Category: Şou Biznes

  • “Avroviziya”nın favoriti dəyişdi

    “Avroviziya 2021” mahnı müsabiqəsinin rəsmi bukmekerlərinin favoriti dəyişib.

    Bu barədə “EuroINvision” portalı məlumat yayıb.

    Məlumata görə, hazırda ən çox qələbə şansı İtaliyanın “Maneskin” rok qrupundadır. Onlar müsabiqəyə “Zitti e buoni” mahnısı ilə qatılıblar.

    Rokerlər “Voila” mahnısı ilə Fransanı təmsil edən Barbara Pravini ikinci pilləyə sıxışdırıblar.

    Bukmekerlərin proqnozlarına görə, builki yarışmanın üçüncüsü isə maltalı Destini Çukunyeri olacaq. O, müsabiqədə “Je me casse” kompozisiyasını ifa edəcək.

    Qeyd edək ki, “Avroviziya 2021” 18-22 mayda Rotterdamda keçiriləcək.

  • Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı – FOTO

    Müğənni, Azərbaycanın əməkdar artisti Nigar Şabanova nişanlanıb.

    Bu barədə Azərbaycan Televiziyasının solisti öz “Instagram” hesabından məlumat verib.

    Nigar Xüsusi Təyinatlı Qüvvəllərin giziri ilə nişanlandığını açıqlasa da, hərbçinin kimliyi barədə məxfilik səbəbindən məlumat vermədiyini bildirib.

  • Kübra Əliyeva yenidən əməliyyat olunacaq

    Əməkdar artist Kübra Əliyeva ikinci dəfə bıçaq altına yatacaq.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı Elgiz Əkbər verilişdə deyib. O bildirib ki, üzünə kök hüceyrə etdirən aktrisaya ikinci mərhələ olunmalıdır.

    Qeyd edək ki, K.Əliyevanın qarın nahiyəsindən piy alınaraq, üzünə vurulub. “Sinirlərim düzgün müalicə olunmadığı üçün üzümdə o hal yaranmışdı. Üzümdə kontraktura pozulmuşdu” deyə, sənətçi söyləyib.

  • Bakıda keçiriləcək “JARA”nın günləri açıqlandı – FOTO

    “JARA 2022” Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi tarixlər məlum olub.

    Bu barədə festivalın instaqram səhifəsində məlumat verilib. Bildirilir ki, Bakıda, Xəzər dənizinin sahilində təşkil olunacaq “JARA 2022” festivalı 27-31 iyul tarixlərində baş tutacaq.

    Məlumatda həmçinin “JARA”nın əvvəlcə 23-27 iyun tarixlərində Moskvada keçiriləcəyi də qeyd olunub. Təşkilat komitəsi Bakıda 2020-ci il festivalına bilet alan şəxslərə müraciət edərək öz biletlərini Moskva festivalına dəyişə biləcəklərini açıqlayıb.

  • Azərbaycanın “Eurovision”dakı təmsilçisi: “Bir çox dəyişikliklər olacaq”

    Azərbaycanı “Eurovision-2021” mahnı müsabiqəsində “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi (səhnə adı Efendi) sabah proqramının ikinci məşqi üçün səhnəyə çıxacaq.

    “Report” xəbər verir ki, Efendi bu barədə escxtra.com saytına bildirib.

    “Əlbəttə ki, hər şeyi birinci məşqdə göstərmək istəmirdim. Bir çox dəyişikliklər olacaq, geyimimdə dəyişiklik olacaq. Amma bunun sirr olaraq qalmasını istəyirəm”, – Azərbaycan təmsilçisi deyib.

    Xatırladaq ki, Efendinin “Eurovision”da çıxışı üçün nəzərdə tutulan geyimini dünya şöhrətli modelyer Rüfət İsmayıl dizayn edib. Rüfət İsmayıl Beyonce və Cenifer Lopez kimi ulduzlarla əməkdaşlıq edib.

