Category: Şou Biznes

  • Tanınmış teleaparıcı ailəsindəki məişət zorakılığından danışıb

    Amerikalı məşhur teleaparıcı Opra Uinfri uşaqlıq illərini xatırlayıb.

    “Daily Mail” nəşrinin məlumatına görə, “The Dr. Oz Show” verilişinə qatılan aparıcı ailəsindəki məişət zorakılığından danışıb.

    Onun sözlərinə görə, ilk dəfə nənəsi tərəfindən cəzalandırılıb. Barmaqlarını içməli suya saldığı üçün Uinfri çubuqla döyülüb. Aparıcı bu hadisədən sonra kürəyində yaraların açıldığını və ara-bir qanadığını da qeyd edib.

  • Azərbaycanlı müğənni pandemiyada məclis apardığını etiraf etdi

    “Ruzini Allah verir, dolanışıq sarıdan pis deyilik. Düzdür, o vaxtkı kimi deyilik. Amma elə də çətinlik yoxdur. Arada işlər olur gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur. 15 nəfərlik ansambldan düşdük 3 nəfərə”.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev “Səhər mərkəzi” proqramında deyib. Sənətçi pandemiyada evlərdə keçirilən məclislərə qatıldığı etiraf edib.

    Elton biznes qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib:

    “Biznesi bilmədən qurmaq olmur. Ən gözəl biznes sevdiyin işlə məşğul olmaqdır. Musiqinin haqqını verən insan musiqi ilə məşğul olmalıdır”.

  • Koronavirusa yoluxan Niyaməddin Musayevdən XƏBƏR VAR

    Koronavirusa yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.

    Bu barədə Niyaməddin Musayev Unikal.org-a açıqlamasında bildirib.

    Xalq artisti tamamilə sağaldığını və yaxşı olduğunu da dilə gətirib:

    “20 gün xəstəxanada yatdım. Vəziyyətim ağır idi, həkimlər məni sağaltdı. Onlara minnətdarlığımı bildirirəm. Hazırda yaxşıyam, artıq evimdəyəm”.

  • Səmra Rəhimli beynəlxalq yarışmada Azərbaycanı təmsil edəcək

    Müğənni Səmra Rəhimli müxtəlif ölkələrdən olan həmkarları ilə birlikdə prezidenti Rusiyanın Xalq Artisti İqor Krutoy olan beynəlxalq layihədə iştirak edəcək.

    O, bu barədə “Sputnik Azərbaycan”a açıqlamasında bildirib.

    Avqustun 25-də Soçidə keçiriləcək “Yeni dalğa” beynəlxalq yarışmasına Avstraliya, Belarusiya, Gürcüstan, İtaliya, Ermənistan, Qazaxıstan, Hollandiya, İspaniya, Bolqarıstan, Serbiya, Rusiya da daxil olmaqla 14 ölkədən ifaçılar qatılacaq.

    “Yeni Dalğa” gənc pop müğənnilərinin hər il keçirilən beynəlxalq müsabiqəsidir.

    Azərbaycanlı cazibədar müğənni Səmra Rəhimli də bu yarışmada iştirak edəcək. Gənc müğənni daha əvvəl “Azərbaycanın səsi” milli vokal müsabiqəsində iştirak edərək şöhrət qazanıb, sonra isə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.

  • Məşhur aparıcı da vaksin vurdurdu – VİDEO

    Məşhur teleaparıcı Afaq Gəncəli də koronavirus əleyhinə vaksin vurduran vətəndaşlar arasına qoşulub.

    Oxu.Az xəbər verir ki, ATV telekanalının aparıcısı sosial şəbəkədə həmin anın görüntüsünü paylaşıb.

    Həmin görüntünü təqdim edirik:

  • Nura Suri “189” taksi şirkətindən şikayətləndi: “Sürücülərin bəziləri tərbiyəsizdir”

    Müğənni Nura Suri “189” taksi şirkətinin fəaliyyətindən şikayətlənib.

    Sfera.az-ın xəbərinə görə, müğənni şirkətin xidmətinin yararsız olduğunu bildirib.

    “189 taksi şirkəti tamamilə yararsız vəziyyətdədir. Bir sifarişə 4 dəfə avtomobil təyin edirlər, sürücüləri kobud və bəziləri tərbiyəsizdir. Operatorlar qeyri-adekvatdır” – N.Suri qeyd edib.

  • Türkiyəli müğənni xərçəngə tutuldu – FOTO

    Türkiyəli müğənni Şimal sinə xərçənginə tutulub.

    Bu barədə o “Instagram” hesabında yazıb.

    34 yaşlı müğənni qadınlara səslənərək deyib ki, bütün qadınlar erkən diaqnoz qoya bilmək üçün öz müayinələrini özləri etməyi öyrənməlidirlər.

    Xatırladaq ki, bir neçə gün əvvəl türkiyəli aktrisa Canan Ergüderin də eyni xəstəliyə tutulduğu barədə xəbər yayılmışdı.

  • Amerikalı reper DMX vəfat edib

    Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında ikən vəfat edib.

    Bu barədə “Rolling Stone” jurnalı onun ailə üzvlərinə istinadən məlumat yayıb.

    Reper aprelin 2-də Nyu-Yorkdakı mənzilində olarkən özünü pis hiss edib və xəstəxanaya çatdırılıb. Ürək tutması keçirən ifaçı süni həyat təminatı cihazına qoşulub.

    Qeyd edək ki, DMX-in altı albomu “Billboard” hit-paradında birinci pillədə debüt edib. Reper, həmçinin 20 filmdə çəkilib.

  • Aygün Kazımova makiyajsız görüntülərini paylaşdı – VİDEO

    Xalq artisti Aygün Kazımova sosial şəbəkə hesabında paylaşım edib.

    Makiyajsız halda görüntülərini yayımlayan Xalq artisti yeni saç stili ilə diqqət çəkib.

    Sadə geyimdə poz verən pop ulduz, gözəl və təravətli görünüb.

    Qeyd edək ki, Aygün Kazımovanın “Instagram” hesabında bir milyondan çox izləyicisi var.

  • Elza Seyidcahan: “Qoyun qığından paltar tikdirmək istəyirəm”

    Əməkdar artist Elza Seyidcahan yenə də açıqlaması ilə gündəmə gəlib.

    Axşam.az xəbər verir ki, Dilarə Əliyevanın “Söhbət var” verilişində qonaq olan sənətçi qoyun qığından paltar tikdirəcəyini bildirib:

    “Ümumiyyətlə, çoxlu geyimlər hazırlamaq istəyirik. Amma bir libas var ki, hələ mübahisəli qalıb. Fikirləşirəm ki, onu necə hazırlayacaqlar?

    Qoyun qığından paltar tikdirmək istəyirəm. Onu əvvəl qurudub sonra boyayacaqlar. Tədricən qoxusu da yox olacaq. Sonra onları qoyun dərisi üzərinə düzüb geyim hazırlayacaqlar”.