Category: Siyasət

  • İlham Əliyev hərbçilərə həsr olunmuş videoçarx paylaşdı

    Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Facebook” səhifəsində Silahlı Qüvvələri Günü ilə bağlı videoçarx paylaşıb.

    Videoda ordumuzun keçdiyi şərəfli tarixi yola nəzər salınıb.

    Qeyd edək ki, 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür.

  • İsmayıllıda yol tikintisinə pul ayrıldı – SƏRƏNCAM

    Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin iki milyon doqquz yüz min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

  • Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib – FOTO

    İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

    AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

    Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.



  • Yeni vəzifəyə təyin olunan Ramil Usubov prezidentin qəbulunda – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı Ramil Usubovun uzun illər Daxili İşlər naziri vəzifəsini uğurla icra etdiyini bildirib.

    Bu gün Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev ölkə qarşısında duran vəzifələrin lazimi səviyyədə icrası üçün təhlükəsizlik tədbirlərinin daim gündəlikdə olmasının önəmini qeyd edib.

    Prezident İlham Əliyev Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifənin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

    Ramil Usubov ona etimad göstərib Təhlükəsizlik Şurasının katibi kimi məsul vəzifəyə təyin edilməsi ilə əlaqədar dövlət başçısına minnətdarlığını ifadə edib.

    O bildirib ki, Daxili İşlər naziri vəzifəsində çalışdığı uzun illər ərzində rəhbərlik etdiyi nazirlik öz fəaliyyətində xalqımızın ümummilli lideri Heydər Əliyevin, sonrakı dövrlərdə isə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını daim hiss edib.

    Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin böyük əhəmiyyət daşıdığını xüsusi olaraq vurğulayıb. O, Təhlükəsizlik Şurasının katibi vəzifəsində ona göstərilən yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməcəyini bildirib.


  • İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzaladı

    Azərbaycan Prezidenti İlham Əliyev görkəmli təhqiqatçı və alim Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

    Sənədin mətni AZƏRTAC-da dərc olunub.

    Nekroloqda deyilir:

    “Azərbaycan jurnalistikasına ağır itki üz verib. Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Ağaməmməd oğlu Hüseynov 2019-cu il iyunun 24-də ömrünün 95-ci ilində vəfat edib.

    Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olmuşdur. 1940-cı ildə Şəki şəhəri Mirzə Fətəli Axundov adına 2 saylı orta məktəbi bitirib, 1940–1942-ci illərdə Şəki ikiillik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsində oxuyub. O, 1945–1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil alıb.

    Universiteti fərqlənmə diplomu ilə başa vuran Şirməmməd Hüseynov Mixail Vasilyeviç Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olub, 1954-cü ildə təhsilini tamamlayıb dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

    1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970–1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976–1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb.

    Elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir.

    Şirməmməd Hüseynov bir alim və pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti vardır.

    Şirməmməd Hüseynov Azərbaycan klassik publisistika məktəbi ənənələrini müstəqillik dövründə yeni bir məktəb səviyyəsinə yüksəltmişdir. Yüzlərlə jurnalistin ustadı kimi şöhrət qazanmış alimin elmi kadrların yetişdirilməsində də böyük əməyi olub.

    Azərbaycançılıq ideologiyasının təbliğində, gənc nəsil jurnalistlərin milli təəssübkeşlik, vətəndaşlıq ləyaqəti, obyektivlik ruhunda tərbiyə olunmasında Şirməmməd Hüseynovun xidmətləri əvəzsizdir. Bu gün də onun tələbələri Bakı Dövlət Universitetində, eləcə də digər elm və təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində öz müəllimlərinin yolunu uğurla davam etdirirlər.

    Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara layiq görülüb, Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif olunub.

