Category: Siyasət

  • Yaponiya rəsmisi: Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıyıq

    Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana işgüzar səfəri çərçivəsində Yaponiyanın Xarici İşlər nazirinin Parlament üzrə müavini Kenci Yamadanı qəbul edib.

    Görüşdə Nazir Elmar Məmmədyarov “Şimal-2” elektrik stansiyasının tikintisinin başa çatmasının mühüm bir hadisə olduğunu qeyd edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu stansiyanın açılış mərasimində şəxsən iştirak etməsinin iki ölkə arasında olan münasibətlərə yüksək etimadının göstəricisi olduğunu vurğulayıb.

    Kenci Yamada “Şimal-2” elektrik stansiyasının istismara verilməsi münasibətilə təbriklərini səsləndirərək, Azərbaycanın dövlət başçısının bu açılış mərasimində iştirakının tərəflərindən yüksək qiymətləndirildiyini dilə gətirib.

    Ardınca K.Yamada strateji əhəmiyyətli məntəqədə yerləşən Azərbaycanın neft sektoru ilə yanaşı, son vaxtlar qeyri-neft sektoruna böyük diqqət göstərməsini ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından mühüm fürsət kimi dəyərləndirib. Nazir müavini ölkəsinin Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib. K.Yamada Yaponiya ilə Azərbaycan arasında “İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş” üzrə danışıqların ilk raundunun keçirilməsinə istinad edərək, bu danışıqların davam etdirilməsinin ölkələrarası iqtisadi münasibətlərin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

    Nazir E.Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin məmnunluq doğurduğunu bildirib və ikitərəfli əlaqələrin daha da güncləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda E.Məmmədyarov, Azərbaycan ilə Yaponiya arasında turizm sektorunda münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

    Tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə bağlı fikir mübadiləsi aparılıb.

  • Prezident onu sədr — TƏYİN ETDİ

    Rövşən Nəcəf Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.
    Median.Az
    APA-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də sərəncam imzalayıb.

    Təyinatla bağlı məlumat Maliyyə Monitorinqi Xidmətinin saytında rəhbərlik bölməsinə yerləşdirilib.
    Qeyd edək ki, bundan əvvəl R. Nəcəf Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

    O, 3-cü dərəcəli dövlət müşaviridir.

  • Budapeştin hava limanında Azərbaycana aid fotosərgi açılıb – VİDEO/FOTO

    Budapeştin Liszt Ferenc adına Hava Limanının A və B terminallarını birləşdirən foyesində azərbaycanlı fotorəssam Aydın Sadıxovun fərdi fotosərgisinin rəsmi açılış mərasimi keçirilib.

    Median.Az xəbər verir ki, ölkəmizin Bakı, Qarabağ, Şəki və digər bölgələrinin tarixi abidələri və turistik mənzərələrinin nümayiş olunduğu sərgidə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və səfirliyin əməkdaşları, hava limanının baş meneceri Rolf Şnitzler, Türkiyənin bu ölkədəki səfiri Əhməd Akif Oktay, habelə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Azərbaycanın bu ölkədəki diaspor təmsilçiləri iştirak ediblər.

    Tədbirdə çıxış edən səfir Vilayət Quliyev iki ölkə arasında səmərəli əməkdaşlığın təşəkkül tapdığını bildirərək, bu kimi tədbirlərin humanitar əlaqələrin inkişafına töhfə verəcəyini, xüsusi ilə hazırkı fotosərgi vasitəsi ilə ildə 15 milyon nəfərə xidmət edən hava limanının sərnişinlərinin ölkəmizlə tanış olması imkanı qazanacağı, turistlərin Azərbaycanın görməli yerləri haqqında məlumat əldə edə biləcəyini qeyd edib.

    V.Quliyev Macarıstanın “WizzAir” şirkətinin Bakı şəhərinə və geriyə birbaşa hava reyslərini həyata keçirməsinə diqqət çəkərək, onun ölkələrimizin qarşılıqlı şəkildə tanıdılmasında mühüm rolunun olduğunu qeyd edib.

    Budapeşt hava limanının baş meneceri Rolf Şnitzler çıxışında belə sərgilərin mütəmadi olaraq hava limanında təşkil edildiyini bildirərək, Azərbaycan haqqında yerli və xarici turistlərin məlumatlandırılması baxımından sərginin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

    Sonra fotorəssam Aydın Sadıxov fərdi sərgisinin təşkilinə görə səfirliyə və hava limanının rəhbərliyinə təşəkkürünü bildirib. O, Yunanıstan, Rusiya və Türkiyədə maraqlı sərgilərin təşkil edildiyini bildirərək, təqdim etdiyi hazırkı işlərin də ziyarətçilərin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu bildirib. Fəaliyyəti zamanı Azərbaycanın qədim tarixi abidələri və füsunkar təbiətini qabarıq şəkildə təqdim etməyə çalışdığını deyən fotorəssam sərgisi vasitəsi ilə bu missiyanı həyata keçirə biləcəyinə inandığını qeyd edib.

