Category: Sağlamlıq

  • Nəyə görə əti soyuduqdan sonra yemək olmaz? – Həkimlərdən xəbərdarlıq

    Ətdən hazırlanmış soyuq qəlyanaltılar qida rasionunda kifayət qədərdir. Amma tibb alimləri bildirir ki, əti soyuq halda yemək disbakterioz yaradır və maddələr mübadiləsini pozur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, yüksək zülal tərkibli qidaların mədədə 2-3 saat ərzində tam həlli üçün onların temperaturu yüksək olmalıdır. Soyuq ət mədədən tez keçərək, nazik bağırsağa 2 dəfə sürətlə ötürülür ki, bu da zülalın tam normasında həzm olunmasına mane olaraq, orqanizmin lazımi qədər zülal almamasına səbəb olur.

    Qədimdə nənələrmiz ağrı və spazmlarda isti çay və ya şorba içməyi məsləhət edirdilər. Bu əbəs yerə deyil. Yalnız isti halda qida və maye mədəni sakitləşdirir, spazmı götürür, əzələləri boşaldır.

    Eləcə də isti yemək və isti ət qəbulundan dərhal sonra soyuq içki içmək mədə-bağırsağı məhv edir.
    Mədə üçün qidanın optimal hərarəti bədən temperaturuna yaxındır: 36-40 dərəcə. İnsan çox soyuq və çox qaynaq yeməklərdən qaçmalıdır.

    Xüsusən əgər qızardılmış ət, ət yeməkləri soyuyubsa, onu yaxşıca isidib sonra yeyin.

  • Azərbaycanda üç nadir beta-talassimik mutasiya aşkar edilib

    Tibb sahəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya İnstitutunda talassemiyanın molekulyar əsaslarının tədqiqi nəticəsində Azərbaycanda ilk dəfə rast gəlinən üç nadir beta-talassimik mutasiya aşkar edilib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

    Sənəddə həmçinin Zaqafqaziyada ilk dəfə olaraq alfa-talassemiyanın genotiplərinin müəyyən edildiyi bildirilib.

    Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

  • İcbari tibbi sığortanın qiyməti məlum oldu – Bir hissəsini dövlət ödəyəcək

    Gələn ildən icbari tibbi sığorta sisteminin (İTS) bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib.

    Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov qeyd edib ki, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə tətbiq edilən vergilər hesabına İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq.

    Həmin vəsait də əhalinin keyfiyyətli tibbi xidmətlər əldə etməsi üçün tibb müəssisələrinə yönəldiləcək.

    Qeyd olunub ki, 2020-ci ildən xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək:

    “Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də tibbi sığorta haqqının illik məbləği 120 manatdır və hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir”.

  • Həkimlərdən həyəcan təbili – Piylənmədən ölənlərin sayı…

    Türkiyəli professor Mehmet Mahir maraqlı araşdırma aparıb.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, professor araşdırıb ki, insanları öldürən zərərli maddələrdən biri siqaretdirsə, ikincisi piylənmədir. Hətta piylənmədən ölənlərin sayının yol qəzalarında ölənlərdən çox olduğunu deyən həkim “özünüzü artıq çəkidən qoruyun” deyə xəbərdarlıq edib.

    Statistik məlumatlara görə, Türkiyədə ildə 18 min nəfərədək insan mədəkiçiltmə əməliyyatı etdirir. Türkiyə əhalisinin 2.9 faizi, yəni 80 milyonluq əhalinin 2.4 milyonu artıq çəkidən əziyyət çəkir.

    Həkimlərin tövsiyəsinə əsasən, mədəkiçiltmə əməliyyatından daha faydalısı pəhriz və idmandır. “Mədəkiçiltmə əməliyyatından maksimum dərəcədə az yararlanmaq lazımdır” – deyə ekspertlər bildirirlər.

  • Cinayət məsuliyyətinə ən çox bu həkimlər cəlb olunub – TOP 5

    “Müasir anestezologiya və intensiv terapiya” mövzusunda keçirilən konfransda bildirilib ki, 2016-2017-ci illərdə həkim səhvinə görə cinayət məsuliyyətinə cəlb olunan tibb işçiləri siyahısında ilk üçlükdə anestezioloqlar, reanimatoloqlar yer alıb.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Anestezioloqlar Federasiyasının sədri Vladimir Qorbaçov məlumat verib.

    Siyahıda birinci yerdə isə cərahlar durur. 2-ci yerdə mama-ginekoloqlar gəlir.

    Həmin illərdə 57 cərrah, 30 ginekoloq, 19 anestezioloq cinayət məsuliyyətinə cəlb olunub.

    Digər həkimlərdən pediatrlar, təcili yardım həkimləri, terapevtlər və tibb bacıları da qeydə alınıb.