    Görkəmli alim, pedaqoq və publisist, əsl ziyalı Şirməmməd Ağaməmməd oğlu Hüseynovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Novruz Məmmədov

    Oqtay Əsədov

    Ramiz Mehdiyev

    Əli Əhmədov

    Əli Həsənov

    Eldar Əzizov

    Ceyhun Bayramov

    Akif Əlizadə

    Aslan Aslanov

    Elçin Babayev

    Əflatun Amaşov

    Cahangir Məmmədli”.

  • Prezident Sənubər İsgəndərliyə ev bağışladı

    Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.

    Bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

    O, ölkə başçısına minnətdarlıq edib:

    “Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək, ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah sizi və Azərbaycanımızı qorusun”.

  • Mehriban Əliyeva: Əsas hədəf dövlət xidmətlərini əlçatan və rahat etməkdir

    Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

    Mehriban Əliyeva forumda çıxış edib.

    Birinci vitse-prezident bildirib ki, bu tədbirin paytaxtımızda keçirilməsini Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab etmək olar.

    “Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim”.

    Azərbaycanın Birinci vitse-prezidenti vurğulayıb ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. “Vahid pəncərə” prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin “asan” olduğunu vurğulayaraq deyib:

    “ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. “ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və “ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başlandı”.

    Nisbətən az müddət ərzində “ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 “ASAN xidmət”in rayonlarda, 5 “ASAN xidmət”in isə Bakıda fəaliyyət göstərdiyini bildirib. Planda bu ilin sonuna qədər əlavə 5 “ASAN xidmət”in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva deyib:

    “Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində “ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində “ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu”.

    “Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir”, – deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söyləyib. Mehriban Əliyeva qeyd edib ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif “ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident qeyd edib:

    “Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə “ASAN xidmət” dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik”.

    Mehriban Əliyeva vurğulayıb ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumunun imzalandığını vurğuladı.

    Mehriban Əliyeva qeyd edib ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların, həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmətin fəaliyyətə başladığını xatırladıb. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva deyib:

    “Bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.

    Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətdə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm”.

