Category: Şou Biznes

  • İbrahim Tatlısəsə ağır itki

    Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin anası Leyla Tatlı vəfat edib.

    Median.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Leyla Tatlı uzun müddətdir reanimasiyada müalicə alırdı və “imperator” anasını tez- tez ziyarət edirdi.

    Leyla Tatlı günorta saatlarında həyatını itirib.

  • Nazpəri Dostəliyevanı Moskvada öldürmək istəyiblər

    “Moskvada məni zəhərləmək istəyirdilər. Bu barədə təsadüfən sürücüm eşitmişdi. Hətta artıq plan qurulmuşdu. Kimsə bunun qarşılığında böyük məbləğdə pul təklif edib. Sürücüm ayaqyolunda olub, onu tanımayıblar”.

    Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Şou ATV” proqramında qonaq olarkən deyib. Müğənni verilişdə bir neçə il bundan əvvəl baş vermiş hadisədən danışıb.

    “Daha sonra toyda mən mahnı oxuyarkən dedi ki, stolun üstündən bir stəkan belə su götürüb içməyin. Birinci başa düşmədim, ağlıma belə şey gəlməzdi. Daha sonra hər şey məlum oldu. Bilirəm ki, mənə qarşı kim bunu edib. Səsi verən Allahdır, ay bəndə, sən nə edə bilərsən? Bu, mənim üçün təəccüblü bir şey deyil. Yaxşı sənətkarı məhv etmək istəyirlər”, – deyə o, sözlərinə əlavə edib.//Publika.az

  • Emin Ağalarov və dostları Moskvada buz altına düşdülər (VİDEO)

    Müğənni və biznesmen Emin Ağalarovun dostları ilə birlikdə Moskvaətrafında qar üzərində aeroxizəklərdə sürüşmə cəhdi uğursuz olub.

    Gənclər buzun altına yıxılıblar və hahalı texnikanı batırıblar.

    Belə ki, Köhnə Yeni il ərəfəsində, 13 yanvarda, Emin tam təchizatda İlinski kənd yaxınlığındakı qarlı yerləri fəth etməyə yollanıb. Onunla birlikdə bir neçə dostu da olub. Onların əyləncələri aeroxizəklərdən birinin buz altına düşməsi səbəbindən yarımçıq qalıb. Müğənni sonra video çəkib və təbəssümlə baş verənlər haqda danışıb.

    Əvvəlcə onlar qar basmış sahə ilə gedib, müxtəlif fəndlər ediblər. Amma sonra buzun altına düşüblər. “Balıq tutan bu dayının ovunu korladıq. Yan körpüyə 10 dəqiqəlik yol qalmışdı. Yaxşı odur ki, hər şey yaxşı qurtarır. Batanlar sağdılar!” — Emin şərh edib.

    Çarxda müğənni dəyəri milyon yarım rubla çatan batmış Yamaha aeroxizəyini göstərir. O qeyd edir ki, baş verənlərdən dərya qədər yeni hiss və enerji alıb. Onun dostları da sağ-salamatdılar və nahara yola düşüblər. (Virtualaz.org)

  • Maksim Fadeyev Bakıda konsert verəcək

    Tanınmış rusiyalı müğənni, prodüser və bəstəkar Maksim Fadeyev yaxın zamanda Bakıda konsert proqramı ilə çıxış edəcək.

    Median.Az “Moskva-Baku”ya istinadən xəbər verir ki, konsert fevralın 16-da Bakının Konqres Mərkəzinin səhnəsində baş tutacaq.

    M.Fadeyev 25 il ərzində ilk dəfədir ki, konsertlər verir. Bu yaxınlarda Moskvada konsert verib, ikinci konserti isə Bakıda təşkil olunacaq.

    “25 il konsert verməməyim, əslində, mənim üçün ağır olsa da, bu fasilə məcburiyyətdən doğub. Xoşbəxtlikdən yazdığım hitlər bu gün də bütün dünyada dinlənilir. Mən bu musiqini sevən və onu duyan hər kəsə sonsuz dərəcədə minnətdaram”, – deyə prodüser-bəstəkar bildirib.

    Konsert şousunda M.Fadeyevin xüsusi qonağı “Serebro” qrupunun keçmiş iştirakçısı, hazırda isə Molli səhnə adı ilə çıxış edən müğənni Olqa Seryabkina olacaq.

    Xatırladaq ki, M.Fadeyev bu yaxınlarda Emin Ağalarovla duet şəklində “Mənim Azərbaycanım” mahnısını yazıb.

  • “Maşınımdan cadu tapmışam” – Namiq Qaraçuxurlu

    Maşınımdan, evimdən o qədər cadu tapıram ki… Son günlər axtarmıram, bilirəm ki, baxsam tapacam.

    Median.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “Söhbət var” verilişində deyib. Sənətçi bildirib ki, tez-tez evindən, avtomobilindən cadu tapır:

    “Maşında bir neçə qıfıl tapmışdım, yanında da başqa şeylər var. Əvvəl maşına dəmir kimi baxırdım, kimə oldu verirdim. Kimsə istəyirdi, deyirdim götür. Son edilən cadular sənət adamları tərəfindəndir. Hətta üzümə də deyib ki, mən etdirmişəm. Bir yox, bir neçə sənətçi var ki, cadu ilə məşğul olur”.

