Category: Şou Biznes

  • Aygün Kazımova bu dəfə makiyajsız – FOTO

    Xalq artisti Aygün Kazımova makiyajsız fotosunu paylaşıb.

    Median.Az axşam.az-a istinadən bildirir ki, müğənninin 776 minlik İnstaqram-ında yayımladığı fotosuna 8 mindən çox bəyəni gəlib.

    Kazımovanın “Sabahınız gözəl açılsın” şərhini yazdığı şəklinə izləyiciləri təriflər yazıblar. Onlar Aygünün makiyajsız da gözəl göründüyünü qeyd ediblər.


  • Rəqsanə ögey oğlu haqda: “Onu mən dünyaya gətirməmişəm, amma…”

    Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəyin ilk nikahdan olan övladı haqda paylaşım edib.

    Median.Az axşam.az-a istinadən bildirir ki, qızı Aysunla Elvinin şəklini yerləşdirən ifaçı bunları yazıb:

    “Allah hər zaman bizi mehriban etsin və hər ikinizi qorusun. Toyunuzu görək, İnşallah. Elvin mənim üçün Aysun necədirsə elədir. “Ögey” sözü mənə yaddır. Ola bilər Elvini mən dünyaya gətirməmişəm, ancaq onu Aysun və o biri övladlarım qədər istəyirəm.

    Həyat yoldaşım o qədər gözəl xasiyyətə malik insandır ki, hər şeyin təməlini ilk gündən qoyub. Hər birimiz də elə addımlayırıq. İstər övladlarımız, istərsə də mən – bizdə ayrıseçkilik yoxdur”.

  • İlkinlə Kənanın “razborka”sı: “Sənin başın üçün deyil…” – Fotolar

    Aparıcı İlkin Həsəni ilə rejissor Kənan Mahmudov (Kənan M. M) arasında qalmaqal yaranıb.

    Tərəflər arasında gərginlik “Cinemazadeh” studiyasının baş redaktoru Xətai Əlinin sosial şəbəkədə yazdığı statusdan sonra başlayıb.

    X. Əli feysbukda “Şükür Allaha, Kənan M.M bu il də uğurlarını Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir”- deyə status paylaşıb. Kənanın isə həmin posta şərhi gecikməyib:”Sizi “Fəlakət”lər, “Bozbaş”lar gözləyir. Hələ görəcək günləriniz qarşıdadır”. Baş redaktor isə “Onların da birinci filmini sən çəkmisən” – deyə Kənana cavab yazıb.


    Bundan sonra “Bozbash Pictures”in üzvü, aktyor-aparıcı İlkin Həsəni də məsələyə münasibət bildirib. O da feysbukda status yazaraq Kənanı tənqid edib: “Bayaq gördüm ki, Xətai status yazıb, baxdım gördüm nə? 2014-də ilk filmimizə öz imzasını atan Kənan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb. Kənan yaxşı oğlandır,İnşallah tezliklə yaxşı rejissor da olar”.


    Rejissor da tez bir zamanda həmin statusa rəy verib: “Savaşçı”da Xocalı səhnəsini paylaşmayanlara bunu paylaşmaq yaraşar. Fox TV Azərbaycan fanatı deyil, Amerika kanalıdır. Onlar üçün Xocalı, Qarabağ və Azərbaycan dərdi maraqlı deyil. Əgər bu problemləri orada göstgərirlərsə, bunun bir səbəbi var. İlkin Həsəni, nə sənin, nə də ətrafının başları üçün deyil ki, mənə şapalaq kimi cavab versin. Dəfələrlə sənin “razborka”larında mən səni şapalanmaqdan qorumuşam. Uğuruma sevinib təbrik yazmayan insanların iradları mənə maraqlı deyil. Bizim fərqimiz çoxdur, həm oğlan, həm sənətçi, həm də insan kimi… Gedin, vicdanınızı qucaqlayıb yatın”.

  • Pərvin Abıyevanın model qızla öpüşən videosu yayıldı – Video

    Aktrisa Pərvin Abıyevanın Aynur Şeydayeva adlı modellə videosu yayılıb.

    Gecə klubunda rəqs edən qızlar öpüşür, rəqs edirlər. Görüntünü Aynur İnstaqram səhifəsində “story” bölməsində yayımlayıb.

    Həmin görüntüləri Aynur bir az sonra səhifəsindən silib.

    Qeyd edək ki, videonu yenicag.az saytı yerləşdirib.
    /axsam.az

  • Röya qardaşı ilə duet oxudu – VİDEO

    Əməkdar artist Röya Ayxan yaxın günlərdə hərbi xidmətini başa vuran qardaşı İsmayıl Nəcəfovla duet oxuyub.

