Category: Siyasət

  • Məmmədyarov: “Silahlı münaqişələr MDB dövlətləri arasında daha sıx əlaqələrin yaradılması üçün əsas maneədir”

    Təəssüflər olsun ki, MDB məkanında hələ də regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneə olan həll edilməmiş silahlı münaqişələr mövcuddur.

    Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında deyib.

    Nazir qeyd edib ki, MDB üzv dövlətlərin həm regional, həm də beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə etmək və qarşılıqlı əlaqələndirmək məqsədilə hərtərəfli əməkdaşlıq üçün mühüm bir platformadır. Bu baxımdan, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlıq və dialoqa xüsusi əhəmiyyət verir:

    “Hazırkı gündəmdə əsasən humanitar sahəyə aid geniş spektr üzrə məsələlərin müzakirəsi nəzərdə tutulur.

    Hesab edirəm ki, humanitar sahədə əməkdaşlığın davam etdirilməsi ölkələrimiz arasında etimadın möhkəmlənməsini və Birliyin inkişafını daha da təşviq edəcəkdir.

    Bu gün keçirilən iclasda “İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Dövlət Başçılarının bəyanatının layihəsi haqqında” Qərarın və “Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətləri xarici işlər nazirlərinin 1941-1945-ci illər Böyük Vətən müharibəsinin döyüşçülərinin məzarları və döyüşçülərin abidələrinin qorunması və onlara lazımi qayğı göstərilməsinin zərurəti haqqında” Qərarın imzalanması nəzərdə tutulub.

    İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü və xüsusilə Böyük Vətən müharibəsindəki Qələbənin 75-ci ildönümü ərəfəsində, Azərbaycanın faşizm üzərində Qələbənin əldə olunmasına çox böyük töhfə verdiyini qeyd etmək istərdim. Müharibədə Azərbaycandan təxminən 700 min nəfər iştirak edib, onlardan 400 min nəfər döyüş meydanlarında həlak olub və ya itkin düşüb.

    Müharibə illərində Azərbaycan faşizm üzərində Qələbədə həlledici rol oynayıb. Mən əminliklə deyə bilərəm ki, əgər Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tamamilə fərqli ola bilərdi. O dövrdə Sovet İttifaqında 110 milyon ton neft hasil olunub. Onlardan 75 milyon ton Azərbaycan neft sənayesi işçiləri tərəfindən hasil olunub”.

    E.Məmmədyarovun sözlərinə görə, beynəlxalq arenada təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədilə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə sahəsində bütün dövlətlərin səmərəli əməkdaşlığını tələb edir:

    Təəssüflər olsun ki, MDB məkanında hələ də regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneə olan həll edilməmiş silahlı münaqişələr mövcuddur. Ekstremizm və təcavüzkar separatizm ərazi iddialarına əsaslanan dövlətlərarası münaqişələrin kök səbəbidir və bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır. Biz o mövqedən çıxış edirik ki, beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələrin tezliklə suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll olunması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir”.

    Azərbaycanın təşəbbüsü ilə başlanılan qlobal enerji və nəqliyyat layihələrinə toxunan nazir vurğulayıb ki, bu layihələrin həyata keçirilməsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir:

    “Ötən ilin may ayında yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin açılışı Azərbaycan tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən yeni liman ölkənin tranzit imkanlarını genişləndirməkdə mühüm rol oynamaqdadır. Yeni Bakı Beynəlxalq Limanının işə salınması ilə, yeni liman kompleksində şimaldan, cənubdan, şərqdən və qərbdən dəhlizlər vasitəsilə, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya və ya şərqə doğru gəmilərlə daşınma üçün yönəldilən yük axınlarının cəmləşdirilməsini təmin edən səmərəli və davamlı logistika zənciri yaradılıb.

    Bununla yanaşı, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadi artım və sosial inkişafın dinamikasının qorunub-saxlanması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi Azərbaycan əhalisinin rifahını yüksəltməyə və ölkənin iqtisadi inkişafına yönəldilmiş uğurlu inkişaf siyasətini həyata keçirməyə imkan verir”.

    Azərbaycan XİN rəhbəri deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlər tərəfindən 2018-ci il avqustun 12-də imzalanmasını məmnuniyyətlə qeyd etmək istərdim:

    “Bu əsas sənəd müasir tələblərə cavab verən və Xəzər dənizinin sahilyanı ölkələrinin hərtərəfli qarşılıqlı fəaliyyətini daha da intensivləşdirilməsi məqsədini daşıyan yeni bir hüquqi rejim yaradır.

    Bu baxımdan, həmçinin qeyd etmək istərdim ki, Konvensiyaya uyğun olaraq yaradılan Xəzər dənizi məsələlərinə dair Yüksək səviyyəli İşçi Qrupunun ilk iclası bu ilin 19-20 fevral tarixlərində Bakıda keçirildi və iclas çərçivəsində tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsi üzrə metodika haqqında Saziş layihəsinin razılaşdırılmasına başladılar”.

