Category: Siyasət

  • AŞPA-da Azərbaycanla bağlı panel iclası keçirildi

    Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclası keçirilib.

    Median.Az report-a istinadən xəbər verir ki, Azərbaycan AŞPA-dakı nümayəndə heyətinin və AŞPA yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu bildirilib.

    Yığıncaqda həmçinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun ermənilər tərəfindən talan edilməsi, həmin ərazilərdə qeyri-qanuni fəaliyyət göstərilməsi pislənilib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib.

    Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov, Beynəlxalq Hüquq İnstitutunun üzvü, İtaliyanın Guido Carli LUİSS Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. Onlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aparılan qeyri-qanuni fəaliyyətlər, habelə təbii sərvətlərin talan edilməsi, tarixi-mədəniyyət abidələrinin mənimsənilməsi və s. toxunublar.

    Yığıncaqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarından da danışılıb.

  • Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

    Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib.

    Median.Az-ın Baku.ws-ə istinadən xəbərinə görə, müraciətdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti şəraiti ilə əyani şəkildə tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

    Görülən bu işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Lakin son günlər müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkdikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanunun müvafiq tələbləri pozularaq düşmənə Ordumuz barədə məlumatlar əldə etmək imkanı yaradılır.

    Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir”.

  • Prezident Çingiz Abdullayevi təltif etdi

    Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.

    Müvafiq sərəncamı aprelin 9-da prezident İlham Əliyev imzalayıb.

    Ç.Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə təltif olunub.

    Qeyd edək ki, Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

    O, Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktorudur (1991).

    Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

    2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

    30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

  • İlham Əliyev 10 milyonuncu Azərbaycan vətəndaşına ev bağışladı

    Prezident İlham Əliyev Azərbaycanın 10 milyonuncu vətəndaşına ev verib.

    Bu barədə oxu.az-a açıqlamasında yeni doğulan körpənin atası Rauf Həsənov məlumat verib.

    Qeyd edib ki, ölkə başçısı onun qızına Yasamalda üç otaqlı ev bağışlayıb.

    Qeyd edək ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

    Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Valideynləri uşağın adını Mehriban qoyublar.

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.

  • Mehriban Əliyeva qızları ilə konsertdə – FOTO

    Aprelin 8-də Heydər Əliyev Sarayında virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyevin konserti baş tutub.

    AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

    Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

    Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub.

    Denis Matsuyevin səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin simfonik orkestrləri və dirijorları olub.

    P.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.



  • Prezident və birinci xanım 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Avropada Dilqəm və Şahbaz müzakirəsi: Onlar azad olunanda orada olmaq istəyirəm

    Azərbaycanlı iki məcburi köçkün – Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Bu mülki şəxslər Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən girov götürülüblər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı heyətinin üzvü Qənirə Paşayeva qurum yaz sessiyasında bildirib.

    “Artıq neçə vaxtdır Azərbaycan hökuməti “hamı hamıya” prinsipi əsasında hər iki tərəfin saxladığı şəxslərin dərhal azad edilməsi çağırışını edib. Təəssüf ki, hətta bütün insan haqlarına hörmət edəcəyini iddia edən indiki Ermənistan rəhbərliyi Azərbaycanın bu mülki şəxslərinin hüquqlarını pozmaqda davam edir. Nə vaxta qədər Avropa Şurasının müvafiq qurumları Azərbaycanın bu iki mülki şəxsinin taleyi ilə bağlı səssiz qalacaq?”- deyə, Q. Paşayeva sonra Azərbaycan nümayəndə heyəti adından Avropa Şurasının (AŞ) İnsan haqları üzrə komissarı Dunya Miyatoviçə verib.

    D. Miyatoviç isə cavabında AŞ-nin bu işlə məşğul olduğunu, hər iki ölkənin hakim dairələri və vasitəçilər ilə əlaqə saxladıqlarını bildirib:

    “İki ölkənin prezidentlərinin görüşündən sonra vəziyyət yaxşıya doğru inkişaf edir. Buna sevinirik. İnsanları sülhə hazırlayırlar. Bu, o deməkdir ki, insan hüquqlarına riayət olunmalıdır. Mən çox istərdim bu şəxslərin azad olmasında iştirak edim. Mən bütün bu prosesləri izləyəcəyəm. Liderlər əmin olmalıdır ki, onların sülhə hazırlığı müəyyən nəticələr verməlidir”.

  • Prezident Elçin Bağırovu təltif etdi

    Median.Az xəbər verir ki, aprelin 6-ı saat 12 radələrində Pəlikeş kəndi ərazisində, rayon sakini Ədalət Şəkərov idarə etdiyi “UAZ-3303” markalı avtomobili dərəyə aşırıb.

    Nəticədə Ə.Şəkərov və bir sərnişini xəstəxanaya yerləşdirilib, göstərilən tibbi yardımlara baxmayaraq sürücü orada ölüb.
    Astara RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək

    Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş Rusiyanın XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Moskvada keçiriləcək.

    Bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Moskva-Bakı” nəşrinə verdiyi müsahibədə bildirib.

    “Ən yaxın zamanda (bunu artıq razılaşdırmışıq) Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər səviyyəsində görüş elan olunacaq. Düşünürəm ki, Sergey Viktoroviç (Lavrov –red.) də bu görüşdə iştirak edəcək”, – deyə E.Məmmədyarov açıqlamasında bildirib.

    Azərbaycanlı diplomat Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində irəliləyişlərə nail olmağın vacibliyini vurğulayıb.

    E.Məmmədyarovun sözlərinə görə, cümə günü rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi (MDB xarici işlər nazirləri şurasının iclasından sonra – red.) görüşdə həm ikitərəfli münasibətləri, həm də Dağlıq Qarabağ problemini müzakirə ediblər.

  • Prezident və xanımından Azərbaycan xalqına təbrik

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını on milyon olması münasibəti ilə təbrik edib.

    Ölkə başçısı və xanımı Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəldiyi ailəyə də təbrik ünvanlayıb.

    Məlumata görə, qız uşağı 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində dünyaya göz açıb.