  • Xəstə dişlər insanı ölümə sürükləyir

    ABŞ-ın Kolumbiya Universitetinin alimləri dişlərin çürümə prosesi və parodontitdə iştirak edən bakteriyanın yoğun bağırsaq xərçənginin inkişafını sürətləndirdiyini müəyyən edib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bu barədə “MedicalXpress”də press-reliz dərc olunub.

    Tədqiqatçılar yoğun bağırsağın sağlam hüceyrələrində bədxassəli şişlərin inkişafını stimullaşdıran “anneksin A1” zülalının olmadığını ortaya çıxarıb. Siçanlar üzərində aparılan sınaqlarda anneksinin aktivliyinin inhibasiyasının “Fusobacterium nucleatum” bakteriyasının xərçəngə yol açan siqnal yollarının aktivləşməsinə əngəl yaratdığı və törəmələrin artımını ləngitdiyi üzə çıxıb.

    Alimlər bağırsaq xərçəngli xəstələrin RNT 466 məlumatlarını araşdırıb. A1 anneksinin yüksək aktivliyi cinsdən, yaşdan və şişin inkişaf mərhələsindən asılı olmayaraq, xərçənglə bağlı daha bədbin proqnozlara yol açıb.

    Hazırda tədqiqatçılar A1 anneksinin köməyi ilə (biomarker qismində) daha aqressiv xərçəng növlərinin aşkarlanması metodunun yaradılması üzərində çalışır.

  • Məktəblilər hansı yaşdan telefon gəzdirə bilər? – Hisslərin itməsinə səbəb olur

    Uşaqlara mobil telefon verilib-verilməməsi məsələsi hər zaman geniş müzakirələrə səbəb olur. Mütəxəssislər bildirirlər ki, uşaqlara mobil telefon verilməsinin fəsadları bu gündən çox, gələcəkdə hiss olunacaq.

    Məlumatlara görə, hazırda dünyada 4 milyarddan çox insan mobil telefon istifadəçidir. Qabaqcıl telefon markaları isə bir-biriləri ilə rəqabət fonunda daim inkişaf halındadırlar. Artıq elə bir zaman yetişib ki, bu gün alınan mobil telefon bir neçə ay sonra köhnə model sayılır. Çünki telefon istehsalı ilə məşğul olan şirkətlər tələbə uyğun olaraq daim yenilik axtarıb, bazara daha fərqli modellər çıxarırlar.

    İngilis mütəxəssisləri 18-29 yaşlı gənclər arasında sorğu keçiriblər. Məlum olub ki, onlar hər gün 19 mətn mesaj, 113 qısa mesaj və 60 telefon zəngi edirlər (qəbul edirlər). Bu isə gün ərzində 7 saat telefonla zaman keçirmək deməkdir.

    Məlumatlarda bildirilir ki, ağıllı telefonla uzun müddət yazışmaq insanın hisslərinin, bacarıqlarının getdikcə itməsinə səbəb olur. Eləcə də kalkulyator, əlyazmalar və digər bu kimi vəsaitləri də mobil telefonda daşımaq mümkündür. Bu isə insanda yaddaşın zəifləməsinə yol açır.

    Araşdırmaya görə, ağıllı telefon istifadə edərək insan beyninin quruluşunu dəyişdirmək mümkündür. Sürix və Fribourg universitetlərinin araşdırma qrupu müəyyən edib ki, ağıllı mobil telefon istifadəçilərinin baş barmaqları ilə beyinləri arasında hissi bağlılıq var.

    Türkiyəli professor Mehmet Yavuz bildirib ki, yol gedən zaman mobil telefonda naviqasiyadan tez-tez istifadə etmək də beyinin fəaliyyətini yavaşıdır və beyin artıq düşünüb, ünvanı tapmaq funksiyasından getdikcə məhrum olur.

    Həmçinin məlumatlara görə, son illərdə insanlar arasında panikaya düşmə, depressiya eləcə də Alzheimer və Parkinson kimi üzvi beyin xəstəlikləri qeyri-adi dərəcədə artıb. Şübhəsiz ki, bu vəziyyət körpə və uşaqlar üçün daha təhlükəlidir. Üstəlik, normadan artıq mobil telefonla məşğul olan uşaqlarda diqqətsizlik sindromu yaranır.

    Hamilə qadınların telefondan çox istifadə etməsi doğulacaq körpənin radiasiyaya məruz qalmasına səbəb ola bilər. Telefonun nə qədər radiasiya yaydığını öyrənmək üçün “Sar” dəyərinə diqqət etmək lazımdır. “Sar” faizi aşağı olan telefonlar daha az radiasiya yayırlar.

