Category: Siyasət

  • Prezident Xələf Xələfovu nazir müavini təyin etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə Xələfov Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

    Median.Az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə X.Xələfov Prezidentin sərhəd və xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

    Bundan əvvəl Xələfov Xələfov Nazirlər kabineti aparatının rəhbəri vəzifəsində çalışıb.

  • Leyla Əliyeva V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ikinci plenar sessiyada iştirak edib – FOTO

    Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib.

    BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.

    Xanım Leyla Əliyevanın çıxışı

    -Əziz dostlar.

    Həmkarlar.

    Xanımlar və cənablar.

    İlk növbədə mən sizin hamınızı gözəl Bakı şəhərində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnun olduğumu bildirirəm. Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.

    Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq.

    Əziz dostlar, təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşma və bütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir. Çünki gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək kimi bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar.

    Bununla belə gənclərə həddindən artıq təzyiq göstərilməmlidir. Bəzən ən intellektli gənclər belə tam xoşbəxt olmurlar. Ona görə də biz gənclərə dəstək göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan daha çox zövq alsınlar. Yüksək texnologiyanın inkişafı sayəsində biz fikirlərimizi daha sürətlə ifadə edirik. Bizim fikirlərimiz ən güclü enerjilərdəndir, hətta işıq sürətindən də sürətlidir. Dünya bu potensiala investisiya yatırmalı və əmin olmalıdır ki, gənc nəslin inkişaf üçün bütün zəruri imkanları var. Bu gün dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər tərəqqinin təcəssümdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, gəlin hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər daim əməllə müşayiət olunmalıdır. Hər bir bəşər övladına verilmiş müqəddəs hədiyyə olan intuisiyamızı unutmamalıyıq. Xalqların sülhsevər və dayanıqlı cəmiyyət formalaşdırmasında hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə bəşəriyyətə olan baxışlarını müsbət mənada dəyişə bilərlər.

    Əziz dostlar, İsa peyğəmbərin dediyi kimi, gəlin uşaqlardan öyrənək. Uşaqlar sözü birbaşa deməyə və yaxşı işlər görməyə can atırlar. Maddiyyat heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan sevgidir, sağlamlıqdır, xoşbəxtlikdir, birlikdir, anlaşmaqdır və bir-birini təmənnasız şəkildə dəstəkləməkdir. Bütün bunları hamımıza diləyirəm. Çox sağ olun.

    XXX

    BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos dedi ki, bu plenar sessiyada müzakirəyə çıxarılan məsələlərə yeni baxışla yanaşılacaq. Sessiyanı mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət adlandıran BMT təmsilçisi gəncləri ekstremizm, nifrət kimi amillərdən qorumağın vacibliyini vurğuladı.

    Sessiyadakı müzakirələr cəmiyyətdə gənclərin rolu, təhsil, sülh quruculuğu və dinlərarası dialoq mövzularını əhatə etdi. Somali Stabilləşmə Təşəbbüsünün biliyin idarə olunması və strateji kommunikasiyalar üzrə rəsmisi Nacma Əhməd-Hüseyn ölkəsində müxtəlif etnik qrupların bir araya gəlməsi üçün həyata keçirilən layihələrdən danışdı. Sənədli filmlər rejissoru Roda Siad reallaşdırdığı layihələr vasitəsilə miqrasiya böhranı, qaçqınların və digər ölkələrdə sığınacaq axtaranların taleyi, onların qarşılaşdığı çətinlikləri barədə cəmiyyətə məlumatların verilməsinin əhəmiyyətinə toxundu. Erbildə “Malteser İnternational”un ictimai əlaqələr üzrə məsləhətçisi Sara Markieviç İraqdakı icmalar arasında qeyri-sabit vəziyyət barədə məlumat verərək, bu istiqamətdə dinlərarası dialoqun roluna nəzər saldı. Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkau terrorizmə görə məhkum edilmiş məhbuslar arasında maarifləndirmə işlərinin aparılması, onların cəmiyyətə adaptasiyası və baxışlarının dəyişməsi istiqamətlərində həyata keçirilən layihələrdən bəhs etdi. Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi zorakı ekstremizmə qarşı layihə və onun nəticələri ilə bağlı fikirlərini çatdırdı, bu layihənin 15 min insanı əhatə etdiyini söylədi. “Efemerides”in təsisçisi Fatoumata Kebe gənclərə imkanlar yaradılması, problemlərin həllində onlara səlahiyyət verilməsi istiqamətində həyata keçirilən layihəsindən danışdı. Qeyd etdi ki, Malidə yalnız 30 faiz qızların məktəbə getmək imkanı var və onun rəhbərlik etdiyi təşkilat belə ölkələrdə müxtəlif fənlər üzrə dərslər təşkil edir. Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər üzrə magistr namizədi Corc Antonio Şavez Mazuelos, “Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne, “Emkan Education”nın məktəb və məzmun üzrə direktoru və həmtəsisçisi Sara Zaini, BMT-nin Gənclər Siyasəti üzrə mütəxəssisi Ansa Qliqa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru İmam Muhammad Nurayn Aşafa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru Pastor Ceyms Movel Vuye, “Burson, Cohn and Wolf”un idman hesabları üzrə baş icraçısı Nevena Vukasinovic, Lvov şəhərinin merinin dini məsələlər üzrə müşaviri Taras Dzyubanski gənclərin fəallığı üçün proqramların əhəmiyyətini, zorakılığa, terrorizmə məruz qalan gənclərin təhsil almasında təqaüd proqramlarının faydasını qeyd etdilər.