  • Koronavirusa yoluxan Mətanət İsgəndərlidən xəbər var

    Koronavirusa yoluxan Əməkdar artist Mətanət İsgəndərlinin səhhəti yaxşılaşır.

    Axşam.az xəbər verir ki, bu barədə aparıcı Sərxan Kərəmoğlu məlumat verib. O bildirib ki, hazırda xəstəxanada olan sənətçinin vəziyyəti düzəlib:

    “Hər gün xəstəxana ilə danışıram. Hazırda durumu yaxşıdır. Müalicə alır. Ağır günləri geridə qoydu. Mətanət İsgəndərli ölümdən döndü”.

    Qeyd edək ki, M.İsgəndərli və oğlu Kərim COVID-19-a yoluxaraq xəstəxanaya yerləşdirilib.

  • Ebru Gündeş azərbaycanlı ərindən boşandı

    Türkiyəli məşhur müğənni Ebru Gündeşlə Azərbaycan əsilli iş adamı Reza Zerrabın evliliyi rəsmən sona çatdı.

    “Hürriyet” xəbər verir ki, 11 il evli olan məşhur cütlüyün səs-küylü boşanma məsələsi razılaşma ilə bitib. R.Zerrab razılaşmalı boşanmanı qəbul edib.

    Məhkəmə qərarı ilə övladlarının qəyyumluğu anasına verilib.

    E.Gündeş qərar veriləndən sonra qızını ABŞ-da yaşan R.Zerrabın yanına aparıb.

    Xatırladaq ki, müğənni ərinin ona xəyanət etməsi iddiası ilə məhkəməyə boşanmaq üçün müraciət etmişdi. E.Gündeş ərinin ona xəyanət etdiyi qadınların arasında Hadisənin də adını çəkmişdi.

  • Nura Surinin valideynləri görün hansı məşhurlar imiş-Ağlınıza belə gəlməzdi

    “Zaurla Günaydın” proqramına qonaq olan müğənni Nura Suri barəsində bəzi maraqlı məqamlar üzə çıxıb.

    Müğənni proqrama atası, polkovnik-leytenant Xanlar bəy və anası Firəngiz xanımla birlikdə qatılıb.

    Məlum olub ki, Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib. 1999-cu ildən 2005-ci ilə qədər AZAL Helikopter Aviasiyasının baş direktoru vəzifəsində çalışıb.

    Fövqəladə Hallar Nazirliyinin aviasiyasının yaradılmasında böyük rolu var. Hazırda ehtiyatda olan zabitdir. İgidliyə görə medallarla təltif olunub.

    Müğənninin anası Firəngiz Səttarova isə Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.
    Qeyd edək ki, hərbi yazıçı Tatarinka cütlük barədə kitab yazıb. //oxu.az

  • Rusiyanın məşhur yarışmasının qalibi azərbaycanlı müğənni oldu – VİDEO

    Rusiyanın NTV kanalında yayımlanan “Maska şou” adlanan yarışmanın qalibi Azərbaycan əsilli müğənni olub.

    Belə ki Coni adı ilə tanınan Cahid Hüseynli yarışmanın finalında digər azərbaycanlı Yusif Eyvazova qalib gəlib.

    Qeyd edək ki, yarışmanın özəlliyi iştirakçıların maskada olmasında, tamaşaçıların onların kimliyini tanımadan səs verməsindədir.

  • Mustafa Sandal ödədiyi alimentin azaldılmasını istədi

    Türkiyəli tanınmış ifaçı Mustafa Sandal məhkəməyə müraciət edib.

    “Haber Global”ın məlumatına görə, o, ödədiyi aliment məbləğinin 25 min TL-dən 10 TL-dək azaldılmasını istəyib.

    Müğənni pandemiya səbəbindən gəlirlərinin aşağı düşdüyünü əsas gətirib.

    Qeyd edək ki, Sandal 2008-ci ildə Emina Yahoviçlə ailə qurub və 10 il sonra boşanıb. Cütlüyün bir oğlu var.