Category: Siyasət

  • Satirik şair Tofiq Həsənov əfv edilib

    Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında həbsdə olan satirik şair Tofiq Həsənovun da adı var.
    Sərəncamla T. Həsənov əfv edilib.

    Qeyd edək ki, T.Həsənov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 22 avqust tarixli hökmü ilə məhkum edilmişdi.

  • Əli Kərimlinin qaynı əfv olundu

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynı Eynur Seyidov da əfv edilib.

    Median.Az xəbər verir sərəncama əsasən, ləğv olunmuş “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov da əfv edilib.

    Qeyd edək ki, AXCP sədri Əli Kərimlinin qaynı olan E.Seyidov dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxta sənəd hazırlamaqda ittiham edilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Bayram ərəfəsində bu sərəncamın ikiqat əhəmiyyəti var – Əfv Komissiyasının üzvü

    Ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün, martın 16-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın imzalanması humanizmin zirvəsi sayıla bilər.

    Bu, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan humanizm, insanpərvərlik siyasətinin davamı, növbəti gözəl nümunəsidir.

    Median.Az oxu.az-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.

    Millət vəkilinin sözlərinə görə, məlum sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

    “Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

    Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

    Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub.

    Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

    Bütövlükdə, əfv ərəncamı 431 nəfərə şamil olunacaq ki, bu da minlərlə insanın sevinci, öz əzizlərinə qovuşması deməkdir. Yəni, əfv sərəncamı təkcə bu 431 nəfərlə kifayətlənmir, həmin şəxslərin hər birinin ailəsi, övladları, valideynləri, qohum-əqrəbası var.

    Bu da yüzlərlə ailə, minlərlə insan deməkdir. Bu sərəncam həm də həmin insanların sevincinə sevinc qatmış, onları öz yaxınlarına, əzizlərinə qovuşdurmuş olacaq. Minlərlə insanımızın üzü gülmüş olacaq.

    Onu da deyim ki, əfv, humanizm siyasəti artıq illərdir ki, davam edir. Elə cəmi bir neçə ay öncə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, 2018-ci ilin may ayında əfv sərəncamı imzalanmış və yüzlərlə insan əfv edilərək, azadlığına qovuşmuşdu.

    Həm də bu humanizm siyasəti təkcə əfv sərəncamları ilə məhdudlaşmayıb.

    Bildiyiniz kimi, keçmiş deputat həmkarımız- ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən bir neçə dəfə Amnistiya aktı qəbul edilmiş və bununla minlərlə, on minlərlə insan yenidən azadlğına qovuşmuşdur.

    Bunlar hamısı da nəticə etibarı ilə Azərbaycanda ədalətin, humanizmin təntənəsidir.

    Xüsusilə, xalqımız üçün çox əziz və əlamətdar anlardan biri olan Novruz bayramı ərəfəsində belə bir sərəncamın imzalanmasının xüsusi, ikiqat əhəmiyyəti, önəmi var.

    İnsanların bayram sevinclərinin üstünə növbəti sevinc gəlmiş olacaq.

    Odur ki, ölkə prezidentinə bu nəcib addımına, böyük humanizminə və insanpərvərliyinə görə minnətdarlığımızı bildirir, ona Azərbaycan naminə fəaliyyətində növbəti uğurlar arzu edirik”, -deyə millət vəkili sözlərinə əlavə edib.

  • Əfv sərəncamı 24 saat müddətində icra olunacaq

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam 24 saat müddətində icra olunacaq.

    Median.Az xəbər verir ki, əfv olunan şəxslər bu müddət ərzində azadlığa buraxılacaqlar.

    Xatırladaq ki, sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxıldığı, məhkumların şəxsiyyətinin, səhhətinin, ailə vəziyyətinin, cəza çəkdikləri müddətdə davranışlarının nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

    Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib./Report/

  • Adı əfvə düşən qadın məhbuslar (SİYAHI)

    Xəbər verdiyimiz kimi ölkə başçısı İlham Əliyev əfv sərəncamı imzalayıb.

    Median.Az sərəncama əsasən əfvə düşən qadın məhbusların siyahısını təqdim edir:

    Abasova Ruhiyyə Navnulla qızı
    Abbasova Təranə Mirdamət qızı
    Abdullayeva Təyminə Şamil qızı
    Ağayeva Şahnaz Ayaz qızı
    Bayramlı Gözəl Oruc qızı
    Cahangirova Xavər Zakir qızı
    Cəfərova Ülviyyə Yusif qızı
    Dadaşova Əfsanə Bəybala qızı
    Əliyeva Ramilə Baba qızı
    Əliyeva Züleyxa Əli qızı
    Gülməmmədova Mehriban Qəhrəman qızı
    İbrahimova Mətanət Adil qızı
    Quliyeva Aygün Arzu qızı
    Qurbanova Pərvanə Bayram qızı
    Məmmədova Antonina İsrafilovna
    Məmmədova Gülər Məmmədşah qızı
    Məmmədova Tamara Əli qızı
    Mollayeva Sevinc Xəlil qızı
    Rzayeva Şəmsiyyə Bəylər qızı
    Sadıqova Samirə Eldar qızı
    Süleymanova Günay Aləmzar qızı
    Şirinova Lalə Mikayıl qızı
    Məmmədova Elgül Elxan qızı
    Qasımova Hüsniyyə Qərib qızı
    Mehdiyeva Südabə Gülməmməd qızı
    Mikayılova Aybəniz Abdal qızı
    Nəzərova Minarə Nurəddin qızı
    Rzayeva Solmaz Nəriman qızı
    Əliyeva Ofelya Müzəfər qızı
    Ağayeva Kəmalə Novruz qızı
    Süleymanova Dilbər Mehman qızı
    Skoroboqatova Anjelika Vladimrovna
    İbrahimova Cəmilə Olievna
    Mamedova Khanum

  • Nardaran hadisələrinə görə həbsdə olan dörd nəfər əfv olunub

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda Nardaran hadisələrinə görə həbs olunmuş şəxslərin də adı var.

    Median.Az xəbər verir ki, sərəncama əsasən, Elman Ağayev, Elxan Həsənov, Zülfüqar Mikayılov və Ruzi İsmayılov əfv edilənlər arasında olub.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 6 dekabr tarixli hökmü ilə Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

  • Əfv olunanlar arasında 14 əcnəbi var

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda 14 əcnəbinin adı var.

    Median.Az xəbər verir ki, həmin şəxslər Özbəkistan, Gürcüstan, Çin, Rusiya, Kamerun, Nigeriya, Hindistan, Türkiyə, İran və Belarus vətəndaşlarıdır.

    Əfv olunanlardan üçü Gürcüstan, ikisi Rusiya, ikisi Nigeriya vətəndaşlarıdır.

  • Prezidentin əfv sərəncamı 431 nəfərə şamil olunacaq

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir.

    Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

    Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

    Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

    Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

  • Prezident Əli İnsanovu əfv etdi

    Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı siyahısında sabiq səhiyyə naziri Əli İnsanovun da adı var.

    Ə.İnsanov 2017-ci aprelin 26-da Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə məhkum edilib.

    Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub.

    2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

    2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

    Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

  • İlham Əliyev OPEC-in baş katibini qəbul edib

    Prezident İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.