Category: Siyasət

  • Siyavuş Novruzov Dilqəm və Şahbaza qurulan məhkəmədən danışdı

    Azərbaycanda həm qanunun aliliyi, həm də ənənələrin möhkəmliyi dini münasibətlərin inkişafına xidmət edir.

    Bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin ictimai və birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    O bildirib ki, dini etiqad azadlığı həm təbii, həm də konstitusiya ilə tənzimlənən yeganə hüquqdur:

    “İnsan hüquqları arasında birinci olaraq dini etiqad azadlığı dayanır. Çünki istənilən dini etiqad azadlığına qarşı atılan addım insanların digər hüquqlarının pozulmasına gətirib çıxarır.

    Nəinki Azərbaycanda , eləcədə ölkə sərhədlərindən kənarda Qərbi-Şərqi Avropada məscidlər, sinaqoqlar, kilsələr, bərabər şəkildə təmir edilib istifadəyə verilir. Bu məsələ birbaşa ölkə başçımızın və Heydər Əliyev Fondunun diqqətində saxlanılır”.

    S.Novruzov bildirib ki, biz bu gün ayrı-ayrı dövlətlərin öz maraqlarını həyata keçirmək üçün din pərdəsi altında müəyyən addımlar atdığının şahidi oluruq.

    “Bu cür davranışlar bəşəriyyətdə dini münasibətlərə müsbət təsir göstərmir. Bu kimi davranışlar dövlətlər arasında münasibətlərin pozulmasına, millətlər arasında dostluq, qonşuluq əlaqələrinin pisləşməsinə gətirib çıxarır. 20 faizdən çox Azərbaycan torpaqlarının ermənilərin işğalı altında olması, 1 milyondan artıq məcburi köçkünün olması, bu yaxınlarda 27-ci il dönümünü qeyd etdiyimiz Xocalı hadisələrinin baş verməsində bilavasitə bu amillərin rolu var.

    Bu istiqamətdə bir fakta toxunmaq istərdim. Din xadimi xalqlar arasında sülh və əmin-amanlığın yaranmasına xidmət etməlidir. Təəssüf ki, Ermənistanda dinin özü işğalçılıq siyasətimə xidmət edir, din xadimləri isə bu davranışları dəstəkləyir. Din xadimləri bu hadisələri pisləyib, qarşısını almaqdansa, bu hadisələrə haqq verir və işğal siyasətinin davam etdirilməsini təbliğ edir. Dəfələrlə şəhidlərimizin cəsədlərinin qaytarılması istiqamətində Ermənistanın dini xadimlərinə müraciət olunsa da, bizə müsbət reaksiya verməkdən imtina ediblər”.

    Dilqəm və Şahbaza qondarma məhkəmə qurulması məsələsinə toxunan S.Novruzov bu məsələdə də ermənilərin dini anlayışlarının nə dərəcədə aşağı səviyyədə olduğuna diqqət çəkib:

    “Dilqəm və Şahbaza Ermənistanda qondarma məhkəmə qurulub və onların hüquqları pozulub. Bu istiqamətdə də bizim müraciətlərimizə, danışıqlara din xadimləri tərəfindən müsbət reaksiya verilməyib. O baxımdan düşünürəm ki, bu cür tədbir və təbliğatlar dünyanın bütün ölkələrində keçirilməlidir ki, bu cür halların qarşısı alınsın”.

  • İlham Əliyev bir sıra görüşlər keçirib – YENİLƏNİB + FOTO

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


    * * * * *

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Ombudsman bu gün nələrdən danışacaq?

    Bu gün Milli Məclisin (MM) plenar iclasında Ombudsman Elmira Süleymanovanın son bir illik fəaliyyəti ilə bağlı hesabatı dinləniləcək.

    Ötən həftə Ombudsmanın hesabatı MM-in İnsan hüquqları komitəsinin iclasına çıxarılaraq, geniş müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.

    Ombudsmanın hesabatında bir çox məsələlər yer alıb ki, onlardan biri də pulsuz dərman preparatları məsələsidir.

    Digər məsələ məhkəmə şikayətləri ilə bağlıdır.

    Hesabata görə, saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, qidanın rasionu və keyfiyyəti, tibbi xidmətin və asudə vaxtın təşkili vəziyyəti öyrənilib, konfidensiallıq təmin olunmaqla, müvəqqəti saxlanma yerlərində 570, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 430, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 2 114 saxlanılan şəxslə təklikdə görüşlər keçirilib, müraciətləri yerində araşdırılıb və müvafiq tədbirlər görülüb.

    Daha sonra qeyd edilib ki, Ombudsmanın ünvanına daxil olan müraciətlərin, başçəkmələr zamanı qəbul edilən şəxslərlə görüşlərin və qaynar xəttə daxil olan zənglərin təhlili göstərir ki, azadlıqdan məhrum edilən şəxslərin ailə üzvləri və yaxınları ilə görüş, sovqat, telefon danışıqlarından istifadə ilə bağlı hüquqlarının pozulması hallarına rast gəlinir ki, belə halların aradan qaldırılması üçün nəzarət daha da gücləndirilməlidir.
    //oxu.az

  • Sabah Milli Məclis toplanır – 18 məsələ müzakirə olunacaq – SİYAHI

    Martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

    Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

    Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinləniləcək. Sonra deputatlar “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda, Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxacaqlar.

