Category: Şou Biznes

  • Hacı Nurandan iradlara – CAVAB

    Ağciyərində onkoloji şiş tapılan “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovu ziyarətə gedənlərin onunla birgə şəkil çəkdirib sosial şəbəkədə yayması tənqid olunub.

    Ən çox qınaq obyektinə çevirilən hadisə isə onun atının xəstəxanaya gətirilməsi olub.

    Bununla bağlı Hacı Nuran sosial şəbəkədə paylaşım edib. O, bütün iradlara cavab verib:

    “Həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim.

    Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir. Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə “sağ olun” deyirəm, haqqınızı halal edin.

    Kim məni sevindirmək üçün nə etdisə, çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin – arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm.

    Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin. Axı, kim bilir, sabah nə olacaq? Dostlarımın diqqəti, zarafatları, sürpizləri və xəstəliyimə “don” geyindirənlərə demək istərdim:

    Ömrünüzdə necə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz? Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdır”.

  • Əli Mirəliyev: Oğlum arvadını döyürdü, əcəb edirdi – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub.

    Ötən verilişdə müğənninin nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb.

    Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyeva qalmaqalı yenidən böyüdüb.

    Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin iddialar səsləndirib:

    “Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdır?”

    Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə qalxıb:

    “Döyürdü, əcəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb”.

    Daha sonra müğənnin qızı Samirə, qardaşı Taleh Mirəliyevin qızı qaçırdığını yox, qızın Talehi qaçırdığını iddia edib:

    “Qız qardaşımı qaçırıb. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük olub. Bunların arasında münasibət olub, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni, ailələr bir-birini istəmirdi. Bu qız zəng edib, qardaşıma deyib ki, evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.

    Taleh Mirəliyev isə özünün belə müdafiə edib:

    “Onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıb və yenidən Türkiyəyə qaçıb. Gedib Türkiyədən tapmışam. Yaxşı qadın Türkiyəyə qaçar? İki min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”//oxu.az

  • Aytən və İlhamə arasında “Hacı Nuran” qalmaqalı – FOTO

    “Maşın” realiti şousunun iştirakçıları, aparıcılar Aytən Səfərova və İlhamə Bədəlova arasında qalmaqal davam edir.

    Onlar bu dəfə ağciyərində onkoloji şiş tapılan Hacı Nuran Hüseynova görə söz davasına çıxıblar.

    Belə ki, Səfərova “Instagram” hesabında xəstəxanada Hacı Nuranla şəkil çəkdirənləri qınayıb:

    “Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər”.

    Aytənin bu paylaşımına reaksiya verən İlhamə isə ona rəy bölməsində cavab verib:

    “Aytən Səfərova, xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiniz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər.

    “Baxıram… sanki əsas şəkil çəkdirməkdir e, sən yox…” sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilədir.

    Xoşniyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır. Bacı olsaydınız, gələrdiniz. Allah dostumuza şəfa versin”.

    Aytən isə həmkarını “Əziz Peyğəmbərimiz belə işləri reklamsız, aləmə car çəkmədən bəyənərdi. Xəstələrin ziyarət edilməsi Peyğəmbər əxlaqındandırsa, bunun aləmə car çəkilməməsi ikiqat Peyğəmbər və imanlı əxlaqından irəli gəlir. Kənardan isə mən dediyim kimi görünür”, – cavabını verməklə susdurmağa çalışıb.

    İzləyicilər Aytəni dəstəkləyərək, İlhaməni tənqid ediblər.//oxu.az

  • Roza Zərgərli: Günaya beş minlik SMS göndərmişəm – VİDEO

    Müğənni Roza Zərgərli “ATV maqazin onlarla” proqramında “Hit Parad” rubrikasının qonağı olub.

    “TOP 10” klipləri və mahnıları sıralayan Roza həmkarları haqda fikir bildirməkdən çəkinməyib.

    İlk olaraq Günay İbrahimlidən danışan ifaçı onu ulduz hesab etmədiyini və “Eurovision” seçimlərində müğənniyə beş min manatlıq SMS göndərdiyini bildirib:

    “Zaman gəlir, övladlarımız tez böyüyür. Ancaq onları qəbul etmirəm, tez böyüdü. “Eurovision”un seçim turlarında bu qıza beş min manatlıq SMS göndərmişəm, evdə kağızları da var.

    Birinci təqdimatından bir həftə sonra mən “Roza xanım”dan “Roza”ya çevirildim. Mənim üçün Günay ulduz deyil. Populyarlıq insanı çaşdırmamalıdır”.

    O, daha sonra Miri Yusifin telefonlarına prodüserinin cavab verməsini düzgün saymayıb:

    “Mirini çoxdan tanıyıram. Populyar olandan sonra qəbuluna düşə bilmirik. Mənimlə prodüseri danışır. Prodüser o halda danışa bilər ki, mənə zəng edəndə əvəzimə köməkçim cavab versin. Kiminlə ki yaxşı münasibətlərin var, o insanlara qarşı dəyişməməlisən”./oxu.az

  • Məşhur meyxanaçı tanınmaz halda: hamını təəccübləndirdi – FOTOLAR

    Xəstəlikdən əziyyət çəkən meyxanaçının yeni fotosu yayılıb.

    Aydın Xırdalanlının son halı insanların təəccübünə və üzüntüsünə səbəb olub. Belə ki, meyxanaçı xeyli çəki ataraq arıqlayıb.

    Qeyd edək ki, meyxanaçı qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.

    Xatırladaq ki, bundan öncə onun arıqladığını əks etdirən görüntülər sosial şəbəkədə yayılan zaman gündəm mövzusuna çevrilmişdi.(milli.az)

     
     

  • “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü – FOTO

    “Dəyirman” qrupunun eks-üzvü, reper Elmir Məhərrəmov bir neçə gün əvvəl ailəsi ilə birlikdə Amerikaya köçüb.

    Ötən ilin may ayında “Greencard” qalibi olan reper Nyu-York şəhərində yaşamağa qərar verib.

    O, “Instagram” hesabında bir neçə gündür Nyu-Yorkdan paylaşımlar edir.//oxu.az

  • Hacı Nuranda onkoloji şiş tapıldı

    Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aparıcının köməkçisi məlumat verib.

    Bildirib ki, N.Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır:

    “Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb.

    Ağciyərində onkoloji şiş tapılıb. Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir”.

  • Meyxanaçı Ağakərim tanınmaz halda – FOTO

    Xeyli müddətdir mediadan və efirlərdən uzaq gəzən meyxanaçı Ağakərimin (Kərim) yeni fotosu yayılıb.

    Xəstəlikdən sonra ev şəraitində müalicə alan meyxanaçının görüntüsündə də xeyli dəyişiklik baş verib.

    Sosial şəbəkədə yayılan fotoda həmkarı Ağamirzənin onu evdə ziyarət etdiyi görünür. Görüntüdə Kərimin çəkisinin artması da diqqətdən yayınmayıb.

  • Əli Mirəliyev: Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı olan nəvəsi olub.

    Sənətçi nəvəsinin gəlini tərəfindən tərk edilməsindən danışıb:

    “Əgər ana uşağını tərk edib gedirsə, o kimə bağlanmalıdır? Nənəyə, babaya. On iki yaşından tərk edib-gedib. Sözsüz ki, oğlum günahkardır. Amma hansı ana balasını qoyub gedə bilər?

    Heç olmasa, arada gəl, gör, maraqlan, axı sən onu doqquz ay bətnində gəzdirmisən. Sabah qocalanda o, sənə baxacaq. Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var.

    Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl, sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb, çıxıb-gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

    Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli, mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb, paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib ona.

    İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yemək də vermirdilər buna”.

  • Röyadan Aygünə: Məni alçaltdın, qazancıma haram dedin – FOTO/VİDEO

    Əməkdar artist Röya Ayxan məhkəməlik olduğu Aygün Bəylər haqda paylaşım edib.

    Sosial media hesabında Aygün Bəylər və qızının fotosunu paylaşan ifaçı onu bağışladığını bildirib:

    “Bəli, haqqıma girdin. Məni tanımadan, sənə qarşı haqsızlığım olmadan alın yazıma şübhə etdin. Anamın, atamın önündə alçaltdın. Əziyyətlə qazandığım, neçə ailə dolandırdığım qazancıma haram dedin.

    Səni o gün izləyərkən həyatıma nifrət etdim. Ağlayaraq yaradandan sənə cavab verməsini istədim. Amma o an unutdum ki, sənin qızın var və mən doğularkən yaşadığımın 50 faizini o da yaşayıb.

    Günahlarımız onların boynuna yazılar deyirlər, bundan qorxdum və sənə xoşbəxt ana olmağı arzuladım. Mən səni bağışladım, Allah da səni bağışlasın. Üzünüzü güldürsün”.

    Qeyd edək ki, Röya Ayxan və Aygün Bəylər arasında olan qalmaqal illər öncəsinə dayanır. Onlar arasında ilk mübahisə Kazım Sübhanın aparıcılıq etdiyi radio proqramında, daha sonra isə “Onlar” verilişində davam etmişdi.

    Üstündən bir neçə il keçəndən sonra isə ARB TV-nin “Səhər-səhər” proqramında Aygün Bəylərin Röya Ayxan barədə dediyi sözlər bu qalmaqalı məhkəməyə daşımışdı.//oxu.az