    Rəsmi hissədən sonra qonaqlar fotoqraf A.Sadıxovun bələdçiliyi ilə sərgi ilə tanış olublar. Bu sərgiyə daxil edilməsi məqsədi ilə səfirlik Azərbaycan Milli Arxivindən Dağlıq Qarabağın qədim tarixi abidələri və gözəl təbiəti haqqında fotolar əldə edib və sərgidə həmin fotolar da nümayiş olunur.

    Mərkəzi Avropanın aparıcı dövlətlərindən olan Macarıstanın hava limanında avqustun sonlarından başlayan və sentyabrın sonunadək davam edəcək fotosərgi ölkəmizə turist axınının artmasına müəyyən mənada töhfə vermiş olacaq.

  • “TurAz Qartalı-2019” birgə təlimləri davam edir – FOTO

    “TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin uçuşları davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə sentyabrın 2-dən ölkəmizdə “TurAz Qartalı – 2019” birgə taktiki-uçuş təlimləri başlayıb.

    Təlimlərdə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235” “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski” UH-70, CH-47 “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edir.

    Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

    Təlimlər sentyabrın 16-dək davam edəcək.//milli.az

  • Ən yaxşı biznesmenlər mükafatlandırılacaq – VİDEO

    Bakıda Pakistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə “İlin ən yaxşı biznesmenlərinin mükafatlandırılması” tədbiri baş tutacaq.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, tədbirdən əvvəl təşkilatçı komitə olan Sərhəd Ticarət və Sənaye Palatası tərəfindən mətbuat konfransı keçirilib.

    Konfransda çıxış edənlər bildiriblər ki, keçiriləcək tədbirin əsas məqsədi Pakistan və Azərbaycan sahibkarları arasında əlaqələrin qurulması və hər iki ölkəyə investorların cəlb edilməsidir. O da qeyd olunub ki, Azərbaycan və Pakistan arasındakı siyasi və hərbi əlaqələr yüksək səviyyədə olsa da, iqtisadi əlaqələr o dərəcədə inkişaf etməyib. Bu səbəbdən, belə tədbirlərin tez-tez keçirilməsi daha yaxşı olardı.
    Qeyd edək ki, mükafatlandırma sentyabrın 5-i baş tutacaq.

    Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmand bildirib: “Azərbaycan və Pakistanın iqtisadi əlaqələrinin güclü olmamasına səbəb geosiyasi vəziyyət deyil. Əgər Azərbaycandan tırlar çıxsa, Pakistana cəmi 4-5 günə gəlib çatar. Azərbaycan həmçinin Avropaya açılan qapıdır. Pakistanlı biznesmenlər Azərbaycana ən çox əczaçılıq, mərmər, qranit sahələrində investisiya qoymaq istəyirlər”.

    Sərhəd Ticarət və Sənaye Palatasının rəhbəri Muhammad Faizi isə deyib: “Xeybər Paktunva neft və qaz şəhəridir. Eyni zamanda bu şəhərdə bal və tikinti sektoru da inkişaf edib. Bizim sahibkarları gətirməkdə məqsədimiz Azərbaycan və azərbaycan insanı ilə tanış olmaq, görüşlər keçirməkdir”.

  • “Eternity – 2019” təlimi səhra şəraitində davam edib – FOTO – VİDEO

    “Eternity – 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.

    Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.

  • İlham Əliyev BP Direktorlar Şurasının sədri ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də BP-nin Direktorlar Şurasının sədri Helqe Lundun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • “Şimal-2” istismara verildi: İlham Əliyev açılışda – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.















  • Xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

    Nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçi qəbul edib.

    Nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edərək, ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla qeyd ediblər.

    Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

    Nazir Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.//apa.az

  • Generallar sərhəd-keçid məntəqəsində: Müvafiq tapşırıqlar verildi

    Sentyabrın 4-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində mövcud vəziyyətlə tanış olublar.

    Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin infrastrukturunun təkmilləşdirilməsi prosesində görüləcək işlər barədə müzakirələr aparılıb.

    Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

    Qurum rəhbərləri xidmət səviyyəsinin yüksəldilməsi, sərhəd-keçid məntəqəsində baş verən sıxlıqların gələcəkdə təkrarlanmaması üçün aparılacaq yenidənqurma işlərinin səmərəliliyinin təmin olunması, sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini veriblər.