Category: Şou Biznes

  • Təranə Qumralın avtomobilinə həbs qoyuldu! – “Təkzib və 3500 manat pul, üstəlik…”

    Mediapress.az müğənni Nazəninin vəkili Heyrat Qarayevin Nazənin və Təranə Qumral arasında yaranan insidentlə bağlı yeniliklərini diqqətinizə çatdırır:

    “Məlumat üçün bildirim ki, mən Nazənin xanımın, həmçinin onun həyat yoldaşı Məhəbbət bəyin nümayəndəsiyəm. Bu işlə bağlı məhkəmə qətnaməsi var. Bakı Appelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Həmin qətnamələrə görə, Təranə İbrahimova (Təranə Qumral – red.)  həm Nazənin xanımdan, həm Məhəbbət bəydən üzr istəməlidir. Onların hesabına 3500 manat təzminat verməlidir. İcra şöbəsində bir il məhkəmə qətnaməsi  mövcuddur, yəni bir il müddətində cavabdeh Təranə İbrahimovaya qarşı icra məmuru tərəfindən məcburi icbari tədbirlər görülür. 3500 manatı ödəmədiyi üçün əvvəla T.İbrahimovanın  mülkiyyətində olan əmlakına, yəni avtomobilinə həbs qoyulub. Sonradan barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Və T.İbrahimova inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat inzibati qaydada cərimə olunub. Bunlara baxmayaraq,  cavabdeh dəfələrlə icra şöbəsinə çağırılıb, orada izahat yazaraq məhkəmə qətnaməsinin icrasından açıq-aşkar imtina edib. Bildirib ki, iddiaçılardan – yəni Məhəbbət bəydən, ya da Nazənin xanımdan üzr istəməyəcək və onlar haqqında dedikləri fikirlərlə bağlı təkzib verməyəcək. Və buradan da görünür ki, cavabdeh açıq-aşkar məhkəmə qətnaməsinin icrasından yayınır. Bununla bağlı tərəfimizdən aidiyyatı qurumlara müraciət olundu və Təranə İbrahimovanın ölkədən çıxışı müvəqqəti olaraq Nərimanov rayon məhkəməsinin qərarı ilə məhdudlaşdırıldı, həmçinin cavabdehin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı icra məmurları tərəfindən təqdim edilmiş təqdimat Ədliyyə Nazirliyinə verildi.

    Bugünkü gündə də həmin təqdimat Ədliyyə Nazirliyində araşdırılır. Əgər T.İbrahimovanın əməlində həqiqətən də cinayət tərkibi olduğu aşkarlanarsa, bu zaman müvafiq materiallar nazirliyin istintaq idarəsinə veriləcək. Və cinayət Məcəlləcinin 306-cı maddəsi ilə cinayət işi qaldırılacaq(əgər cavabdeh şəxs qanunla qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməzsə, bu zaman o cinayət məsuliyyətinə cəlb edilir, hətta 3 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur).

    Bir məsələni də qeyd etmək istəyirəm, Təranə İbrahimova bildiyimiz kimi, hər 2 məhkəmə qətnaməsi üzrə cavabdehdir. Yəni o, üzr istəməli və təkzib verməlidir. Bu qadın isə efirlərə çıxaraq, açıq-aşkar qeyd edir ki, üzr istəməyəcək, təkzib verməyəcək. Burada söhbət üzr istəmədən və ya təkzib vermədən getmir. Birincisi, respublikamızın adına çıxan məhkəmə qətnaməsinin icrasına, hörmətsizlik etmək kimi yanaşmaq deməkdir. Ona görə də hesab edirəm ki, ən önəmli məsələ qətnamənin icrasının təmin olunmasının mütləq qaydada icrası təmin olunmalıdır. Hazırda bununla bağlı araşdırma aparılır.

    Təranə İbrahimova bir neçə gün öncə Bakı Şəhəri Baş Polis İdarısinə və digər qurumlara müraciət edib. Həmin müraciətlə bağlı mən BŞBPİ-də oldum. O, burada həm Məhəbbət bəydən, həm də onun yoldaşı Nazənin xanımdan şikayət edib.  O, qeyd edir ki, özümü öldürmə həddinə gəlmişəm. Sual vermək lazımdır ki, özünü öldürməyi ona nə və ya kim vadar edir? Məhkəmə qətnaməsi var. Məhkəmə bu məsələyə hüquqi qiymət verib.

