
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.




Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Todd Volterslə görüşəcək.
Bu barədə TASS Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
V.Gerasimovun, həmçinin Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir.
Mayın əvvəlində bu vəzifəyə təyin olunmuş T.Volters V.Gerasimovla iyunun 3-də telefon danışığı aparıb.
“İnterfaks”ın məlumatına görə, V.Gerasimov artıq Azərbaycana işgüzar səfərə gəlib.
Qeyd edək ki, bu, Rusiya və NATO generalları arasında Bakıda baş tutan dördüncü görüş olacaq.

İyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev yeni Bakı Limanının fəaliyyəti, iş prinsipi barədə qonağı məlumatlandırıb. O bildirib ki, 2018-ci il mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. Limanın inşası Prezident İlham Əliyevin ölkənin regional nəqliyyat qovşağına çevrilməsi siyasətində mühüm yer tutur. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərində yerləşməklə yeni liman üçün zəngin tranzit potensialı yaradır, ona ölkəyə daxil olan, ölkədən daşınan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirmək, Xəzər dənizi ilə səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin etmək imkanı verir. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükyığma məntəqəsi funksiyalarını yerinə yetirir. Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yüklər yeni liman kompleksində toplanır və Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınır. Həmçinin Bakı Limanı Avropa-Asiya ticarət dövriyyəsində mühüm mövqeyə malikdir. Azərbaycan Avropa və Asiyanı əlaqələndirən nəqliyyat dəhlizi və öz strateji mövqeyi ilə nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətli rol oynayır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə sərbəst iqtisadi zona yaradılır. Bu, mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov qonağa məlumat verib ki, limanda tətbiq olunmağa başlanan IT sistemi bütün əməliyyatları avtomatlaşdırıb yük sahibinə onlayn rejimdə yükə nəzarət etmək, ərazidəki yerini təyin etmək və sair üstünlüklər verir. Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet vasitəsilə işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı Limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən müasir və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.
Sonra qonaq limanda yaradılan infrastrukturla tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, liman 400 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni vaxtda 11 gəmi yan ala bilər. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Ümumiyyətlə isə bütün inşa işləri bitdikdən sonra liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 min konteyner yük aşıra biləcək.






Müdafiə Sənayesi Nazirliyində (MSN) kadr dəyişikliyi olub.
“Azeri Defence”in məlumatına görə, nazir Mədət Quliyevin əmri ilə MSN-in Beynəlxalq hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Şükürov vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rəmzi Şükürov bu vəzifəyə bir neçə il öncə sabiq nazir Yavər Camalovun dövründə təyin olunmuşdu.

