Category: Siyasət

  • Mehriban Əliyeva BMT Baş katibinin müavini ilə görüşüb – FOTO

    İyunun 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ilə görüşüb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • Ramzan Kadırov: Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib

    Leyla Əliyeva bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib.

    Median.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb.

    R.Kadırov Minskdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu ifadə edib:

    “Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.

    Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib və bu yolda çox böyük uğurlara nail olub”.

    Çeçenistan rəhbəri əlavə edib ki, bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir:

    “Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaranmasına xidmət edir.

    Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idman və humanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.

    Qeyd edək ki, iyunun 21-də Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə baxıb. Bu gün isə Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüb.

  • ​Prezident dövlət qulluqçularını təltif edib – SİYAHI

    Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Dadaşov Mehdi Tələt oğlu
    Əzizov Fikrət Nəhməd oğlu
    Rzayev Eldar Həmid oğlu

    “Tərəqqi” medalı ilə

    Abbasov Bəhram Yaqub oğlu
    Abbasova Cəmilə Mir-Sadıq qızı
    Allahverdiyev İlqar Əmir oğlu
    Babayev Nazim Bəndəli oğlu
    Bağırova Fərzanə İsa qızı
    Bayramov Elbrus Yaqub oğlu
    Bədəlov Yadigar Aley oğlu
    Bəşirov Azər Ağababa oğlu
    Cabbarov Azər Əliş oğlu
    Cəfərov Rasim Balaxan oğlu
    Əliyev Arif Qulu oğlu
    Əliyev Ramiz Əli oğlu
    Əsədov Hidayət Bəylər oğlu
    Əsgərov Ruslan Yusif oğlu
    Əzimov Yaşar Şahab oğlu
    Həsənov Asəf Rəhim oğlu
    Həsənov Müjdat Muxtar oğlu
    Hüseynova Fidumə Məmmədəli qızı
    Xəlilov Fəzail Xəlil oğlu
    İbrahimov Vüqar Emin oğlu
    Kərimova Elnarə İslam qızı
    Qaraşov Qənimət Səfər oğlu
    Qarayev Arzu Cəmil oğlu
    Qarayev Vahid Yaqub oğlu
    Qasımov Niftalı Xansuvar oğlu
    Qubadov Miriş Həsənağa oğlu
    Mehtiyev Faiq Mehti oğlu
    Məmmədov Fəxrəddin Rza oğlu
    Mirzəyev Nurəddin İbrahim oğlu
    Muradov Kərəm Bəhmən oğlu
    Mustafayev Hikmət Mövlud oğlu
    Mustafayeva Zenfira Mustafa qızı
    Novruzov Ağaverdi Yunus oğlu
    Paşayev Nağı Paşa oğlu
    Salmanov İkram İsbi oğlu
    Süleymanov Mais Absət oğlu
    Şikarov Aftandil Heybət oğlu
    Şirinov Mustafa Surxay oğlu
    Tağıyev Ramin Əliş oğlu
    Zeynalova Ayziynət Səyavuş qızı