    Sonda sessiya iştirakçılarının sualları cavablandırıldı.

  • Ramil Usubovdan yeni təyinat

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Median.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

    Əmrə əsasən, Əli Şərif oğlu Əsədullayev Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölmənin rəis müavini təyin edilib.

    Qeyd edək ki, o, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Şərif Əsədullayevin oğlu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur.

  • Bu şəxslərin təhsil haqqı xərclərini dövlət ödəyəcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.

    Müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

  • XİN separatçıların Argentina səfərinə münasibət bildirib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni KİV-də qondarma separatçı rejimin “xarici işlər naziri”nin Argentinada görüşlər keçirməsi ilə bağlı yayılan məlumatları şərh edib.

    XİN-ın açıqlamasında bildirilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-lərində yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanıb və özünü aldatmadan başqa bir şey deyil.

    “Argentinanın erməni icmasının Buenos-Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma “erməni soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmayıb.

    Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib.

    Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər Dövlətin daxili işinə qarışmama və Dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır.

    Bununla əlaqədar, separatçıların “xarici işlər naziri”ni qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur.

    Göründüyü kimi, separatçı rejimin dırnaqarası nümayəndəsi qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən, Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.

    Eyni zamanda bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olmuş və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən çıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan edib”, – deyə açıqlamada qeyd olunur.

  • İlham Əliyev görüş keçirib

    Prezident İlham Əliyev mayın 3-də Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ильхам Алиев на форуме в Баку – ОБНОВЛЕНО

    2 мая в Центре Гейдара Алиева начал работу V Всемирный форум по межкультурному диалогу под девизом «Построение диалога для борьбы против дискриминации, неравенства и насильственных конфликтов».

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в церемонии открытия Форума.

    Форум проходит при организации Азербайджанского правительства и партнерстве ЮНЕСКО, Альянса цивилизаций ООН, Всемирной туристcкой организации, Совета Европы и ИСЕСКО. В мероприятии принимают участие высокопоставленные официальные лица более 100 стран и свыше 30 международных организаций.

    За 10 лет «Бакинский процесс», проходивший с 2008 года по инициативе Президента Азербайджана Ильхама Алиева, смог создать положительную платформу для обмена мнениями, основанной на искренности и уважении в рамках взаимопонимания между проживающими в различных континентах людьми и группами, имеющими различную этническую, культурную, религиозную и лингвистическую принадлежность. За истекший период география Форума очень расширилась. В результате значительно возросло число структур, принимающих участие в мероприятии. В нынешнем Форуме принимают участие представители многих стран, начиная от Латинской Америки, и кончая такими государствами как Саудовская Аравия, Великобритания. В рамках V Всемирного форума по межкультурному диалогу изучается важная роль межкультурного диалога в создании единства между людьми и борьбе против насилия и дискриминации в различных общинах. Форум продолжится в трех направлениях.

    Глава государства выступил на церемонии открытия V Всемирного форума по межкультурному диалогу с речью.

    Президент Ильхам Алиев сказал, что в этом престижном Форуме принимают участие свыше 500 представителей из более 100 стран мира. Глава государства отметил, что веками представители различных религий, этнических групп жили вместе в Азербайджане, подчеркнул, что в нашей стране всегда господствовала религиозная толерантность. Отметив, что мультикультурализм в республике является составной частью государственной политики, Президент Ильхам Алиев сказал, что 2016 год был объявлен в Азербайджане «Годом мультикультурализма», а 2017 год – «Годом исламской солидарности». Глава государства довел до внимания, что если бы мультикультурализм принял форму тенденции, то это внесло бы важный вклад в мир, партнерство на международном уровне. С этой точки зрения мультикультурализм и проводимый в Азербайджане в этом направлении цикл других международных мероприятий представляют важное значение. Глава государства подчеркнул, что обсуждения, обмен мнениями, которые состоятся в рамках проводимого в Баку очередного Форума, послужат общим целям. Отметив, что «Бакинский процесс» поддерживается ООН и другими авторитетными организациями, Президент Ильхам Алиев рассказал о значении принимаемых здесь решений. Подчеркнув, что расположенный на перекрестке Европы и Азии Азербайджан стремительно развивается несмотря на то, что является молодым с точки зрения независимости государством, Президент Ильхам Алиев довел до внимания, что государственная политика направлена на расширение сотрудничества и партнерства со странами мира. Коснувшись реализуемых нашей страной гигантских проектов, глава государства сказал, что посредством трубопроводов Каспийское море соединяется с Черным морем, отметил, что эти трубопроводы, которые служат энергетической безопасности Европы, а также созданные по инициативе Азербайджана международные транспортные коридоры способствуют также дальнейшему укреплению связей между странами и народами. Президент Ильхам Алиев проинформировал об армяно-азербайджанском нагорно-карабахском конфликте, довел до внимания, что Азербайджан стремительно развивается несмотря на созданные этим конфликтом проблемы. Глава государства пожелал работе Форума успехов и выразил уверенность в том, что обсуждения будут плодотворными.

    Затем был продемонстрирован видеоролик, посвященный истории древних цивилизаций и атмосфере толерантности в современном Азербайджане.

    Модератор мероприятия выразил признательность Президенту Ильхаму Алиеву за организацию Форума на высоком уровне и глубоко содержательное выступление. Он отметил, что «Бакинский процесс», усиливая миролюбивые силы, является процессом, помогающим устранению конфликтов.

    Выступивший на Форуме верховный представитель Альянса цивилизаций ООН Мигель Анхель Моратинос выразил крайнее удовлетворение тем, что впервые находится в прекрасном городе Баку. Он сказал, что Альянс цивилизаций ООН является партнером «Бакинского процесса», созданного по инициативе Президента Азербайджана. «Единство – дух «Бакинского процесса», – отметил Мигель Анхель Моратинос и добавил, что Баку может превратиться в хаб Альянса цивилизаций ООН. Он подчеркнул, что на фоне происходящих в мире событий это престижное международное мероприятие проводится своевременно, и рассказал об основных направлениях вопросов, которые будут обсуждаться на Форуме.

    Заместитель генерального директора ЮНЕСКО по социальным и гуманитарным наукам Нада Аль-Нашиф особо подчеркнула роль Президента Ильхама Алиева и нашей страны в пропаганде мультикультурализма в мире и воцарении общечеловеческих ценностей. Она отметила, что основными задачами человечества должны быть позитивные изменения, права человека, устойчивое развитие и обеспечение разнообразия. Нада Аль-Нашиф сказала, что по линии ЮНЕСКО также проводится цикл мероприятий в этом направлении, довела до внимания, что эта авторитетная международная структура вносит свой вклад для еще большей активности межкультурного диалога.

    Генеральный секретарь Организации Исламского Сотрудничества Юсуф бин Ахмед аль-Усаймин выразил глубокую признательность Президенту Ильхаму Алиеву за организацию Бакинского форума на высоком уровне и приглашение на это важное мероприятие. Он подчеркнул, что это мероприятие является важным вкладом в межкультурный диалог между Западом и исламским миром. Генеральный секретарь Организации исламского сотрудничества отметил, что межкультурный и межцивилизационный диалог очень необходим, подчеркнул важность объединения усилий всех стран в этом направлении. Он констатировал, что Президент Ильхам Алиев постоянно демонстрирует приверженность делу укрепления межкультурного диалога и пожелал Форуму успехов.

    Заместитель генерального секретаря Совета Европы Габриэлла Баттаини-Драгони сказала, что Азербайджан одно из ведущих государств в межкультурном диалоге. Она особо подчеркнула, что «Бакинский процесс» стал историей успеха. Отметив, что Совет Европы осуществляет комплексную работу в области усиления межкультурного и межцивилизационного диалога в мире, просвещения молодежи и других направлениях, Габриэлла Баттаини-Драгони довела до внимания, что с этой точки зрения Бакинский форум представляет важное значение.

    Генеральный директор ИСЕСКО Абдельазиз Осман аль-Тувейджри отметил, что Бакинский форум один из самых авторитетных мероприятий в мире. Он довел до внимания важность проявления в нынешнее время мировыми лидерами политической воли, особо подчеркнул, что с этой точки зрения Президент Ильхам Алиев демонстрирует образцовую позицию. Отметив, что международное сообщество занимает несправедливую позицию в связи с армяно-азербайджанским нагорно-карабахским конфликтом, Абдельазиз Осман аль-Тувейджри сказал, что это недопустимо, призвал мир поддержать восстановление территориальной целостности Азербайджана и пожелал работе Форума успехов.

    10:17

    В Центре Гейдара Алиева 2 мая открылся V Всемирный форум по межкультурному диалогу под лозунгом «Построим диалог во имя деятельности против дискриминации, неравенства и насильственных конфликтов».

    В форуме принимают участие Президент Азербайджана Ильхам Алиев и Первая леди Мехрибан Алиева.

    Глава государства выступил на церемонии открытия форума.

    Организаторами мероприятия являются ЮНЕСКО, Альянс цивилизаций ООН, Всемирная организация туризма, Совет Европы и ИСЕСКО.

    В мероприятии принимают участие высокопоставленные официальные лица из более чем 100 стран и более 30 международных организаций.

  • İlham Əliyev Bakıda forumda iştirak edib – YENİLƏNİB + FOTO

    Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

    Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

    2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.

    Dövlətimizin başçısı V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söylədi.

    Azərbaycan Prezidenti İlham ƏIiyevin
    nitqi
    -Hörmətli xanımlar və cənablar.

    Hörmətli qonaqlar.

    Əvvəlcə Forumun bütün iştirakçılarını salamlayır, bu gün bizimlə birlikdə olduqlarına görə qonaqlarımıza təşəkkürümü bildirirəm. Burada 100-dən artıq ölkədən 500-dən çox qonağımız var. Bu, onu göstərir ki, bu Forum nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrilib.

    Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq.

    Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir.

    Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.

    Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.

    Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.

    Mültikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimiz, kökümüz və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar.

    Bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir.

    Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.

    Əminəm ki, bu gün və sabah Forum çərçivəsində aparılan müzakirələr problemləri aşkar edərək çıxışçılara fikirlərini bildirmək imkanı verməklə yanaşı, tərəfdaşlıq, həmrəylik və əməkdaşlığı gücləndirəcək, nəticədə mədəniyyətlər arasında körpü yaradacaq.

    Ötən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı Prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir.

    Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və əminəm ki, müsbət rolunu oynayır. Bizim dialoqa ehtiyacımız var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir. Forumun adı belə dialoq adlanır. Yəni, biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir.

    Bu gün “Bakı Prosesi” BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Əminəm ki, “Bakı Prosesi”nin böyük gələcəyi var.

    Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. Biz körpülər qururuq. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əlbəttə, bizim coğrafiyamız tariximizə təsir edib və bugünkü inkişafımıza da təsir etməkdədir.

    Bu gün nisbətən gənc müstəqil dövlət olan Azərbaycan Avropa ilə Asiya arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Siyasi, iqtisadi, mədəni körpülər, eyni zamanda, praktiki baxımdan da nəqliyyat bağlılığı yaradan körpülər.

    Ötən il biz müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdik. Bu müddət ərzində Azərbaycan müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf edən ölkəyə çevrilib. Uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb. ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir.

    BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır.

    İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir.

    Bu böyük problem və humanitar fəlakətə baxmayaraq, Azərbaycan müasir ölkəyə çevrilə bilib. Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır. Biz İslam Əməkdaşlığı Təşkilatının fəal üzvüyük. Bizim Avropa İttifaqı ilə yaxın münasibətlərimiz var. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Qeyd etdiyim kimi, “Bakı Prosesi” Avropa ilə müsəlman dünyası arasında körpülərin qurulması baxımından bizim töhfəmizdir.

    Yəni, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub. Bizim xarici siyasətimiz bizə əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdrımağa imkan yaradır. Müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı. Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır.

    Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu “Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur.

    Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. O, onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulumuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şaxələndirilməsi, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünki bizim iqtisadi inkişafımız insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Bu gün bu göstərici 5-6 faiz səviyyəsindədir.

    Yoxsulluq, işsizlik, sosial bərabərsizlik və savadsızlıq radikalizmin və ekstremizmin mənbələrindəndir. Azərbaycan beynəlxalq terrorizm, radikalizm və ekstremizmlə mübarizədə çox fəal tərəfdaşdır. Bununla yanaşı, biz dünyada İslam sivilizasiyasının dəyərlərini təbliğ edirik. Biz dünyanın müxtəlif yerlərində öz mədəniyyətimizi və digər tərəfdaş müsəlman dövlətlərinin mədəniyyətini əks etdirən çoxsaylı sərgi və təqdimatlar keçiririk.

    Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur.

    Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir.

    Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda, lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik.

    Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna – dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir.

    Əziz dostlar, Azərbaycanda keçirilən bugünkü Forum əlamətdar hadisədir. Bir daha bu Forumda iştirak edən bütün tərəfdaşlar, tərəfdaş təşkilatlar, ziyalılar, alimlər, siyasətçilər, ictimai xadimlər, QHT və media nümayəndələrinə minnətdarlığımı bildirirəm. Əminəm ki, müzakirələr səmərəli olacaq və bunun nəticəsində müvafiq tövsiyələr veriləcək və ölkələrin gələcəyi və regional inkişafla bağlı qərar qəbul edən şəxslər bizim tövsiyələrimizi nəzərə alacaq, beləliklə, dünya daha sabit və təhlükəsiz olacaq.

    Çox sağ olun.

    X X X

    Sonra qədim sivilizasiyalara və müasir Azərbaycandakı tolerantlıq mühitinə həsr edilmiş videoçarx nümayiş olundu.

    Tədbirin moderatoru Forumun yüksək səviyyədə təşkilinə və dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Qeyd etdi ki, “Bakı Prosesi” sülhsevər qüvvələri gücləndirməklə münaqişələri aradan qaldırmağa kömək edən prosesdir.

    Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilk dəfə möhtəşəm Bakı şəhərində olmasından son dərəcə məmnunluğunu ifadə etdi. Bildirdi ki, BMT-nin Sivilizasiyalararası Alyansı Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi”nin tərəfdaşıdır. “Birlik Bakı Prosesi”nin ruhudur”, – deyən Migel Moratinos əlavə etdi ki, Bakı BMT-nin Sivilizasiyalararası Alyansının habına çevrilə bilər. O, dünyada baş verən hadisələr fonunda bu beynəlxalq mötəbər tədbirin vaxtında keçirildiyini vurğuladı və Forumda müzakirə olunacaq məsələlərin əsas istiqamətlərindən danışdı.

    UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif dünyada multikulturalizmin təbliğində və bəşəri dəyərlərin bərqərar olmasında Prezident İlham Əliyevin və ölkəmizin rolunu xüsusi vurğuladı. Bildirdi ki, bəşəriyyətin başlıca hədəfləri müsbət dəyişikliklər, insan hüquqları, dayanıqlı inkişaf və müxtəlifliyin təmin edilməsi olmalıdır. Nada Al-Naşif bu istiqamətdə UNESCO xətti ilə də silsilə tədbirlərin həyata keçirildiyini dedi, həmin mötəbər beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun daha səmərəli olmasına töhfələrini əsirgəmədiyini diqqətə çatdırdı.

    İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakı Forumunun yüksək səviyyədə təşkilinə və bu mühüm tədbirə dəvətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, bu tədbirin Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğunu vurğuladı. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun çox zəruri olduğunu və bütün ölkələrin bu istiqamətdə səylərini birləşdirmələrinin vacibliyini dedi. O, Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun gücləndirilməsi işinə daim sadiqlik nümayiş etdirdiyini vurğuladı və Foruma uğurlar arzuladı.

    Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bildirdi. O, “Bakı Prosesi”nin uğur tarixçəsinə çevrildiyini xüsusi vurğuladı. Avropa Şurasının dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, gənclərin maarifləndirilməsi və digər istiqamətlərdə kompleks iş apardığını deyən Qabriella Battaini-Draqoni bu baxımdan Bakı Forumunun mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

    ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Bakı Forumunun dünyanın ən nüfuzlu tədbirlərindən biri olduğunu dedi. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırdı, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğuladı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırdı və Forumun işinə uğurlar arzuladı.


    10:01

    Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

    Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

    Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

  • Prezidentdən İçərişəhərlə bağlı – FƏRMAN

    Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1573 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmana əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:

    1.1. aşağıdakı məzmunda 3.1.3-1-3.1.3-5-ci yarımbəndlər əlavə edilsin:

    “3.1.3-1. Qoruqların ərazisində mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirmək;

    3.1.3-2. Qoruqların ərazisində mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;

    3.1.3-3. Qoruqların ərazisində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;

    3.1.3-4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;

    3.1.3-5. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;

    1.2. 3.1.13-cü yarımbənddən “və abidələrin əhəmiyyətinə dair müvafiq siyahıları tərtib etmək” sözləri çıxarılsın;

    1.3. 3.1.15-ci yarımbəndə “özəlləşdirilməsinə” sözündən sonra “, icarəyə” sözü əlavə edilsin və həmin yarımbənddən “və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq” sözləri çıxarılsın;

    1.4. 3.1.16-cı yarımbənddə “məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görmək” sözləri “hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək” sözləri ilə əvəz edilsin;

    1.5. aşağıdakı məzmunda 3.1.16-1-ci və 3.1.16-2-ci yarımbəndlər əlavə edilsin:

    “3.1.16-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;

    3.1.16-2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;

    1.6. 3.1.22-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq icazə verilən arxeoloji işləri” sözləri “qanuna uyğun olaraq icazə verilən arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini” sözləri ilə əvəz edilsin;

    1.7. 3.1.23-cü yarımbənddə “dövlət qeydiyyatına alınması, pasportlaşdırılması” sözləri “siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək” sözləri ilə, “əhəmiyyəti” sözü “əhəmiyyət dərəcəsi” sözləri ilə əvəz edilsin;

    1.8. 3.2.8-ci yarımbənddə “qazıntı işlərinin aparılmasını təşkil edən” sözləri “bu Nizamnamənin 3.1.22-ci yarımbəndində qeyd olunan işləri aparan (yerinə yetirən)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin.

    2. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002) aşağıdakı dəyişikliklər edilsin:

    2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” üzrə:

    2.1.1. 3.2.9-cu yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin;

    2.1.2. 3.2.17-ci yarımbənddən “dövlət mühafizəsinə götürülməsi və onların” sözləri çıxarılsın və həmin yarımbəndə “təkliflər verir” sözlərindən sonra “, abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirir” sözləri əlavə edilsin;

    2.1.3. 3.2.22-ci yarımbəndə “icazə verir” sözlərindən sonra “, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirir” sözləri əlavə edilsin;

    2.1.4. aşağıdakı məzmunda 4.2.1-1-ci yarımbənd əlavə edilsin:

    “4.2.1-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul edir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir;”;

    2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” üzrə:

    2.2.1. 3.0.30-cu yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin;

    2.2.2. aşağıdakı məzmunda 4.0.5-1-ci yarımbənd əlavə edilsin:

    “4.0.5-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;”.

    3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1841) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

    3.1. 3.0.31-ci yarımbəndə “dövlət nəzarətini” sözlərindən sonra “və dövlət monitorinqini” sözləri əlavə edilsin;

    3.2. aşağıdakı məzmunda 3.0.33-1-ci yarımbənd əlavə edilsin:

    “3.0.33-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində yerləşən yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;

    3.3. 3.0.36-cı yarımbənd aşağıdakı redaksiyada verilsin:

    “3.0.36. Qoruqların ərazilərində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;”;

    3.4. aşağıdakı məzmunda 3.0.36-1-ci və 3.0.36-2-ci yarımbəndlər əlavə edilsin:

    “3.0.36-1. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;

    3.0.36-2. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;

    3.5. 3.0.38-ci yarımbənddə “arxeoloji işləri qeydə almaq” sözləri “arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini qeydə almaq, bu işləri aparan (yerinə yetirən) şəxslərdən aparılmış tədqiqat işləri barədə hesabat qəbul etmək, arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını tələb etmək” sözləri ilə əvəz edilsin;

    3.6. aşağıdakı məzmunda 3.0.45-1-ci və 4.0.15-1-ci yarımbəndlər əlavə edilsin:

    “3.0.45-1. Qoruqların ərazilərində yerləşən tarix və mədəniyyət abidələrini siyahıya və dövlət qeydiyyatına almaq, pasportlaşdırılmasını həyata keçirmək;”;

    “4.0.15-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək;”.

  • Azərbaycanda dəfn qaydalar dəyişdi – Prezident qanunu təsdiqlədi

    Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

    Dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

    Həmin maddədə dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılması nəzərdə tutulur.

    Bundan başqa qanuna edilən dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə “445-1,” rəqəmlərindən sonra “516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə),” sözləri əlavə edilir.