Category: Siyasət

  • Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb – FOTO

    Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.

    Müraciətdə deyilir: “Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşmənə hər zaman layiqli cavab vermişdir.

    Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadiqlik nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.

    2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçılarının qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərddir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

    Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır. Mən sizin hər birinizə cansağlığı və uğurlar arzulayıram”.

    Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. “Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq”, – deyə Eldəniz Sadıqov bildirib.

    Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən kapitan Amil Dadaşov bununla qürur duyduqlarını qeyd edərək deyib: “Aprel döyüşlərində yaralanan hərbçi yoldaşlarım artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar”. Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

    Baş leytenant Namiq Əliyev qeyd edib ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. “Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözümüzü itirsək də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq”, – deyə Namiq Əliyev bildirib.

    Görüşdə MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev Fonduna minnətdarlığını bildirərək, protezlərlə təmin edilən hərbçilərimizə də layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü bildirib.

    Sonra hərbçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edildi.

    Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü, onlarla səmimi söhbət etdi.

    Hərbçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

    Sonda xatirə şəkli çəkdirildi.

    Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

    Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

    Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

  • İlham Əliyev keçmiş naziri rektor təyin etdi

    Prezident İlham Əliyev Heydər Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Bu barədə müvafiq sənədi AZƏRTAC dərc edib.

    Sərəncamla Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.

    Qeyd edək ki, Heydər Əsədov 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri, 2013-2018-ci illərdə isə kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

    2011-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

  • Çeçenistan Bakıda nümayəndəlik açır

    Rəsmi Bakı və Qroznı Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması ilə bağlı razılığa gəlib.

    Bu barədə Çeçenistan başçısı Ramzan Kadırov “VKontakte” səhifəsində yazıb.

    O bildirib ki, müvafiq razılaşma Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Çeçenistan başçısının müşaviri – RF Dövlət dumasının deputatı Adəm Dəlimxanovun görüşündə əldə olunub.

    “Çeçenistan və Azərbaycan arasındakı münasibətlər çoxillik ənənələrə söykənir. Bu ənənələrin əsasını Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının ilk prezidenti, Rusiya qəhrəmanı Əhmət Hacı Kadirov qoyub”, – deyə Kadırov yazır.

  • İlham Əliyev Bakı-Tbilisi-Qars sərnişin qatarı ilə tanış oldu – FOTO

    Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.

    Bu barədə məlumatı AZƏRTAC yayıb.

























  • Мехрибан Алиева: Азербайджан никогда не смирится с оккупацией

    Апрельские бои в очередной раз продемонстрировали всему миру, что Азербайджанское государство никогда не смирится с оккупацией, что азербайджанская армия способна успешно осуществить необходимую операцию.

    Об этом Первый вице-президент Азербайджана Мехрибан Алиева написала на официальной странице в Instagram.

    «Апрельские бои в очередной раз продемонстрировали всему миру, что Азербайджанское государство никогда не смирится с оккупацией, что азербайджанская армия способна успешно осуществить необходимую операцию. Во время этих боев отважная азербайджанская молодежь, наши солдаты, офицеры, продемонстрировав героизм, погибли за Родину, отдали за нее жизнь. Да упокоит Аллах души всех, кто стал шехидами на пути восстановления территориальной целостности, независимости Азербайджана, во имя того, чтобы наша страна стала более могущественной и крепкой. Светлая память о них навсегда останется в сердце азербайджанского народа», – написала Первый вице-президент Мехрибан Алиева.

  • “Ordumuz işğalla heç vaxt barışmayacaq” – Mehriban Əliyeva aprel zəfərindən yazdı

    Birinci vitse-prezident Mehriban Əliyeva Aprel zəfərinin 3-cü ildönümü ilə bağlı rəsmi “Instagram” səhifəsində paylaşım edib.

    Median.Az-ın məlumatına görə, birinci vitse-prezident Azərbaycan ordusunun qələbəsi haqda yazıb:

    “Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

  • Əliyev Putinlə Vyana görüşündən danışdı

    Azərbaycan prezidenti İlham Əliyev ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

    Bununla bağlı “RİA Novosti” agentliyi məlumat yayıb.

    Bildirilib ki, Putin və Əliyev Qarabağ münaqişəsinin həllini müzakirə ediblər.

    Qeyd edilib ki, Əliyev Putinə Vyanada Ermənistan baş naziri Nikol Paşinyanla görüşü barədə danışıb.

    Putin Qarabağ münaqişəsinin həllinin vacibliyini bildirib və bəyan edib ki, Rusiya bu məsələdə tərəflərə kömək etməyə hazırdır.

  • Bu şəxslər üçün viza prosedurları sadələşdirildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

    Müvafiq sənədi aprelin 2-də AZƏRTAC dərc edib.

    Sənədə əsasən, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

    Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

  • Prezident xüsusi təyinatlıların hazırlığını izlədi – VİDEO

    Xəbər verdiyimiz kimi, prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.

    Ölkə başçısı hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib.

  • Məmmədyarov Brüsselə danışıqlara gedir

    Aprelin 4-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    İclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcəklər.

    İclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar, Tərəfdaşlıq Prioritetləri, Şərq Tərəfdaşlığı və digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.