  • “İynəyə pul tapırdı, amma mənə kömək etmədi” – Samirə mərhum Zahid haqda (VİDEO)

    “Mən Zahid Sabirabadlının ailəsinə kömək etməyəcəyəm”.

    Bu sözləri meyxanaçı Samirə Yusifqızı “Instagram” hesabında açdığı canlı yayımda deyib.

    İfaçı bunun səbəbini də açıqlayıb:

    “Heç kimə kömək etməyəcəm. Qoy, mənə qəddar desinlər, pis desinlər. Allah rəhmət eləsin. Amma neyləyib Zahid mənim üçün? Həmin vaxt bir yerdə toyda idik. Bilirdi mənim övladım nə vəziyyətdə idi. Zahid mənə kömək etmədi. Amma iynəyə pul tapırdı. Mən də onun ailəsinə kömək etməyəcəyəm. Heç kəs inciməsin. Belə də ki, istəyirlər incisinlər!”.

  • “Deyəsən, şalvar geyinmək yadından çıxıb” – Brilliant Dadaşova tənqid edildi (FOTO)

    Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı fotolarla müzakirələrə səbəb olub.

    Müğənni uzun kofta geyinib, amma ətəkdən istifadə etməyib. İfaçı Yeni il ağacı yanında foto çəkdirib. Onun ətəyinin qısalığını izləyiciləri tənqid ediblər.

    Bir çoxları Dadaşovanın son günlər çox açıq-saçıq geyimlərdən istifadə etdiyini qınayıb. Brillianta “Deyəsən, şalvar və ya ətək geyinmək yadından çıxıb. Nə yaşınıza, nə də sənətinizə yaraşır bu geyim” kimi şərhlər yazılıb.





  • “Maşın şou”nun qalibi Xəyaləyə avtomobilin açarları təqdim edildi – VİDEO

    “Maşın şou”nun 17-ci sürətinin qalibi, aktrisa Xəyalə Quliyevaya qazandığı avtomobilin açarları təqdim edilib.

    Açarları ona avtomobil şirkətinin rəsmisi verib.

    Xəyaləni bu xoş günündə həyat yoldaşı da tək buraxmayıb.

    Xatırladaq ki, “Hind kinosu” devizi ilə yayımlanan “Maşın şou”nun 17-ci sürətinin finalında iştirakçılar Xəyalə Quliyeva və Ranar Musayev mübarizə aparmışdılar.

    Daha dözümlü olan Xəyalə rəqibinə qalib gələrək maşına sahib çıxmışdı.//baku.ws

  • Nazpəridən mərhum klarnet ustasının ailəsinə dəstək – VİDEO

    Bir neçə gün öncə mərhum klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli xanımın efir vasitəsilə insanlardan kömək istəməsi barədə xəbər vermişdik.

    Klarnet ifaçısının xanımı evlərinin kredit pulunun üç ildir ödənmədiyinə görə əllərindən çıxacağını bildirərək, hər kəsdən imkanı çatan köməyi etməsini xahiş etmişdi.

    Onun müraciəti cavabsız qalmadı, tezliklə şou-biznes nümayəndələri də efirə çıxaraq ona kömək etmək üçün çağırışlar etdilər. Ən böyük yardımı isə Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevadan gəlib.

    O, Leylinin çağırışından dərhal sonra Nazpəri adlı nəvəsi vasitəsilə 5000 manat məbləğində yardım göstərib. Hazırda klarnet ustasının ailəsinə yardım kampaniyası davam etdirilir.

    Qeyd edək ki, Zahid Sabirabadlı 2018-ci ilin dekabr ayında, 46 yaşında ürək tutmasından vəfat edib.
    //oxu.az

  • Xəyalə Quliyeva “Maşın”da ona hədiyyə olunan 500 kisə sementi GÖRÜN NƏ EDƏCƏK – ÖZÜ AÇIQLADI (VIDEO)

    “Maşın şou”nun qalibi, tanınmış teleparıcı, rejissor və aktrisa Xəyalə Quliyeva avtomibilini hələ almadığını bildirib.

    Publika.az-a açıqlama verən məşhur “5-ci element” verilişində qonaq olarkən yayılan kadrlara aydınlıq gətirib.

    “Mən heç o videonu görməmişəm. Onu kimin və harada çəkdiyindən heç xəbərim olmayıb. Bəli, maşını hələ verməyiblər. Lakin bu, o demək deyil ki, verməyəcəklər, hələ sənədləşmə işləri gedir. Dövlət yol polisi idarəsinə gedib avtomobili adıma keçirtməliyəm. Niyə camaat hələ verməyiblər sözünü verməycəklər kimi başa düşür? Bu boyda camaatı adlatmaq olmaz ki. Efirdə çox yüksək səviyyədə təşkil olunmuş şou yayımlanıb. Verilişin tarixində də elə hadisə olmayıb ki, maşını verməsinlər. Niyə adi sözümü sensasiyaya çeviriblər bilmirəm”.

    Xatırladaq ki, əməkdar artist Ruhəngiz Allahverdiyevanın “5-ci element” verilişinin kadrarxası görüntülərindən paylaşdığı videoda aparıcı Xəyalə “Maşınımı vermirlər. Niyə?” deyə sual edib. Sözügedən görüntülər sosial şəbəkədə marağa səbəb olub.