    T.İbrahimova digər instansiyalara da şikayətlər edib . Yekun, hətta Ali Məhkəmənin də qərarı vardır ki, o, üzr istəməli və təkzib verməlidir. Bu qadın məhkəmə qətnaməsi üzrə cavabdeh olsa da, açıq-aşkar efirlərdə də bildirir ki, nə üzr istəyəcək, nə də təkzib etməyəcək. Hesab edirəm ki, belə olduğu halda məhkəmə qətnaməsini icra etmədiyinə görə Təranə İbrahimova cinayət məsuliyyətinə cəlb olunmalıdır!   

    P.S. Xatırladaq ki, T.Qumralla Nazənin arasında qalmaqal “ANS”in “Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Və Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla münasibətinin olmasını sübut etmişdi.

    Qarşı tərəfi dinləməyə hazırıq. 

  • “Mənim heç kimin ərində, sevgilisində gözüm yoxdur” – Damla

    Ötən gün “5/5”-də qonaq olan Damla maraqlı açıqlamaları ilə diqqət çəkib.

    Aparıcı Zaur Kamalın suallarını cavablandıran gənc müğənni cavabları ilə verilişə damğasını vurub.

    Aparıcı ilə Damlanın dialoqunu təqdim edirik:

    Bir vaxt Pərviz Bülbülə ilə çıxdınız. İndi Damla və Nicat məsələsi ortalığa çıxır. 

    – Bəli. Nicatla biz 10 ilə yaxındır dostuq. Biz son illər görüşürdük, amma səhnə fəaliyyətimiz bərabər deyildi. Son zamanlar el şənliklərində çox rastlaşırdıq. Dedim ki, Nicat, gəl bərabər əl-ələ tutaq.

    Gedək üzü küləyə.  

    – Bəli. Niyə də olmasın. 

    Subaydır qardaş?

    – Xeyr, evlidir.

    A… Onda üzü küləyə çox getməyəcəksiniz.

    – Yox. Xanımını tanıyıram. Çox gözəl insandır. Ailəvi dostuq. 

    Damla xanım, o birini də tanıyırdınız. Gördünüz necə ayrıldınız?!

    – Kim hansı məqsədlə, hansı istiqamətə yozur yozsun. Mənim heç kimin nə ərində, nə sevgilisində, heç nəyində gözüm yoxdur. 
     
    //Milli.Az 

  • “Özümü meymuna oxşadıram” – Əməkdar artist – VİDEO

    Əməkdar artist Elza Seyidcahanın qonaq olduğu ARB TV-nin “Sayqa ilə bu axşam” proqramında maraqlı anlar yaşanıb.

    Belə ki, efirə müxtəlif heyvanlar gətirilib. Elza Seyidcahan isə efirə gələn “Maki” adlıq meymunu şou biznes nümayəndələri arasında özünə bənzədib.

  • Tolikə “Xəzər” TV-də vəzifə verildi

    Tanınmış prodüser Tarix Əliyevə (Tolik) “Xəzər” telekanalında vəzifə verilib.

    Bu barədə oxu.az-a “Xəzər” TV-nin Proqramlar Departamentinin direktoru Kənan Bayramov məlumat verib.

    Belə ki, Tolik bundan sonra həftəiçi hər gün yayımlanan səhər proqramı “Hər şey daxil”in layihə rəhbəri və aparıcısı olacaq.
    Qərar bu gün kanal daxilində keçirilən iclasda qəbul edilib.

    Qeyd edək ki, Sevil-Sevinc Səfərovalar da verilişdə aparıcılıq missiyasını davam etdirəcəklər.

    Məlumat üçün bildirək ki, Tolik “Lider” TV-i ilə yollarını yeni ayırıb.

  • Səbuhi Xanlarovdan Nağılbaza porno videosu ilə bağlı ağır atmaca – VİDEO

    Videoları ilə məşhur olan Səbuhi Xanlarov internet üzərindən yayımlanan verilişin qonağı olub.

    O, verilişdə reper Anar Nağılbazın haqqında qalmaqallı sözlər işlədib.

    “Şəhərdə gəzirəm biri mənə yaxınlaşıb sual verir ki, “68-dən sonra neçə gəlir?”. Hamı bilir də, 69-dur. Amma bu mənə deyir ki, Anar Nağılbaz gəlir. Belə tərbiyəsizlik etmək olmaz”, – deyən Səbuhi, özünəməxsus tərzdə çıxışı edib.

    O, həmçinin Anar Nağılbazın yayılan məlum videosu barədə də fikirlərini bildirib:

    “O, replə yenilik etmişdi. Bu dəfə isə XX ilə gündəmə gəldi. Anarı buradan salamlıyıram. Vallah, sənin xətrini çox istəyirəm”.

