xəstəlikləri, epilepsiya

    – Yuxusuzluqdan əziyyət çəkənlər
    – Yüksək hərarət, qızdırma zamanı
    – Osteoporoz, sümük əriməsi

    – Sümüklərdə kalsium az olanlara

    – Qan azlığı, anemiyası olanlara
    – Öd kisəsi daşı olanlar

    Gördüyünüz kimi, siyahı uzundur. Çay təzyiqi qaldırır, damarlara spazm verir, kalsiumu sümüklərdən çıxarır, daş yaradır, sinir sistemini oyadır.
    Əgər siz nevrozsuzsa, panik ataklar varsa, sizə çay, qəhvə qəti olmaz.

    Çay əvəzinə su için. Digər insanlara da soyumuş çay, çox tünd çay, köhnə çay dəmi içmək zərərlidir.

  • Təzyiq niyə qalxır? – SƏBƏBLƏRİ VƏ MÜALİCƏSİ

    Hipertoniya – yüksək təzyiq xəstəliyidir. Əgər bu problem yarandısa, çox zaman xroniki hala keçir və insan ömür boyu onunla mübarizə aparıb, dərmanlarını qəbul edir.

    Çox zaman səhvən elə bilirlər ki, təzyiqin səbəbi baş və ya ürəklə bağlıdır. Əslində isə hər təzyiq xəstəsinin öz səbəbi var.

    Medicina.az arterial təzyiqin normadan yüksəlməsinin 3 əsas səbəbi və inkişaf mexanizmini təqdim edir.

    Bütün təzyiq xəstələrinin məlumatlanması vacibdir ki, öz təzyiqlərinin səbəbini bilsinlər.

    Hələ 3-4 il əvvələ kimi tibb təzyiqdən əziyyət çəkən xəstəyə birinci şikayətdən sonra müəyyən sinfə məxsus və bir qədər yüngül tərkibli dərman təyin edirdilər. O effektsiz olduqda isə başqa dərmana keçirdilər, beləcə sadəcə dərmanlar və dozaları dəyişirdi.

    Zamanla bu yanaşma və müalicənin yanlış olduğu, həkimi də, xəstəni də çarəsiz vəziyyətə gətirdiyi sübut olundu.

    Təzyiq mədədə yara xəstəliyi deyil ki, konkret müalicə protokolu və buna uyğun müasir bir neçə dərmanı verib yaranın vəziyyətinə baxasan.

    Təzyiq xəstəsində hər pasiyentinin özünün səbəbi, mexanizmi və fərdi tənzimləyici sxemi var. Ona uyğun dərman seçmək isə çətindir.
    Xəstədə təzyiqin nədən qaynaqlandığını və 3 mexanizmdən hansının baş verdiyini tapıb, ona uyğun müalicə seçilməlidir.

    Beləliklə, yüksək təzyiqin 3 əsas yaranma mexanizmi var.

    1. Adrenalin əsaslı – simpatik adrenalin

    2. Böyrək – renin anqiotenzin

    3. Duz-maye balansı

    1. Adrenalin mexanizmində səbəbkar orqan böyrəküstü vəziləridir. Onların hasil etdiyi adrenalin miqdarı və ürək-damar sisteminə təsirindən təzyiq yüksələ bilər.

    Bu təzyiqin xarakter əlamətləri:

    – Daha çox gənc yaşlılarda olur
    – Təzyiqin ancaq yuxarı həddi – yəni sistolik təzyiq yüksəlmiş olur
    – Ürək ritmi, nəbz sürətlənir
    – Ürək müayinəsində ürək atımı yüksəkdir
    – Ovuclar, dabanlar buz kimi olur
    – Nevroz, təşvişli, emosional, gərgin olurlar
    – Təzyiqlərinin qalxdığını ürəkdə narahatlıqla hiss edirlər – sıxılma, yanma, döyüntünün artması, çırpınma

    Necə müalicə edilir:

    İlk olaraq beta adrenoblokator dərmanlarla (bisoprolol, metoprolol və s) başlanılır. Bu sinifdən olan dərmanlar adrenalinin ürəyə atışını blok edir. Böyrəküstü vəzilər həmişəki kimi adrenalini yüksək hasil etsə də, ürək bunu görmür, hiss etmir.

    Beta blokatorlar bəzən bronx spazm, öskürək, kişilərdə cinsi disfunksiya, ereksiya pozulması yaradır. Ona görə gənc, yeni evlənən, ata olmağa hazırlaşan kişilərə ehtiyatla təyin edilir.