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Abbasov Cavid Camal oğlu
    Abbasov Qalib Nizami oğlu
    Abbasov Natiq Vahib oğlu
    Abbasova Narıngül Qüdrət qızı
    Abbasova Vəfa Rəşid qızı
    Abdullayev Azər Hüseyn oğlu
    Abdullayev Namiq İskəndər oğlu
    Abdullayev Rüstəm Mirəli oğlu
    Abdullayev Səid Oqtay oğlu
    Abdullayeva Sevda İsmixan qızı
    Abdullayeva Tusiyə Əlikram qızı
    Abtalıbov Rəhim Talıb oğlu
    Ağadadaşov Bəydadaş Baladadaş oğlu
    Ağamirzəyev Tofiq Məhəmmədəli oğlu
    Ağayev İlkin Müzəffər oğlu
    Ağayeva Aynurə Ərəstun qızı
    Ağdamskaya Rumiyyə Telman qızı
    Axundov Elşən Marsel oğlu
    Axund-zadə İdris Sabutay oğlu
    Allahverdiyev Ziyəddin Qulu oğlu
    Aslanov İbrahim Qoçəli oğlu
    Aslanova Fəridə Aftandil qızı
    Atakişiyev Teymur Yusif oğlu
    Babayev Abbasağa Adil oğlu
    Babayev Elturan Ağasəfər oğlu
    Baxışov Vüqar Məmməd oğlu
    Balıyeva Əsmiray Yasin qızı
    Barxudarov Barxudar İsmayıl oğlu
    Bayramov Azər Əziz oğlu
    Bayramov Həbib Muxtar oğlu
    Behbudov Vüqar Şəfa oğlu
    Cabbarov Telman İmran oğlu
    Cəbrayılova Aygün Yasəf qızı
    Cəfərov Altay Nizami oğlu
    Cəfərova Rəna Qulam Hüseyn qızı
    Cırıyev Namiq Zeynəddin oğlu
    Əhmədov Ənvər İsa oğlu
    Əhmədov Ənvər Ramazan oğlu
    Əhmədova Fəridə Ağa Hüseyn qızı
    Əkbərova Aybəniz Əbdül qızı
    Əkbərova Qəribə Rəhim qızı
    Ələkbərova Vəfa Ədalət qızı
    Ələsgərov Muxtar İslam oğlu
    Əliyev Azər Rövşən oğlu
    Əliyev Bəxtiyar Gülməmməd oğlu
    Əliyev Ərəstun Soltan oğlu
    Əliyev Firdovsi Şahmirzə oğlu
    Əliyev Gündüz Aydın oğlu
    Əliyev Sahib Hümmət oğlu
    Əliyev Vüqar Sabir oğlu
    Əliyeva Arzu Qabil qızı
    Əliyeva Aynur Zakir qızı
    Əliyeva Fərqanə Kamil qızı
    Əliyeva Gülnarə Əliheydər qızı
    Əliyeva Sevinc Cabbar qızı
    Əlizadə Hikmət Samət oğlu
    Əsədov Əbülfəz Əhməd oğlu
    Əsgərov Vüqar Niyaz oğlu
    Əzizov Elxan Nizami oğlu
    Əzizov Neman Əziz oğlu
    Fəti-zadə İlqar Fəti oğlu
    Gülməmmədov Rüfət Həsən oğlu
    Hacıyev Arzu Həsən oğlu
    Hacıyev Rauf Vahid oğlu
    Hacıyev Vüqar Feyzulla oğlu
    Heybətov Xanlar Nizam oğlu
    Heydərov Fuad Fikrət oğlu
    Heydərova Leyla Tofiq qızı
    Həbibullayev Elgin Şirin oğlu
    Həmidova Əfşan Oqtay qızı
    Həmzəyeva Zərifə Əhməd qızı
    Həsənov Həşim Əfsələddin oğlu
    Həsənov Hüseynağa İbrahim oğlu
    Həsənov Mehdi Səfər oğlu
    Həsənov Nurlan Həsən oğlu
    Həsənov Oqtay Bəndalı oğlu
    Həsənov Vaqif Həsən oğlu
    Həsənova Firəngiz Yadulla qızı
    Həsənova Gulaya Ziyad qızı
    Həziyev Məmməd Bahadur oğlu
    Hümbətov Surxay Vəli oğlu
    Hüseynli Ülvi Mötəbər oğlu
    Hüseynov Elçin Sabir oğlu
    Hüseynov Elmar Ramiz oğlu
    Hüseynov İsa Nəbi oğlu
    Hüseynov Mədalət Ağadəmir oğlu
    Hüseynov Rafiq Həsən oğlu
    Hüseynov Vaqif Qalası oğlu
    Hüseynov Vəfadar Hüseyn oğlu
    Hüseynova Şərafət Niyazi qızı
    Xankişiyev Şahin Təvəkkül oğlu
    Xəlilov Ədalət Hidayət oğlu
    Xəlilov Qulu Oqtay oğlu
    Xəlilova Vəsilə Əhməd qızı
    Xudiyeva Fidan Hüseynağa qızı
    İbrahimov Əflatun Əjdər oğlu
    İbrahimov İbrahim Adil oğlu
    İbrahimova Gülarə Dadaş qızı
    İbrahimova Mahirə Ədalət qızı
    İsayeva Atəş Sokrat qızı
    İsayeva Əminə Ədalət qızı
    İsgəndərov Taryel Eyyub oğlu
    İsgəndərova Lalə Qazımurad qızı
    İsmayılov Elşən Vəli oğlu
    Kərimov Elşad Mürvət oğlu
    Kərimov Etiqad Fərrux oğlu