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.
E-huquq.az-ın əldə etdiyi xəbərə görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu idarəyə Qarayev Bəkir Qalib oğlu rəis təyin edilib.
B.Qarayev Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi Qalib Qarayevin oğludur.
Qeyd edək ki, bu, Vilayət Eyvazovun nazir kimi ilk rəis təyinatıdır.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Median.Az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədyarov Elmar Məhərrəm oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əzimov Araz Böyükağa oğlu
Hacıyev Hikmət Fərhad oğlu
Həsənov Həsən Əziz oğlu
Həsənov Ramiz Ayvaz oğlu
Hüseynov Nadir Sabir oğlu
Xələfov Xələf Alı oğlu
Quliyev Hüseyn Rzaqulu oğlu
Quliyev Vilayət Muxtar oğlu
Məmməd-Quliyev Mahmud Əhməd oğlu
Orucov Hidayət Xuduş oğlu
Paşayev Hafiz Mir Cəlal oğlu
Polad Bülbüloğlu
Zeynalov Həsən Sultan oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abdullayev Şahin Şakir oğlu
Axundov Cavanşir Əşrəf oğlu
Allahverdiyev Qaley Əliyeviç
Bağırov Faiq Nüsrət oğlu
Əliyev Mahir Məmməd oğlu
Əliyev Yaşar Teymur oğlu
Əlizadə Əli Fikrət oğlu
Həsənov Eldar Hümbət oğlu
İsgəndərov Fuad Eldar oğlu
İsmayılov Rəşad Fail oğlu
İsrafilov Qalib Malik oğlu
Qarayev Tamerlan Elmar oğlu
Qəhrəman Elxan Cahangir oğlu
Qəndilov Lətif Seyfəddin oğlu
Qurbanov Fəxrəddin İsa oğlu
Məmmədov Rəşad Eynəddin oğlu
Məmmədzadə Həsən Dilsuz oğlu
Mustafayev Rəhman Sahib oğlu
Nəcəfbəyli Murad Nizami oğlu
Nəcəfov Hüseyn Nizami oğlu
Osmanov Qüdsi Dursun oğlu
Poluxov Elxan Polux oğlu
Rzayev Rasim Şəmsəddin oğlu
Rzayev Tural Anar oğlu
Sadıqov Vaqif İsmayıl oğlu
Sultanov Elnur İxtiyar oğlu
Süleymanov Elin Emin oğlu
Şıxəliyev Əşrəf Fərhad oğlu
Şükürov Ağasəlim Səmədağa oğlu
Tağızadə Tahir Tofiq oğlu
Zeynallı Əkrəm Akif oğlu
“Tərəqqi” medalı ilə
Ağayev Nəsimi Məhəmmədəli oğlu
Əhmədzadə Məmməd Bahəddin oğlu
Fərhadov Xəzər Nadir oğlu
Hacıyev Məsim Abdulla oğlu
Hüseynov Cavidan Rizvan oğlu
Hüseynov Hüseyn İsmayıl oğlu
İbrahim Xəzər Zafir oğlu
İsmayılzadə Fariz Akif oğlu
İsmayılzadə Gürsel Qüdrət oğlu
İsmayılzadə Pərviz Cəfər oğlu
Kərimov Emil Zülfüqar oğlu
Qasımov Sultan Məhəmməd oğlu
Quliyev Nuru Ələkbər oğlu
Mirzəzadə Pərvin Xəyyam oğlu
Sadıqov Toğrul Fikrət oğlu
Səlimov Eldar Nadir oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Əhmədov Zaur Rəşid oğlu
Əliyev İlham Salam oğlu
Hacıyev Vüqar Cəbi oğlu
Həbibzadə Elcan İbrahim oğlu
Hüseynov Hüseyn Cəlal oğlu
Qurbanov Ramil Kamil oğlu
Qurbanov Vüqar İsrail oğlu
Məmmədzadə Kamran Vahid oğlu
Musayev Cavid Xəlil oğlu
Musayev Cavid Sokrat oğlu
Nəbiyev Rizvan Novruz oğlu
Nəsibov Ruslan Rafael oğlu
Ramazanov Ağacavid Ağamehdi oğlu
Sadıqbəyli Rövşən Nüsrət oğlu
Şükürov Zaur Ramiz oğlu
Yusifov Mikayıl Vahid oğlu
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə
Abdullayeva Dilarə Zakir qızı
Ağakişiyev Sərxan Tehmur oğlu
Baratlı Rəşad Həmid oğlu
Becanov Samir Arif oğlu
Cəfərov Nadir Yavər oğlu
Əhmədov Elvin Eldar oğlu
Ələkbərli Vüsal Ziyad oğlu
Ələsgərli Emin Xanoğlan oğlu
Əliyev Tale Cahangir oğlu
Fətəliyev Ziya Fazil oğlu
Hacızadə Ayxan Elxan oğlu
İbrahimov Vüqar İsa oğlu
İbrahimova Jalə İbrahim qızı
Kərimli Fəxri Tələt oğlu
Qafarov Vüqar Fariz oğlu
Lətifov Ramel Muqabil oğlu
Məmmədəliyeva Leyla Novruz qızı
Məmmədova Gülnarə Daşdəmir qızı
Musayev Azər Samiddin oğlu
Novruz Rəşad İntiqam oğlu
Novruzova İlahə İlham qızı
Panin Dmitri Yevgenyeviç
Rəfiyev Yalçın İlqar oğlu
Səfərov Emil Firdovsi oğlu
Vəkilova-Mərdəliyeva Mərziyə Cavanşir qızı
Zeynalov Qoşqar Aslan oğlu.
“Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Median.Az APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
O qeyd edib ki, Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır: “Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni
Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir”.

İyulun 9-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə işçi lanç çərçivəsində geniş tərkibdə görüşü olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
* * * * *
İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub.
Bu barədə məlumatı AZƏRTAC yayıb.


Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.
Median.Az report-a istinadən xəbər verir ki, Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.
Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin “Şərq tərəfdaşlığı” proqramının gələcəyi müzakirə olunacaq.
D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.
İyulun 11-də Avropa Şurasının prezidenti “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.