    Həyat tərzi:

    Dərmandan əlavə müntəzəm fiziki iş, idman, iş və istirahət rejiminin tənzimlənməsi, zərərli vərdişlərdən imtina, yaxşı yuxu, gəzmək

    Əsas əlamətləri:

    – Orta yaşda insanlarda çox olur
    – Həm sistolik – yuxarı, hər də diastolik aşağı təzyiq artır
    – Nəbz normada olur
    – Ürək USM-də normaldır
    – Daban və əllər istidir, normaldır
    – Xəstə təzyiqinin artdığını başında, ənsədə ağrı, sıxılma ilə hiss edir

    Necə müalicə olunur:

    APF ingibitorlaı – enalapril, ramipril və s və ya sartanlar – valsartan, azilsartan ilə başlayır. Effekt olmadıqda kalsium antaqonistləri əlavə olunur: Ampodipin, felodipin və s. Bu dərmanlar rininin damarlara təsirini azaldır

    Kriz zamanı nə etməli:

    Dil altına kaptopril dərman qoyulur.

    3. Bədəndə artıq mayenin toplanması, su duz maye balansının pozulması

    Bu təzyiqin əlamətləri:

    – Pasiyentlər 50-60 yaş üzəri olur
    – Həm aşağı, həm yuxarı təzyiq rəqəmləri, daha çox yuxarı göstərici artır
    – Puls normadadır
    – ürək atımı fraksiyası UZİ-də aşağı sərhəddədir
    – Daban və oruclar istidir
    – Piylənmə, bel hissənin ölçüsünün artması
    – Ayaqlarda, əldə şişkinlik, ödem
    – Xəstə adətən başında sıxılma, yanma, gözlərdə ağrı, yəni başdan təzyiqinin qalxdığını hiss edir

    Necə müalicə edilir:

    – Əsas dərmanlar sidikqovuculardır – hidroxlortiazid, torasemid – bunlar digər sinif dərmanlarla birgə təyin edilir

    – Xörək duzu, duzlu qidalar, alkoqol, şəkər, yağların qəbulu azaldılır

    Kriz zamanı hər hansı güclü sidikqovucu içilir. Məsələn: furasemid.

    Klassik təzyiq inkişafı: əvvəl bir az gənc yaşda adrenalin mexanizmi ilə başlayır, sonra buna böyrək qoşulur, gec mərhələdə maye durğunluğu olur.

    Hazırda bir xəstədə eyni zamanda 2 mexanizmin olması aşkarlanması halları çoxdur. Buna qarışıq hipertenziya deyilir.

    Ona görə də hər təzyiq xəstəsinin dərmanı, müalicəsi eyni ola bilməz.

    Burdan belə nəticəyə gəlinir:

    – Tanış, qohum, dost, aptekdə işçi məsləhəti ilə özünü müalicə, dərman təyini, dərman qəbul etmək olmaz. Ona görə çox xəstələr dərmanın təsir etmədiyini deyir

    – Birinci dəfə təyin edilən müalicənin illərlə və həmişəlik effektiv olması demək deyil. Müalicələr dəyişə bilər

    – Təzyiq əgər son 1 ayda daim normadan yüksəlibsə, deməli, dərhal müalicəsinə başlanmalıdır. Aylarla gözləmək olmaz.

  • Hansı adi xəstəliklər illər sonra xərçəngə çevrilə bilər? – DƏHŞƏTLİ SİYAHI

    Orqanizm sağıam haldan xəstə vəziyyətə düşməsi üçün bəzən illərlə vaxt keçir. Əvvəlcə xəstəlik toxumada başlayır, daha sonra matriks və hüceyrə səviyyəsinə keçir. Bu proses bəzən 10 illərlə davam edir.

    Median.Az xəbər verir ki, adi bir xəstəlik xronik hala keçəndən sonra insan sanki bununla barışır və ildə kiçik müalicələr almaqla bu xəstəliklə ömrünün sonuna kimi birtəhər yaşayacağını hesab edir.

    Lakin günlərin bir günü iltihab o qədər dərinləşir ki, hüceyrə fazasında pozulma başlayır və hüceyrələr dəyişərək bədxassəliyə çevrilir.

    Medicina.az Bioloji Təbabət klinikasının tərtib etdiyi Xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir.

    Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə, xüsusən Bioloji təbabət metodları ilə tam aradan qaldırmağa çalışın ki, 10-12 il sonra xərçənglə üz-üzə qalmayasız.

    1.Tənəffüs sistemində – əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır – Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir – Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır – SONDA Ağciyər, traxeya və bronxların xərçəngi yaranır.

    2.Həzm sistemi – əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər – matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur – Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası – SONDA barret ezofagit, qida borusu, mədə – bağırsaq xərçəngi yarana bilir.

    3. Ekzokrin cinsiyyət sistemi – Süd vəzilərində laktoreyası, Mastit, kistalar -Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma – Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita- SONDA: Süd vəzilərin xərçəngi, karsinoma

    4.Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit – Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası- Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya – qaraciyər sirrozu – SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi

    5.Epiderma, dəri- tər və qulaq vəziləri smqmanın, saç follikulu piy vəzilərinin hipersekresiyası, dermatit, absses, furunkullar- Matriks fazası: hiperkeratoz, seboreya, ləkələr, ziyillər, ekzema, övrə, anal çatlar, sızanaqlar, hirsutizm – Hüceyrə fazasında: prosiaz, yaralar, xoralar, şüa zədələnmələri- SONDA: karsinoma, melanoma – dəri xərçəngi

    6.LOR orqanlar – otit, faringit, stomatit, gingivit, kəskin rinit, sinusit, laringit, dental absses – Matriks fazasında: burun polipləri, dental qranuloma, – Hüceyrə fazasında: atopik rinit, xroniki sinusit, anosmiya, Menyer sindromu, otoskleroz, kariyes, parodontoz – SONDA: dil, qırtlaq, burun-udlaq bə traxeyanın xərçəngi

    7.Herminoderma – qadın, kişi cinsiyyət orqanları – toxum mayesi hasilatının artması, qadınlarda menorragiya, kişilərdə prostatit, orxit, qadınlarda ovarit, adneksit- Matriks fazasında: prostatın xoşxassəli hiperplaziyası, qadınlarda yumurtalıqların kistası, polip, fbroz – Hüceyrə fazasında: prostatın hiperplaziyası, sonsuzluq, qadınlarda xroniki adneksit, amenoreya, sonsuzluq, yumurtalıqların atrofiyası – SONDA: prostat, xayaların xərçəngi, teratoma, qadınlarda yumurtalıqların xərçəngi

    Bu cədvəl əslində uzun, genişdir və bütün orqanlarl əhatə edir. Sadəcə sizdən diqqətli olub, xəstəliyi ən geci MATRİKS fazasında olan mərhələdə yaxalayıb, müalicə etdirməkdir ki, hüceyrə fazasına keçməsin. Çünki hüceyrə fazasına keçidlə xərçəng arasında məsafə və vaxt çox azdır.

    Matriks fazasında olan depolaşma və impreqnasiya mərhələsini Bioloji Təbabət metodikası və biotənzimləyici preparatlarla 1-2 kurs müalicələrlə dayandırmaq, iltihabi prosesləri saxlamaq, hüceyrələri yeniləmək və ümumilikdə immunitetin mübarizə gücünü artırmaq mümkündür.

  • İmmuniteti gücləndirən ən yaxşı vitamin–minerallar – 7 vasitə

    Zəifləmiş immun sisteminə dəstək üçün çox zaman əlavə vitamin, mineral və qida əlavələrinə ehtiyac duyur. Xüsusən epidemiya dövründə.
    Ən yaxşı əlavələr orqanizmə təbii uyğun bioəlavələrdir.

    Medicina.az immunoloqların viruslara qarşı möhkəmlənmək üçün tövsiyə etdiyi vacib preparat və bioəlavələri təqdim edir.

    1. Sulfat sink – maye halda olan

    Sink çatışmazlığı olan orqanizmin immun sistemi istənilən virusa kəskin və güclü reaksiya verir. Leykositlər siqnal alır və düşmənə hücum edir. Bu əslində, ilk baxışdan yaxşıdır. Amma sink olanda viruslar daha zəif hücum edir, orqanimzmdə kəskin halsızlıq, qızdırma olmur, leykositlər çox artmır, immunitet yumşaq formada və insana əziyyət etmədən müharibəyə qoşulur.

    Qripi çox ağır keçirən xəstə varsa, 99% halda onda sink çatışmır. Sİnk az olanda xəstəlik uzun sürür. Belə olan halda sulfat sink immun sistemin bu iş rejimini qaydaya salır, sink patogen mikroorqanizmləri zəiflədir.