    Sonra Şəhərsalma və Tikinti, Torpaq məcəllələrinə, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Pasportlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihələri, həmçinin “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

    Plenar iclasda, həmçinin “İpoteka haqqında”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Telekommunikasiya haqqında” qanunlara, İnzibati Xətalar, Mülki Prosessual və Cinayət məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda müzakirə olunacaq.//baku.ws

  • Prezident 1,8 milyon manat ayırdı

    Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Median.Az-ın məlumatına görə, sərəncam Azərbaycan teatrlarının fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

    Sərəncamla Azərbaycan teatr ənənələrinin qorunub saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 1,8 milyon manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200 min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100 min manat ayrılıb.

    Sərəncamda bildirilib ki, Azərbaycan teatr sənəti ölkəmizin ictimai-mədəni həyatında daim fəal rol oynamışdır. Xalqımız milli ədəbiyyatın qiymətli nümunələri ilə yanaşı, dünya dramaturgiyasının inciləri ilə məhz Azərbaycan teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişdir. Cəmiyyətimizdə milli və ümumbəşəri dəyərlərin təbliğində, vətənpərvərlik ruhunun, yüksək mənəvi keyfiyyətlərin aşılanması və estetik zövqün formalaşdırılmasında teatrın əvəzsiz xidmətləri vardır.

    Azərbaycan teatrının fəaliyyəti həmişə olduğu kimi, bu gün də dövlətimizin diqqət mərkəzindədir. Milli teatrın parlaq bədii irsinin qorunması, teatr sahəsində islahatların aparılması, teatr mədəniyyətinin təbliği və bütövlükdə Azərbaycan teatr sənətinin inkişafı ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

  • Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki seçilib

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Moskva dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının (RTA) akademiki (xarici üzvü) seçilib.

    Median.Az-ın xəbərinə görə, bu barədə müvafiq qərar M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə fevralın 27-də Rusiya Təhsil Akademiyasının Ümumi Yığıncağının iclasında qəbul edilib.

    İclasda 200-ə yaxın rusiyalı və xarici alim, Akademiya üzvləri, Rusiya Prezident Administrasiyası, RF hökuməti, federal nazirliklər və qurumlar, eləcə də RF Dövlət Dumasının nümayəndələri, Rusiya Təhsil Akademiyasının Qəyyumlar Şurasının üzvləri və görkəmli dövlət xadimləri iştirak ediblər.

    İclasda əsas müzakirə mövzusu Rusiya Təhsil Akademiyasının “Təhsil”, “Elm”, həmçinin RTA-nın perspektiv inkişaf planı və gələcək genişmiqyaslı layihələri olub.

    İclasın ikinci hissəsində Akademiyaya yeni üzvlərin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

    Qeyd edilir ki, RTA-da seçki prosedurası tam şəffaf təşkil olunub. Seçkilər gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.

    Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.//oxu.az

  • Prezident Gəncəyə 11 milyon manat ayırdı

    Prezident İlham Əliyev “Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında” sərəncam imzalayıb.

    Bu barədə sərəncamı AZƏRTAC dərc edib.

    Sərəncamla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 11 milyon manat, o cümlədən, küçələrin əsaslı təmiri üçün 4 milyon manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon manat, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon manat ayrılıb.

    Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • İlham Əliyev Səudiyyə Ərəbistanının nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Agentliyinin sədri – birgə iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Gürcüstan prezidenti azərbaycanlılara cavab verdi

    Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) müraciətinə müsbət cavab verib.

    AZƏRTAC-ın məlumatına görə, GAK sədri Hüseyn Yusubov bildirib ki, dövlət başçısı soydaşlarımızın prezident administrasiyasında və digər dövlət və hökumət strukturlarında işlə təmin olunması təklifini müsbət dəyərləndirib.

    Administrasiyadan konqresə daxil olan məktubda deyilir ki, dövlət başçısı gürcü dilini mükəmməl bilən, ali təhsilli gənclərin dövlət strukturlarında işlə təmin olunmasında maraqlıdır. Bu baxımdan administrasiya konqres rəhbərliyi ilə görüşüb məsələni dərindən müzakirə etmək istəyir və azərbaycanlı gəncləri müsabiqəyə dəvət edir.

    Xatırladaq ki, GAK sədri Hüseyn Yusubov Prezident Salome Zurabişviliyə müraciət edərək gürcü dilini və xarici dilləri bilən, ali təhsilli azərbaycanlı gənclərin prezident administrasiyasında işə cəlb olunmalarını təklif etmişdi.

  • 73 min uşağa sevindirici xəbər

    Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən vəsait 2,4 dəfə artırılaraq 200 manat təşkil edəcək.

    Median.Az xəbər verir ki, bu barədə BiG.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.