Category: Şou Biznes

  • Aygünün efirdə bu hərəkəti izləyiciləri qıcıqlandırdı – “Biabırçılıqdır” (VIDEO)

    Xalq artisti Aygün Kazımova “Zaurla Günaydın” verilişinin qonağı olub.

    Müğənni efirdə formada qalma sirrini tamaşaçılarla bölüşmək istəyib. Bu zaman divana çıxan Kazımova məşqçisindən öyrəndiyi hərəkətləri təkrarlamağa başlayıb. Sosial şəbəkədə yayımlanan video birmənalı qarşılanmayıb.

    Belə ki, istifadəçilərin bəziləri xalq artistinin hərəkətlərini “biabırçılıq” adlandıraraq efirdə bu cür davranışların yolverilməz olduğunu bildiriblər. Bir qisim isə buna normal yanaşıb. //qafqazinfo.az

  • “Kişi dedi ki, gəl maşınıma min aparım səni” – Elza Seydicahan – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin qonağı olan əməkdar artist Elza Seydicahan başına gələn hadisədən danışıb:

    “Elə vaxtı olub ki, yolumu azmışam. Bir dəfə mən tələbə vaxtı Biləcəriyə təzə gəlmişdik. Getmişdim dərziyə. Oğlum balaca idi, 5 yaşı vardı. Anam evi təzə almışdı. Evə gələndə azdım. Gecə vaxtı bilmədim hara gedim. Bir maşın geriyə verdi və dedi ki, xanım deyəsən siz azmısız. Mən də ağladım. O vaxt ürkək vaxtım idi. Kişi dedi ki, gəl min maşına aparım da. Dedim ki, yox mən sizin maşınınıza minə bilmərəm. Siz sürün mən oğlumla gəlim dalınızca. Kişilər tökülüşdü ki, ay bacı narahat olmayın, biz də burdayıq. Minin burdadı maşınla aparsın sizi”.

  • Hamilə olduğu deyilən Oksana biabır oldu – Bu da sübut – FOTO

    Ötən gün rəqqasə Oksana Rəsulova instaqram səhifəsində sevgilisi ilə əl-ələ çəkdirdiyi fotonu bölüşüb. O, həmin paylaşıma “Nə yaxşı ki, varsan, həyatımdasan” yazıb. 

    Median.Az qafqazinfoya istinadla xəbər verir ki, rəqqasənin bu addımı sosial şəbəkələrdə müzakirə olunub və izləyicilər həmin şəxsin kimliyi ilə maraqlanıb. Bəziləri Oksananın eks-əri Elşad Xosenin acığına bu paylaşımı etdiyini, digərləri isə şəklin, ümumiyyətlə, real olmadığını iddia ediblər.

    Bu məqamda qeyd edək ki, redaksiyamıza da O. Rəsulovanın həmin fotonu “Google”dən yükləməsi ilə bağlı zənglər olub.

    Məsələyə aydınlıq gətirmək üçün sözügedən şəkli “Google”nun foto bölməsində axtarışa verdik və iddiaların doğru olduğunu gördük.

    Xatırladaq ki, Oksana daha sonra ginekoloq Elnura Vəliyeva ilə şəklini paylaşaraq heç bir açıqlama verməsə də, hamiləliyini təsdiqləyib.




  • Əli Mirəliyev Rozanın qarşısında diz çökdü – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Roza Zərgərli olub.

    Aparıcı Elgiz Əkbərin müğənnini efirə dəvət etməsinin ardından Əli Mirəliyev diz çökərək “Sevdim səni, Roza” deyə mahnı oxuyub.

    Studiyaya ayaq basan Roza Zərgərli də Əli Mirəliyevin yanına gələrək diz çöküb və onu qucaqlayıb.

    Roza Zərgərli diz çökməsinin səbəbini izah edib:

    “Bu boyda böyük insan qarşımda diz çökürsə, mən nə çarəyəm?! Üç gün-üç gecə belə dayanacağıq. Əli müəllimi illər boyu tanımışam və illər boyu da biz gənclərə lazım olan dərsi verib”.

  • Məhkəməsi olan Fədayə Laçının bacısı: “Ağır cəzadır” – Son qərar

    Bakıda məhbusların qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə istintaq yekunlaşıb. Yaxın günlərdə cinayət işi tanış olması üçün təqsirləndirilən şəxslərə təqdim ediləcək. Daha sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

    Yenicag.az-a açıqlama verən İlahə Fəda bacısı ilə bağlı bunları deyib:

    “Ürəyinin saflığı üzündən başına bu işlər gəldi. Həmişəki sözümü təkrar edirəm: hakim nə qərar versə, o da olacaq. Fədayənin günahı varsa, cəzasını çəkəcək, yoxdursa, azadlığa çıxacaq. Fədayə 8 aydır ki efirdən, sevdiyi sənətdən, səhnədən, xalqdan ayrı düşüb. Elə bu çox ağır cəzadır. Onunla bu yaxınlarda görüşdüm. Özü də ümidlə yaşayır və azadlığa qovuşacağı günü gözləyir. İstintaq başa çatdı, görək nə olacaq?”

  • Xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin SON GÖRÜNTÜLƏRİ – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” kollektivi bu dəfə uzun müddətdir xəstəlikdən əziyyət çəkən tanınmış meyxanaçı Ağakərimi (Kərim Novruzov) ziyarət edib.

    Uzun zamandır sağlıq durumu ilə əlaqədar efirlərdən uzaq düşən meyxana ustadı “Səhər-Səhər” kollektivi ilə yanaşı, həmkarı Ağamirzə və onun tələbələri də tək qoymayıb.

    Daha sonra çay süfrəsinə əyləşən qonaqlar Ağakərimin ünvanına meyxana səsləndiriblər.

    Ağamirzə söhbət əsnasında indiki meyxananın bərbad gündə olduğunu deyib:

    “Meyxanamız bərbad gündədir. Səbəb isə bisavadların çox olmasıdır. Xanımlarla olan meyxana sırf meyxana olsa, oxuya bilsələr eybi yoxdur. Qapımı döyən də, döyməyən də çox oldu. Əsaslar isə yanımdadır. Gənc meyxana deyənlərdən isə Tərlan və Elşəni dinləyirəm”.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.

  • Anar Nağılbaz evlənir

    Bir müddət əvvəl ailə qalmaqalları ilə gündəmə gələn reper Anar Nağılbazın şəxsi həyatında yenilik var.

    Bu barədə məşhur özü açıqlama verib.

    O, həyatında sevdiyi qadının varlığını və evlənmək istədiyini bu sözlərlə etiraf edib:

    “Məlum söhbətlərə görə şübhəsiz axmaq kimi görünürəm, amma heç nə elə deyil və bizə də lazım deyil. Hər şey inşaallah ailə zəminində həll olmalıdır. Qadınım var, xoşbəxt olmaq istəyirəm. Ona görə canımı qurban verərəm! Xoşbəxt olun”!

    Anar Nağılbazın sevdiyi xanımın adının Aytən olduğu ehtimal edilir. Çünki o, keçən həftə əyləncə mərkəzlərinin birində “Aytənim” adlı konsert proqramı ilə çıxış etmişdi./baku.ws

  • “Maşın”ın “alovu sönmür”, İlhamə və Roza məhkəməlik olacaq

    ATV-də yayımlanan “10-dan sonra” proqramının bugünkü qonağı müğənni Roza Zərgərli olub.

    Proqram zamanı “Maşın” realiti şousunda ifaçı ilə aparıcı İlhamə Bədəlova arasında yaşanan qalmaqal müzakirə mövzusuna çevrilib.

    Verilişin gedişi zamanı “Rozanın iddia etdiyi kimi, işdən qovduğum şəxsin telefon danışığını eşitmisiniz. Gördünüz ki, bu xanım haqqında neqativ fikirlər səsləndirib. Roza xanım səhv edib, böyüklük göstərib məndən üzr istəsin”, – deyə fikirlər səsləndirən və üzr tələb edən İlhamə Bədəlova bildirib.

    Aparıcı Yusif Ağayev də İlhamənin Rozanı məhkəməyə verəcəyini deyib.

    Zərgərli isə əlində sübutlar olduğunu, “Xəstə olduğu üçün onu işdən qovmusan” sözünün arxasında olduğunu dilə gətirib:

    “İşdən qovulan şəxs ikili oynayır. Faktlar, sübutlar və şahidlər var. Mən haqlı danışıram. Məhkəmə səviyyəsinə çatsa, o şəxs kənara addım ata bilməz. Görmədiyim şeyi danışmaram. Səhhətində problem olan insanın da üstünə çox gedə bilmərəm”./oxu.az

  • Elza Seyidcahan: Qısa ətək də, şortik də geyinirəm – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artisti Elza Seyidcahan olub.

    Proqramda “İctimai yerdə necə geyinmək lazımdır” mövzusunda müzakirə aparılıb.

    Əməkdar artist deyib ki, hər yerin öz geyim qaydası var: “Tələbə vaxtı Alim Qasımovun evinə getmişdi. Fikirləşdim ki, onlar yerdə otururlar. Mən də uzun ətək geyindim ki, rahat olum. Geyim axı insanın daxili kökündən, sənətindən xəbər verir. Anasına Allah rəhmət etsin.

    Alim müəllim dedi ki, anam deyir ki, ay Alim bu nə yaxşı qızdır, nə uzun tumanı var. Mənim geyimim belə deyil. Mən şalvar da, qısa ətək də, şortik də geyinirəm. Amma hər yerin öz geyimi var”.

  • Aygün Kazımova: Xəyanət gördüm, intihara cəhd etdim

    Xalq artisti Aygün Kazımova Xəzər TV-də yayımlanan “5/5” proqramının qonağı olub.

    Sənətçi Zaur Kamalın suallarını cavablandırıb.

    Kazımova “Xəyanət yaşamısınız? Heç intihara cəhd etmisiniz” suallarına belə cavab verib:

    “Şou-biznesin şahmat taxtasında şaham, hamını mat edirəm. Ən çox sevgi xəyanəti görmüşəm. İntihara cəhd də etmişəm. Allah məni qurtardı, sevənlərimə bağışladı. Sevdim, xəyanət gördüm. Amma ona görə intihar etməyə dəyməzdi, sonra bildim”.//oxu.az