Category: Şou Biznes

  • Sərdar Ortaçı Gürcüstan sərhədində soyundurdular – VİDEO

    Tanınmış türkiyəli müğənni Sərdar Ortaç konsert vermək üçün dəvət aldığı Gürcüstanla sərhəddə xoşagəlməz insidentlə üzləşib.

    Buna səbəb müğənninin xəstəliyi ilə əlaqədar özü ilə götürdüyü dərmanlar olub.

    Sərdar Ortaç öz “Instagram” səhifəsində bildirib ki, Gürcüstan sərhədçilərinə MS xəstəsi olduğunu (dağınıq skleroz – sinir sisteminin iltihabi xəstəliyi) izah etməyə çalışsa da, saatlarla gözlədilib, soyundurularaq üzərində axtarış aparılıb.

    Bu hadisədən qəzəblənən müğənni ilk paylaşımında “məni az da olsa, sevirsinizsə, Gürcüstana gəlməyin” yazsa da, sonra ikinci bir paylaşımla bunu qəzəb içində yazdığını, başına gələnlərin bütün Gürcüstanla əlaqəsi olmadığını qeyd edib.

    Gürcüstanda konsert verən müğənni çıxışına “səni sevirəm, Gürcüstan” deyərək başlayıb.

  • Meyxanaçı Ağamirzə özünə qazdığı qəbri nümayiş etdirdi – VİDEO

    Meyxanaçı Ağamirzə “Xəzər” televiziyasında yayımlanan “5/5” verilişinin “Unuda bilmirsən” rublikasının qonağı olub.

    Süjetdə meyxanaçının ata evi, həyatı və keçmişi ilə bağlı xatirələri göstərilib.

    Süjetin sonunda meyxanaçı özünə qazdığı məzarı da nümayiş etdirib.

  • Azərbaycanlı müğənninin avtomobilinə hücum etdilər – FOTO

    “Səs Azərbaycan” müsabiqəsinin qalibi Emilya Yaqubovanın avtomobilinə hücum olub.

    Bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib.

    “Maşınımın pəncərəsini sındırıb yarmaq istədilər. Xoşbəxtlikdən maşında qiymətli əşya saxlamıram. Siz də saxlamayın. Bir külək idi, oldu keçdi”, – ifaçı paylaşımında qeyd edib.


  • Арестован азербайджанский певец, обещавший организовать в Баку концерт Эбру Гюндеш – ФОТО

    В Баку арестован известный руководитель продакшн.

    Как сообщает Median.Az со ссылкой на Report, руководитель “Velizadə prodakşn” Турал Велизаде обвиняется в мошенничестве в отношении четырех человек.

    Он обещал азербайджанским предпринимателям организовать приезд в Баку и концерт известных турецких певиц Сылы и Эбру Гюндеш.

    В общей сложности Т.Велизаде получил у предпринимателей 200 000 долларов, однако позже не сдержал обещания.

    В отношении задержанного на основе жалобы потерпевших лиц Т.Велизаде возбуждено уголовное дело по ст. 178.3.2 (мошенничество, с причинением крупного ущерба) УК.

    На сегодняшнем судебном заседании адвокат потерпевшего Ровшана Гаджиева Бабек Гамидов возбудил ходатайство.

    Он потребовал также привлечь к уголовной ответственности проходящего по делу в качестве свидетеля Али Велиева.

    Гособвинитель попросил у суда время.

    Очередное заседание суда назначено на 25 января.

    Напомним, что Т.Велизаде не только руководил “Velizadə prodakşn”, но также является певцом.

  • Bakıda tanınmış müğənni həbs edildi – TƏFƏRRÜAT

    Bakıda tanınmış müğənni, “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadə həbs edilib.

    T.Vəlizadə dörd nəfərə qarşı dələduzluqda ittiham edilir.

    Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb, lakin vədinə əməl etməyib.

    Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs-qətimkan tədbiri seçilib.