    Median.Az xəbər verir ki, bu barədə “Yeni Müsavat”a danışan həkim-pediatr Hüseyn Mehdiyev bildirdi ki, təbliğat aparılsa da, Azərbaycanda analar buna diqqət etməyib, uşaqlara telefon verirlər: “Xüsusilə də yeni doğulan körpələri sakitləşdirmək üçün mobil telefondan istifadə edirlər. Telefonu uşağa verirlər ki, ekranda nələrəsə baxıb, sakitləşsin. Deyim ki, uşaqlar da çox böyük həvəslə mobil telefona baxıb, sakitləşir. Bütün bunların nəticəsində ilk növbədə uşaqlarda göz problemi yaranır.

    Biz son illərdə müşahidə aparırıq ki, gözündən şikayət edən uşaqların sayı həddindən artıq çoxdur. Məktəb yaşında olan uşaqların valideynləri adətən sual verirlər ki, övladım nə üçün filan dərsi yaddaşında saxlaya bilmir? Mən deyərdim ki, bu problemin yaranmasının da səbəbləri sırasında uşaqlara mobil telefonun verilməsi əsas yerdə dayanır. Uşaqlarda müəyyən problemlərin gələcəkdə yaranmaması üçün yaxşı olar ki, onlara xüsusən də birinci 2 yaş dövründə mobil telefon verilməsin. Nəyinki mobil telefon vermək, qeyd etdiyimiz yaş aralığında uşaqları bu telefonlara yaxın qoymaq da lazım deyil. Mobil telefonun az da olsa müsbət təsiri odur ki, məktəbyaşlı uşaqlar bu cihazlar vasitəsilə informasiya mübadiləsi aparıb, elektron dərslikləri rahat oxuya bilirlər. Ancaq sağlamlıq baxımdan yenə də bunun özü zərərlidir. İlk növbədə mobil telefonun zərər verdiyi orqan beyindir. Çünki uşaqlar beyinlərini az işlədirlər.

    Düşünürlər ki, filan şeyi mobil telefon vasitəsilə internetdən tapıb oxuyaram. Bundan əlavə deyim ki, uşaqlarda vaxtından əvvəl yetişkənlik dövrünün başlamasının bir nömrəli səbəbi elə mobil telefonlardır. Uşaqlar telefonda müxtəlif pornoqrafik filmlərə baxırlar ki, bu da olduqca zərərlidir. Yəni əxlaqi baxımdan da mobil telefonun uşaqlara zərəri yüksəkdir. Bu gün belə məsələləri hiss etməyə bilərik. Ancaq gələcəkdə fəsadlarını görəcəyik. Ona görə də məktəbli uşaqlara da mobil telefon verilməsi məsləhət deyil. Əgər uşaqla əlaqə saxlamaq labüd haldırsa, bu zaman heç olmasa, onlara sadə telefonlar vermək lazımdır. Çünki həmin telefonların parametrləri geniş deyil və uşaq bundan yalnız ehtiyac olduğu təqdirdə danışıq vasitəsi kimi istifadə edə bilər. Mobil telefonlar uşaqlarda asossiyallığın yaranmasına da səbəb olur. Uşaq özünə qapanır və ətraf mühitlə əlaqəni demək olar ki, kəsir. Bu isə onların psixologiyasında problemlərə yol açır. Bundan əlavə biz şahidi oluruq ki, müxtəlif cərəyanların nümayəndələri mobil telefon proqramlarından istifadə edərək uşaqlara təsir göstərirlər. Belə məqamlara da diqqət edilməlidir. İki yaşına qədər uşaqları nə qədər telefondan uzaq tutarlarsa, onların inkişafında bir o qədər müsbət dəyişikliklər olar”.

  • Bu qidalar beyin və yaddaşı qoruyur

    İctimai səhiyyə məsələlərindən, o cümlədən bitki tərkibli pəhrizin üstünlüklərindən, heyvan mənşəli məhsulların ziyanından yazan və bu mövzularda çıxışlar edən amerikalı həkim Maykl Qreqer hesab edir ki, düzgün qidalanmaya başlamaqla erkən qocalmanın və beyin xəstəliyinin qarşısını almaq mümkündür. Özü də bunu qocalanda deyil, xeyli əvvəl etmək lazımdır. Antioksidant və vitaminlərlə zəngin rasion beyini və yaddaşı qoruyur.

    Median.Az xəbər verir ki, M.Qreqer kitablarından birində yazır: İnsult və Altsheymer xəstəliyi beyini məhv edən əsas xəstəliklərdir. Qan dövranı pozulanda, damarlar düyünlərlə tıxananda bu xəstəliklər inkişaf edir. Lakin qidalanmanın köməyi ilə hər iki xəstəliyin qarşısını almaq olar. Artıq 20 yaşından başlayaraq xolesterinin yüksəlməsi, qan təzyiqinin qalxıb-enməsi nəticəsində baş beyində kiçik zədələr yaranır. İnsan 60-70 yaşına çatanda zədələr qabarıq təzahür edir.