  • Prezident hərbi qulluqçulara orden və medallar verdi

    Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

    “Azərbaycan Bayrağı” ordeni ilə

    Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik

    Qasımov Mübariz Sayıl oğlu – mayor

    Orucov Telman İlyas oğlu – mayor

    Mustafayev İlham Abbas oğlu – kiçik leytenant

    “Vətən uğrunda” medalı ilə

    Ələkbərov Pərviz Ağasalam oğlu – polkovnik

    Əliyev Əli Şahverdi oğlu – tibb xidməti polkovniki

    Nəsibov Bayram Nəsib oğlu – polkovnik

    Məmmədov Anar Əmiralı oğlu – polkovnik-leytenant

    Məmmədov Zaur Alxan oğlu – polkovnik-leytenant

    Rizvanov Səməndər Səməd oğlu – polkovnik-leytenant

    Vəliyev Zöhrab Naib oğlu – mayor

    “İgidliyə görə” medalı ilə

    Əsədov Səxavət Ağagül oğlu – polkovnik

    Cumayev Akif Kazım oğlu – polkovnik-leytenant

    Əfəndiyev Samir Zakir oğlu – polkovnik-leytenant

    Həziyev Samir Mətləb oğlu – polkovnik-leytenant

    Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik-leytenant

    Bağıyev Mirdamət Səristan oğlu – mayor

    Babayev Vüqar Eyvaz oğlu – gizir

    Şəkərov Firudin İlqar oğlu – gizir

    Rzaquliyev Allahqulu Yusif oğlu – çavuş

    Məmmədov Mehman Məmməd oğlu – kiçik çavuş

    “Hərbi xidmətlərə görə” medalı ilə

    Babayev Əlizadə Əhmədağa oğlu – polkovnik

    Dərgahlı Vaqif Rafiq oğlu – polkovnik

    Gülməmmədov Mehman Fərman oğlu – polkovnik

    Məhərrəmov İzzət Məhəmmədəli oğlu – polkovnik

    Məmmədov İsmixan Valeh oğlu – polkovnik

    Nəbiyev Firuddin İsaxan oğlu – tibb xidməti polkovniki

    Osmanov Tofiq Hüseyn oğlu – 1-ci dərəcəli kapitan

    Rəcəbov Yadigar Mütəllim oğlu – polkovnik

    Abasov Vüqar Tofiq oğlu – 2-ci dərəcəli kapitan

    Ağabalayev Kamran Hacıəli oğlu – polkovnik-leytenant

    Ağayev Bəhruz Allahverdi oğlu – polkovnik-leytenant

    Divanov Nazim Musa oğlu – polkovnik-leytenant

    Əfəndiyev Samir Sabir oğlu – polkovnik-leytenant

    Əliyev Bəxtiyar Oktay oğlu – polkovnik-leytenant

    Əzizov Firudin Novruz oğlu – polkovnik-leytenant

    Nəsirov Eldəniz Ağamalı oğlu – polkovnik-leytenant

    Niftəliyev Rəşid Ağaşərif oğlu – polkovnik-leytenant

    Saruxanov Saruxan İslamuddin oğlu – polkovnik-leytenant

    Yolçuyev Yolçu Məhəmməd oğlu – polkovnik-leytenant

    Piriyev Rəşad Piri oğlu – mayor

    Zülfüqarov Zülfüqar Rauf oğlu – mayor

    Qorçiyev Cəfər Kəniş oğlu – kapitan

    Məlikov Famil Alim oğlu – kapitan

    Musibov Veysəl Yadullayeviç – kapitan

    Məmmədov Yaşar Mürsəl oğlu – leytenant

    Mustafayev Cavad Cavanşir oğlu – leytenant

    Abdullayev İbrahim Savalan oğlu – baş gizir

    Əliyev Elşad Əli oğlu – gizir

    Qurbanov İsmayıl Cəlal oğlu – gizir

    Hacəliyev Mübariz Hacəli oğlu – baş çavuş

    Cəfərov Müşfiq Qərib oğlu – çavuş

    Dəmirov Alim Ərəb oğlu – çavuş

    Məmmədov Vüqar Vilayət oğlu – çavuş

    Vəliyev Elçin Əjdər oğlu – kiçik çavuş

    Babayev Müşfiq İsmayıl oğlu – baş əsgər (ölümündən sonra)

    Məmmədov Ayaz Əvəz oğlu – əsgər

    Nəmətov Namiq Ağaverdi oğlu – əsgər (ölümündən sonra)

    Ramazanov Azad Gülağa oğlu – əsgər (ölümündən sonra)

    Şükürov Saleh Niyaz oğlu – əsgər

  • Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    “general-leytenant” hərbi rütbəsi
    general-mayor Fuad Nadir oğlu Məmmədova
    general-mayor Zahid İbrahim oğlu Hüseynova

    “general-mayor” hərbi rütbəsi
    polkovnik Qədir Əşrəf oğlu Nəsibova
    polkovnik Rasim Rza oğlu Babayevə
    polkovnik Vüqar Əfqan oğlu Əliverdiyevə
    polkovnik Polad İsrayıl oğlu Həşimova
    polkovnik İlqar Zakir oğlu Lətifova
    polkovnik Məhəmməd Kərim oğlu Həsənova.

  • BMT Baş katibinin müavini İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi

    BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm.

    Bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin jurnalistlərə açıqlamasında bildirib.

    O, Azərbaycan xalqına BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsinə dəstək verdiyinə və qonaqpərvərliyinə görə dərin minnətdarlığımı bildiririb:

    “Bu gün Azərbaycanda olduğuma görə özümü məmnun hiss edirəm. Bu forum sahəsində biz dövlət xidmətlərini dünyada təşviq edirik. Dövlət xidmətlərinin mükafatları sahəsində Azərbaycanın “ASAN xidmət” modeli daxil olmaqla, ən optimal təcrübələri digər ölkələrlə bölüşürük”.

    “BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edirəm və BMT olaraq Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, – L.Zenmin qeyd edib.