    Müğənni həmin görüntüləri öz “Instagram” səhifəsində paylaşıb.

    “Sənə inandığım günə daş düşəydi” adlı mahnı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

    Xatırladaq ki, İsmayıl Nəcəfov uşaqlıqdan anası ilə birlikdə Türkiyədə yaşayır.

  • Ranar Musayev “Maşın şou”nun qalibini GECƏYARI BELƏ İFŞA ETDİ – VİDEO

    Xəbər verdiyimiz kimi, “Maşın şou”nun dünənki qalibi Xəyalə Quliyeva olub.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, verilişin finalçıları aparıcı Ranar Musayev və aktrisa Xəyalə Quliyeva sosial şəbəkədə təəssüratlarını paylaşıb. X.Quliyeva maşını gərgin mübarizə nəticəsində qazandığını etiraf edib:

    “Bu da son! Uzun və gərgin mübarizədən sonra maşını qazandım. Təbii ki, dəstəyiniz və dualarınız sayəsində! Haqqınızı halal edin! Artıq mənim də maşınım var…”

    Ranar Musayev isə onu heç kim yola salmadığı üçün təəssüfləndiyini qeyd edib:

    “Hər gün kimisə yola salırdıq, məni isə yola salan olmadı. Çünki hamının torbası tikilmişdi, hoteldə adam qalmayıb, axırıncı gedən mənəm”.

    Evə yollanarkən video çəkən aparıcı Xəyalə Quliyevanı ifşa edib. O, həyat yoldaşının avtomobilinə minən Xəyaləni göstərərək onun maşını olduğunu bildirib:

    “Kimisi evə maşın aparır, kimisi də foto. Maşınım yoxdur deyirdi, bu da gül kimi maşını… Zarafat edirəm, halal xoşu olsun”.

    Xəyalənin qalib olduğu anlar.

  • Faiq Ağayevin ad günüdür – VİDEO

    Bu gün Xalq artisti Faiq Ağayevin ad günüdür. Onun 47 yaşı tamam olur.

    Faiq Ağayev sosial şəbəkədə paylaşdığı videoda onu təbrik edənlərə belə təşəkkür edib:

    “Əziz sevimli dostlar, bayaqdan saysız-hesabsız təbriklər gəlir. Hamınıza hədsiz dərəcədə minnətdaram. Səmimiyyətinizə, doğmalıq göstərdiyinizə görə o gözəl təbriklərə var olun. Yaxşı ki, varımsınız. Sizin sevginizə daim layiq olmağa çalışacağam. Öpürəm və bütün qəlbimin səmimiyyəti ilə siz çox sağ olun deyirəm!”

    2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayev əməkdar artist fəxri adı alıb. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.

  • Azərbaycanlı xanım müğənni leytenant oldu

    Müğənni Elnarə Xəlilova “Gündən-günə” verilişinin qonağı olub.

    Sənətçi 2018-ci ildə həyatında baş verənlərdən danışıb. Özü ilə bağlı maraqlı sirr açan Elnarə leytenant olduğunu söyləyib:

    “Çox məhsuldar il idi. Təxminən 6-7 yeni mahnı buraxmışıq, kliplər çəkilib. Radioda işə düzəldim. Sərhəd qoşunlarında solistəm. Hətta leytenantdam. Leytenant Xəlilova”.

  • Xalq artistləri barışdılar

    Uzun illərdir aralarında soyuq yellər əsən və küsülü olan iki Xalq artistimiz, şou-biznesin iki parlaq siması, Xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva barışıblar.

    Bu barədə bəstəkar-müğənni Murad Arif məlumat yayıb.

    Müğənnilər Yeni il münasibəti ilə keçirilən tədbirlərdən birində qarşılaşıb və birlikdə şəkil çəkdiriblər.

  • “Maşın şou”da kobud səhv – Səslər düzgün hesablanmır? – FOTOFAKT

    Dünən şoudan çıxmağa namizəd ifaçı Səmra Rəhimli olub. Səmra Rəhimli 79.06 faiz səs toplayaraq Xose Bernardonu şoudan kənarlaşdırıb.

    Oyun gedişatında edilən səhv isə geniş müzakirələr səbəb olub. Səmra Rəhimlinin səs faizləri açıqlanan zaman qalsın 68,84 faiz, getsin 31,14 faiz göstərilib. Bu faizləri topladıqda isə, 99, 98 faiz edir, digər 0.02 faiz isə göstərilməyib.//milli.az