    Qeyd edək ki, video az öncə “Youtube” kanalından silinib. Lakin Minval.info görüntüləri yenidən əldə edib.//minval.info

  • Əməkdar artist yeddi saatlıq əməliyyat keçirdi – VİDEO

    Dünən Əməkdar artist Coşqun Rəhimov əməliyyat olunub.

    Onun burnuna estetik müdaxilə edilib.

    “Bu şəhərdə”nin sosial media hesabında yer alan məlumata görə, aktyor yeddi saat əməliyyatda qalıb.

    Coşqunun əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkədə paylaşılıb. Narkozdan ayılan sənətçi özünü yaxşı hiss etdiyini bildirib.
    Qeyd edək ki, əməliyyat özəl klinikalardan birində, qulaq-burun-boğaz həkimi Məzahir Quliyev tərəfindən gerçəkləşdirib.
    Dünən “Bu şəhərdə” komandasının digər üzvü Rafael İsgəndərov da əməliyyat olunub./oxu.az

  • “Bu şəhərdə”nin aktyoru əməliyyatxanada: “Rafael, gözünü aç” – VİDEO

    Əməkdar artist Rafael İsgəndərov əməliyyat olunub.

    Yenicag.az xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin “instagram” səhifəsi vasitəsi ilə məlumat verilib: “Yüngül əməliyyatdan sonra hər şey keçdi. Dostlara təşəkkürlər”.

    Əməliyyatdan sonrakı görüntüləri təqdim edirik:

  • Murad Bozun yarım milyona gəldiyi Bakıdakı toy kimindir? – FOTO

    Yanvarın 13-də yerli və xarici məşhurların iştirak etdiyi dəbdəbəli toyun səbəbkarları məlum olub.
     
    “Boyuk Saray”da keçirilən və Murad Boz, Fərhad Köçər, Leonid Aqutinin qatıldığı gecə sosial şəbəkələrdə geniş müzakirə olunub.
     
    Türkiyə mediası toyun sahibini azərbaycanlı iş adamı kimi təqdim edib.
     
    “Qafqazinfo” toyla bağlı bəzi məlumatları əldə edib. Məlum olub ki, toyun səbəbkarları Güləndam Əhmədzadə və Fərrux Həsənovdur. Onların valideynlərinin kimliyi ilə bağlı məlumat verilmir. Hətta, toya dəvət olunan məşhurlara bu barədə xəbərdarlıq edilib. Qeyd edək ki, Türkiyə mətbuatı Muradın Bakıdakı toydan aldığı qonorarın miqdarı barədə məlumat yayıb. Bildirilik ki, Boz azərbaycanlı iş adamından toyda iştriak müqabilində 400 min dollar ( təxminən 700 min AZN) pul alıb. İddia olunub ki, pop ulduz Türkiyədən Azərbaycana özəl təyyarə ilə gəlib.







  • “Kişi olsam bütün günümü gözəl xanımla keçirərdim” – Pərvin Abıyeva (VIDEO)

    ARB TV-nin “Kimi tapdın sən?” proqramının növbəti qonağı aktrisa Pərvin Abıyeva olub.

    Aktrisa aparıcının “1 günlük kişi olsaz, nə edərdiz?” sualına maraqlı cavab verib:

    “Mən kişilərin gözəl qıza baxmasını pis qəbul etmirəm. Özüm də gözəl qıza baxıram, bunu ona bildirirəm. Heç bir kişini də buna görə qınamıram. Buna mən də baxıram, yazıq kişi nə etsin. Mən 1 günlük kişi olsam, bütün günümü gözəl bir xanımla keçirərdim”.

  • “Fahişə əlindən küçələrə gəzməyə çıxa bilmirik” – Nadir təhqir etdi (FOTO)

    Müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu təhqir edən izləyicisini hədələyib.

    Sənətçi həmin şəxsin şəklini paylaşaraq onu üzbəüz görüşə çağırıb:

    “Bu adam məni təhqir edir, mənsə əvəzində onu görüşə çağırıram. Məni amansızcasına təhqir edir. İndi buna nə edim? Ona demək istəyirəm ki, sənin nəyəsə şübhən var? Deyəsən, nəslində kişi qıtlığı var. Görüşə çağıranda dovşana dönüb qaçırlar.

    Ey kişiciklər, sözüm sizədir. Gedin, qeyrətinizi ərəblərin, türklərin əlindən alın. Fahişə əlindən küçələrə gəzməyə çıxa bilmirik”.

    Qeyd edək ki, nadir daha sonra paylaşımını silib.

    ///Axşam.az