Azərbaycanlı müğənni Nura Surinin masaj salonundan görüntüləri yayılıb.
Videodan görüldüyü qədər Nura Suri özünü balla masaj etdirir.
Xanım masajçı yanında istirahət edən müğənni, “şappıldatdın e məni” deməklə də diqqət çəkir.//yenicag.az

Tez-tez açıq-saçıq fotoları ilə gündəmə gələn müğənni Afaq Aslan “Instagram” hesabında çimərlik geyimində yeni fotoşəkillərini paylaşıb.
İfaçının fotoları izləyicilər tərəfindən maraqla qarşılanıb.


Müğənni Maral Tahirqızı Mingəçevirdəki qəza səbəbindən işıqların sönməsi zamanı metroda qalıb.
Baku.ws-in məlumatına görə, Maral bu barədə şəxsi Instagram hesabında paylaşım edib.
Müğənninin sözlərinə görə, işıqlar sönən zaman “Xətai” metrostansiyasında qalıb.
Piyada metrodan çıxmaq məcburiyyətində qalan Maral çox çətinlik çəkdiyini və bir xeyli yorulduğunu etiraf edib.
Bakının Günəşli qəsəbəsində yerləşən “Bizim market”də tanınmış teleaparıcı Fira Cəlilovaya hücum olub.
Median.Az xəbər verir ki, teleaparıcı marketdə çəkiliş aparmaq istəsə də, market işçiləri onu mane olublar.
Teleaparıcını və operatoru marketdən uzaqlaşdırıblar. Fira Cəlilova bu məsələni ictimailəşdirəcəyini deyən zaman növbəti dəfə kobudluqla qarşılanıb: “Çək hara verirsən ver”.
Həmin görüntüləri təqdim edirik:
Aktrisa Pərvin Abıyeva “Zarafat-zarafat” verilişinin qonağı olub.
Median.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa gənc həmkarlarının ünvanına sərt sözlər deyib:
“Əslində, o gənc aktyorları bəyənmirəm. Çox özlərindən razıdırlar. Tanışlığım var”.
Pərvin “Türkiyəli oğlanla ailə qurarsan” sualına belə cavab verib:
“Quraram, amma öz kişilərimizi daha çox sevirəm. Hər zaman da deyirdim. Düzdür, mənim bir sözümü yozurlar ki, Pərvin azərbaycanlı kişiləri bəyənmir. Əslində, o müsahibə elə deyildi. Neçə dəfə dedim, yenə də xeyri olmadı, yenə də başa düşmədilər. Mənim üçün öz kişilərimiz nə qədər köhnə fikirli olsalar da, bir az kobudluqları da olsa, onları daha çox üstün tuturam. Həmişə də deyirdim ki, mən azərbaycanlı ilə ailə quracam. Qismət. Artıq 27 yaşım var, evdə qalmışam”.

ATV-də yayımlanan “10dan sonra” verilişində əməkdar artist Elza Seyidcahan qonaq olub.
Müğənni verilişin aparıcısı Yusifin suallarını cavablayıb.
Elza Seyidcahan aparıcını ona təcavüzdə ittiham edib və fikrini belə əsaslandırıb:
“Kimsə gedib bəzi müğənnilərdə “malyar” işləyib. Gəlir mahnıları kompüterlə düzəldir və musiqini malalayır. Musiqidəki işıqları örtür. Yaxşı “malyar” yaxşı musiqiçi ola bilməz. Mən şəkil yandırmıram, mahnı yandırıram. Kim də yandırır özü-özünü yandırır. Mənim sənətdə çox tələbələrim də var, “törtöküntülərim” də var. Mən “törtöküntülərdən” danışmıram. Sən mənə təcavüz edirsən, intihara sürüklüyürsən. Şəkilləri qoy ora, musiqidən, sənətdən danış”.//baku.ws

İşıqların sönməsi insanların əhvalına pis təsir etsə də, bunu şouya çevirənlər və yaranmış problemə yumorla yanaşanlar da olub.
Bunların sırasında şou nümayəndələri üstünlük təşkil edib.
Xalq artisti Faiq Ağayev, Əməkdar artist Abbas Bağırov, aparıcılar İlkin Həsəni, Zaur Baxşəliyev, müğənnilər Aysel Əlizadə, Sevda Yahyayeva, aktyor Nicat Rəhimov və başqaları paylaşımları ilə sosial media istifadəçilərinin üzündə gülüş yaradıb.
Onların paylaşımlarını təqdim edirik:





//oxu.az

Dörd uşaq anası olan müğənni Roza Zərgərlinin ailəsində artım gözlənilir.
Baku.ws-in məlumatına görə, müğənni övladlığa uşaq götürməyi planlaşdırıb.
Zərgərli bu barədə Nail Naiboğlunun “Stop” layihəsində danışıb: “Mənim bu həyatda missiyam var, anası-atası olmayan uşaqlara ana sevgisi vermək. Oğlum gələn ay əskər gedir. O, getdikdən sonra daha iki uşaq övladlığa götürməyi düşünürəm. Biri qız olacaq, biri oğlan. Uşaqları sevirəm. Allah o neməti mənə bir dəfə qismət edib. Sonra o nemətdən dada bilməmişəm”.
Xatırladaq ki, hazırda Roza Zərgərlinin dörd övladı var. Doğma övladı Bənövşə Allahverdiyevadır. Müğənninin əkiz övladı olub. Bənövşə və bir oğlan. Oğlan rəhmətə gedib.
Övladlığa götürdüyü böyük qızı Natəvanın 26 yaşındadır. Onun 6 yaşında övladı var. Corc və Jerar Qafarovlar qardaşdırlar.



Müğənni Üzeyir Mehdizadə ailə həyatı qurub.
O, ötən gecə paytaxt məkanlarının birində özünə oğlan toyu edib.
“Dərviş toyu” adlandırılan mərasimdə ancaq kişilər olub.
Toydan görüntüləri təqdim edirik:







