Category: Siyasət

  • Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin sərgisində – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda yerləşən “Elektra Events Hall”da nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə bir sərginin nazirlik tərəfindən son bir il ərzində artıq üçüncü dəfə keçirildiyini bildirib.

    “Bahar sevincləri” şənliyində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

    Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində müəlliflərin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.

    Qeyd edilib ki, hər bir sosial müəssisədə sakinlərin yaradıcılıq meyilləri nəzərə alınmaqla müxtəlif dərnəklər, təlim kursları təşkil olunub, onların müvafiq incəsənət sahələrində bacarıq və qabiliyyətləri inkişaf etdirilir.

    Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

    Milli kulinariya guşəsində uşaqlar qutab bişirmə, yuxa yayma, düşbərə bükmə qabiliyyətlərini nümayiş etdiriblər.

    Heydər Əliyev Fondunun vitse-prezidenti xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib.

    İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada Boccia İdman Federasiyasının idmançıları ilə görüşüb. Azərbaycanda boccia idmanı Leyla Əliyevanın təşəbbüsü ilə yaradılaraq ildən-ilə inkişaf edib. Bu idman növü üzrə milli komandamız beynəlxalq yarışlarda artıq ilk qələbələrə imza atıb.

    Əlilliyi olan şəxslər boccia, qılıncoynatma, parataekvondo, oxatma, güllə atıcılığı növlərində öz məharətlərini göstəriblər.

    Leyla Əliyeva idmançılara yeni-yeni uğurlar arzulayıb.

  • Deputatlar pensiyalarla bağlı məsələni müzakirə edəcək

    Parlamentin aprelin 23-də keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib.

    Oxu.az-ın parlamentdən əldə etdiyi məlumata görə, iclasın gündəliyindəki məsələlərin sayı 17-dən 19-a qaldırılıb.

    23 aprel iclasının gündəliyinə daha iki məsələ – “Əmək pensiyaları haqqında” və “Müflisləşmə və iflas haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan layihələr əlavə edilib.

  • XİN Ermənistanı qəbul edilmiş bəyanatlara qoşulmağa çağırdı

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər nazirinin erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri “3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir.

    Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

    “Sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir. Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyil və bu proses həmişəlik davam edə bilməz.

    Biz Ermənistan Xarici İşlər Nazirliyini “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edirik.

    Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər.

    Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar”, – bəyanatda qeyd edilib.

  • Bakı yolları yenidən qurulacaq – Pul ayrıldı

    Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,45 milyon (iki milyon dörd yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

    Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Prezident Vahid Əliyevi təltif etdi

    Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

    Median.Az Azərtac-a istinadən xəbər verir ki, müvafiq sərəncam prezident İlham Əliyev tərəfindən imzalanıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, o, 1969-cu ildə Bakı şəhərində anadan olub.

    General-leytenant Vahid Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi olub.

  • Prezidentdən çörəklə bağlı VACİB QƏRAR

    Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

    Bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

    Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

    Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.

  • Prezident əhaliyə ŞAD XƏBƏR verdi – Maaş və pensiyalar artacaq – VİDEO

    “Minimum əmək haqqının, pensiyanın təxminən 40% qaldırılması önəmli addımdır. Artım böyük olsa da bu bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq”.

    Bu sözləri prezident İlham Əliyev aprelin 18-də Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən bildirib.

    Dövlət başçısı qeyd edib ki, müvafiq göstərişlər verilib, indi hökumətdə iş aparılır:

    “Müvafiq nazirliklərə göstəriş verildi. Bizim maliyyə imkanlarımız artır. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirir. Bu ilin əvvəlindən kifayət qədər böyük rəqəm artıq büdcəyə daxil oldu. Mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir. O cümlədən maaşların, pensiyaların qaldırılmasına.

    Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Burada da orta hesabla 2 dəfə sosial müavinətlər artırıldı. 600 minə yaxın insan bu proqramla əhatə olundu. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əmək haqqı, minimum pensiyalar Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasın”.

  • Prezident parkda sakinlərlə görüşdü – Fotolar – Video

    Prezident parkda sakinlÉrlÉ görüÅdü - Fotolar - Video

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub.

    Вövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.

     

     

     

     

     

  • Prezidentlə xanımı Qaraçuxurda

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə gediblər.

    AZƏRTAC-ın məlumatına görə, onlar qəsəbədə əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olublar.

    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov parkda yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.

    Sonra dövlət başçısı və birinci xanım burada istirahət edən sakinlərlə görüşüb söhbət ediblər.

  • ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini Vaşinqtona dəvət etdi

    ABŞ Dağlıq Qarbağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsini təklif edib.

    “RİA Novosti”nin məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov açıqlama verib.

    “Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş həmkarım Sergey Lavrovun təşəbbüsü ilə Moskvada baş tutub. Rusiya ilə birlikdə səylər iki qat-üç qat artırılsa, münaqişənin nizamlanmasında irəliləyişə ümid etmək olar. Ötən gün ABŞ-dan Vaşinqtona səfərlə bağlı dəvət gəldi.

    Dövlət katibi münaqişənin nizamlanmasında irəliləyişə nail olmaq üçün şəxsən öz səylərini göstərmək niyyətindədir”, – deyə Məmmədyarov Varşavada keçirdiyi brifinqdə bildirib.