    2. B 12 vitamini

    Demək olar ki, indi hər kəs bu vitamin defisitini yaşayır. Həta analiz onun norma həddində olduğunu göstərsə də, bu o demək deyil ki, qida ilə qəbul olunan bu vitamin tam mənimsənilir.

    Bu vitaminin dərman formasında düzgün molekulu metolkobalamin hesab edilir. B 12 virus və digər xəstəliklərə qarşı, sinir sistemi və beyin üçün vacibdir. Vitaminin BAD, preparat və inyeksiya forması var.

    3. C vitamini

    Medicina.az immunoloqların viruslara qarşı möhkəmlənmək üçün tövsiyə etdiyi vacib preparat və bioəlavələri təqdim edir.

    4. Melissa bitkisi

    Melissanın spirtsiz ekstraktı virusları məhv edir. Onun çayı da mədə-bağırsağın selikli qişasını bərpa edir, sinirləri sakitləşdirir, yuxu gətirir, hormonları tənzimləyir. Melissanın qida əlavəsi, cövhəri və bitkisi satılır.

    5. L –lizin

    Bu formul orqanizmdə artıq olan virusları məhv edir, yeni viruslara yoluxmanın qarşısını alır. Əgər insanı xroniki soyuqdəymə, zökəm, tez-tez qrip olanlar bu bioəlavənin bir müddət qəbulu barədə düşünsələr yaxşı olar. Epidemiya dövründə L –lizin 500 mq dozada qəbul edilə bilər.

    6. Hidrastis

    Virus infeksiyalarına qarşı effektivdir. Limfositləri bərpa edir, möhkəmlədir, ağciyər, burun, boğaz, qulaq iltihabında istifadə edilə bilər.

    7. Pişik caynağı bitkisi (koşaçiy koqot)

    Bu qəribə bitkinin həm preparatı, həm də spirtsiz cövhəri var.

    Çox güclü virus əleyhinə vasitədir. Angina, burun, boğaz, ağciyər infeksiyaları, baş ağrıları, sidik sistemi iltihabı, qıcıqlanmış bağırsaq sindromu olanlar üçün bu preparat immuniteti səfərbər edir.

  • Minlərlə xəstəni koronavirusdan sağaldan rumin həkimin MÜALİCƏ SXEMİ

    Rumıniyalı həkim pulmonoloq Flaviya Qroçan özünün korinavirus müalicəsi sxemini hazırlayıb. O, dünyada tətbiq edilən bəzi dərman və müalicələrin effektsiz olduğunu deyir. Bu günə kimi öz metodu ilə 1000dən çox xəstəni sağaldan həkim koronavirus xəstələrinə verilən antiotiklərin təsirindən danışıb.

    Qroçan makrolid antibiotik qrupunun yüngül və orta gedişli koronavirusda effektiv olduğunu bildirib.

    Halbuki heç bir müalicə protokoluna bu antibiotiklər daxil edilməyib.

    Məhz bu antibiotiklərin virus əleyhinə təsiri tibb tərəfindən rəsmən təsdiqlənib.

    Pandemiya boyu doktor Qroçan pasiyentlərini bu antibiotiklə müalicə edib və heç bir xəstəsi vəfat etməyib.

    Şəhər müalicə komissiyası onun müalicə sxemi və nəticələrini təhlil edərək, həkimin metodikasına icazə verib.

    “Çox ölkələrdə tətbiq olunan antibiotiklər virusu sağaltmır, onlar bakterial infeksiyalar üçündür.Covid xəstələrində bakterial infeksiya çox xəstələrdə olmur, o daha çox ağır və reanimasion xəstələrdə sonradan inkişaf edir. Amma bu qrup antibiotik məhz virus infeksiyalarında təsirlidir”.

    Flaviya Qroçan xəstələrdə oksigen terapiyanın tətbiqini də pisləyib, xəstələrin süni tənəffüs aparatlarına qoşulması isə beyini şişirdir və xəstənin ölümünə səbəb ola bilər.

    Həkim makrolid antibiotikini xəstəliyin ilk simptomlarından xəstələrə yazır, hətta 37 dərəcə hərarət olsa belə.

    Pulmonoloq 10 ildən çoxdur bu qrup antibiotiki ağciyərlərin virus xəstəliklərində istifadə etdiyini deyib. /medicina.az