    Onun cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda hakim Cavid Hüseynovun sədrliyi ilə T.Vəlizadənin cinayət işi araşdırılır.

    O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

    Bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb.

    O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

    Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib:

    “Rövşən müəllimə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirəm ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin”.

    Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmə prosesi yanvarın 25-də davam etdiriləcək.
    //oxu.az

  • Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır – VİDEO

    Müğənni Əli Mirəliyev aparıcısı olduğu “Səhər-səhər” verilişində qəribə etiraf edib.

    O, binanın 9-cu mərtəbəsindən pişiyi yerə buraxdığını bildirib:

    “Qalxmışam yuxarı, pişiyi 9-cu mərtəbədən buraxmışam yerə. Baxıram, durur, gedir. Heyvansevərlər məni başa düşər ki, kişi düz deyir”.

    Aparıcı Elgiz Əkbər Ə. Mirəliyevin etirafına belə reaksiya verib:

    “Neçə ildir cinayətkarla veriliş aparıram. Bu adam cinayətkardır, pişiklərə divan tutur. Bu kişi manyakdır”.

  • Məşhurlar #10yearschallenge-də – İllər onları belə dəyişdi (FOTOLAR)

    Sosial şəbəkələrdə yeni #10yearschallenge adlı fləşmob trend olub. Onun mahiyyəti isə belədir: hər bir sosial şəbəkə istifadəçisi 10 il əvvəlki şəkli ilə bu il çəkdirdiyi şəkli kollaj edib paylaşır. Bununla da onun zahiri görünüşünün 10 il ərzində necə dəyişməsi nəzərə çarpır. 

    BAKU.WS də sözügedən fləşmobu diqqətdən qaçırmadı. 

    Arxivimizdən məşhur simaların 10 illik dəyişimini təqdim edirik:


    //Baku.ws

  • Murad Dadaşov Dominikanda – VİDEO

    Xalq artisti Murad Dadaşov istirahətə yollanıb.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, şoumen yaxta ilə okean gəzintisinə çıxıb.

    Dadaşov özünü əvvəlcə Britaniya Vircin adalarında, sonra isə Dominikanda qeyd edib.

  • Rihanna atasını məhkəməyə verdi

    Dünyaca məşhur amerikalı aktrisa və müğənni Rihanna onun brendindən istifadə etdiyinə görə atasını məhkəməyə verib.

    Median.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rihannanın şikayət ərizəsində atasının “Fenty” brendindən istifadə edərək, milyonlarla dollar qazandığı bildirilib.

    Tam adı Robin Rihanna Fenti olan aktrisa əlavə edib ki, atası Ronald Fenti onun yaratdığı “Fenty Beauty” və “Savage x Fenty” brendlərinin adından istifadə edərək, “Fenty Entertainment” şirkətini qurub. O, bir neçə dəfə atasından bu şirkətin adını dəyişdirməsini xahiş etsə də, aktrisanın valideyni buna məhəl qoymayıb.

    Nəşr bildirib ki, bir müddət öncə “Fenty Entertainment” şirkəti müştəri cəlb etmək üçün aktrisa ilə əlaqəli olduğunu bildirib.

    Rihanna atasını və onun tərəfdaşlarını vicdansız reklamda və şəxsi həyata müdaxilədə ittiham edir.

  • Barmağı amputasiya olunan xalq artistindən xəbər var

    Xalq artisti Ramiz Əzizbəyli səhhətindən danışıb.

    Median.az yenicag.az-a istinadən xəbər verir ki, aktyor getdikcə yaxşılaşdığını bildirib:

    “Vəziyyətim yaxşı deyildi, ayaq barmağımı kəsdilər. Xəstəxanadan evə gətiriblər. Yataq şəraitindəyəm. İndi özümü yaxşı hiss edirəm. Amma ayağa qalxa bilmirəm. Həkim nəzarəti altında müalicəm davam edir”.

    Qeyd edək ki, xalq artistinin ayağında qanqrena yarandığı üçün dekabrın 27-də ayaq barmağı amputasiya olunub.