Category: Şou Biznes

  • Flora Kərimova vəsiyyətini açıqladı

    Xalq artisti Flora Kərimova “Gün ortası” verilişində vəsiyyətini açıqlayıb.

    Müğənni övladlarına və köməkçisi Yaquta onun ölümünü hər kəsdən gizlətmələrini tapşırdığını deyib:

    “İstəmirəm şəklim asılsın və hamı “yazıq” desin. Hətta tapşırmışam ki, mümkün olsa, mənim harada dəfn olunmağımı heç kim bilməsin. Ancaq övladlarım bilsin. Əvvəl demişdim ki, bağda həyətdə dəfn etsinlər. Sonra düşündüm ki, Yaqut qorxacaq, düşüb həyətdə ağaclara su verməyəcək. Ölümdən qorxmuram. çünki yatıram, özümdən xəbərim olmur. Oyananda deyirəm ki, şükür oyandım. Öləndə də yatacam, bilməyəcəm”

  • “Avroviziya” müsabiqəsinə tamaşaçılar da buraxıla bilər

    “Avroviziya” müsabiqəsinin təşkilatçıları izləyicilərinə may ayında keçiriləcək yarışmada iştirak etməyə icazə verə bilərlər.

    TASS-ın məlumatına görə, bu, Niderland hökumətinin müvafiq qərarından sonra mümkün olub.

    Bildirilir ki, “Avroviziya” Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Osterdal qərarı alqışlayıb.

    “Təşkilatçılar mövcud olan variantları nəzərdən keçirəcək və önümüzdəki həftələrdə tədbirin vaxtı barədə daha ətraflı məlumatı elan edəcəklər”, – deyə o, vurğulayıb.

  • Azərbaycan “Eurovision”da neçənci sırada çıxış edəcək?

    Azərbaycan mayın 18-də “Eurovision-2021” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalında 14-cü çıxış edəcək.

    Bu barədə müsabiqənin rəsmi saytında qeyd olunur.

    İlk üç iştirakçı Litva, Sloveniya və Rusiya təmsilçiləri olacaq.

    Birinci yarımfinalda Azərbaycandan başqa 15 ölkə iştirak edəcək.

    “Eurovision-2021”in ikinci yarımfinalı 17 ölkənin təmsilçilərinin iştirakı ilə 20 mayda baş tutacaq.

    Müsabiqənin mayın 22-də keçiriləcək finalında 26 ölkə iştirak edəcək.

    Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə ləğv edilən yarışma Rotterdamda “Ahoy Arena”da keçiriləcək.

    Qeyd edək ki, ölkəmizi “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edəcək.

  • Azərbaycanın Xalq artisti bu sövdələşmədən 25 milyon dollar qazanacaq

    Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov “Zhara Music” leyblını satıb.

    Sövdələşmənin qiyməti 25 milyon dollar təşkil edib.

    Leyblın alıcısı Warner Music Group olacaq. Bundan sonra “Zhara Music”-in bazasında ABŞ-ın əfsanəvi şirkəti Atlantic Records-un şöbəsi yaradılacaq.

    Zhara Music leyblının sahibləri sırasında Emin Ağalarovla yanaşı, Bahh Tee imzası ilə tanınan Azərbaycan əsilli rusiyalı müğənni Bəxtiyar Əliyev də var.

    //Modern.az

  • Belarus “Eurovision”dan uzaqlaşdırıldı

    “Eurovision” mahnı yarışmasının təşkilatçısı olan Avropa Yayım Birliyi Belarusun yarışmada iştirak hüququnu ləğv edib.

    Buna səbəb adıçəkilən ölkənin “Galasy ZMesta” qrupunun 2021-ci ilin mayında ifa edəcəyi mahnı olub.

    Qeyd edilir ki, 11 mart tarixində Belarusa ya mahnını dəyişdirməyi və ya da başqa birini müsabiqəyə göndərməyi təklif ediblər. Çünki “Galasy ZMesta” qrupunun “Mən sənə öyrədəcəyəm” kompozisiyası siyasi məna daşıyıb.

    Bundan sonra Belarus həmin ifaçının yeni mahnısını təqdim edib. Bu isə yayım birliyinə görə yarışmanın qaydalarının pozulması deməkdir.

  • Məhkəmə Mustafa Sandalla bağlı qərarını açıqladı

    “Məni ağlatma” adlı kitabında Dəfnə Samyeli adlı qadınla əlaqəsi olduğunu iddia edən tanınmış müğənni Mustafa Sandal adıçəkilən xanım tərəfindən məhkəməyə verilib.

    “Haber Global”ın məlumatına görə, həqiqətə uyğun olmayan informasiya yaymaqda ittiham olunan pop ulduz hakim qarşısına çıxıb.

    İki ilə qədər həbsi tələb olunan M.Sandal bəyan edib ki, o, kitabda “əlaqə” yazdığı zaman yaxın münasibətləri nəzərdə tutmayıb.

    Məhkəmə populyar ifaçını bu məsələdə günahsız hesab edib və bəraət alması barədə qərar qəbul edib.

  • Məhkəmə müğənniyə bəraət verdi

    Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

    “Report”un xəbərinə görə, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.

    Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

    Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər.

    Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

    E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

  • Əməkdar artistin ailəsində itki üz verdi

    Əməkdar artist Babək Niftəliyevin ailəsində itki üz verib.

    Median.Az axsam.az-a istinadən xəbər verir ki, xanəndənin qayınanası dünyasını dəyişib. Bu haqda ifaçı özü məlumat yayıb.

    O, qayınanasının şəklini yayımlayaraq “Allah sənə rəhmət eləsin, əziz qayınanam. Yerin behişt olsun” sözlərini yazıb.

  • “Avrovision-2021″də kimin qalib olacağı açıqlandı

    Bu il keçiriləcək “Avrovision” mahnı müsabiqəsində “Je Me Casse” (“Mən Getdim”) mahnısı ilə iştirak edəcək maltalı müğənni Destini Çukunyere (Destiny Chukunyere) qalib gələcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, belə bir qənaətə bukmeykerlər gəlib.

    Sonrakı yerlərdə müsabiqənin İsveçrə nümayəndəsi Gyon Müharramay (Gjon’s Tears) “Tout l’Univers” (Bütün Kainat) və fransalı Barbara Pravi “Voila” (Diqqət) mahnısı ilə tutacaqları bildirilib.

  • Azərbaycanda iki məhşur müğənni koronavirusa yoluxdu

    Müğənni Ülvi Qılınc koronavirusa yoluxub.

    Bu haqda aparıcı Elgiz Əkbər məlumat yayıb. Onun sözlərinə görə, Ülvinin vəziyyəti ağırdır.

    Ü.Qılınc hazırda evdə izolyasiya olunur və müalicəsi davam edir.

    Ülvi Qılıncdan başqa daha bir müğənni Sevda Kazımova da koronavirusa yoluxub.

    Bu barədə Lent.az-a ifaçının özü bildirib: “Hazırda xəstəxanadayam. Xəstəliyi ağır formasından tutmuşam. Həkimlər çox sağ olsun, mənə yaxşı nəzarət edirlər. Dualarınıza ehtiyacım var. İnşallah ümid edirəm ki, bu xəstəliyə qalib gələrəm. Çalışın ki, xəstələnməyin, özünüzü qoruyun. Hamının xəstələnməyi mənə təsir etdi, sonda özüm də xəstələndim”.