    Kərimov İsmayıl Hikmət oğlu
    Kərimov Zahir Zahid oğlu
    Kərimova Şəhla Baxış qızı
    Qafarova Gülnarə Zakir qızı
    Qaraxanova Nərgiz Nəvai qızı
    Qarakişiyev Qara İsmayıl oğlu
    Qasımov Ziya Əlfüqar oğlu
    Qasımova Xəyalə Nurəddin qızı
    Qazı Zadə Cavanşir Mahmud oğlu
    Qənbərov Mirsalam Böyükağa oğlu
    Qəribli İsmayıl Cavanşir oğlu
    Qocayev Sabir Nazir oğlu
    Quliyev Elbrus Fərrux oğlu
    Quliyev Mirzə Fərzulla oğlu
    Quliyev Rövşən Allahverdi oğlu
    Quliyev Şakir Nəcəf oğlu
    Quliyeva İlahə Böyükişi qızı
    Quliyeva Səbinə Rafiq qızı
    Qurbanova Nərgiz Qaraş qızı
    Lazımov Eynulla Məmməd oğlu
    Mahmudov Elşad Mamay oğlu
    Mehdiyev Mübariz Cəbrayıl oğlu
    Mehdiyev Nadir Ədib oğlu
    Məhərrəmov Adəm İmanverdi oğlu
    Məhərrəmov Elxan İmran oğlu
    Məhərrəmov Mətləb Möhübbət oğlu
    Məmmədli Xumar Mahal qızı
    Məmmədli Seymur Sehvəddin oğlu
    Məmmədov Araz İslam oğlu
    Məmmədov Elçin Vaqif oğlu
    Məmmədov Elnur Məmməd oğlu
    Məmmədov Elşad Abasqulu oğlu
    Məmmədov Əsgərxan Kamil oğlu
    Məmmədov Gündüz Müküş oğlu
    Məmmədov Həsən Nurəddin oğlu
    Məmmədov İlqar Nizami oğlu
    Məmmədov Nicad Yaşar oğlu
    Məmmədov Rəhman Yaqub oğlu
    Məmmədov Sadiq Yusif oğlu
    Məmmədov Sədi Sədrəddin oğlu
    Məmmədov Süleyman Məmmədiyə oğlu
    Məmmədov Vüqar Simurq oğlu
    Məmmədova Həcər Əli qızı
    Məmmədova Sevinc Rafiq qızı
    Məmmədova Səxavət Orxan qızı
    Məmmədova Səkinə Oruc qızı
    Məmmədova Şölə İsa qızı
    Mirzəyev Zəka Aqil oğlu
    Mirzəyeva Dürdanə Gulaməddin qızı
    Mirzəyeva Sevda Əziz qızı
    Muxtarov Qabil Məhəmməd oğlu
    Muradov Etibar Rafiq oğlu
    Murtuzova Ayan Zəfər qızı
    Musayev Zülfəli Mustafa oğlu
    Mustafayev Arzu İbrahim oğlu
    Mustafayev Eldar Müzəffər oğlu
    Mustafayev Fuad Rauf oğlu
    Mustafayev Natiq Məhyəddin oğlu
    Mustafayeva Tamilla Qurbanəli qızı
    Nadirova Səbinə Çingiz qızı
    Nəcəfov Ceyhun Qəzənfər oğlu
    Nəsirov Akif Təvəkkül oğlu
    Nəsirova İradə Nəsir qızı
    Orucov Əli Məhəbbət oğlu
    Orucov Mirqubat Oruc oğlu
    Orucov Mürvət Atakişi oğlu
    Paşayev Cəlal İsa oğlu
    Poladova Səadət İlfat qızı
    Rəhimli Rəhim Nizami oğlu
    Rəhimov Elçin Cəlal oğlu
    Rəhimov Nicat Qüdrət oğlu
    Rəhimova Lalə Hüseyn qızı
    Rəsulov Ramiz Məhərrəm oğlu
    Rüstəmli Ruslan Rüstəm oğlu
    Rüstəmova Səidə Nurəddin qızı
    Rzayev Elnur Şahbaz oğlu
    Rzayev Səxavət Hüseynalı oğlu
    Rzayeva Fərəh Ramiz qızı
    Rzayeva Tahirə Xanlar qızı
    Sadıx-zadə Rəna Mahmud qızı
    Sadıqov Nəsir İbrahim oğlu
    Sadıqov Sarvan Məcid oğlu
    Sadıqova Səbinə Vaqif qızı
    Salmanov Seymur Teymur oğlu
    Sarıcalinskaya Kamalə Tofiq qızı
    Saruxanov Şahabbas Polad oğlu
    Seyidov Məcid Mirəli oğlu
    Seyidzadə Ülvi Fuad oğlu
    Səfərov Nazim Səmid oğlu
    Səmədzadə Əjdər Elman oğlu
    Süleymanov Əzim Bəhman oğlu
    Şahverdiyev Vahid Hüseynqulu oğlu
    Şərəfxanov Seymur Mətləb oğlu
    Şirinov Fikrət Həsənqulu oğlu
    Tağıyev Anar Aqil oğlu
    Tağıyev Teymur Aqil oğlu
    Tağıyeva Təranə İskəndər qızı
    Tahirov David Zakir oğlu
    Talışinskaya Səbinə Əlizakir qızı
    Usubova Fidan Cəbrayıl qızı
    Usubova İradə Cəfər qızı
    Verdiyev İbadət Əliş oğlu
    Verdiyeva Sevda Aslan qızı
    Yusifi Günel Nüsrət qızı
    Zeynalova Dilbər Qulaməli qızı
    Zeynalova Südabə Mehdi qızı
    Zeynalova Zivər Oktay qızı.

  • Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

    İyunun 21-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq bildirmiş, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etmişlər.

    Azərbaycan və Türkiyə Prezidentləri ikitərəfli münasibətlərimizin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişlər.

  • Əli Nağıyev DTX kollektivinə təqdim edilib

    Bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev DTX-nin kollektivinə təqdim olunub.

    Median.Az xəbər verir ki, yeni rəisi kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib və əmin edib ki, Ali Baş Komandanın müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə Azərbaycanın milli maraqlarının və dövlət təhlükəsizliyinin etibarlı təmin olunması naminə şərəflə xidmət üçün bütün imkanlar bundan sonra da tam səfərbər olunacaq.

    O qeyd edib ki, ulu öndər Heydər Əliyevin şanlı vətənpərvərlik və peşəkarlıq irsi Dövlət Təhlükəsizliyi Xidmətində şəxsi heyət tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcək.

    Təqdimat tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi naziri təyin olunmuş Mədət Quliyev şəxsi heyətlə vidalaşıb və xidmətdə yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

    Eyni zamanda bu gün Baş Prokuror Zakir Qaralovun, Respublika Baş Prokurorluğunun kollegiyasının üzvlərinin, eləcə də mərkəzi aparatının kollektivinin iştirakı ilə Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib.

    Baş Prokuror çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamına əsasən Əli Nağıyevin Dövlət Təhlükəsizliyi Xidmətinə rəis təyin edilməsi ilə bağlı dövlət başçısına minnətdarlığını bildirib. O və digər çıxış edənlər 2011-ci ildən Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış Əli Nağıyevin xidmətlərini yüksək qiymətləndirib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi kimi ona gələcək fəaliyyətində uğurlar diləyiblər.

  • Prezidentdən daha bir TƏYİNAT

    Prezident İlham Əliyev Famil Front oğlu Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Mehriban Əliyeva uşaqlarla rəqs etdi – FOTO

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

    M.Əliyeva və L.Əliyeva sosial xidmət müəssisəsində olarkən uşaqların yaşayış şəraiti ilə maraqlanıb və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.

    Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.

    M.Əliyeva rəqs bacarığını nümayiş etdirən uşaqlarla birlikdə rəqs edib, onlarla xoş dəqiqələr keçirib.



  • Gürcüstan parlamenti: İrakli Kobaxidzenin Azərbaycana səfəri davam edir

    Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri davam edir.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə spikerin kabinetindən “Interpressnews” agentliyinə bildirilib.

    Məlumata əsasən, spikerin rəhbərlik etdiyi nümayəndə heyətinin səfər proqramına heç bir dəyişiklik edilməyib.

    Sabah İ.Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olacaq. Spikerin başçılıq etdyi nümayəndə heyəti planlaşdırıldığı kimi iyunun 22-də Bakıdan Tbilisiyə qayıdacaq.

  • Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub

    İyunun 20-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Abşeron rayonunun Saray qəsəbəsində 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.

    Median.Az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində uşaqlarla görüşüb, onların yaşayış şəraiti, uşaqlara göstərilən sosial və reabilitasiyayönümlü xidmətlərlə tanış olublar.

    Mehriban Əliyeva və Leyla Əliyeva müəssisədəki uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.

    Sağlamlıq imkanları məhdud uşaqların funksional çatışmazlıqlarının aradan qaldırılması, onların bacarıqlarının inkişaf etdirilməsi üçün aparılan reabilitasiya işlərindən biri də onların yaradıcılıq potensiallarının inkişafıdır. Uşaqlar muncuqlarla, plastilinlə müxtəlif əl işləri hazırlayır, rəsmlər çəkir, konstruktor oyunları ilə məşğul olurlar. Müəssisənin sakinləri özlərinin hazırladıqları əl işlərini Mehriban Əliyevaya və Leyla Əliyevaya hədiyyə ediblər.