    Nazir bildirib ki, Azərbaycan humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə də böyük önəm verir:

    “Ölkəmiz humanitar məsələləri müzakirə etmək üçün beynəlxalq platformalardan birinə çevrildi.

    2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlayan və ötən ildə onilliyini qeyd edən Mədəniyyətlərarası dialoq üzrə Beynəlxalq Forum – Bakı Prosesi cəmiyyətdə tolerantlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş birgə beynəlxalq səylərin dəstəklənməsi üçün bir platformadır.

    Ötən il oktyabrın 25-26-da Bakıda artıq ənənəyə çevrilən və beynəlxalq mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verən VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Bundan əlavə, ayrıca qeyd etmək istərdim ki, bu il martın 14-16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Yeni dünya xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu keçirilmişdir. Əminliklə deyə bilərəm ki, bu tədbirlər mədəniyyətlərarası dialoq dəyərlərinin təşviq edilməsində Azərbaycanın göstərdiyi səylərin tanınmasının nəticəsidir”.

  • Bakıda iki yeni “ASAN xidmət” mərkəzi tikiləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

    AZƏRTAC-ın məlumatına görə, sərəncamla Bakı şəhərində iki yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6 milyon manat ayrılıb.

    Sərəncamda qeyd olunub ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlər göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunmuşdur.

    Ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş “ASAN xidmət” mərkəzi yaradılmış, 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Gündəlik müraciət sayı 30 minə yaxın olan “ASAN xidmət” mərkəzlərində indiyədək 28 milyondan çox müraciət qəbul edilmişdir.

  • Daha bir icra başçısı vəzifəsindən azad edildi – TƏYİNAT

    Prezident İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

    Sərəncamın mətni AZƏRTAC-da dərc edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • Bu rayonun da icra başçısı dəyişdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Novruz Nəcəf oğlu Novruzovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

    Sərəncamın mətni AZƏRTAC-da dərc edilib.

    Dövlət başçısının digər sərəncamı ilə Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

    Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı olub. O, bu gün prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.

  • Prezident icra başçısını işdən çıxardı – Digər rayona göndərdi

    Prezident İlham Əliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

    Digər sərəncama əsasən, o, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

  • İlham Əliyev yaşayış kompleksinin açılışında

    Aprelin 5-də Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin açılışı olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

  • İlham Əliyev yaşayış kompleksinin açılışında

    Aprelin 5-də Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış kompleksinin açılışı olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

  • Baş katib: Bakı-Tbilisi-Qars NATO-nun Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasının uğuruna mühüm töhfə verir

    Bu ilin ilin 3-4 aprel tarixlərində Vaşinqton şəhərində NATO xarici işlər nazirlərinin növbəti iclası keçirilib.

    Median.Az bildirir ki, iclas NATO-nun 70-ci ildönümünə həsr olunub. NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində mətbuata verdiyi açıqlaması zamanı Azərbaycan Respublikasının Alyansın yaxın tərəfdaşı olduğunu bildirib, ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Baş katib Azərbaycanın NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə və multimodal tranzit töhfəsi verdiyini diqqətə çatdırıb. Baş katib Y.Stoltenberq ələlxüsus 2017-ci ildə fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu qeyd edərək, bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini vurğulayıb.

    Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsası Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan SNT roqramınınprinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə və əsas vurğusu təhlükəsizlik və müdafiə islahatlarına yönələn geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq həyata keçirir.

    Azərbaycan Respublikası 2003-cü ildən başlayaraq NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatına töhfə verir. Hazırda Azərbaycanın 6 nəfər qərargah zabiti və 2 nəfər hərbi həkim olmaqla 120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının tərkibində xidmət edir.

    Azərbaycan NATO-nun Əfqanıstanda sülhü bərqərar etmə səylərinə eyni zamanda hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

    2017-ci ilin 30 oktyabr tarixində açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolu Əfqanıstana multimodal daşımalar üçün geniş imkanlar yaratmışdır. Bakı-Tbilisi-Qars dəmir yolu Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil etməklə NATO dövlətlərinin Əfqanıstana fasiləsiz və təhlükəsizlik şəkildə daşımalar həyata keçirməsinə mühüm töhfə verir. Ələt beynəlxalq dəniz limanı bu sahədə imkanları əlavə olaraq genişləndirəcəkdir. Uzunmüddətli perspektivdə Azərbaycan ərazisindən tranzit NATO-nun Əfqanıstandakı missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı kontekstində mühüm əhəmiyyət kəsb edir.

  • İlham Əliyevdən AzTV-nin keçmiş sədri ilə bağlı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Nizami Manaf oğlu Xudiyeva Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Qeyd edək ki, N.Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvanda anadan olub.

    1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

    Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının, Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

  • İlham Əliyev rusiyalı naziri qəbul edib – FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı məlumatı AZƏRTAC dərc edib.