Category: Siyasət

  • DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib – SİYAHI

    Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az  AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamla Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

    general-leytenant ali hərbi rütbəsi

    general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

    general-mayor ali hərbi rütbəsi

    polkovnik Araz Süleyman oğlu Əhmədova

    polkovnik Zaur Aydın oğlu Əliyevə

    polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə.

  • İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

    Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

    AZƏRTAC-ın xəbərinə görə, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!”

  • İlham Əliyev Paşinyanla görüşəcək – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçirilir.

  • Fransa mətbuatı Mehriban Əliyevanın Parisə səfərindən yazıb

    Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı “Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq” adlı məqalə dərc olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb.

    “Qafqazın güclü iqtisadi gücə malik ölkəsi olan Azərbaycanla siyasi, iqtisadi və mədəniyyət münasibətlərindən necə yan keçmək olar? Fransa yaxşı anlayır ki, dünyanın stabil və regional aparıcı ölkələrinə ehtiyacı var. Buna görə də bu gün güclü iqtisadi inkişafı olan ölkələrlə ikitərəfli münasibətləri təşviq etmək zəruridir”, – deyə jurnalist Elen Kuqo diqqətə çatdırıb.

    Məqalədə qeyd edilir ki, əlverişli coğrafi mövqeyinə görə Azərbaycan əsas regional mərkəzdir və əsas marağı möhkəm iqtisadiyyata malik olmaqdır.

    “Azərbaycan inkişafda olan güclü ölkədir”, – deyə ölkəmizi təqdim edən jurnalist son 20 ildə ölkəmizin yalnız karbohidrogen ehtiyatlarına güvənməyərək iqtisadiyyatın bütün sektorlarını şaxələndirdiyini diqqətə çatdırıb.

    Ölkəmizin kənd təsərrüfatının inkişafından söz açılaraq bir çox yerli məhsulların ABŞ-dan tutmuş Yeni Zelandiyaya qədər dünyanın müxtəlif ölkələrinə ixrac edildiyi vurğulanıb. Azərbaycan şərablarının məşhur olmasından yazılıb.

    Eyni zamanda, ölkəmizin ağır sənaye, logistika, ticarət, maliyyə xidmətləri, informasiya texnologiyaları kimi sahələrində inkişafından danışılıb.

    Azərbaycanın dünya iqtisadi rəqabətlilik baxımından 37-ci yerdə qərarlaşdığı qeyd edilib. Ölkəmizin strateji geosiyasi məkanda yerləşdiyi, işsizliyin həcminin aşağı olduğu, bütün nəqliyyat növləri üzrə infrastrukturun genişləndirildiyi vurğulanıb. Böyük İpək Yolunun Bakı üçün keçmiş deyil, gələcək olduğu bildirilib.

    Məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa səfərindən və bu ölkənin rəsmi şəxsləri ilə görüşlərindən bəhs olunub. Qeyd edilib ki, görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

    Azərbaycanın Birinci vitse-prezidentinin səfər çərçivəsində görüşdüyü fransız müəssisələrinin nümayəndələri görüşlərin məhsuldar olduğunu, iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin mövcudluğunu xüsusi qeyd ediblər.

    Qafqaz regionunda Azərbaycanın Fransanın birinci iqtisadi tərəfdaşı olduğu vurğulanıb.

    Qeyd edək ki, iqtisadiyyat üzrə ixtisaslaşmış “Luxus-Plus” portalının eyni adlı jurnalı da dərc olunur.

  • İlham Əliyev “Bakmil” stansiyasında

    Prezident İlham Əliyev martın 26-da Bakı metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub.

    Bu barədə məlumatı AZƏRTAC yayıb.

  • Pompeo Azərbaycan xalqını təbrik etdi

    ABŞ- dövlət katibi Mayk Pompeo azərbaycan xalqını baharın gəlişi və Novruz bayramı münasibətilə təbrik edib.

    Bu haqda ABŞ dövlət departamentinin rəsmi səhifəsində Pompeonun bəyanatı dərc olunub.

    “Mən baharın və Yeni ilin gəlişi ilə bağlı bu qədim ənənəni bayram edən hər kəsi, o cümlədən Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Özbəkistanda yaşayan xalqları, kürdləri, sadalanan ölkələrin Birləşmiş Ştatlardakı icmalarını Novruz bayramı münasibətilə təbrik edirəm”, – deyə bəyanatda qeyd olunur.

    Pompeo bildirib ki, Novruz bayramı minilliklər boyunca çoxsaylı xalqların və icmaların mədəni-irsi “təməl daşı” olub.

    “Novruz bayramı ailələri və dostları bir araya gətirir, onlar keçmişi yad edib, gələcəyi bayram edirlər. Novruz insanların sevdiklərinə, uzaq və yaxın qohumlarına qovuşması vaxtıdır”, – deyə Pompeo əlavə edib.

  • İlham Əliyev banqladeşli həmkarına təbrik məktubu göndərib

    Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı münasibətlər daim inkişaf edəcək və genişlənəcəkdir.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.

  • Uruqvayla Azərbaycan arasında iqtisadi əlaqələr genişləndiriləcək

    Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə görüşüb.

    XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub.

    İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.

    E.Məmmədyarov Azərbaycanın ötən il Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə olduğunu qeyd edib. Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturdan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Uruqvay tərəfinin də bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib.

    Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib və Uruqvayın münaqişənin həllinə dair beynəlxalq hüquqa əsaslanan mövqeyini məmnunluqla qarşılandığını ifadə edib.

    Öz növbəsində, R.Novoa, ümumiyyətlə, Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. Münaqişə mövzusunun ölkəmiz üçün həssaslığını anladıqlarını vurğulayan nazir ölkəsinin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyinin dəyişilməz qalacağını bildirib.

    E.Məmmədyarov Azərbaycan və Uruqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək zirvə toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

    Görüşdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Uruqvay Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi razılaşdırılıb.

  • İlham Əliyev kədərini ifadə etdi: “Həlak olanların ailələrinə başsağlığı verirəm”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu göndərib. Median.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

    Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

    Allah rəhmət eləsin!”

  • Azərbaycan nefti 67 dollara qədər ucuzlaşıb

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,85 dollar və yaxud 2,66% azalıb.

    “Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,58 dollar təşkil edib.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.