    Qeyd edək ki, bu müəssisə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Hazırda burada 5-18 yaş arasında 170-dək uşaq yaşayır. Onlar əsasən uşaq serebral iflici, autizm, daun sindromu, fiziki və əqli inkişafdan geriqalma, mərkəzi sinir sisteminin zədələnməsi – ense-folo-patiya, parez kimi xəstəliklərdən əziyyət çəkirlər.

    Birinci vitse-prezident sosial xidmət müəssisəsinin sakinlərinin əhvalı ilə maraqlanıb, onların müalicəsinin müsbət nəticələr verdiyinin şahidi olub. Belə ki, müəssisənin sakinlərindən biri – Xəyalə Hüseynova Mehriban Əliyeva ilə söhbət zamanı Azərbaycan və ingilis dillərində “əlillik qüsur deyil və yaşamaq, yaratmaq üçün məhdudiyyət ola bilməz” dedi. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların arzularını dinləyib, yenidən onların yanına qonaq gələcəyini bildirib, onlara uğurlar arzulayıb. Mehriban Əliyeva uşaqlarla birlikdə kitab oxuyub, nəşrdəki şəkilləri müzakirə edib. Uşaqlar Mehriban Əliyevaya və Leyla Əliyevaya öz bacarıqlarını nümayiş etdiriblər. Onlar Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin “Nəsimi İli” elan olunduğunu bildirərək, şairin şerlərini səsləndiriblər, mahnılar, rəqslər ifa ediblər.

    Sağlamlıq imkanları məhdud uşaqlara dövlət qayğısı ildən-ilə artır. Dövlətimizin başçısının 2019-cu il 15 aprel tarixli Fərmanı ilə həmin uşaqlar üçün aylıq sosial müavinətin məbləği əhəmiyyətli şəkildə artırılmaqla, onlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi istifadəyə verilib. Bu müəssisədə uşaqlar üçün müasir tələblər səviyyəsində, nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

    Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 12 reabilitasiya otağı fəaliyyət göstərir və onlarda müasir dövrdə prioritet olan yeni reabilitasiya metodları – aktiv terapiya, oyun, ünsiyyət, musiqi, rəqs və digər terapiya növləri və hər bir uşaqla fərdi inkişaf planı əsasında işlər aparılır.

    Sonda müəssisəyə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

  • “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 84-cü kitabı çapdan çıxıb

    Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür.

    “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 84-cü kitabında yer alan bu fikirlər Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının söylədiyi nitqindən götürülüb.

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2017-ci ilin noyabrından 2018-ci ilin yanvarınadək olan dövrü əhatə edir.

    Kitaba Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair İstanbulda keçirilmiş Zirvə toplantısında, Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxışlarının mətnləri, Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri, Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirakı haqqında informasiyalar daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə və sənədlərin imzalanmasına, Bolqarıstanın Baş Naziri ilə görüşünə dair materiallar yer alıb.

    Çoxcildliyin 84-cü kitabında, həmçinin Prezident İlham Əliyevin Xorvatiya, Türkiyə, Pakistan, Hindistan, İran, Estoniya, Rusiya və digər dövlətlərin, Avropa İttifaqının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya Bakının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi barədə materiallar toplanıb.

    Yeni nəşrə dövlətimizin başçısının Bakıda “Asiyanın qəlbi – İstanbul prosesi” çərçivəsində “Gücləndirilmiş “Asiyanın qəlbi” regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda yeddinci Nazirlər Konfransında nitqinin, 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışının, “2017 – İslam həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda nitqinin mətnləri, Azərbaycanın gənc alimlərinin I qurultayının, Azərbaycan memarlarının XIX qurultayının iştirakçılarına məktubları, XXIII Beynəlxalq “BakuTel-2017” Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanışlığını əks etdirən informasiyalar daxil edilib.

    “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 84-cü kitabında, həmçinin dövlətimizin başçısının Ağcabədi, Sabirabad, Quba rayonlarına, Sumqayıt şəhərinə səfərlərinə, bölgələrdə iqtisadi, sosial, mədəniyyət obyektlərinin açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla da tanış olmaq mümkündür.

    Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

    “Azərnəşr” tərəfindən buraxılan 84-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.