    Beynin qocalmasının qarşısını almağa kömək edən qidalanma barədə mümkün qədər cavan yaşlarında düşünmək lazımdır. M.Qreqer aşağıdakı məhsullara diqqət yetirməyi tövsiyə edir.

    Antioksidantlarla zəngin mənbələr. Bu maddələr hüceyrələri zədələyən azad radikallara qarşı mübarizə apararaq beyinin “paslanmasının” qarşısını alır. Giləmeyvə və tünd yaşıl rəngli tərəvəz ən zəngin antioksidant mənbəyidir.

    Polifenolların mənbəyi. Polifenollar beyin üçün dağıdıcı olan zülal düyünlərinin və yumaqlarının əmələ gəlməsinin qarşısını alaraq sinir hüceyrələrini qoruyur. Üzüm və quşüzümünün tərkibi polifenollarla zəngindir.

    Sitrus bitkiləri. M.Qreqerin fikrincə, sitrus bitkiləri insult ehtimalını azaldır. Onların tərkibində baş beyində qan dövranını fəallaşdıran maddələr – fitonutriyentlər var.

    Qaragilə. Elmi tədqiqatlar göstərir ki, qaragilə koqnitiv funksiyaları vaxtsız zəifləyən ahıllarda yaddaşı möhkəmləndirir.

    Kəpəkli taxıl. M.Qreqer səhərlər kəpəkli taxıldan bişirilən sıyıq yeməyi məsləhət görür. Belə taxılın tərkibində qanın beyinə axmasını tənzimləyən fol turşusu, yaddaşın keyfiyyətini hissediləcək dərəcədə yaxşılaşdıran tiamin (B1 vitamini) var.

    Qoz-fındıq. Qoz, fındıq, yerfındığı, badam, keşyu, pekan qozu beyinin kompleks şəkildə güclü müdafiəsini təmin edən Omeqa-3 turşuları, habelə B6, E vitaminləri və fol turşusu ilə zəngin məhsullardır. Qoz-fındıq məhsullarının çoxunda beyinə enerji verən tiamin və maqnezium var.//AZƏRTAC

  • Uşaqlarınız təhlükədədir, diqqətli olun

    Həkimlər valideynlərə uşaqlarının sağlamlığı ilə bağlı mühüm xəbərdar ediblər.

    Median.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, valideynlər uşaqlara qazlı içkilərdən, tez hazırlanan qidalardan, paketlənmiş məhsullardan uzaq tutmağı tövsiyə edir. Texnoloji cihazların qarşısında isə iki saatdan artıq oturmağa icazə verilməməlidir. Eləcə də, kompüter və digər texnoloji cihazların qarşısında yemək yemələrinə imkan verilməməlidir. Bütün bunlar şəkər xəstəliyinə, təzyiq, artıq çəki, piylənmə və ürək xəstəliklərinə yol aça bilər. Uşaqların bir çox xəstəliklərinin yaranma səbəblərindən biri də fiziki hərəkətlərdən uzaq olmalarıdır.

    “Hətta ana hamilə zamanı düzgün qidalanmayanda da uşağın xəstə doğulmasına səbəb ola bilir. Şirin və yağlı qidalar da xəstəliklərə yol açır. Ona görə də qatıq, süd və bu kimi qidalara üstünlük verilməlidir. Eyni zamanda yuxuya da diqqət etmək lazımdır”, – deyə diyetoloq Betül Dəmir əlavə edib.

  • Ürək xərçəngi necə yaranır? – Alimlər açıqladı

    Miçiqan universitetinin ürək-damar sistemi xəstəlikləri mərkəzinin kardioloqları ürək xərçənginin əsas səbəbini açıqlayıblar.

    Median.Az xəbər verir ki, alimlərin tədqiqatının nəticəsinə əsasən, ürəkdə bədxassəli şiş çox nadir hallarda, 100 min insane 1.38 hadisə olaraq qeydə alınır. Bununla belə, bu xəstəlik insan ölümünə səbəb olur.

    Ürəkdə yaranan şişlər 75 faiz halda xoşxassəli olur. Ağ ciyər, sinə və digər orqanlarda şiş yaranması daha geniş yaranıb. Əgər ürəkdə şiş yaranıbsa, böyük ehtimal ki, bu, genetik xəstəlikdir.
    Həkimlər bildiriblər ki, bir çox hallarda ürək xərçəngini əməliyyat etmək olar. Əgər əməliyyat olmasa, xoşxassəli şiş infarktla nəticələnir. (ölkə.az)